deyə Minayev cavab verdi. - Yox, bacarmayacaqsan? Bu zarafatlar toy məclisinə no isə bir sadəlik vo sərbəstlik gətirdi. O günün sahərisi trestdə Dmitri Minayevin ağır iş həyatı başlandı. Ancaq o, bu ağırlığı hiss eləmirdi. Vera, sevişdikləri müddətdə kimə ərə gedəcəyini bilirdi. O, gündüzlər orta məktəbdə dərs deyir, qalan vaxtını evin səliqəsinə sərf edirdi. Dmitri işdən gec qayıdanda belə, xoşbəxt aile heyatı ona bütün yorğunluğunu unutdururdu, Trestdo Lalə ilə Minayevin iş prinsipləri bir-birinə düz gəlmişdi. Onlar əvvəlcədən belə qərarlaşmışdılar: “Bir-birimizdən həqiqəti gizlətm əyəcəyik. Sərt tənqiddən incim əyəcəyik!” Onlar təcrübəsizdilər. Lakin neftçilər kollektivində bunun o qədər də qorxusu yox idi. Bir il belə keçməmiş, onlar trestin hər bir buruğu- na bələd oldular. Planları hər il artıqlaması ilə dolur və hər il də trest işçilərinin nümunəvi işindən danışırdılar. Lalə ilə Dmitri Bakıda ilk dəfə Lenin ordeni ilə təltif olunmuş neftçilordəndi. İndi onlar yeni buruqları plandakından da artıq qazdırır, partiyanın qazıma sahəsindəki tələbini bütün trestlərdən qabaq həyata keçirmək istəyirdilər. İndi görməyə getdikləri təzə buruq da plandan əlavə qa zılırdı. Aylı-ulduzlu bir payız gecəsi idi. Onlar nəfəslərini dərmək üçün dayanıb ətrafa göz gəzdirdilər. Dağ parkında nəfəsli orkestrdə çalınan 1ıerbi marş səsi eşidilirdi. Bakının sahil boyu ilə yarımdairovi şəkildə uzanan saysız-hesabsız işıqlan, yerə səpilmiş ulduzlara bənzəyirdi. Onların dayandıqları nöqtədən bütün Bakı aydın görünürdü. Yal nız buradan baxan adamlar şəhərin əsil əzəmətini duya bilərdilər. Külək əsmədiyindən, Bakı üzərini x ə fif bir duman çulğalamışdı. Bu duman içində üzən evlər, dənizdə üzən saysız-hesabsız gəm ilərə bən