Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


bədənindən soyuq bir cərəyan keçdi v ə o, cəld gözlərini qüllədən



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə62/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   58   59   60   61   62   63   64   65   ...   382
Sechilmish eserleri II cild

bədənindən soyuq bir cərəyan keçdi v ə o, cəld gözlərini qüllədən
çəkdi, buruğun içindəki maşınlara v ə alətlərə baxdı. Hər şeydən əvvəl
nəzərini cəlb edən dirillometr oldu. Sonralar, bu cihazla quyudakı bal­
tanın üzərinə düşən təzyiqi ölçdüklərini Öyrəndi. Onun uzun, qara
əqrəbi bir nöqtədə hərəkətsiz dayanmışdı. Dirilliometrin dibində otur­
muş, sağ əlini gicgahına dayayıb gözlərini yerə dikmiş buruq ustası
müavini Vasilyevi görəndə Tahir fikirləşdi: “Yəqin bu maşının dilini
hamıdan yaxşı bilən odur” .
Cəmil Tahirin qolundan tutaraq, quyunun yanında durmuş və qal­
dırıcı maşının hərəkətinə diqqətlə göz qoyan usta Ramazana tərəf
apardı. Buradakı şeylərin hamısı Tahirə yeni və maraqlı görünürdü.
- Usta, Tahir budur, - deyə Cəmil yoldaşını Ramazana təqdim
edəndə, o gah ora, gah da bura zillədiyi gözlərini çəkib, qoca buruq
ustasına baxdı.
Günlüyü əyilmiş boz şapkasının altından ağ saçları görünən usta,
qaşqabaqlı halda, bozumtul gil məhluluna bulaşmış iri v ə qabarlı əlini
qalın brezent şalvarına sürtüb Tahirə uzatdı... Onlar bir-birinin əlini
sıxdılar.
Usta qəzəbli v ə sərt görünən yorğun gözlərini bir an Tahirin üzün­
də dolandırdı. Fikri özgə yerdə imiş kimi, bir müddət dinmədi. Nəha­
yət o, Tahirin səbirsizliklə gözlədiyi ilk sözü ağır və təmkinli bir eda
ilə söylədi:
- Çox gözəl! Çox əcəb!
Görünür, Cəmil Tahirə dair ustaya hələ heç bir şey demədiyi üçün,
Ramazan onun gəlişini bu cür biganə qarşılayırdı. Lakin bu biganəlik
55


uzun sürmədi. Yan tərəfdə gil məhlulu hazırlayan fəhlələrə yanaşaraq,
onlara nə isə dedikdən sonra, usta yenə Tahirin yanma qayıtdı və onun

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin