gənclər müharibə qurtarandan bəri gah küçədə, gah dəniz qırağında, gah da gəzinti yerlərində səslənən bu qarmon ətrafında daha tez-tez yığışırdılar. 48 ( 2 v
"Rəqs edən oğlan, öz sevgilisi önündə qılıncını siyirərək iroli uza dan və eyni zamanda təzim edən orta əsr cəngavəri kimi, qara saçlı bir qızın qarşısında əllərini irəli uzadıb diz çökdü: - Rica edirəm! - deyə onu rəqsə dəvət elədi. Qız bir än içində irəli atıldı, oğlandan da məharətlə reqse başladı və nəhayət onu yorub haldan saldı. - Ey-y, Mişa, çal görüm qaytağını!.. Qarmonçu, Tahirin heç gözləm ədiyi bir ustalıqla qaytağı çalanda, rus uşaqları daha da ucadan əl vurdular. Səməndər ildırım sürətilə or taya çıxdı və rezin top kimi atılıb-düşm əyə başladı. Cavanlar bu şişman oğlanın belə cəld oynamağına heyran qalıb qışqırdılar: - Bravo, bravo!.. tzdiham get-gedə artır, küçədən ötənlər cavanların ətrafında sıx laşır, boyunlarını irəli uzadıb, Səməndərin oynamağına tamaşa edirdi lər. O, yerdən toz qaldıra-qaldıra gəlib özündən o w ə l oynamış qızı bir də çağırdı. Qız yorğunluğuna baxmayaraq, yenə də oyundan imtina eləməyib ortaya çıxdı. Səməndər, bir xeyli onun başına fırlandıqdan sonra qız təngnəfəs olduğunu görüb geri çəkildi. Səməndər qələbəsindən daha da eşqə gəlib bir neçə dəfə daha çılğın bir ehtirasla fırlana-fırlana, dırnaqları ucuna qalxaraq, qürurla döşünü qabarda-qabarda oynadı və axırda “huy!” deye nazik bir səslə qışqırıb, ortalıqda hərəkətsiz bir vəziyyət aldı. Alqış səsləri küçəni doldurdu, Elə bu anda tramvay duracağa yan aldı. Cavanlar boş vaqonlara doluşdular. Tahir Səməndərin məharətinə heyran qalıb ona ürekdən vuruldu: “Vay sənin, bu nə qiyamət oğlanmış!..” deyə xəyalından keçirdi.