- Heç onların yataq otağını görmüsənmi? Yeməklərini yoxlamı- sanmıV - deyə Vasilyevdən soruşdu. — Nə qədər istəyirəm, vaxt tapa bilmirəm. Ana uşağıdırlar, gərək elə dolansınlar ki, heç nədən korluq çəkməsinlər. Vasilyev ayağa qalxdı: - Boruların hamısını çıxardılar. Gedib onlan başa salmaq pis olmaz! - dedi. Ramazan da ağır-ağır yerindən qalxdı. Onlar yavaşca addımlarla quyuya tərəf getdilər. Əlləri palçığa bulanmış Tahirin gicgahlarından üzüaşağı tər dam cıları axırdı. Onun iş paltarı lək ə-lək ə olmuşdu. - Usta, - deyə o, əvvəlcə Ramazana, sonra da Vasilyevə baxdı, olmaz ki, boruları quyudan çıxaranda bir az sürətini artıraq! M əsə lən, birə iki? - Əlbət ki, olmaz! - deyə Cəmil onun avamlığına istehzalı bir tə bəssümlə güldü. - Niyə gülürsən, balam? Yarışa girməmişik? Aleksey Staxanovun metodu nədir bəs? Beş dəqiqəyə görüləsi işi bir dəqiqəyə görmür? Ramazan adəti üzrə həmişə şagirdləri arasmda gedon mübahisədə birinə haqq verib, o birini haqsız saymaz, onların ixtilafım qızışdırmaq istəməzdi. İndi de məsələni sülh yolu ilə həll etm əyə çatışdı: - Bura da mümkün olmayan bir şey yoxdur, - dedi və Tahir bu sözləri eşidon- də qürurla yoldaşının üzünə baxıb, qalib nəzərlə onu süzməyə başladı. -- Ancaq bir iş var: borunu daha becid çeksok, həm quyunun divar ları, həm də qüllə uça bilər, - deyə usta, Tahiri başa saldı. Cemi! də öz növbəsində təkəbbürlə döşünü qabardaraq Tahirə baxıb dedi: - Elə mon də bunudeyirəm də. - Dem əli, hərəniz bir şeydə haqlısınız. Oğul istərəm ki, təzə bir ixtira eləsin, bu işi öz yoluna qoysun! - deyə usta hər iki cəbhəni razı 161