dilərsə də analar buna razı olmadılar, “bizim do əhdimiz var” dedilər, jCöhnə qayda ile toy elədilər. Fayton və zuma-balaban işə düşdü. Lalə şəhərin bu başından o başına köçməli oldu. Qüdrət onun anasını da öz cvino gotirdi. Tükəzban qarı təkliyin daşını atdı. O, həyatda sevincin nə olduğunu yalnız bu gündən sonra layiqincə başa düşdü. Gəlin də, onun anası da nəcib adam çıxdılar. Ər-arvad işə gedən də evdə tək qalan qocalar, danışmağa söz, görməyə iş də tapırdılar. Gülsüm arvad daha kluba getmir, uzun illərin əziyyətindən sonra qızı nın və kürəkəninin sayəsində xoşbəxt ömür sürürdü. İndi Əlimərdanın arzusu yerinə yetdiyi üçün Gülsümün də ürəyi rahat döyünürdü. Ara bir dərindən köksünü ötürür: “keşkə Əlimərdan sağ olaydı, qızını, kü rəkənini görüb sevinəydi” deyirdi. Şirmayı hoyala ayaq basanda, Gülsüm də əri kimi dodaqlarında donmuş bir təbəssümlə dünyaya göz yumdu “mən xoşbəxt ölürəm” 190 < H V
dedi. Lalənin mədəninə yemək aparıb evə qayıdanda yağışa düşüb xəstələnmişdi. Ər də arvad da eyni xəstəlikdən öldü. Onların nəsli ya şadığı üçün hər ikisi “xoşbəxt ölürəm” deməkdə haqlı idi. Amma Lalə hələ də bu ağrıları unutmamışdı. O, atasını da, anasım da yaxşı xatırlayırdı... 5
Səhər Lalə gözlərini açanda, Qüdrəti çarpayısında görməyib təəc cüb elədi. “Bu nədir, görünür o heç yatmayıb, gecə ikən trestə gedib” deyə düşündü, bu vaxt, yemək otağında bufeti açıb-örtən və sohər ye m əyi hazırlayan qayınanasını çağırdı: - Ana! Qüdrət hanı? Tükəzban qüssəli bir təbəssümlə dedi: - Men səndən xəbər almaq istəyirdim, qızım... Anası ölmüşü de- yoson yenə də mədəndən çağırıblar. - Yox, ana, o məndən küsüb gedib... - deyə Lalə köksünü ötürdü.