- Günah məndədir, usta... - deyə Tahir elə bil Ramazanın nüfuze dici baxışlarına dözməyib gözlərini yerə dikdi. - Amma söz verirəm ki, bundan sonra bir də elə səhv buraxmayacağam. Qoca, şagirdinin səmimiyyətlə titrəyən səsindən, təcrübəli və yaşlı adamlara məxsus ciddiyyətindən, bu sözləri elə-belə, gözə kül üfür mək üçün yox, dərin bir etiqadla, iztirablı vo uzun daxili çarpışmadan sonra dediyini hiss edib sevindi, ancaq bu sevincini büruzə vermədi: - Baxarıq, dedi, - gərək bunusöznən yox, işnon sübut eləyəsən. - Elərəm, usta, etərəm. İndi mən çox şey başa düşmüşəm. Necə deyərlər, Allah qoysa siz'də görərsiniz ki, mən söz verdim, e ləy əcə- yəm. Tahir susdu. Müqəddiməsindən razı qalıb başını yuxan qaldırdı, daha da inamla qocanın gözlərinin içinə baxdı. - Başıma bir fikir gəlib, usta... - dedi — elə onu sizo deməyə gəl mişdim. Usta Ramazan adəti xilafına səbirsizlik göstərdi. - Hə, de görüm, de görüm... - Dünən hesab elodim, düz dörd saat İşi dayandırıb montyor göz lədik. - Elədir, elədir, - deyə qoca daha da tələsm əyə başladı. - Çilingər lazım olanda, xarrat lazım olanda da bu cür gözləyirik. Əgər sabah boran qopsa, dörd saat yox, dörd gün, beş gün gözləyəcə yik. Mən görürəm, qızıl kimi saatlar boş keçir, bundan həm hökumətə ziyan dəyir, həm də bizə. 199
O V
Ramazanın gözləri sevinclə parıldadı - Biz nə üçün bu qədər gözləyək, usta? - Bəs neyləyək? Bu işləri özümüz görə bilmərik? - deyə Tahir soruşdu, ancaq o bu sözləri sualdan çox, qəti bir hökm tərzində söylədi. - Axı hərənin bir sənəti var. N ə sən, nə Cəmil, nə də Qrişa mont-