rəklər gödək olur. Amma bizim buruq qoyulan yerin dərinliyi iyirmi metrdən çoxdur. Qayıq dəniz buruqlannın böyründən şütüyərək açıq dənizə çıxdı və uzaqda görünən tək buruğa doğru yönəldi. Burada dalğalar qayığı atıb-tutur, gah sağa, gah da sola tərəf eyirdi. Tahir, suda qərq olacaq larını güman edib qorxusundan udqunduqca, Cəmil ona baxıb gülür və ürək-dirək verirdi: H ələ bu nədir ki? B əzi vaxt elə boran qopur ki, üç-dörd gün bu- ruqda gecələyirik. Elə vaxt olur bizə heç azuqə də gətirə bilmirlər. 53
Tahir, geniş açılmış gözlərini döydü: - N iyə axı? - Çünki o cür boranda qayıq çevrilib hamını batırar. Görmürsən, suyun dərinliyi ən azı yetmiş beş-seksen metr olar. Buradan dənizin qırağına üzüb çıxmaq hər oğulun hünəri deyil. Tahirin bütün fikri qayığın atılıb-düşməyində idi. O, tez-tez usta Ramazanın buruğuna tərəf baxıb udqunur, ora çatmağa tələsirdi. Bu, əlbəttə, İş həvəsindən doğan bir arzu deyildi. İndi Tahirdə qorxudan başqa sadəcə bir uşaq marağı də oyanmışdı. O, Bakıya uzun illərdən bəri şöhrət qazandıran, onu bütün dünyada tanıdan qara qızılın “m ədə nini” öz gəzlərilə görmək istəyirdi. Ona elə gəlirdi ki, buruqda fəhlələr qan-tər İçində çalışır. Hamı əldə-ayaqdadır, bir ışt görüb qurtarmamış o birisi başlanır, maşınların sürətli hərəkətindən adamın başı gicəllənib, gözləri qaralır, - Bura bax, Cəmil, buruqda işləmək çox çətindir, hə? - N iyə çətin olur ki? Bu saat özün görəcəksən. Çətin işi maşınlar görür. B əs texnika nə üçündür? - İndi usta buradadır? - Yəqin... Bu günlərdə istirahət də eləmir. Birdən, işdir, avariya olsa bütün əməyimiz itir.