Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


unutmuşdu? Bəlkə onıra könlündə özü də hiss etmədən Tahirə qarşı



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə297/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   293   294   295   296   297   298   299   300   ...   382
Sechilmish eserleri II cild

unutmuşdu? Bəlkə onıra könlündə özü də hiss etmədən Tahirə qarşı
dərin bir məhəbbət oyanmışdı? Lətifə, oxuduğu roman və dastanlar­
dan bu məhəbbətin təxminən necə bir şey olduğunu bilirdi. O bilirdi
ki, insanlar bu yolda hədsiz iztirablara məruz qalır, çox zaman Ölüm
qorxusunu belə unudub, hər növ çətinliyə sinə gərir, on axırda isə
holak olub dünyadan gedirlər. Ə vvəllər Lətifə bu cür hadisələrin
yalnız köhnə zamanlarda baş verdiyini xəyal edirdi. Ona elə gəlirdi ki,
indi belə İztirablara düçar olan yoxdur vo ola da bilməz. Bas Öz ürə­
yində baş qaldıran bu hiss nə idi? N ə üçün indiyə kimi Tahirə qarşı bu
qədər biganə olduğu halda, indi onun geriyə daranmış sərt saçları,
geniş alnı, ilhamla dolmuş gözləri, azca qalın görünən dodaqlan, titrə­
yən səsi, saz çalması, oxuması da onun varlığım ehtizaza gətirirdi?
Bəlkə o, Tahiri yalnız indicə, mahnı oxuyan zaman tanımışdı?
Lətifə birdən anladı ki, yox, bu saat onda Tahirə qarşı oyanan bu
meyl çoxdan, özü de ilk dəfə onu gördüyü dəqiqələrdən başlanmışdır.
Görünür indiyə qeder özü bunuduymamış, bunun fərqinə varmamış­
dır.
Yenə alqış səsləri gurlayıb salonu titrətdi. Konferansye müsamirə-
nin qurtardığım söylərkən, cavanlar elə bil onun acığına daha da bərk­
dən əl vurdular. Lakin Tahir bir daha səhnədə görünmədi. Alqışlar
getdikcə azalıb, ən axırda kəsildi.
Lətifə yerindən qalxa bilmirdi. Salonun yarısı boşaldığı halda,
onun gözləri yenə de səhnədə idi. Elə bil Tahir onun gözlədiyini
duyub, bir də oxuyacaqdı.
* Bu anda o, Zivərin səsini eşitdi:
- Kimi gözləyirsən?
Lətifə fikirdən ayrıldı. Tez ayağa qalxdı. Onlar qol-qola girib
eşiyə çıxdılar və bu zaman uzun dəhlizdə qəribə bir hadisənin şahidi

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin