işlətm əyə məcbur otardı: “Bu günlərdə Bakının qəhrəman neftçilər ordusu, dənizdə və quruda gedən amansız vuruşmalarda təbiətin kor qüvvələrinə poladdan da möhkəm bir iradə ilə sinə gərdilər!” Mütəmadi əsən külək ən qüvvətli insanı bele asanlıqla yıxırdı. Açıq havada, heç bir sığınacağı olmayan buruqlarda isə yıxılan və təbiətdən imdad istəyən bir fəhlə yox idi. Kaçalkalardan birinin de h ə rəkəti dayanmamışdı. Əsaslı təmirat işləri adi sürətlə davam edirdi. İstismara buraxılmış dəniz buruqlanndan ehtiyat anbarlarına axan nef tin miqdarı azalmırdı və Paşaya elə gəlirdi ki, təbiət quduzlaşdıqca, in sanların iradə və mətanəti hər an möhkəmlənir. Bu, doğrudan belə idi. Paşa ilk dəfə maşından düşüb m ədənə ayaq basanda sadə, lakin mənalı bir hadisənin şahidi oldu. Lalə İsmayılzadənin trestindəki bu- ruqlardan birində külək köhnə vışkam uçurmuş və buruğun təmirat işini dayandırmışdı. Paşa briqadaya yan alanda, gödək, yoğun bir oğ lanın, ruhdan düşmüş dostlarına üz tutaraq dediyi bu sözləri eşitdi: - Ay uşaqlar, biabır olduq. Daha dem əyəcəklər ki, gülək vışkam uçurdu, deyəcəklər bizi uçurdu. İki saatdan sonra onu dikəltməsək, bütün Ömrümüz boyu bu ləkə bizim üstümüzdə qalacaq. Paşa tək əlilə papağından yapışıb, yıxılmamaq üçün küləyə arxa sını çevirdi v ə dalı-dalı addımlayaraq gödək, yoğun oğlanın sözünə qüvvət verdi: - Düz deyir, uşaqlar, beş-on gündən sonra bu tufan hamının yadın dan çıxacaq, amma vışka əhvalatım unutmayacaqlar. Hamı Paşanın üzünə ümidsiz bir nəzərlə baxırdı. Yoğun oğlan yol daşlarına müraciətlə, döyüşçüləri hücuma aparmaq istəyən komandir kimi, əlini yuxarı qaldırdı: - Gəlin! - deyə bağırdı. - Namus, qeyrət dəmidir, uşaqlar!