Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


“Açıq söz”,  12  iyul  1917, JY2517 259 Tazə Şurayi-Milli



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

“Açıq söz”,  12  iyul  1917, JY2517
259

Tazə Şurayi-Milli
Tazə təşki\at üsu\ı ı\ə təsis  oiunan Şurayi-Milli  əmə\ə gə\di.  İyulun 
12-də bu  Şura ilə üz-üzə gəldik: üzünə baxılır,  kəndisilə anlaşıljr,  vic- 
dan və idrakına inanıhr bir Şura!
Millətin hər bir təbəqə və sinfınin burada nümayəndəsi var. Məhəllə, 
həmkar, məarifmənd, üləma, sinif və məslək hamısı burada, millət eti- 
mad elədigi, kəndisindən  iş istədigi  adamlarmm hamısını, heç olmasa 
çoxusunu burada görə bilər.
Şuranın sayı 200 adama qədər çıxa biləcək bir halda.  Hazırda  150- 
yə  qədər  adam  mövcud.  Bu  Şura  qabaqkı  şuraya  bənzəmiyor.  İnqi- 
lab  zamanının  3-4  ayı təsirsiz  keçməmiş,  fikirlərdə,  təsəvvürlərdə bir 
növ kamal hasil  olmuş.  Hər kəs bir mşsləki-siyasiyə  doğru  getməkdə, 
cəmaətdə siyasət axımları seçilməkdədir. Burada bu axımlardan hamı- 
sxnın nümayəndələri var.
Komitəyə seçilmiş 33  adam eynilə Şuranın kiçik bir nümunəsi.
Komitə  seçkisi  əsnasxnda  Şura bütün  sürətlə  toplanmasxna rəğmən 
təşkilata  istedad  əsəri  göstərdi.  “Müsavat”çılardan  bir  heyətin 
təşəbbüsilə  hazirlanmış  olan namizədlər  siyahısınm  layihəsi  seçkiləri 
nəticəli bir hala qoydu.  60 ilə 80 arasında sabit bir əksəriyyətlə heyətin 
siyahısı  keçdi.  Anlaşıldı  ki,  Şura  əzası  arasmda müxtəlif cəmiyyət  və 
heyətlərin nümayəndəsi olmaq üzrə qüvvətli və disiplinə tabe müsavat - 
çxlar vardxr. İştə, bu hal Şurayı işlək bir hala qoydu.
Şübhəsiz  ki,  işin  ibtidası  olduğundan  və  firqə  həyatma  biz  tazə 
girdigimizdən “Müsavat” firqəsinin bu ilk təcrübəsində nöqsanlar yox 
degildi.  Fəqət nöqsanlı da olsa bu hal özü bir kamaldır.
Şura tərəfindən seçilən komitə bu günə qədər iki iclas etmiş. Bu ic- 
lasların da sədrini, müavinlərini,  katibini intixab  eləmişdir,  Bu günlər 
dəxi 5  şöbəyə bölünüb öz işinə başlayacacj.
Əvət,  işə başlayacaq.  Fəqət olduqca ağır, məsuliyyətli, zəhmətli bir 
işə başlayacaq.
\5  üzv\ük bixinci komitə təşkil  olunduğu  zaman  inqilabm i\k gün- 
ləri,  ballı  günləridi.  Hər kəsdə böyük ümidlər və könüllərdə həyəcanlı
260
fərəhlər vardı. Fəqət bununla bərabər təşkilat naminə heç bir şey yox idi. 
Öylə bir zaıpanda njüsolman cəmaət işini idarəyə təşəbbüs edən komitə 
qüvvəti yetdigi qədər çahşdı. Nəhayət, xəlqimizin təşkilat və özünü ida- 
rəya  olan  istedadı  kəndisini  göstərib  dairəsinin  genişlənməsini  istədi. 
Bu istəyiş iştə, bugünki Şura ilə Komitəyi vücuda gətirdi.
Fəqət yeni vücuda golən bu komitə bir şeyi dəxi göstərdi ki, cəmaət 
öz  işini  öz  əlinə  almaq  istəməsi  ilə  bərabər  bu  günş  qədər  kəndisinə 
xidmət  edən  qüvvələrə  hala  etimad  bəsləməkdə  və  onlardan  bundan 
sonra xidmətlər də gözləməkdədir. Köhnə komitə ərkanmm eyni ilə ha- 
man yeni komıtəyə də seçildikləri bunu göstərməkdədir. Bu hal şübhəsiz 
ki,  xadimlərimizj  təşviq  edər,  ağır vəzifələrini  ifa etdikdə  kəndilərinə 
sühulət verər. Böylə bir sühulətə heç şübhəsiz ki, bu günlərdə iş başm- 
da bulunmaq vəzifəsilə vəzifələnən millət xadiıpləri yerdən göyə qədər 
möhtacdırlar.
