- Onu özündən soruş. - Mənim günahım nədir ki? Hər ikisi susdu. Lətifə düşünürdü: “Aha, görünür sözlərimin təsiri olub...” - Bura bax, Tahir, atama şikayət eləsən, bundan təkcə sənə ziyan dəyər. Əgər o bilsə ki, sən buruğu korlamısan, elə ərada tutub, qula ğını dibindən qoparar. - Buruq niyə korlanır? Axı bilmirəm sizə nə düşüb ey? Usta Ra mazan yalan olub, siz gerçək. O kişi bir söz dem eye-dem oyə, bunlar ona vəkillik eləyirlər. 202
J
- Bax, sən hələ də səhvini başa düşməmisən. İclasda yadımdan çıxdı deyim: “Yalnız Ölülər səhv etmirlər,,,” - Hikmətli sözləri əzbərləmək azdır, başa düşmək lazımdır! deyə Lətifə soyuqqanlı halda Tahirin üstünə ayaq aldı. - Doğrusu, mənim sənə yazığım gəlir. - Özünə yazığın gəlsin! Tahir dabanı üstə geriyə fırlanıb uzaqlaş dı. Lətifə onun dalınca bir neçə dəqiqə baxıb yerindən tərpənmədi: “Tərs!” deyə ucadan səslənib, daş pillələri dırmaşdı. Tahir isə düz evə goldi. Otaqlarında heç kim yox idi. Çarpayıda uzanıb olfocinli kitabı əlinə aldı. Oxumaq istədi, amma fikrini toplaya bilmədi: “Bu qız niyə mənə düşmən olsun?” deyə oz-özündən soruş du. Bu suala cavab tapa bilməyib, yerində qurcalanmağa başladı. Bu balda Səməndər içəri girdi, - Tahir, kefini pozma, dedi. - B elə şeylər çox olar. - Eşilmədin zalım qızı nə deyirdi? - Pişik balasuıı İstədiyindən yeyər. - N ə o pişikdir, nə də mən balası. - El məsəlidir do... Bir dc görüm, nə əcəb işə getməsisən? Tahir cavab vermədi. Bu sirri hamıdan gizli saxlamaq istəyirdi. Ancaq Səməndərin səmimi qıyıq gözlərinə baxanda, “sənə inanıram, açıb söyləyəcəm ” deyə düşünüb, əvvəlcədən şərt kəsdi. - Əgər öz aramızda qalsa, deyərəm. Kişi kimi söz ver.