Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə228/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   224   225   226   227   228   229   230   231   ...   382
Sechilmish eserleri II cild

Divar saatı ikini vurdu.
- İndi yatmaq vaxtıdır, Qüdrət Salmanoviç, ancaq siz xırda bir şey­
dən ötrü əsəbiləşirsiniz.
- Yenə xırda? - deyə Qüdrət, Bədirlini xatırladı. 
Əgər bu xırda
şeydirsə, bəs böyük nəyə deyirsiniz?
186
Lalə, bir daha Qüdrətin əsəblərinə toxunmamaq üçün, əlilə do­
daqlarını tutub Minayevə susmağı m əsləhət gördü.
- M əncə, ağır işdən sonra möhkəm yatmaq daha faydalıdır. G ecə­
niz xeyrə qalsın! - deyə Minayev balkonun qapısına tərəf yeriyib, tez
də gözdən İtdi.
Lalə ərinə heç bir söz deməyib yataq otağına keçdi. O, Qüdrəti ta­
mamilə haqsız hesab edirdi. On beş illik mehriban ailə həyatında o, bir
dəfə olsun Lalənin üstünə belə qışqırmamışdı. O daima gülər üzlü və
şad görünərdi. A iləyə həmişə sevinc gətirən bir ərin bu qışqırığı Lalə­
nin qəlbinə toxunmuşdu. O, böyük səhv do buraxmış olsaydı, Qüdrət
yenə də onunla bu cür əsəbi rəftar etməməli idi. Lalənin fikrincə hər
ikisi evdə olduğu kimi, işdə də bir-birinin köməkçisi və dostu idi.
Lalə, bu günə qədər həmişə irəlidə gedən və başqalarına nümunə gös­
tərilən Qüdrətin “arvad kölgəsində” dolanmaq istəmədiyi üçün belə
acıqlandığını güman edirdi: “Biz adi ər-arvad deyilik, biz mübarizə
yoldaşıyıq” deyə düşünən Lalə, ərini köhnə fikirli olmaqda təqsirlən­
dirməyə başlayırdı. O, soyunub yerıno girəndən soma da, Qüdrəti
haqsız sayır, indiyə qədər onun ürəyində xəstə bir şöhrətpərəstlİk
duyğusunun yuva saldığını düşünürdü. Laləyə elə gəlirdi ki, Qüdrət
həmişə ondan irəlidə getdiyi üçün, bu xəstəliyini büruzə verməyə eh­
tiyac hiss etməmişdi. Amma indi o heç yerdə təriflənmirdi, tresti ha­
mıdan geridə idi. Qabaqcıllar sırasına çıxmağa da uzun bir müddət
lazım olacaqdı, bunuda Qüdrəl qeyrətinə sığışdırmır və qəzetdəki m ə­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin