qalə belə onun şöhrətpərəstlİk duyğularını təhqir edirdi. “Gənclər m ə sələsi də, avral əhval-ruhiyyəsi də bəhanədir. Ona toxunan budur ki, niyə məhz arvadım məni yedəyə alsın” deyə fikirləşən Lalə, üzünü örtüb yatmaq istədisə də, gözünə yuxu getmədi. O, böyrü üstə çevril di və yenə həyəcanla düşündü: “Axı mən, ya o, nə fərqi var? Bir də ki, biz şöhrət xatirinə çalışmırıq ki?..” Lalə, Qüdrətin ayaq səslərindən, kabinetə keçdiyini, yazı stolunun dalında oturduğunu v ə nə isə yazdığını hiss etdi, nəfəsini çəkmədən dinləməyə başladı. Elə bil o, bu lal sükut içində, azacıq aralanmış qapı dan aydın eşidilən qələm səsindən, onun no yazdığını bilmək istəyirdi: “Əslinə baxsan, mendə də təqsir var. Gərək briqadaları göndərməmiş dən özü ilə məsləhətləşəydim” deyə xəyalından keçirib, o biri tərəfi nə çevrildi. Qüdrət, qələm lə axırıncı nöqtəni vurub ayağa qalxdı və 187 < 2 V
səssiz addımlarla gəlib yataq otağının qapısını örtdü. Bundan sonra Lalə heç bir səs eşitmədi və dumanlanan şüurunda röyamı gördüyünü, yoxsa hələ ayıqmı olduğunu, o qədər də aydın dərk etmədən yuxuya getdi. 4
- Ay arvad, indi mənim heç nədən qorxum yoxdur, mən xoşbəxt ölürəm, elə, qızım da bir oğula bərabərdir. Mən bu dünyadan o dün yaya arxayın köçüb gedirəm... Atasının heç bir təəssüf ifadə etməyən sakit bir səslə dediyi bu sözləri Lalə indi də xatırlayırdı. Boranlı bir qış günü idi. Pəncərələrin şüşəsini mütəmadiyən cıngeldədən şiddətli xəzri əsirdi. Küçələri arşın yarım hündürlüyündə qar basmışdı. Tramvayların hərəkəti da yanmışdı. Tez-tez yollan təm izləsələr do ara vermədən yağan qar göz açmağa qoymurdu. Son əlli ildə Abşeronda bu cür qar yağdığını görən