Bu zərb-m eselin mənasını yaxşı başa düşməyən briqadir dinmə yib, əlilə yoldaşlarına “gedək” işarəsi verdi. Onlar yola düşdükdən sonra, usta Ramazan bığaltı gülə-gülə bu söhbəti dinləyən yoldaşları na üz tutdu: - Eşitdinizmi, uşaqlar? Sizdə qeyrət olsa, mənim papağımı yerə vurmazsınız! - Vurmarıq, usta, vurmarıq! - deyə hər tərəfdən fəhlələrin səsi eşidildi. - Vurmarıq! - deyə Tahir də ayrıca söz verdi. 2
Lalə ile trestin baş mühəndisi Minayev maşından düşüb sahildən yanm kilometr aralı, boz qayalıqların zirvəsində qoyulmuş təzə buru- ğa qalxırdılar. Onların tanışlığı çoxdaıı başlanmışdı. 163 O V
Dmitri Semyonoviç Minayev Bakı neft institutunu bitirdikdən son ra, mədənlərdən birinə sıravi mühəndis təyin olunmuşdu. O vaxt Lalə İsmayılzadə mədən müdiri İdİ. O, qonşuluğundakı mədənin həyatı ilə ə qədər maraqlanmadığından, orada mühəndis işləyən Minayevi də yalnız uzaqdan-uzağa tanıyırdı. Sadəcə bir təsadüf onları dostlaşdırdı: neftçilər üçün tikilmiş təzə binada mənzil qonşusu oldular. Evlərinin balkonu yanaşı düşdü. Dmitri Semyonoviç hələ subay idi. Arvadı Vera Alekscyevna ilə hələ yenicə mohobbət romam başlamışdı. Qız onun evinə tekdenbir gələrdi. İsmayılzadələr Minayevlə tanış olandan bir cə ay sonra, Lalə balkona çıxan sevgililərə üz tutub dedi: - Dünən bizim opera teatrında Anatoli Vasilyeviç Lunaçarski gözəl bir mühazirə söylədi. Suallara cavabı mühazirəsindən az maraq lı deyildi. Bir sözü lap sizə aiddir, qonşu. Vera ilə yanaşı balkonun m əhəccərinə dirsəklənmiş Dmitri Semyonoviç yerində doğruldu, qızdı renge çalan dalğalı saçlarım iki