yorluq bacarmır. - Doğrudur, nə onlar bacarır, nə də mən. Ancaq öyrənə bilərik, ya yox? - Əlbəttə, əlbəttə! - Burağa kənardan adam çağırıb əlimiz qoynumuzda gözləm ək- dənsə, hərəmiz bir sənət öyrənsək, lazım olanda da bu işlpri öziimüz görsək olmaz? Ramazan sevinirdi. Ona xoş gələn, Tahirin bu təklifindən ümumi i$o dəyəcək böyük xeyir deyildi, onu ən çox sevindirən, belə xeyirli təklifi lap əvvəldən, ilk görüşdən doğru tanıya bildiyi Tahir kimi bir şagirdindən eşitməyi idi. - Bundan hökumətə xeyir gələcək, ziyan? - deyə Tahir izah etmə yə başladı: - Əlbəttə xeyir... Ona görə ki, iki adam əvəzinə bir adam işləyəcək, deməli, İki maaş əvəzinə bir maaş veriləcək. Bundan
başqa, o qədər boş saat havayı getməyəcək. Usta Ramazan onun sözünü kəsdi: Yaxşı, bəs bu sənəti harada, kimdən Öyrənəcəksiniz? - Kxmdvm? Cta\i 'Aa
v*Vx. Kivfcda dətnək. AzavWıoiik.
Ramazan İndi daha çox tələsirdi: - Yaxşı, deyək ki, sən montyorluq öyrəndin, bəs çilingerliyi kim Öyrənəcək? Kim? O biri yoldaşlar... Axı, bir də mən tək Öz buruğumuzu de mirəm. O birisilər də bizim yolumuzla getsinlər də... Tahir susdu. Onun ürəyində indi tamam ayrı bir narahatlıq baş qal dırdı: “Mənim səsim ə səs verən olacaqmı?” - Sağ ol, bala!.. - deyə qoca usta ayağa qalxdı, - sağ ol! Deməli, men sənin barəndə yanılmamışam, Xeyirli sözə nə deyim? Usta şagirdini qucaqlayıb öpmədisə də, bu onun az mehriban olmağından deyildi, usta Ramazan artıq inanırdı ki, bundan sonra Tahirdon belə-belə ağıllı sözləri çox eşidəcək və bu sözləf daxili bir 200 < 2 V
ehtiyacdan, nə isə yaratmaq, ümumi işə ürəklə yapışmaq ehtiyacından