bədənindən soyuq bir cərəyan keçdi v ə o, cəld gözlərini qüllədən çəkdi, buruğun içindəki maşınlara v ə alətlərə baxdı. Hər şeydən əvvəl nəzərini cəlb edən dirillometr oldu. Sonralar, bu cihazla quyudakı bal tanın üzərinə düşən təzyiqi ölçdüklərini Öyrəndi. Onun uzun, qara əqrəbi bir nöqtədə hərəkətsiz dayanmışdı. Dirilliometrin dibində otur muş, sağ əlini gicgahına dayayıb gözlərini yerə dikmiş buruq ustası müavini Vasilyevi görəndə Tahir fikirləşdi: “Yəqin bu maşının dilini hamıdan yaxşı bilən odur” . Cəmil Tahirin qolundan tutaraq, quyunun yanında durmuş və qal dırıcı maşının hərəkətinə diqqətlə göz qoyan usta Ramazana tərəf apardı. Buradakı şeylərin hamısı Tahirə yeni və maraqlı görünürdü. - Usta, Tahir budur, - deyə Cəmil yoldaşını Ramazana təqdim edəndə, o gah ora, gah da bura zillədiyi gözlərini çəkib, qoca buruq ustasına baxdı. Günlüyü əyilmiş boz şapkasının altından ağ saçları görünən usta, qaşqabaqlı halda, bozumtul gil məhluluna bulaşmış iri v ə qabarlı əlini qalın brezent şalvarına sürtüb Tahirə uzatdı... Onlar bir-birinin əlini sıxdılar. Usta qəzəbli v ə sərt görünən yorğun gözlərini bir an Tahirin üzün də dolandırdı. Fikri özgə yerdə imiş kimi, bir müddət dinmədi. Nəha yət o, Tahirin səbirsizliklə gözlədiyi ilk sözü ağır və təmkinli bir eda ilə söylədi: - Çox gözəl! Çox əcəb! Görünür, Cəmil Tahirə dair ustaya hələ heç bir şey demədiyi üçün, Ramazan onun gəlişini bu cür biganə qarşılayırdı. Lakin bu biganəlik 55
uzun sürmədi. Yan tərəfdə gil məhlulu hazırlayan fəhlələrə yanaşaraq, onlara nə isə dedikdən sonra, usta yenə Tahirin yanma qayıtdı və onun