ilk sualı bu oldu: - H ə oğlum, bir de görüm özün gəlmisən, yoxsa gətiriblər? Usta Ramazan “gətiriblər” sözünü nisbətən ucadan və xüsusi bır ifadə ilə söylədi. Bu suala necə cavab verməyin daha xeyirli olduğunu bilməyən Tahir, Cəmilin üzünə baxdı. Cəmil dostuna kömək etmək üçün: - Könüllü gəlib, usta, — deyə ucadan səsləndi. - Mədəndə işləm ə y ə çoxdan həvəsi varmış. Ramazan dinmədi, “könüllü" sözünü eşitdikdən sonra, onun ürə yində Tahirə münasibəti dəyişdisə də yenə sir-sifətinin qırışığı açıl madı. Tahir ele bil onun sərt baxışlarından qorxub gözlərini yerə dikdi. Usta: - Hə, yaxşı oldu gəldin, bacıoğlu... - dedi vo qazıma borularını quyuya endirən fəhlələrə tərəf dönərək, işini unudub maraqla Tahiri süzən cavan oğlanı səslədi: - Qrişa! Oğlum nə baxırsan, bu da sənin kimi bir oğlandır də... Qrişaybir suyu Səməndərə oxşayan, gödək və kürən bir oğlandı. O, fəhlə yoldaşı ilə bərabər qazıma borularını çıxarmaq üçün quyuya tərəf gələndə, təsadüfən Tahırin böyrünə toxundu. Üzr istəmək ə v ə zinə holə bir Tahirin üzünə çımxırdı da: - Ay uşaq, əl-ayağa dolaşma! ■Tahir gözləm ədiyi təkandan yıxılmamaq üçün müvazinətini saxla mağa çalışaraq, tərs-tərs Qrişaya baxdı v ə onun “təhqirinə” dözm əyə rək, ustanın da eşidib-eşitmədiyinə fikir vermədən: - Uşaq özünsən! - dedi. — Əl-ayağa da dolaşan mən deyiləm, sənsən. Görürsən adam durub, o yandan get də... Qrişanm yanındakı fəhlə də sözə qarışdı: - A bala, gəmidə oturub, gəmiçi ilə dava eləm ə. On dəqiqə olmaz, gəlmisən, indidən belə eləsən, sonra lap korlarsan ki! Tahir onun da üstünə bozardı: - Hər yoldan ötən üçün təhərimi dəyişm əyəcəyəm ki?