|
Sechilmish eserleri II cild
- Axı nə ola bilər ki?
- Çox şey... Sən bilmirsən ki, hər dəqiqə yerin altında min oyun
olur. Bir də görürsən balta fırlanır, amma heç bir verşok da dərinə
getmir,
-i N iyə ki?
- Çünki bərkə dirənir, gücü çatmır, qırılıb xarab olur. Ondan sonra
gəl onu çıxar görüm necə çıxarırsan.
Bu sözləri Tahir tıo qədər maraqla dinləyirdisə, bir o qədər də az
başa düşürdü.
Birdən qayıq nəyə isə toxunub silkələndi. Tahir başını qaldırıb ba
xanda, buruğa yan aldıqlarını gördü. Kapitanın yanındakı qarabuğdayı
uşaq, qayığın baş tərəfindəki ucu ilgəkli uzun və yoğun kəndiri
kəmənd kimi atdı və körpünü əv əz edən qalın taxtalara bitişdirilmiş
dirəyə keçirdi. “Çapayev” yedəklonən üzüyola at kimi irəliləyib, yır
ğalana-yırğalana taxta-şalbanlara toxundu, yenə geriləyib bir də irəli
lədi ve axırda sakitləşdi.
Fəhlələr qayıqdan düşüb buruğa qalxdılar,
y ©
54
Tahir Cəmillə bərabər döşəm əyə ayaq basanda, bütün qurğunun
əsım-osİm əsdiyini görüb elə bil bu dəqiqə yerindən qopacağını
güman edəndə, Cəmilin qolundan bərk-bərk yapışdı. Cəmil yenə qaq-
qıldayıb güldü.
- Əyə, sən tio yaman qorxaqsanmış! Beri gəl, titrəməyinə nə ba
xırsan? Ayağımızın altı möhkəmdir. Eh, sen hələ nə görmüsən? Bu
buruq elə boranlara sinə gərib ki.
Bu anda Tahirin gözləri buruğun üstündən səmaya dikəlmiş dəmir
qülləyə v ə onun zirvəsində ayaq üstündə durmuş fəhləyə zilləndi. Ona
elə gəldi ki, həmin fəhlənin həyatı bir tükdən asılıdır, əgər bircə dəqi
qə bərk külək əssə v ə ya bir təsadüf nəticəsində ayağı sürüşsə, fəhlə
müvazinətini itirəcək və kəllə-mayallaq gəlib dənizə düşəcəkdir. Kim
bilir, onu xilas etmək mümkün olacaqmı? Bunu fikirləşəndə Tahirin
Dostları ilə paylaş: |
|
|