Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


sükut edib əlini alnına sürtə-sürtə nəyi isə xatırlamağa çalışdı



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə59/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   55   56   57   58   59   60   61   62   ...   382
Sechilmish eserleri II cild

sükut edib əlini alnına sürtə-sürtə nəyi isə xatırlamağa çalışdı;
52
- O zaman, - dedi, - texnika da qüvvətli deyilmiş. Suyu qurutma­
saydın buruq qazımaq mümkün olmazmış. Ancaq indi görürsənmi?
İndi suyun altından kefin istəyən qədər neft çıxarırsan.
Cəmil qürurla dəniz içərisindəki buruqlardan birini göstərdi. Onun
baxışlannda qazıma İşinin hər sirrinə vaqif olan bir ustad ifadəsi vardı.
Tahir de yoldaşının bu qürurunu aydın hiss edirdi. Cəmilin ona göstər­
diyi buruqda indi iş getmirdi v ə kənardan baxan naşı adama elə gəlir­
di ki, fəhlələr quyunu qazıb axırda oradan bir şey çıxmadığını görərək,
buruğu büsbütün tərk etmişlər.
- Deyirlər ki, bu buruq hor gün yüz əlli ton neft verir... - deyə
Cəmil sözünə davam etmək istəyəndə, Tahirin şübhə dolu nəzərlərini
sezdi v ə sözlərində zərrə qədər de mübaliğə olmadığını ona başa saldı:
- O nazik borulara bax, neft onların içilə sahildəki ehtiyat anbarlarına
gedir. Üzden baxanda deyirsən ki, bu nədir, niyə dəmir-dümürü suya
töküblər? Ancaq o dəmirin içilə gedən neft bir dəqiqə də kəsilmir,
gecə-gündüz hey axır.
Tahir, dördkünc şəklində qurulmuş, yuxarıya qalxdıqca ensizləşan,
uzun dəmir qülləni göstərib soruşdu:
- Axı bu qoder ağır şey necə olur ki, yıxılmır?
Dostunun sualı Cəmilə çox sadəlövh göründü. O da Tahirə sualla
cavab verdi:
- N iyə yıxılsın, axı? Bütün buruq dəmirdən qayrılmış yoğun di­
rəklərin üstündə dayanıb.
Qayıq o biri buruğun yanından keçəndə, Tahir onun dibinə qədər
nəzər saldı və suyun içərisinə doğru uzanan yoğun dirəkləri gördü.
- Yaxşı, bəs bu dirəklərin uzunluğu nə qədər olar? - deyə xəbər
aldı.
- O dənizin dərinliyindən asılıdır. B əzi yerlər dayazdır, orada di­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin