xəbər tuta bilərdi. Üçüncü zərbəyə dözmək üçün doğrudan da cəsarət və iradə lazımdır. 7
İki saatdan çox idi ki, kəşfiyyat buruğunda elektrik xətti korlan mışdı, Briqadanın tərkibində montyor olmadığı üçün bütün ıne- xanizmlər dayanmış, fəhlələr işdən soyuyub, m ə’dən idarəsindən montyorun gəlməsini gözləyirdilər. Hamının, xüsusən usta Ramazan la Vasilyevin ovqatı təlx idi. Boş keçən har saat, trest müdirinə veril miş təntənəli v ə ’diıı vaxtında ödənilməsinə əngəl törədirdi. Oktyabr bayramı günü yaxınlaşır, bütün yerli qəzetlər xüsusi başlıq altında “fəxri lövhədə” qaliblərin adını qeyd edir; müxbirlər, fotoqraflar sə hərdən axşama kimi tnə’dənlər arasında gəzinərək, yarışa dair maraqlı m o’hımat toplayır, şəkillər çəkir, dəniz buruqlannı da yaddan çıxar mayıb, iki gündən bir usta Ramazanın yanma gəlib-gedir, onun vədini həm özünə, həm de qəzet oxucularına xatırladırdılar. H ələ dünən ax şamüstü Moskvadan gələn müxbir, usta Ramazanın bütün briqadasının şəklini çəkmiş, buruqda işin gedişinə dair məlumat alıb qayıtmışdı. Usta, müxbirə cavanları, xüsusan Cəmili çox tərifləmiş, ancaq Tahirə .dair bir kəlmə belə deməmişdi. Bu dərd Tahiri yandınb tökürdü. Lakin o, heç kimi təqsirləndirmir, bütün günahların yalnız özündə olduğunu dərk edir, quyudan uzaqda, buruğun taxta döşəməsi üstündə oturan, ayaqlarını aşağı sallayaraq söhbət edən, bir-birinə nə isə deyib gülən fəhlə yoldaşlarına qarışmır dı, her zaman qayıq dayanan tərəfdə gəzinərək hey düşünür, bu rüsvayçılığı namusuna sığışdıra bilmirdi. Lətifənin son sözlərini xatır ladıqca, ona ürəkdən haqq verir, “təqsir məndədir” - deyib tez-tez dərindən köksünü ötürürdü. İndi buruqda İş dayandığından, onun bü