köhnə zamatıda ağına-bozuna baxınırlarmış, kefləri istədiyi yerdə buruq qoydururlarmış. Tahir kənddə özü ile bir sinifdə oxumuş Cəmilin Bakıya işləm əyə gələndən bəri xeyli irəli getdiyini və bir ildə çox bilik qazandığım dü şünüb, ona səmimi bir qibtə ilə baxdı, gözlərini döyə-döyə soruşdu: - O nə üçündür? Cəmil də onun şüurunu zəbt edən fikirləri üzündən oxumuş kimi, özünü çəkib, qəsdən sakit-sakit, bu sahədə öz üstünlüyünü Tahirə hiss etdirməyə çalışaraq, təmkinli bir müəllim odası ilə dedi: - Keçmişdə mədənlərin sahibi ayrı-ayrı adamlardı. Hər kəs təkcə özü üçün əlləşirdi. Yer korlandı, korlanmadı, onlara təfavüt eləmirdi. Demirdilər ki, axı bunun sabahı da var, yeri korlayıb zay eləm əyək... Amma sonra başa düşdük ki, buralar xalqındır, bunıqlart nə qədər qayda ilə qazısaq, o qədər de çox məhsul götürərik. Bunun üçün də gərək torpağa hörmət eləyəsən. Tahir də, torpağın sirrini yaxşı bilən kəndli balası kimi, öz biliyini Cəmilə göstərmək istədi; -r Əlbəttə, bu doğru sözdür. Torpaq çox şıltaq olur. Bir az ona zor eləsən, acığı tutub bol məhsul verməyəcək. Gərək bir il istirahətə bu raxasan, tez-tez mədəni gübrə verəsən. Cəmil onunla razılaşa bilməyib başını buladı. - Yox, aşna, neftli torpağın sirri başqadır. Dersə gedəndə müəl limdən öyrənəcəksən. O, çox qəribə əhvalatlar danışır. Sahibkarlar arasında bərk çəkişm ə olurmuş. Bir yerdə sən quyu qazanda, o da həmin yerin lap qonşuluğunda qazdırırmış ki, o qatın neftini özü çıxar sın. Ona görə də heç ağına-bozuna baxmırmış... - Cəmil əlini sahilə doğru uzatdı: - Amma o limanı görürsən? Elə bil şəkildir. Tahir, yoldaşının bu izahını maraqla dinləməkdə ikən “Çapayev” qayığı dəniz buruqlannın cərgəsinə yetişdi. Cəmil isə bir neço an