Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


fikir vermir, siz nə üçün belə xırda işlərlə özünüzü yorursunuz?



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə210/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   206   207   208   209   210   211   212   213   ...   382
Sechilmish eserleri II cild

fikir vermir, siz nə üçün belə xırda işlərlə özünüzü yorursunuz?
- Nə? Xırda? - deye Qüdrot az qala bağırdı. - Fəhlənin sağlamlı­
ğı nə vaxtdan bəri xırda iş olub? Görünür ki, sən hələ Mantaşevİn, ya
da Hact Zeynalabdin Tağıyevin qanunları ilə yaşayırsan. Bir bax, bir
bax! Kranı aç görüm!
Bədirli yenə dilinin bəlasına düşəcəyindən qorxub dinmədi, kran­
lardan birini açdı. Su, kəfkirin yekə bir deşiyindən fışqıraraq töküldü,
- Bu duşdur, yoxsa fantan? - deyə Qüdrət dişlərini qıcadı. - Lap
bu gecə təmir elətdir, qurtaran kimi m ənə telefonla xəbər ver. Aydın
oldu, yoxsa bir də izah edim?
Bədirli müti bir tərzdə başım tərpətdi:
- Bəli, aydındır.
İsmayılzadə, Tahirlə Cəmilin yatdığı otağa girdi. Burada Səm ən­
dərdən başqa heç kəs yox idi. O, dalı üstündə uzanıb Tahirin adına
gələn qəzeti oxuyurdu. O yenə də qəzetə, kitaba pul vermirdi. Ancaq
“Qurbanəli bəy”i oxuyub məzmununu Cəmilə danışmışdı.
172 < 2 V
- Yaman xoşuma gəldi, balam, - demişdi, - Molla Nəsrəddin nə
məzəli kişi imiş... Bu gündən sonra nəyini tapsam oxuyacağam.
Doğrudan da o, kitabxanaya gedib üzv yazılmış gözaltı elədiyi
Zivəri orada görəndən sonra daha da həvəslənib, hər gün, kitab almaq
bəhanəsilə, kitabxanaya yol açmışdı. İndi o, Cəm illə ayrı-ayrı heka­
yələr barədə mübahisəyə belə girişirdi. Cəmi) ona artıq “Qarnı”
deməkdən çəkinir, bəzən çox ciddi və ağıla batan fikirlər söylədiyini
görüb, onun fitri istedadına təəccüb edirdi. Səməndər, oxuduğu heka­
yələrə dair özünün dediyi bəzi fikirlərə qəzet səhifələrindəki məqalə­
lərdə də rast gələndə, altından xətt çəkib Cəmilə göstərir:
Gördün, mən deyəni yazır? M əsələ çox oxumaqda deyil, balam,
yaxşı başa düşməkdədir, - deyirdi.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin