O qalxıb geyinmoyə başlayanda kabinetin yataq otağına açılan qapısı ağzmda, saçlarım səliqo ilo daramış, yenə də çəhrayı lentini bağlamış, yanaqları azca qızarmış, gözləri sual və təəccüblə parıldayan Şirmayı göründü. Üzündə, yaşma heç də uyğun gəlm əyən bir ciddiyyət vardı. - N ə olub qızım? deyə onun sifətindəki dəyişikliyi o dəqiqə sezən Tükəzban soruşdu. Şirmayı gah nənəsinin, gah da anasının üzünə baxıb sükut edirdi. O, birdən Laloyə doğru yönəlib yenə eyni ciddiyyətlə xəbər aldı: - Ana, “iradə” nə deməkdir? Lalənin gözləri Şirmayının əlindəki kağız parçasına sataşdı və o, hə yəcanla əlini irəli uzadaraq, kağızı dartıb aldı: - Hər şeyi oxumazlar! - dedi. - öyrənm ək istəyirəm, ana can, “iradə” nədir. - Qızcığaz püstə dodaqlarını büzdü və sualında heç bir qəbahət görmədiyindən, köyre- lib ağlamaq dərəcəsinə gəldi. Lalo, baş tərəfi mətbəə hərflərilə çap olunmuş bloknot vəroqosin- də bu sözləri oxudu: “Lalə! Hələlik mənim işimdə qüsur çoxdur. Ancaq mən heç kəsdən kömək ummaram. Mənim iradəm kafi qədər möhkəmdir və yanşda qalib gələcəyim ə şübhəm yoxdur. Qüdrət.” Bu anda eşik qapısının zəngi çalındı. Şirmayı yüyürüb qapını açdı. Gələn onun musiqi müəlliməsi Sədəf idi. O, tələbəsinin gözlərində parıldayan yaş daınlalarım dərhal gördü: 191
- Şirmayı, nə olub sənə? - Heç müəllimə... - deyə qızcığaz özünü saxlaya bilməyib hön kürdü. Sodef onun boynunu qucaqladı və yemək otağındakı pianonun ya nına gətirdi. Bu zaman saçlarını arxaya darayıb, adəti üzrə boynunun ardında toplamış Lalə də gəldi. Sədəfə salam verdi. Onlar əl tutuşdu lar, hal-əhval bildilər.