birdən Tahirin tanımadığı bir qızın yanında onu pərt etməmək üçün- mü, ya nədənsə cavab verdi: - S a ğ ol! Ancaq bu iki kəlməni necə ürəksiz və rəsmi dedisə, Tahir özü ilə Lətifə arasında baş vermiş inciklikdən burada gəzişən başqa adamla rın da xəbər tutacaqlanndan qorxdu və az qala geriyə dönüb onlardan uzaqlaşmaq istəyirdi ki, Lətifə özünə ə qədər də xas olmayan və Tahiri təəccübləndirən bir lütfkarlıqla soruşdu: - N ə var, nə yox Tahir? Lətifənin yanındakı qız maraqla Tahiri süzəndə Tahirə elə gəldi ki, Lətifə ona dair rəfiqəsinə nəsə demiş, ancaq onu pisləməmiş, ək sinə, tərifləmişdir. Tahir bunuhəmin qızın gözlərində çox çətinliklə sezdiyi incə bir təbəssümdən, özü de mehz Tahiri görəndə və onun adını Lətifədən eşidəndə doğmuş bir təbəssümdən oxudu. Tahir Lətifənin nəvazişkar cavabından ürəklənərək, elə bil açıq dan-açığa ona təşəkkür etmək istədi, lakin bu anda böyründən ötüb gedən adamların gəzm əsinə mane olduğunu duyub, bir qədər kənara çəkildi, təpim iş dodaqları arasında dilini dolandıraraq udqundu. Onun bu sadə hərəkətini sezən hər iki qız gülümsədi ve Tahir bunun səbə bini bilib bumunun ucuna kimi qızardı. Lətifə sanki onu ağır vəziyyətdən çıxarmaq üçün rəfiqəsinə tərəf döndü: - Zİfər. Tanış ol! - dedi. Tahir əlini irəli uzatdı v ə qızın nazik barmaqlarım ağrıdacağından qorxurmuş kimi, əlini yavaşdan onun əlinə toxundurub, yeni öyrəndi yi şəhər qaydası ilə öz adını söylədi v e yalnız indi duydu ki, Lətifə on dan tamam üz döndərməmiş, bəlkə nədənsə inciyib müvəqqəti küsü saxlamışdır. Bunu yəqin etdikdən sonra, Tahir onun nə üçün incidiyi ni soruşmaq istəyirdi ki, Lətifə: 139 C 2 V