lar. Lətifənin qaşqabağı açılmır, o, bir dəfə də başını yuxarı qaldırıb Tahirin üzünə baxmırdı. Usta Ramazan bu işdə Tahirin müqəssir oldıi- ğunu açıb-ağartmadığı üçün Tahirə elə gəlirdi ki, Lətifənin belə incik görünməsinə səbəb yenə Cəmildir, “Bu şeytan oğlu şeytan niyə bizim aramıza girir?” deyə fikirləşib, ürəyini Lətifədən də gizlətmədi, k Yenə nə olub, məndən sənə na deyiblər? - Nə deyəcəklər? Özüm bilmirəmmi? - Mən da
bilim də... Günahım nədir ki, üzümə
baxmırsan? Lətifənin gözlərində qəzəbli bİr qığılcım yanıb söndü. - O dəfə qaçdm, bir söz demədim. Elə güman elədim ki, uşaqsan, anadan uzaqda ürəyin darıxır. Qoca kişi tutub səni yoldan qaytarandan sonra, dedim yəqin səhvini başa düşmüsən, ağlını başına yığıb əm əl li-başlı işləyəcəksən. Ancaq indi mən görürəm ki, yanılmışam. Son zərrə qədər də ağıllanmamışam - Axı nə olub ey? - Bundan artıq nə olacaq? Səni adam bilib iş tapşırıblar. Son də ki şinin adını batırırsan. - Nə kişinin, hansı kişinin? 194 C 2 V
Bura bax, Tahir, məni də, Özünü de uşaq yerinə qoyma. Sən özün yaxşı bilirsən mən nəyi, kimi nəzərdə tuturam. Dünənki avariyanın səbəbi kim olub, hə? Yoxsa indi də Cəmil günahkardır? - Sən ənu az mənim gözümə sox!.. - deyə Tahir üzünü yana tərəf çevirdi. 1 - Səndən Ömründə neftçi olmaz! - deyə Lətifə böyürlərindən ötüb gedən adamları saymayaraq səsini ucaltdı. Bu söz indi Tahirə ən ağır təhqir kimi to’sir etdi. O, sərt və qəti bir hərəkətlə Lətifəyə tərəf döndü: - Niyə otmur? - Çünki neftçiyə üç şey lazımdır, onun heç biri səndə yoxdur. O nədir elə? - Diqqət, cəsarət, iradə!..