İnqilab böhran keçiriyor.  Məmləkət təhlükə içərisindədir.  Anarxiya 
gözünü ağardıyor. Bütün Rusiya ilə bərabər millətimizin, əzcümlə Qaf- 
qasiya  müsəlmanlarınm  halı  da qorxular  içindədir.  Bu  zaman  inqila- 
bm  ilk günlərindəki zamandan daha məsuliyyətli,  daha ciddiyyətlidir. 
Böylə bif zamanda cəmaət işinə məşğul olanlarm fikri şübhəsiz ki, hər 
cəhətcə əmin olmalıdır,
Şuranın, cəmaətin etimadma əmin olan Komitə əlbəttə ki,  cəsarətlə 
öz  yolunu  gedə  bilər və  xəlqin  etimadı  sayəsində  məqsədlərinə  irişib, 
milləti də saxlar.
Bu etimad hazırda var.  Lazımdır ki, bu etimad davam etsin. Lazım- 
dır ki, bu etimadın həqli olduğu anlaşılsm. Bunun üçün də lazımdır ki, 
tazə seçilmiş Komitə əzaları gecə-gündüz işləsinlər.
İşləsinlər... Müvəffəqiyyətlər!
“Açıq söz”, 16 iyul 1917, Ks520
Sühulət -  qsanlıq, əlverişlilik
261

Bələdiyyə seçkiləri həqqində
Bələdiyyə  seçkilərinin  siyahısı  hazırlanıyor.  Siyahılar  əl  yazı  ma- 
şinası  ilə  yazılıb,  sonra  daş  basmasında  çoxlaşdırılacaqdır.  İki  seçki 
uçastokunun siyahısı hazırlanıb bu günlərdə məhəllə siyahı mərkəzində 
qoyulacaqdır.
SiyahıJarın təxmini hesabından anlaşılmjşdır ki,  seçki həqqi  olmaq 
üzrə 90 min adam siyahıya daxil edilmişdir. Bu sıyahılar müsəlman ar- 
vadları  həqqində  ayrı  saxlamb,  yerdə  qalan  əhali  üçün  kişi-arvad  bir 
yerdə ümumi surətdə hazırlanmışdır.
Sıyabıya  öaxı\  edı\miş  müsəlman  arvadlanm n  sayı  14.000-dən 
ziyadədir.  Molumdur ki,  müsəlmanlardan bir çoxu arvadlarmm  adını 
siyahıya saldırmamışlar. Bundaa əlavə evlərin çoxu bağda olduğundan, 
bağda da əksərən evin arvad-uşağı bulunduğundan yəqin vardır ki, ar- 
vadların kişilərə nisbətlə çoxu qələmdən  düşmüşdür.  Bu mülahizə  ilə 
təxmin edə bilmək olar ki,  ümumi siyahıda olan müsəlman kişilərinin 
əqəllən  20.000-i  siyahıya daxil  edilməmiş  olsun ki,  bu  surətlə tamam 
hesabla 35 min müsəlman seçkiçi var deməkdir. 3 5 ,90-a nisbətlə yüzdə 
37 təşkil ediyor.  Fəqət bu 90 min üstünə  şəhərimizdə mövcud olan  15 
min qarnizon  dəxi  əlavə  edilsə,  o  zaman  siyahı  105  minə  qədər varı- 
yor ki,  bu  ədədə  nisbətiə  müsəlman  seçkiçilərin  qüvvəti  yüzdə  30-u 
təşkil ediyor.
Halbuki müsəlman cəmaətinin ədədi bu nisbətin fövqündədir.
Müsəlman  seçkiçilər  heç  olmasa  yüzdə  40-ı  təşkil  etməlidirlər. 
Məlum  işdir ki,  ətalət  göstərmiş  olanlar  siyahıdan  qalmışlardır.  Fəqət 
siyahıdan  düşmüş  olanlar  üçün  hələ  əldə  fürsət  vardır.  Bunlar  edə 
bilərlər  ki,  özlərinə  səmt  olan  məhəllə  siyahı  mərkəzlərinə  müraciət 
edib özlərini yazdırtsınlar. İyulun  10-na qədər bu mərkəzlərdəki vəqtilə 
adresləri  qəzetələr vasitəsilə nəşr olunmuşdu -  məxsus adamlar vardır 
ki,  xəbər verildigi kibi gedib  siyahı kartoçkası aparıb  qələmdən qalan- 
ları yazlyorlardı.  İmdi artıq ona imkan bu qədər.  Fəqət onunla bərabər 
hər kəs  istərsə  özünü siyahıya yazdıra bilər.  Bundan  ötrü  lazımdır ki, 
gedib  haman  məhəllə  siyahı  mərkəzinə  xəbər  verib  özünü  yazdırtsın.
262
Siyahıların hamısı çap edilib elan olunandan 5 gün sonraya qədər buna 
imkan  vardır.  Demək  ki,  hələ  iyulun  axırma  qədər hər kəs  qələmdən 
düşmüşsə özünü yazdırta bilər.
