tün fikri özündə, öz günahının ətrafında dolanırdı: “Ustanın gözündən düşmüşəm. Dünəndən bəri m ənə baxdıqca elə bil düşməninə baxır” . Tahir bu fikirdə ikən, böyrünə bir əl toxundu. Səksənmiş kimi dönüb baxdı. Cəınil idi. 1
%
- N ə olub, aşna, nə çox fikir eləyirsən'? Bəri gol, uşaqlar deyir ki, Tahiri çağır, oxusun. O, Tahirin qolundan tutub aparmaq istədi. Tahir dartınıb onun əlindən qopdu: - Yox, oxumayacağam. Mənim kefimə soğan doğranıb, bilmirəm siz nə haydasınız? Amma o, Cəmilin bu gəlişindən razı idi: hər halda ilk dəfə onun qayğısına qalan Cəmil olmuşdu. - Gel, oxu, hamısı yadından çıxsın. Onsuz da üç-dörd saat boş otu racağıq. Montyor tapılası, o gələsi. Uzun çəkər... Tahir gözlərini uzaqlara dikmiş, üzərinə axşam qaranlığı çökməyə başladıqca mavi rəngini itirib qaraya çalan sakit dənizə baxırdı. Üfüq dən görünən gəmi yavaş-yavaş böyüyür, Nargin adasının böyründən ötüb Bakıya sarı irəliləyirdi. Tahirin gözləri o gəm iyə baxırdı, amma fikri yenə də özü ilə, öz kədəri ilə məşğul idi. “Bu gündən sonra her şey bir tərəfə, iş bir tərəfə” deyə düşünürdü. - Deməli, oxumursan? Tahir qaşqabağını turşudub, yavaşcadan, amma tərs bir cavab verdi: - Cəmil, sən Allah mendən əl çek!.. Cəmil ondan aralanıb, yoldaşlarının yanına qayıtdıqdan sonra Tahir yeno dərin düşüncələrə daldı: “Usta müxbirə hamını tərifləyir, mənə gələndə...” Birdən onun başına tamam ayrı fikir gəldi: “Mont yor gözləyirik. İş dayanır. N ə üçün? Montyorsuz keçinmək olmaz ını?..” - Tahir o dəqiqə öz-özünü istehzaya qoydu: “Bu rüsvayçılıqdan sonra hələ bir ustaya moslohot də verirsən? H ələ sabah iclasa çağırıb lar. Özü də sənin məsələndir, tükünü didib yola salacaqlar. Niyə