dolmaz axı... - Dolar, dolar, Elə biz oxuya-oxuya gəlib dayanacağıq Lalə İsma yılzadənin qabağında, deyəcəyik ki, yoldaş trest müdiri buyurun, o di vardakı bayrağı Öz elinizlə götürün, verin bizə. Bir yerdə çox qalanda ürəyi danxır. i- Onu görməyəcəksən? - Görərik, görərik!.. Tramvay vaqonundan qalxan səs-küy artıq onların söhbətini aydın eşitməyə qoymurdu. Səməndər özündən arxayın halda Tahirə deyirdi: - N ə qədər hıqqanırlarsa, bir şey çıxmır. Uşaqsan? Bayraq eldən getdi, gərək onda kürt düşmüş toyuq kimi evdən bayıra çıxmayaq. Onlar mənzilo çatandan sonra çarpayılarına uzanmcaya qədər Tahir yenə dinm əz-söyləm əz Səməndərə baxır, “vallah, yaxşı oğlan dır!” - deyə fikrindən keçirirdi. 50 < 2 V
İKİNCt FƏSİL
1 Tahir Cəm illə bərabər axşam növbəsində işə getmək üçün motor- lu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahifcləki boz qayalıqlara çırpılaraq şarıl- dayırdı. Qürub edən günəşin qızıl şüalan dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bır yanğın vardı. Srağa gün Bakının ulduzlannı, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğala rı görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olma dığını düşünürdü. Burada çoxdan yaşayanlar v ə eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyi nə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doy muşdu və Tahirə ele gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər, Onlann bu laqeydlikləri, təbiəti etibarilə bir qədər