Bundan  əlavə  vətəndaşlardan  bir  qismləri  ki  mədənlərdə  çalışı- 
yor,  fəqət  şəhərdə  oluyorlar,  yainki  kəndlidirlərsə  də  şəhərdə  oluyor- 
lar,  burada  məşğələləri  vardır  və  ələlümum  şəhər  ilə  daimi  surətdə 
münasibətdədirlər, onların bələdiyyə seçkilərində həqqi vardır,  Onlara 
da lazımdır ki, özlərini yazdırsınlar. Qələmdən düşməgə qoymasınlar.
Bəli,  hər  kəs  həqqini  bilər,  vətəndaş  isə  hər  kəs  istiyorsa,  doğma 
şəhər işlərində ögey olmasm. Hər kəs dərk ediyorsa ki, bütün cəmaətlə 
bərabər öz ailəsinin həyatı da bu bələdiyyə seçkilərinə bağlıdır, o halda 
qeydsizlik, başısoyuqluq etməyib çalışmalı, getməli, bilməli, özünü si- 
yahıya qeyd etdirməlidir.  Yoxsa adı qələmdən düşər.  Adınm qələmdən 
düşməsi  ilə həqqi  də  əlindən almar.  Bir həqq ki,  qanlar bahasma alın- 
mış,  bir bəqq ki,  qanlı  mübarizə  ilə əldə  edilmişdir.  Millətdaşlar,  çalı- 
şınız, həqqiniz itməsin!
M.Ə.
“Açıq söz”,  17 iyul  1917, JV«521
Əqəllən -  ən azı, heç olmazsa
263

Soldan sağa
İnqilabçı  Rusiya bütün cahan  demokratiyasına Rusiyamn kimsənin 
toprağmda  gözü  bulunmadığxm  elan  etdigi  və  kimsədən  müharibə 
xəsarəti almadan sülhə hazxr olduğunu elan elədigi zaman ən həqiqi və 
ən m ətinbir əsas üzərinə dayanmxşdı. Hələ millətlərin öz müqəddəratxnı 
özləri təyinə həqqi olduqlarım  şanlı bir surətdə qəbul və elan etməsilə 
Rusiya demokratiyası mövqeini polad qədər möhkəmlətmişdi.
Demokratiyanın  bu  qərarı  şübhəsiz  ki,  imperialist  kadetlərə  xoş 
degildi.  Onlar  Rusiya  ordusunun  böylə  beynəlmiləl  və  sülhpərvər 
mətləblərə uymasım Rusiyadan (daha doğrusu,  Rusiya  cəngavərlik  və 
cahangirligindən)  ötrü  bir  ölüm  hesab  ediyorlardı.  Buna  görə  də  on- 
lar  cahangirlik  nəzəriyyəsinin  ən  qüvvətli  nümayəndəsi  Milyukovun 
məqami-vəzarətdən  çəkilməsinə baxmayaraq bütün nüfuzlarx  ilə  çalı- 
şıb sosialist firqələrini bir dərəcəyə qədər özlərilə həm fikir etdilər. Ke- 
renski hərbiyyə vəzarətinə gələrək hücum əmrini verdi.
Kerenskinin  hücumu  inqilabda  ikinci  bir  dövrün  başlanmasına 
səbəb oldu.  Soldan sağa bir hərəkət başlandı.
Bir tərəfdən hürriyyət və sosializm əsaslarının safıyyətini, digər tə- 
rəfdən də hücumdan həqiqi heç bir faidə hasil olamıyacağını dərk edən 
idealistlər Kerenskinin bu əmrini “şumh” -  deyə elan etdilər.
M əəttəəssüf öylə də oldu.  Distiplin degil,  sözlə ölümə göndərilmək 
istənilən yorğun ordu yürüyə bilmədi.  “Ölmək öldürmək lazxm degil!” 
təşviqi  “Vətən  üçün  ölümə!”  əmrindəfi  qüvvətli  çıxdı.  Ordu  basıldı, 
səflər yarıldı. Tarixdə misli görülməyən bir faciə, bir fəlakət hasil oldu, 
Səfi-hərbdəki  bu  məğlubiyyət  Petroqrad  küçələrində  əsəfli  hadisələr 
doğurdu. Bir əqidə saiqəsilə nümayişə çıxan əməlpərvərlərə qara qəsdli 
adamlar qoşulub qəsdən fıtnə törətdilər. Nahaq qanlar axıtdılar.
Hürriyyət hökuməti  bu  kibi  qara təhlükələr qarşısmda  sağdan  sola 
dönmək  məcburiyyətində  qaldı.  Şanlı  surətdə  elan  olunan  hürriyyət 
əsasları birər-birər fəsx olunmağa başladı. Edam cəzası qaytarıldı.  Sen- 
zor bərpa edilməgə başladı.  Ordu içində ictimalar, ittifaqlar əqdi qada-
264
ğan edildi. Ordu içindən gedən distiplin təkrar qayxtmah oldu. Uzaq de- 
gildir ki, bütün əskər şuralarmdakı soldatlarla zabitlər səfı-hərbiyə apa- 
rılsmlar.
“Bütün  qüvvət  Əmələ  və  Soldat  Vəkillərinə!”  tələbi  hər  tərəfdən 
qüvvətlə  söyləndigi  halda,  daxilindəki  kadetlərin  çıxmasilə  hökumət 
artıq  özünü  zəif hiss  ediyor və  mütləq  burjuaziyanı  siniflərlə  bərabər 
çalışmaq lazım olduğu həqqində qərarlar çıxarıyor. Kerenski baş vəzir 
ikən  qapı-qapx  gəziyor,  vozir  bulamıyor.  Kadet  fırqəsi  zamamn  ruhu 
bir  nöqtədə  olduğunu  ölçərək  öz  şərtlərini  təklif ediyor.  Şərtlərin  ba- 
şında  isə  xwici  siyasətdə  sosialistlik  prinsiplərindən  əl  götürməkdən, 
Məclisi-Müəssisan yığılmaymca əsaslı heç bir məsələnin həllinə yanaş- 
mamaqdan, Əmələ və Soldat Vəkilləri  Şuralarının ilqası duruyor. İnqi- 
lab hökuməti bir olub, ordu hər növ siyasətdən uzaqlaşmalıdır, denilir.
Son günlərdə varid olan xəbərlər hökumət ilə Moskva kadetləri ara- 
smda etilaf vaqe olamayıb, Kerenskinin qəti surətdə istefa verdigini bil- 
diriyor.
Demək ki, böhrani-hökumət bir az da şiddətli bir hal alıyor. Bundan 
iki ay əvvəl Milyukov hökumotdən getdigi zaman hasil olan böhran in- 
qilabçı  demokratiyamn  qələbəsi  ilə  qurtarmışdı.  Bu  gün  Kerenskinin 
getməsi ilə qatılaşan böhran əcəba, kimin qələbəsini mucib olacaq?
Hər halda bu qələbə solda degil, sağ tərəfdə bulunacaq.  Çünki  “hü- 
cum”  əmrilə  artan  anarxiya  cəbhə  yarılması  fəlakətini  doğurmasına 
səbəb  olmuşdur.  İştə, ruhlara təsir edən bu mühüm zamanı hesaba ala- 
raq burjuaziyah partiyalar, bilxassə kadetlər fürsəti fövt etməyib höku- 
məti  ələ almaq istiyorlar. Buna müvəffəq ola biləcəklərmi?
Rusiya  demokratiyası  və  bu  demokratiyanxn  mənafeini  müdafiə 
üçün  meydani-siyasətə atılan firqələrə lazımdır ki, bu babda gözüaçıq 
tərpənib bu qədər qanlar bahasına ələ keçən mövqei əldən verməsinlər. 
Bununla biz, əlbəttə, daxili müharibəyi təşviq etmək istəmiyoruz. Haşa, 
vətən, hürriyyət xətərdə ikən firqə mənfəətlori nəzərə alınmaz. Fəqət bu 
o zaman olar ki, güzəşt hər iki tərəfdən olub tərəfi-müqabil dəxi “ruhi- 
zamandan” birtərəfli  faidəlanmək istəməsin.  Halbuki  Dövlət Duması- 
nm xüsusi şurasında eşidilən Milyukov ilə Rodziyanko ağzından çıxan 
sözlər iştə, burjuaların böylə ruhi  bir dəqiqəyi  gözləməkdə olduqlarını
265

göstəriyor.  Öylə bir dəqiqə ki,  3  aym duması  inqilab hökumətini çağı- 
rıb izahat istəsin,  öylə bir duma ki, Rodziyanko ilə Milyukov fıkrincə 
M ixayıl Aleksandroviç ali hökumət ixtiyarım tac və təxtindən ayrılmış 
Nikolaydan təhvil aldıqdan  sonra müvəqqəti  hökumətə degil,  ona ver- 
mişdir.
Əvət, qorxulu bir cərəyandayız.  Soldan sağa axan bır cərəyan. Bura- 
da səbat istər ki, ayaqlar büdrəməsin!
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 24 iyul 1917, JV®527
Şum -  uğursuz 
Ə sə f-tə ə s s ü f etmə 
Saiqə -  səbəb
266
Federalizm və demokratizm
Biz  türk  və  ya  müsəlman  federalistləri  ilk  dofo  Qafqasiya  və  ya 
Moskva  qurultaylannda  Rusiyada  yaşayan  türk  və  ya  müsəlman 
millətlərindən ötrü məhəlli muxtariyyət istədigimiz və Rusiyanın milli- 
məhəlli muxtariyyətlər üzərinə qurulu qoşma xəlq cümhuriyyətilə idarə 
olunmasını tələb elədigimiz zaman millətdaşlanmızdan bəziləri bizim 
bu fikrimizə qarşı çıxdılar. Federalizmi bilxassə demokratizm nöqteyi- 
nəzərindən  cərh və tənqid etmək istədilər.  Onlar sosializm və bilxassə 
guya sosial-demokratizm nöqteyi-nəzərindən məsələyə baxıb diyorlar- 
dı  ki,  əmələ  qisminin  faidəsi  hökumətin mərkəzləşməsindədir.  Çünki 
böylə  olunca  sərmayənin  morkəzləşməsi  tezləşər  və  bu  nisbətdə  dəxi 
əmələ qisminin ittihadı və qüvvəti güclü olub özündən  faidələnənlərlə 
bacanqlı bir surətdə mübarizə edər.
Buna qarşı biz Avropa dövlətlərini nişan veriyor, göstərirdik ki,  fe- 
deralizm  heç  yanda,  nə  Amerikada,  nə  İsveçrədə,  nə  də  Almaniyada 
əmələ  sinfinin tərəqqisinə, təşkilatma mane olmamışdır.  Biləks Altna- 
niyada olan  qüvvətli  əmələ təşkilatı  və yararlı  əmələ  qanunu heç  yan- 
da yoxdur.
Moskva qurultaymda “federasiya istəyən yalnız biz degiliz, Rusiya- 
dakı  məhkum millətlərin əksəri bu tələbdədir” -  dedigimiz zaman fe- 
derasiyanın  düşməni  Əhməd  bəy  Salikov  cənabları  bu  millətlərdə  fe- 
derasiya  istəyənlərin  demokratiya  degil,  burjua  sinifləri  olduğunu  id- 
dia ediyorlardı.
Moskva  qurultayından  iki  ay  keçmədi.  Həyat  müarizlərimizin 
no  qədər  vahi  iddialarda  olduğunu  göstərdi.  Finlandiya  demokrati- 
yası  əksəriyyətlə  sosial  demokratiyaya  mənsub  olduğu  halda  kəndi 
vətəninin  istiqlalını  elana  qədər  getdi.  Ukrayna  demokratiyası  dəxi 
muxtariyyətini  bilfeil  almağa  və  Rusiya  Məclisi-Müəssisanmı  əmri- 
vaqe qarşısında bulundurmağa çalışdı. “Rada” məclisi sair demokratik 
firqələrlə bərabər Ukrayna sosial demokratiyasmı  dəxi özü ilə bərabər 
gördü.
267

Kadet firqəsi kibi firqəbr millətlərin bu surətlə öz həqlərini almağa 
təlaş göstərdiklərini Rusiya demokratiyasma qarşı bir növ etimadsızlıq 
və  ehtiramsızlıq kibi  tələqqi  etdilər.  Hətta  “Russkoye  vedomosti”  kibi 
mətin bir qəzetə belə velikoruslann həyatmı, vətənpərəstliklərini qıcıq- 
ladı. “Rusiyayı bölüyorlar” -  deyə bağırdı.
Əcəba,  həqiqət  halda  millətlərin  bu  surətlə  kəndi  həqlərini  əldə 
etməgə  çalışmaları  və  Rusiyanm  muxtariyyətlərin  ittifaqmdan  ibarət 
bir  federasiya  halında  qurulmasmı  tələb  etmələri  demokratizmin,  de- 
mokratiyanm əleyhindəmidi?
Qətiyyən yox,
Ən  mütəəssib  demokratlar  şübhəsiz  ki,  (Simmcrvald)a  yığışıb 
beynəlmiləlligi  tazədən  əhya  etmək  istəyən  sosialistlər,  Rusiyada  isə 
bolşeviklərdir.  Bolşeviklərcə  millətlərin  nəinki  muxtariyyət,  istə- 
sələr  tamamilə  Rusiyadan  ayrılmağa  belə  ixtiyarları  vardır.  Bir  mil- 
lət  əksəriyyətlə,  cəmaətin xahişilə üsuli-idarəsini  nasıl  qurmaq  istərsə 
həqlidir.  Və  mədəniyyətcə  daha  yüksəkdə  olan  millətlərin  demok- 
ratiyasına borcdur ki, zəif millətlərə bilaəvəz kömək etsinlər.
Başqa  qəzetələr  bu  cəhəti  başıörtülü  bir  surətdə,  təfsirə  möhtac 
cümlələrlə  söylədikləri  halda  Fəhlə  və  Əskər  Vəkilləri  Şuralarınm 
keçəndə  vaqe  olan  ictimalarmdan  biri  məsələyi  aydın  bir  surətdə  həll 
eləmiş, Rusiya daxilində yaşayan hər millət üçün muxtariyyət degil, is- 
tiqlal həqqini belə caiz görmüşdü.
Həyati-siyasiyyənin  göstərişi  böylə  olduğu  halda  siyasi  proqram- 
larm  maddələri  dəxi  federasiya  əleyhdarlarım  degil,  tərəfdarlarını 
həqləndiriyor.  Kadet firqəsindən solda olan nə ki  firqələr varsa hamısx 
bu ya o surətlə Rusiyadakx millətlərə milliyyət və topraqlarx daxilində 
muxtariyyət həqqini rəva  görüb,  bu və  ya o  surətlə  Rusiyanxn  federa- 
siya  əsası  üzərinə  qurulmasma təhəmmül  ediyor və ya  onu  tələb  edi- 
yorlar.
