sevirdi. Sifətdən o qədər gözəl deyildi. Ancaq ona çirkin də demək ol mazdı. Orta boylu, nazik əndamı, sərt qara saçları, qaraşın sifəti, uzun kirpikləri, həmişə qüssəli görünən yumru gözləri v ə bir azca qalın qaşları vardı. 192
< 3 V
Ailəsi dağılandan sonra, İsmayılzadənin evindəki xoşbəxtliyə baxıb tosolli tapırdı. O, Şirmayını doğma qızı kimi istəyir və onun mu siqi dərslərindəki müvəffəqiyyətindən ana kimi sevinirdi. Ancaq göz lərindəki qüssə bir an belə onu tərk etmirdi. Şirmayının dərsi qurtarmamış, Lalə küçədən maşının qudok səsini eşidib Sədəflə xudahafizləşdi, trestə yola düşdü. Müollimə isə bu günkü dərsindən razı deyildi. Şirmayının fikri da ğınıq idi. O, taktlann çoxusunu düz vurmurdu. Həmişə səbirli olmağa adət etmiş S əd əf bu dəfə də mülayim və mehriban bir səslə şagirdinin səhvlərini göstərir, o istədiyi kimi çalmayınca, yeni xanəyə keçmirdi, - Əzizim, - deyirdi, - istedadlı gənclərin konserti olanda, musiqi ni yaxşı bilən adamlar gələcək. Ona görə hər taktı vuranda gərək diq qətli olasan. Yoxsa ikimiz də biabır olarıq. Amma yenə da Şirmayı fikrini bir yerə toplaya bilmir, bəzən çox qaba səhvlər burax ırdı. S ədəf tənəffüs verdi. - Çayım iç, - dedi və Tükozban qarı ile söhbət zamanı Lalənin nə üçün onu danladığını öyrəndikdən sonra, elo bil məcburi çay içən Şir- maıya üz tutdu: - Anan haqlıdır, balaca uşaqlar hər şeyi oxumazlar. N iyə balaca oluram, müəllimə? - deyə Şirmayı etiraf etdi vo bu yeni “təh q if’dən də incidi. Sədəflə Tükezban qarı bir-birlərinə baxıb gülümsədilər. Sonra yenə də dərs başlandı. Konsertə çox az qalır, - deyə Sədəf ona bir də xatırlatdı, - səh nəyə çıxanda ürəyin bərk-bork döyünəcək. Ancaq sən buna fikir