vermə. Möhkəm ol. İradəni ələ al. Şirmayı bu tanış səsi eşidəndə, cəld bir hərəkətlə başım çevirib Sədəfə baxdı: - Müəllimə, - dedi, - “iradə” nədir? Anamdan soruşdum, cavab verməyib acıqlandı. Pis sözdür? S ədəf onun saçlarını oxşadı: Əksmo! - dedi, - “iradə” çox böyük sözdür. Ancaq mən səni necə başa salım? S əd əf bir an duruxub, sükut içindo uzaq vo məchul bir nöqtəyə baxdı. Ərinin həyatından yazılmış “İradə” adlı bir vaqeəni xatırladı. Hava vuruşmasında, üç ölümcül yara almış Mustafa oz təyyarə m ey- danma qayıtmaq əvəzinə, yaralarının müdhiş ağrılarım unudaraq, 193 < 2 V
canını dişinə tutub düşmən təyyarəsilə vuruşur, onu şəhərə yaxın bu raxmaq istəmir, qolundan bir yara da alır, təyyarəsini tək əlli idarə edərək, düşmən quzğununu vurub yerə salır, yalnız bundan sonra çoxlu qan itirmiş və rəngi kağız kimi ağarmış halda qayıdıb öz təyya rə meydanlarında düşür. S ədəf Şirmayıya bu vaqeeni danışmadı. Danışsaydı, özünü saxla ya bilməyib ağlayardı. - “İradə” böyük sözdür, əzizim , - dedi, - əgər iradənin nə oldu ğunu bilmək istəsən, ata-anana və onun neftçi yoldaşlarına bax. Ya ğışda, qarda, çovğunda, boranda vuruşurlar, heç bir çətinlikdən qorxmurlar. Çünki onlar cəsur v ə iradəli insanlardır, - Bəs anam məni niyə danlayır, müəllimə? S əd əf cavab vermədi. Gözlərində sezilən qüssəli təbəssümünü gizlətmək üçün kirpiklərini aşağı saldı. 6
Lətifə ile Tahir arasında da iradə m əsələsi üstündə ixtilaf törədi. Kəşfiyyat buruğunda baş vermiş avariya min bir əziyyətlə ləğv olu nandan sonra, onlar qayıqla sahilə gəlib, evə də birlikdə getməli oldu