Baxalım  Rusiyadakı  sol  firqələrin  bu  xüsusdakı  proqram  tələbləri 
nədən ibarətdir:
Kadetlərdən  sola  başlayaraq  əvvəlcə  alalım  “Radikalnı-demokra- 
tiçeskaya  partiya”  -   denilən  firqəyi.  Buı  firqənin  proqramında  geniş 
surətdə  milli-siyasi  muxtariyyət  əsasınm  bərqərar  olması  lazım  görü- 
lüyor.  Muxtariyyət  idarə  ilə  bərabər  xırda  ərazi  vahidlərinə  varmca-
268
ya  qədər  siyasi  muxtariyyət  verilməsində  dəxi  Rusiya  tamamiyyəti- 
mülkiyyəsi  üçün  heç  bir  zərər  təsəvvür  etmiyor.  Çünki  bu  firqənin 
mülahizəsincə  “xırda  muxtariyyətlərin  ittifaqından  hasil  olan  federa- 
siya və yaxud Rusiya ştatları bütün millətlərə imkan verər ki, yaşasm- 
lar və öz topraqları daxilində kəndilərindən ötrü qiymətdar olan milli- 
mədəni  xüsusiyyətlərini  geniş  surətdə mühafizə  və  müdafiə  etsinlər”. 
Bunlardaıl əlavə firqə düşünüyor ki,  “ancaq vase surətdə məhəlli idarə 
və  qanun qoymaq  səlahiyyətinə malik olan muxtariyyətlər üzrədir ki, 
Rusiya tamamiyyəti-nlülkiyyəsini saxlamaq mümkün  olar”.  Federasi- 
ya üsulu ilə bərabər firqə tələb ediyor ki, bütün ştatlarda “referendum” 
(rəyi-aləm) üsulu dəxi keçirilsin.  Çünki həqiqi cəmaət idarəsinin bina- 
sı ancaq rəyi-aləmdir.
Bu firqədən keçdikdən sonraNarodm sosialist (xəlq sosialisti) firqəsi 
gəliyor.  Xəlq sosialisti firqəsi dəxi Rusiyayı federasiya əsası üzrə milli 
və məhəlli muxtariyyətlərdən mütəşəkkil bir demokratik cümhuriyyət 
şəklində təsəvvür ediyor.
Bundan  keçdikdən  sonra  bu  gün  Rusiyada  ən  böyük  qüvvətə  ma- 
lik  olan  ictimaiyyun-inqilabiyyun  firqəsi  dəxi  şəkli-idarə  həqqindəki 
proqram maddəsini böylə ifadə eləmişdir:
“Gərək  şəhər  və  gərək  kənd  cəmiyyətlərinə  mümkün  olduğu 
qədər  geniş  muxtariyyət  vermək  surətiiə  xəlq  cümhuriyyəti  ayrı-ay- 
rı millətlərin münasibətini mümkün olduğu qədər geniş bir federasiya 
üsuluna rəbt etməli, millətlərdən ötrü bilaşərt və qeyd nə cür olmaları- 
nı təyin etmək həqqi”:  (pravo samoupravleniya).
Proqram  həsbilə  sosialist  firqələrindən  federasiya  sözünü  dilinə 
gətirməyən bir firqə vardırsa, o da sosial-demokrat (ictimaiyyun-amiy- 
yun)  firqəsidir.  Fəqət  bu  ictimaiyyun-amiyyun  firqəsi  belə  millətlərə 
həqq veriyor ki,  özləri  öz təqdirlərini həll etsinlər.  Doğrudur ki,  proq- 
ramda  bu  özləri  öz  təqdirlərini  həll  etsinlər  cümləsi  aydın  degildir. 
Fəqət firqəyə mənsub olan bəzi şəxslərlə fırqə ictimalarmda alınan bəzi 
qərarlara nəzərən əgər rəyi-aləm vasitəsilə bir millət muxtariyyət degil, 
istiqlal  belə  istəsə,  Rusiya  ictimaiyyun-amiyyun  əmələ  fırqəsi  bu  rəy 
ilə hesablaşmaq tərəfdarıdır.  Demək ki,  sosial-demokrat (ictimaiyyun- 
amiyyun) firqəsi millətlərdən ötrü muxtariyyət və Rusiyadan ötrü fede- 
rasiyayı  bizzat tələb  etmiyorsa da bu tələbə  təhəmmül  göstəriyor.  Na-
269

sıl ki, Petroqrad sosial-demokrat konferensiyası şəkli-idarə həqqindəki 
qətnaməsində yalnız muxtariyyət degil,  tamamilə Rusiyadan ayrılma- 
yı belə  caiz görmüşdür.  Nasıl ki, Lehistan istiqlalına Rusiya demokra- 
tiyası  əgri  gözü  ilə baxmamış.  Nasıl ki,  Finlandiya  sosial-demokratla- 
rınm  Rusiyadan ayrılmaya verdikləri qərar Rusiya sosial-demokratları 
tərəfındən qeyri-təbii görülməmiş. Nasıl ki, Ukrayna “rada”sı (məclisi- 
millisi) ilə damşığa girişən Sereteli ilə skoblevlər olmuşdur.
