du v ə Tahirin üzünə diqqətlə baxdıqda onun nə isə mühüm bir iş haq qında danışmaq istədiyini hiss elədi. - Burada deye bilməzsən? - Yox, usta... Ayaq üstündə deyiləsi söz deyil. Ramazan Tahirin ağzım yoxlamaq üçün, səsinin ahəngini dəyiş mədən xəbər aldı: - Yoxsa yenə kəndə qayıtmaq fikrindəsən? - Xeyr, tamam ayrı məsələdir. Mən istəyirəm sizə ayrılıqda, xəl vətdə deyim. İzin verin sizə gəlim, usta. Buruq barədə süzüm var. - "Buruq barədə... sözü var” - deye düşünən usta, təəccüblə qaş larını yuxan qaldırıb, güclə sezilən x ə fif bir təbəssümlə gülümsədi. Tahir onun üzündəki istehza ifadəsini dərhal görüb, udquna-udquna başını sinəsinə endirdi. - Onda get dincəl, üç-dörd saatdan sor ı gelərsən. Evdə olaca ğam. - Baş üstə! Usta yoluna düzəldi. Tahir ümumi yaşayış evinə gələndə, Cəmil artıq çoxdan yatmışdı. O, nəfəs aldıqca adyalının üstündə örtülü halda duran kitab enib- 98
< 2 V
qalxırdı. Yarımaçıq gözlən azacıq qızannışdı. Sağ əli kitabdan üzülü şüb yanma düşmüşdü. Tahir də paltanm soyunub yerinə girdi, ancaq onun yuxusu göyə çəkilmişdi. Xəyalında Ramazanla söhbətə hazırlaşırdı. Ə w e lc o öz dü şündüyünü deyir, sonra ustanın etirazlarını səbirlə dinləyir, yenə öz fikrini müdafiə edir, başqa dəlillər gətirirdi. İki saatdan çox sağına-soluna buruldusa da, yata bilməyib ayağa qalxdı, paltarını geyindi. Cəmili oyatmamaq üçün səssizcə eşiyə çıxdı. Qonşuluqdakı bağa getdi. Tək-tənha gəzinərək, dünəndən bəri onu bu qədər həyəcanlandıran fikn hərtərəfli götür-qoy elədi. ...Usta Ramazan onu mehriban qarşıladı: - Hə, buyur oğul, - dedi və Tahirill üzündəki ciddiyyəti yalnız indi görmüş kimi təəccüblə baxdı. - Niyə belə qəmginsən?