dan bəri eşitdiyi bu çeynənmiş sözlərdən lap təngə gəlib Zivərə dedi: - Bu əti tökülmüş haradan gəlib bura çıxıb. - Oynayanlar, çalanlar yaxşıdır, amma konferansyenin taiantı ya dından çıxıb evlərində qalıb. Bu anda Lətifənin heç gözləm ədiyi bir nömrə elan olundu: - Aşiqlər aşiqi Tahir Bayramlı oxuyacaq... - Konferansye durux du. - Özü deyər, nə oxuyacaq. Tahiri yaxşı tanıyan dostları əl vurdular. Ancaq çoxlan onu birinci dəfə dinlədikləri üçün sükut içində irəliyə, yan otaqdan beriyə açılan qapıya san baxdılar. Tahir kənddən ilk dəfə gələrkən geyindiyi mixoyi paltannda idi. Saçlarını geriyə daramış, sazını yanından aşağı sallamış dı. Ortalığa gələndə məğrur bir görkəm aldı, müvəffəqiyyət qazanaca ğına əvvəldən möhkəm inanan artistlər kimi, əl vuranlann azlığından narazı qalmadı. Lətifə ixtiyarsız olaraq qaşlarını çatdı, tərifini eşitdiyi Tahirin mahnısım səbirsizliklə gözlədi. Müsamirənin son nömrəsində çıxan cavan aşığı tanımayanlardan bir neçəsi yerlərindən qalxıb qapıya sarı yönələndə, salondakı sükut pozuldu. Tahir bundan da tutulmadı. Elo bil onun qulaqları heç bir səs eşitmirdi. Tahir sazını sinəsinə basdı. Onun barmaqları simlər üzərində oy- narkən, Lətifənin gözləri yavaş-yavaş böyüməyə başladı, qaşlarının düyünü açıldı, dodaqları bir-birindən azacıq aralandı, Tahir, çaldığı 240
havanın ahənginə uyaraq, yerindən ahəstə-ahəstə tərpənir, salondakı- lann başı üzərindən hara isə uzaqlara baxırdı. Birdən onun səsi də eşi dirdi. Tahir ucadan oxuyurdu. Sosinde təbii və ahəngdar bir titrəyiş vardı. Görünür salonda oturanların çoxluğu onu həyəcana gətirmişdi. Mahnının sözlərini aydın tələffüz edir, oxuyarkən də çalmağına ara vermirdi. Onun söylədiyi qoşmanı da, çaldığı havanı da Lətifo ilk dəfə