bunun dərdini çəkmirsən?” Gəmi yaxınlaşırdı. Tahir bir də ona baxanda, bu gün səhər qəzetdə oxuduğu bir qeydi xatırladı: “Dənizçilərin iş üsulu... Aha, bəs onlar niyə gəminin sürəti ni çoxaldırlaı? Deməli, hər şey bacarıqdan asılıdır. Gərək baş İşlədə sən...” Tahir günahını unudub, yalnız bu xüsusda düşünürdü: “Mənim borcum ustaya deməkdir. Bəyənər də yaxşı, bəyənm əz də yaxşı. Yox, bəyənər, mən deyənin xeyri olar ki, zərəri olmaz”. Tahir quyuya tərəf getdi. Yanaşı oturub söhbət edən ustalar onu gördülər, amma yenə özlərini görməməzliyə vurdular. “İkisinin də 197
mənim ilə arası dəyib. Fikrimi onlara desəm nccə olar, hə? - Yox, gü lərlər, daha da biabır olaram. Bəs boş keçən saatlar?.. Axı nə üçün boş keçsin?” Tahir yenə tərəddüd göstərib geri qayıtdı. Gəmi iki-üç yüz addım lığa gələndə, bir az əvvəl xəyalından keçən fikri, indi ona rahatlıq ver mirdi: “Cavan olanda nə olar?” Bu barədə o çox düşünüb-daşındı. Ən axırda qəti fikrə gəldi: “Ustaya ayrılıqda deyəcəyəm . M ənə gülsə də, qoy tək özü gülsün...” Onlar gecə növbəsini çox səmərəsiz keçirib, yalnız iyirmi metr qa- zıdıqdan sonra Ramazanla bərabər sahilə qayıdırdılar. Tahir hamıdan beş-altı addım geridə yeriyir, ustanın fəhlələrdən ayrılmağını gözlə yirdi. Ramazan briqada üzvləri ilə vidalaşıb, izdihamlı küçədən keçə rək tində gözdən itincəyə qədər Tahir onu izlədi. Daldan gələ-gələ: - Usta, - dedi, - zəhmət olmasa bir ayaq saxlayın. Şagirdinin səsini eşidən usta dayanıb geriyə sarı boylandı, - Hə, nə var, oğul? - deyə soruşdu. - Yarımca saatlığa sizə gəlmək istəyirəm. Olarmı? - Hə, nə sözün var? - deyə Ramazan qaşqabaqlı halda yenə soruş