çox sevdiyi neft alimi Qubkin idi. Bu səbəbə görə də kitab oxumaqla bərabər, gəzməyi, ayn-ayrı neft mənbələrini öz gözü ilə görüb tədqiq etməyi sevirdi. Holə üçüncü sinifdə ikən dünyanın ən zəngin neft hövzələrini gəzib-dolanmışdı. Amma o, Bakını hər yerdən üstün tutur, atasının vəsiyyətini bir an belə unutmurdu. Onun son nəfəsdə dediyi söztəro belə məna verirdi: “Qızım, mən də mühəndis olmaq istəyirdim, amma zəmanə buna imkan vermədi. Heç olmasa sən bu dünyadan kam al. Qüdrət ondan iki sinif irəlidə İdİ. O da Lalə kimi mədən mühəndi si olmaq istəyirdi. İclasda təsadüfən tanış olmuşdular. Lakin bu təsadüf uğurlu çıxdı. İlk görüş son görüş olmadı. Qüdrətin ayn-ayrı çıxışları, Bakıya, Bakı fəhlələrinə dair dediyi sözlər Lalənin ürəyinə yaxın idi. Qüdrətin atasma dair başqalarından eşitdiyi maraqlı hekayələr qızın könlündə, özü də duymadan ona qarşı dəruni bir hiss oyatmışdı. Lalə artıq onu sevdiyini və tez-tez görüşmək arzusu ilə çırpındığmı başa dü şəndə, atasının ölümündən sonrakı böyük kədərini unutmağa başlamış dı. İndi artıq həyatda yalqız olmadığını görməklə təsəlli tapırdı. Onlar ikisi də uzun-uzadı məktublar yazmadan, eşqin ülviyyətinə dair ehti raslı nitqlər söyləmədən sevişirdi. Qüdrət çox vaxt tamam başqa şeylərdən danışır - “ay səni sevirəm, sənsiz yaşaya bilmirəm” kimi sözlərə nə üçünsə əvvəldən nifrət edirdi. Lalənin anası da Qüdrətin xo şuna gəldi. Gülsüm arvad Əli Bayramov klubunda həm özü dərzilik edir, həm də cavan qızlara bu sənəti öyrədirdi, hər gün qızını danlayıb: “sən oxu, qazancını istəmirəm” deyə onun axşamlar qəzet idarəsində ki işindən ayrılmasını tələb edirdi. - Yox, ana caıı, - deyə Lalə onunla razılaşmırdı, - mənim xərcimi ödəyo bilməzsən...