Həyat ilə  bərabər  həyata  tətbiq  üçün  yazılan  sol  demokratik proq- 
ramlarda  federasiya  ilə  muxtariyyət  məsələsi  bu  halda  ikən  sosialist 
nəzəriyyəçiləri  arasmda dəxi  milli-siyasi  muxtariyyət əsasma tərəfdar 
olanlar çoxdur.
Məşhur filosof Karl Marks ilə sairləri tərəfindən kapitalm (sərvətin) 
milliyyət  dairəsindən  atlayıb  beynəlmiləl  bir  hal  almış  nəzəriyyəsinə 
dayanaraq  Orta  Avropa  hökuməti  düzəltmək  xəyalmı  bəsliyordu.  Bu 
xəyalı  qövldən-fclə  keçirmək  üçün  sosial  demokratiyanm  digər  piş- 
rovlarmdan Karl Kautski bütün dünya federasiyası  fikrini  ortaya qoy- 
du.  Karl  Kautskicə  dünyadakı  millətlər  sənaye,  ticarət  və  kapitalın 
tərəqqisilə biri-birindən tamamilə ayrı və mücərrəd bir surətdə yaşaya 
bilməyəcəklər,  fəqət  bu  ədəmi-imkan  bütün  dünyanm  bir  mərkəzdən 
idarə  olunmasmı  mucib  olacaqmı?  Kautskicə  dünya  bir  federasi- 
ya  şəklini  alacaq,  millətlər  öz  içlərində  muxtar  olub  yekdigərlərilə 
münasibətə gəlincə müttəfiq olacaqlardır.  Nasıl ki,  ittifaq zatən poçta, 
teleqraf kibi xüsuslarda bir dərəcəyə qədər hasil belə olmuşdur.  Kauts- 
kinin rəyincə: “dünyadakı ən kiçik millotlor bclə daimi surətdə müstəqil 
bir həyata malik olmahdırlar”.  “Azad millətlərin muxtar ikən ittifaqları 
(federasiyaları)  dəxi vüsətpərdar olmalı.  Çünki  sənaye  və ticarətin bir 
qismi getdikcə daha çox millətləri  ittifaqa məcbur ediyor”.  Federalizm 
fikri hər zaman demokratiyanm meylini cəlb etmişdir və bu fikir imdi 
pək həqli olaraq ən məqbul bir fikir halım almışdır.
Bizim federalistligimizə müariz çıxan millətdaşlara Avstriya sosial- 
demokratı  Şpingeri  iqtibas  edib  diyorlardı ki:  “Şpirengircə  millət yerə 
bağlı  olmayıb  bir  cameəti-şəxsiyyətdir.  Ona  görə  də  millətin  hüququ 
muxtariyyəti-şəxsiyyə (şaxsiyyəti-təbiyyə) ilə təmin oluna bilər”. Fəqət 
rəyi-federalizm əleyhində iqtibas olunan bu aləmi sosial-demokrat belə 
federalizm əleyhində degil, tam lehindədir. Baxınız nə diyor:  “gülməli
270
degilmidir  ki,  Almaniya  kibi  bir  növdən  olan  cameət  (Kalifkinyev) 
müttəfiq dövlət olsun  da,  heyəti-daxiliyyəsi  ilə bu  qədər müxtəlif növ 
və  cinslərdən təşəkkül edən Avstriya müttəhid  bir  dövlət təşkil  etsin? 
Məgər Avstriyaya nisbətlə bir millətdən olub da şivələr arasındakı fərqi 
Avstriyaya  nisbətlə  heç  mənziləsində  olan  İtaliyada  federasiya  tərəf- 
darlığı  gündən-günə  artmıyormu?  Fransada  gündən-günə  federasi- 
ya  lehinə  qalxan  səslər yüksəlmiyormu?  Digər tərəfdən  dünyanm hər 
tərəfində təcrübələr edildikdən sonra aya, həqiqətən də adamlar tapıla 
bilərmi desin ki, federasiya zəifdən ibarətdir”.
Doğrudur ki, dünyamn böyük amillərindən birisi iqtisaddır. Doğru- 
dur ki, iqtisad tərəqqi etdikcə millətlər arasmda uzaqlıq götürülüb, itti- 
faq və ittihad häsil oluyor. Bu ittihad mədəni  cəmaət daxilindəki əfrad 
arasındakı  ittihäd  və  ittifaqdan  artıq  degildir.  Cəmiyyət  bədəvi  ikən 
əfradı  o  qədər də  özünü biri-birinə  mərbut hiss  etmiyor.  Bunun  üçün 
də  taifələrlə  illər  arasında  sülh  bərpa  olmayıb  daima  daxili  vuruşma- 
larla  məşğul  oluyorlar.  Halbuki  mədəni  bir  cəmiyyətdə  bu  toqquşma 
yox. Fəqət bununla bərabər kim iddia eliyər ki, mədəni bir insan nəfsən 
və fərdən bədəvi bir insandan daha ziyadə müstəqil,  daha ziyadə mux- 
tar  degildir.  Millətlərin  ittifaqı  da böylədir.  Federasiya  dəxi  bu  məna- 
yamalikdir.
Doğrudur ki,  iqtisad millətləri yaxınlaşdırıyor.  Fəqət bu  da doğru- 
dur ki, iqtisadiyyät millətlərin muxtariyyət və istiqlalı sayəsində tərəqqi 
ediyor.
Hər millətin özünəməxsus sosial-demokrat firqəsi var. Bu fırqələrin 
hamısı  iqtisadi  məqsəddə  bir  ikən  tərzi-hərəkətdə  ayrıhyorlar.  Hətta 
Rusiya  daxilində yaşayan  bütün  məhkum  millətlərin  özlərinə  məxsus 
müstəqil  əmələ  firqələri  vardır.  Bunlar  sinfi  mübarizələrini  davam 
etdırdikləri  zaman  milli  intereslərini  də  tutamıyorlar.  “Palevensi- 
yon”  namində  bir  yəhudi  sosial-demokrat  firqəsi  vardır.  Bu  firqənin 
məramı bilirsinizmi nədir? Bütün yəhudiləri dünya üzüündən yığıb da 
Fələstində bir yəhudi hökuməti vücuda gətirmək -  sionizm tərəfdalığı, 
əcəba, proqramının başında “Bütün yəhüdi füqərayi-kasibəsi birləşin!” 
şüarıhı yazan bu əmələ firqəsinə nə  lazım olmuşdur ki, əsatirlər içində 
yox olub  getmiş yəhud hökuməti tazədən ehya etməgə  çalışıyor?  Sosi-
271

alist ikən “vətəni ruyi-zəmin, miltati növi-bəşər degilmidir?”  Görünü- 
yor ki, degildir. Neçün?
Baxalım  bu  suala  “Palevensiyon” özü  nə  diyor.  Ö  diyor ki:  kapita- 
lın xasiyyətində  mərkəzləşmək vardır.  Fəqət hər milli  kapital  istər ki, 
bu mərkəz onun vətənində olsun.  Bütün dünya əmələləri kapitaia qarşı 
mübarizə edirlər. Fəqət milli kapital ilə mübarizə etmək və əmələnin bir 
məhəll  daxilində,  bir vətəndə  olması  sərmayə  ilə  mübarizəni  yüngül- 
lətiyor.  Bu  gün  yersiz,  yurdsuz  olan  yəhudi  əmələsi  daimən  gəzmək, 
səyahət  etmək,  qaraçı  kibi  buradän-ora  getmək  məcburiyyətindədir. 
Yəhudi  əmələsinin  bu  səyyarlığı  kəndisini  məcbur  ediyor  ki,  gəlginli 
olduğundan yerli  əmələ ilə rəqabət etsin.  Zəhmətini ucuz satsın.  Çün- 
ki  böyh  etməzsə  müşkülat  çəkər,  bununla yəhudi  əmələsi  həm özünü 
müşkülata salır, həm də yerli əmələnin mübarizəsini çətinləşdirir. Bun- 
dan isə ümumdünya əmələlərinin kapitala qarşı mübarizəsi mütəzərrər 
oluyor. Halbuki xüsusi bir yəhudı hökuməti və milli bir daİrə olürsa, o 
zam anyəhudi əmələsinin hah daha yaxşı olub mədəniyyət və sosializm 
yolundakı mübarizəsi də müvəffəqiyyətli olar.
Görüyorsunuz  ki,  heç  bir  yeri-yurdu  olmayan yəhudi  ətnələsi  belə 
ali  sosializm  fikri naminə yurd arıyor.  Süni bir surətdə olsa da yəhudi 
səltənəti  vücuda  gətirmək  arzusunu  bəsliyor.  Görünüyor  ki,  milli- 
mədəni muxtariyyət üsulu yəhudi millətini, yəhudi külliyyətini (massa- 
sını) belə qane  etmiyor.  Yəhudi demokratiyası  ərzi-mövudini hala ara- 
yıb duruyor.
Əcəba,  biz  nə  cür  adamlarız  ki,  dünyanın  ən  böyük  bir  millətinə 
mənsub  ikən,  Rusiyanm  ərazicə  ən  böyük  bir  qisminə  malik  ikən 
yer,  yurd  qədrini  biləməz  bir  hala  göliyoruz.  Yoxsa  bollUq  içində 
böyüdügümüzdən  ərköyün  uşaqlar  kibi  nemətin  qədrini  bilmiyoruz. 
Yoxsa  gözlüyoruz  ki,  “mövcud”umuzu  itirib  də  sonradan  “mövud”lar 
arxasınamı düşəlim?!
Yəqin ki, böylə olmaz. Rusiyada yaşayan bütün türk əqvamı federa- 
siya lehində olduqlarını  elam ilə muxtariyyət istədiklərini elan etdilər. 
Bu  elanlar  ilə  şübhəsiz  ki,  onlar  öz  qıəqsədlərini  qandıqlarını  isbat 
etdilər. Həm bütünlüklə mədəniyyətə, tərəqqiyə, demokratizmə də qar- 
şı getmədilər.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin