Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

Seçkilər
Cəmaət  idarəsinin  nə  olduğunu  bilənlər  seçki  nədir bilirlər.  Seçki, 
onun üsuli-idarəsi haman cəmaət idarəsinin ruhu, cam və qamdır.  Çox 
cəmaət idarələri vardır ki, seçki üsulunun yanlışlığı və yainki cəmaətin 
seçkiyə  laqeydligi  üzündən  cəmaətlikdən  çıxıb  bir  nemət  ikən  dönüb 
nəkbət olmuşdur.
İləridə  tazə  şəhər  dumalarınm  seçkiləri  gəlir.  Bu  seçkilər  heç 
şübhəsiz böyük bir siyasi əhəmiyyətə malikdir. Bilxassə ondan ötrü si- 
yasi  əhəmiyyətə  malikdir ki,  bu  seçkilərdən  sonra  Məclisi-Müəssisan 
seçkiləri  gələcək.  Məclisi-Müəssisan  seçkilərindən  ötrü  heç  şübhəsiz 
ki, imdiki duma seçkiləri bir təcrübə olacaqdır.
Bu  təcrübəyə  bütün  qüvvələr,  siniflər  və  millətlər  hazırlaşıyorlar. 
Müsəlmanlar da hazırlaşmalıdırlar.  Bilməlidirlər ki,  bu  seçkilər keçən 
ayın 21-də vaqe olan məhəllə komitələrindən min kərə əhəmiyyətlidir. 
O vəqt biz müsəlmanlar özümüzün nə qədər qüvvət və ədəd sahibi ol- 
duğumuzu nümayiş etdirdik. Fəqət bu dəfə nə dərəcədə idraklı və siya- 
si bir həddi-buluğa gəldigimizi isbat eləməliyiz. Bunun üçün hər şeydən 
əvvəl  özümüzü  siyahılardan  salmayıb  bütün  qüvvətimizi,  səyimizi, 
əməgimizi buna həsr eləməliyiz ki, adımız seçki dəftərindən düşməsin. 
Bunun üçün ən əvvol siyahılar yazılarkən qafil durmamalıdır. İmdi işin 
bu cəhəti keçmişdir. Fəqət vəqt yenə gec degildir. Əldə yenə fürsət var- 
dır. Hər kəs siyahı kartoçkası  olmamış və buna görə də yazılmamışsa, 
həqqi  vardır  gedib  dumadakı  statistik  bürosuna  müraciət  eləsin,  kar- 
toçka istəyib özünü yazdırsm.  Hətta bundan ötrü “biz yazılmamışıq” -  
deyə xəbər vermək də bəsdir. Bundan keçdikdən sonra yaxında seçkilər 
siyahısı nəşr olunacaq, bu siyahılara diqqət olunub hər kəsin adı orada 
yoxsa, üsuli vəchlə gərək gedib bu xüsus yerinə elan eləsin və  əlbəttə, 
özünü qeyd etdirsin, yoxsa tamamilə seçki həqqini itirmiş olacaq.
Bunlardan keçəndən  sonra  seçkilər yaxmlaşdıqca  seçilənlər məsə- 
ləsi meydana çıxacaq. Kimlori gərək şəhər dumasına seçək. İştə, bu mə- 
sələ imdidən gərək bütün  seçkiçiləri  məşğul  eləsin.  Hanki  sinfi, hanki
247

məslək  arayanı  gərək  öz  aramızdan  intixab  edib  müqəddəratımızı  on- 
lara tapşıraq?
Bu böyük məsolədir.
Şübhəsiz  ki,  seçki  yaxmlaşdıqca  bu  məsələ  də  itiləşəcək  və  siya- 
si  təşkilatlar  hərə  özünə bir  siyahı  düzəldib  o  siyahıya  etimad  etməyi 
təklif edəcəkdir. Seçkiçilər kəndilərinə təklif olunan bu siyahıları tənqid 
eləməli,  hanki  siyahmm hanki  firqə tərəfindən təqdim olunduğuna və 
bu siyahıyı təqdim edən fırqənin nə kibi bir proqram və məsləklə mey- 
dana çıxdığına diqqət eləməlidir.
Qayət təbii  şeydir ki,  müsəlmanlar  öz  müsəlman  siyahılarma meyl 
göstərəcəklər.  Fəqət hər  siyahmın yalmz  müsəlman  siyahısı  olduğuna 
inanmaq nə  məntiqə,  nə  də xəlqin  faidəsinə uymaz.  Müsəlman  siyahı- 
sı  da  tənqid  olunmalı,  bu  siyahıyı  təklif edənlərin  nə  kibi  firqələrdən 
ibarət olduğuna etina eləməlidir.
Bu etina və diqqət üçün bir ölçü və mizan olmazsa,  o  vəqt şübhəsiz 
ki,  siyahıları sağ və çürük etmək mümkün olmaz. Əsl cəmaət mənfəəti 
nöqteyi-nəzərindən  baxanda  bu  mizanın  nədən  ibarət  olduğu  meyda- 
na çıxar.
Seçkilərdə bütün xəlqə  həqq verilmişdir.  Xəlq arvadlı-kişili  hamısı 
seçkiyə iştirak edə bilər.  Həm seçər, həm də istərsə seçilə bilər.
Şübhəsiz ki, xəlq tərəfindən seçilən adam gərək ki, həm halilə, həm 
də  misalı  ilə  xəlqin  mənafeini  gözləyən,  onun  dərdinə  qalan  adam- 
lar olsun.  Bunun üçün  dəxi  o  adamm “Vallah,  bən xəlq tərəfdarıyam” 
deməsi  bəs  degildir.  Lazımdır ki,  onun  xəlq  faidəsini  hanki  proqram- 
da gördügi  və  seçilərsə  cəmaət üçün  nə kibi işlər görəcəgi  əvvəlcədən 
məlum olsun.
Fəqət  burada  bir  məsələ  dəxi  vardır.  Çox  adamlar  tapılar  ki,  özü- 
nü  seçdirmək  üçün  cəmaətə  qızıl  dağları  vəd  eləsin.  Cəmaət  gərəkdir 
sayıq  olsun  ki,  bu  vədlərin  nə  dərəcədə  vücudə  gələ  biləcək  həqiqi 
vədlər  olduğunu  seçə  bilsin,  həm  də  vəd  edən  adamın  vədəsinə  vəfa 
edən  “kərim”lərdən  olmadığma  diqqət  yetirsin.  Bu  diqqəti  isə  şəxsi- 
məzkurun bundan  əvvəlki  həyatına baxmaq,  elədigi  vədləri  tutub-tut- 
madığmı ölçüyə vurmaqla olar.
Bu xüsusda ən müvafiq üsul, cəmaətin rəyini bir adama, yainki ay- 
rı-ayrı  adamlara  verrnək  olmayıb,  meydana  çıxan  siyasi  firqələrdən 
birisinə inanmaqdır.
248
Bir  fərz,  bir  siyasi  fırqənin  təklif elədigi  namizəd  sonradan  xəlqə 
vəd edilən məsləkdən xaric hərəkət edərsə, seçkiçilərin mənafeini ayaq 
altına  alarsa,  o  zaman  məsuliyyət bir  şəxsin  degil,  bütün  bir  firqənin 
öhdəsinə düşər.
Siyasi fırqələrdən hankisi o birisinə tərcih olunmahdır?
Bu xüsusda ayrıca.
M.Ə.Rosulzadə 
“Açıq söz”, 2 iyul  1917, JVs510
Nəkbət -  bədbəxtlik, fəlakət, düşgünHik
249

Bu nədir?
Bəyazidov,  köhnə  idarənin bu rozil  xidmətkarını  bilərsiniz.  O  xid- 
məkarı  ki,  bu  gün  Rusiya  müsəlmanlarmın  etiraz  və  lənətlərinə  bax- 
mayaraq Nikolay hökuməti onu müftiligə təyin eləmişdi.  O Bəyazidov 
ki,  inqilab  elan  olunur-olunmaz  müsəlmanların  müraciəti  üzərinə  bir 
mürtəce kibi  həbs olunmuşdu.  İştə,  bu mürtəce  imdi  inqilab hökuməti 
tərəfindən  sosialist  Kerenski  idarəsində bulunan  hərbiyyə  vəzarətinin 
əskəri axundluğuna təyin olunmuşdur.
Ümumrusiya Müsəlman Şurası gərək bu axundun təsbitini və gərək 
müsəlmanlardan  ötrü  daha  müzürr  olmayan  Tarnovskinin  ruhani 
işlər  dəftərxanəsi  müdürliginə  məmuriyyətini  protesto  eləmiş,  qeyri- 
məzhəb  işlər  idarəsinin  müdiri  professor  Kotlyarovskidən  bu  iki  ada- 
mm  əzlini  istəmişdir.  Iki  gün əvvəl aldığımız  şura teleqrafından anla- 
şıldığma görə Miili  Şuranın bu müraciəti Kotlyarovski tərəfindən rədd 
edilmişdir.  Demək  ki,  bütün  Rusiya  müsəlmanları  naminə  vaqe  olan 
müraciət etinasız buraxılmışdır. Kotlyarovski bütün Rusiya demokrati- 
yasının etimadmdan məhrum Kadet firqəsinə mənsub professorlardan- 
dır.  Burasmı  nəzərə  aldıqda  Bəyazidov  kibi  adamlarla  həmkarhq  edə 
bilər -   deyə  təsəvvür  olunur.  Fəqət  demokratiyanm  etimadını  qazan- 
mış  yarım  sosialist bir hökumət nümayəndəsi  olmaq  sifətilə professo- 
run bu etimadsızlığı  şübhəsiz ki, yalmz knyaz İvanovun degil, qrajda- 
nin  Kerenskinin  də  hesabma daxildir.  Bilxassə  ki,  Bəyazidov  kibi  bir 
mürtəce  haman  Kerenski  idarəsindəki  hürriyyət  ordusunun  axundlu- 
ğuna təyin olunmuşdur.
Milli  Şura  həqli  tələbi  qarşısında  gördügü  etimadsızlıqdan  bütün 
Rusiya müsəlmanlığı  naminə  inciyərək təəssüflə bütün  Rusiya müsəl- 
manlarına müraciət eləmiş, Milli Şuranm qərarına əməl oluncaya qədər 
başqa  məzhəb  işləri  dairəsi  ilə  hər növ  əlaqələrini  kəsməyi  tövsiyə  et- 
mişdir.
Milli  Şura ilə hökuməti-müvəqqətəsində zühur edən bu ixtilaf daha 
rəf edilməmiş  və  zehnlər  onun  təsirilə həyəcanda  ikən  ikinci  qara  bir 
xəbər də alındı. Kazandan gələn bu xəbər dünki nömrəmizdə dərc edil- 
mişdir.  Bu xəbərdə müvəqqəti müsəlman əskərləri şurasının rəisi İlyas 
A lkin cənabları iyulun  15-də yığılması müqərrər olan ümumrusiya mü-
250
səlman  əskərləri  syezdinin  müsəlmanlardan  ötrü təhqiri  mütəzəmmin 
gəlmələrlə rədd edildigini bildiriyor. Təəssüf olunuyor ki, teleqraf böylə 
mühüm bir məsələdə çox müxtəsər çəkilmişdir. Teleqrafm müxtəsərligi 
üzündən  “təhqiramiz  gəlməlorin”  nədən  ibarət  olduğu məlum  degilsə 
də, syezdin məni aşkardır.
Kerenski  cənablan  hərbiyyə  vəzarətinə  keçər-keçməz  sosialistlərə 
yaraşan tovla və təbliğdən ziyadə əmr və təshi ilə iş görməgə başlamış. 
Bu tövr əmr insanı da bilxassə inorodistlər həqqində göstərmişdir.
Əvət,  Kerenski  Finlandiyada  söylədigi  təhdidamiz  nitqindən  son- 
ra  ukramyalılara  qarşı  amiranə  bir  vəziyyət  aldı.  Ukrayna  Məclisi- 
Kəbiri-Millisini  ictimadan mən  etdi.  Fəqət ukranıyalılar dinləmədilər, 
bilaicazə ictima etdilər.
Müvəqqəti  Müsəlman  Şurası  Əskəriyyəsi  dəxi  ukramyalılar  kibi 
bilaicazə  yığışmaq  qərarını  almış  və  iyulun  15-də  hökmən  toplanma- 
ya əzm etmişdir.
“Ən  gözəl  müdafiə  hücumdur”  şüarı  ilə  qarşı  çıxıb  da  hücu- 
mun  hürriyyətə  degil,  irticayə  xidmət  edəcəgini  iddia  edən  Rusiya 
amədpərvərləri  görünüyor  ki,  pək  də  həqsiz  degildirlər.  Ilücum  baş- 
lanıyor-başlanmaz  hürriyyəti  rəxnədar  edəcək  bir  çox  əlamətlər  gö- 
rünməgə  başladı.  O  əlamətlərdən  birisi  də  iştə,  müsəlman  syezdinin 
mənidir.  Məlum olduğu üzrə  inqilabın elan  elədigi müqəddəs  əsaslara 
görə  sair  hürriyyətlərlə  bərabər  ictima  azadhqları  da  mütəntən  bir 
surətdə elan olunmuşdur. Syezdin məni isə hürriyyətin ən böyük rüknü 
olan ictima azadlığma bir zərbədir.
Azadhğa  endirilmiş  hər  zərbə təbii  olaraq  əks  zərbəyi  mucib  olur. 
Müsəlman  əskərlərinin bilaicazə olsa da, syezdi toplamaq əzmində ol- 
maları iştə, məcburiyyətlə hasil olmuş əks zərbolərdən biridir.
Əcəba,  hanki  məntiqlədir ki,  yarım  sosialist  hökuməti  bu kibi  qatı 
tədbirlərə  mən  və  imtinah  siyasətlərinə  müraciət  ediyor?  Kəndisinin 
böylə  mən  və  imtina  siyasəti  nəticəsində  iş  başına  goldigini  vo  bütün 
vücudilə  şiddət  politikasmm  doğurmuş  olduğu  bir  novzad  olduğunu 
unutdumu? Nə tez unutdu? Unutmadısa da bu horəkətlər nədir?
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 5 iyul 1917, JV®513
251

Tazə rəfiqimizi təbrik
Türk mətbuati-mövqutosi yeni bir əsərlə daha zənginləşdi. “Hümmət” 
qəzetəsi nəşr olundu.  “Hümmət” Rusiya ictimaiyyun-ammiyyun fəhlə 
firqosinin  müsəlman  təşkilatı  “Hümmət”  tərəfindən  həftədə  bir  dəfə 
nəşr olunuyor.  Məsləki  sosializm  tərəfdarı  olub  fəhlə  və  əməlo  qismi- 
nin  mənafeini  gözləməkdir.  Baş  məqaləsində  məsləkini  təyin  edərkən 
diyor ki:  “bizim məsləkimiz bütün insanları birləşdirməkdir.  Biz diyo- 
ruz:  hamı millətlər üçün məqsəd (ideal) birdir:  bu ideal hamı millətləri 
qardaşlığa  dəvət  ediyor.  Bu  müqəddəs  nöqtəyə  çatmaq  üçün  hər  bir 
millət  öz  yolu  ilə  getməlidir.  Çünki  bu  təbiidir.  Fəqət bu nöqtəyə  cid- 
di  surətdə yeriş etmək hankı üsuli-idarədə mümkündür? Müsavi yaşa- 
yış, ciddi tərəqqi, ruhun təmizlənməsi və ucalması  ancaq cümhuriyyət 
üsuli-idarəsinə bağlıdır”.
“Hər bir millət öz yolu ilə getməlidir” -  Amənna!
“Çünkı bu təbiidir” -
Pək  doğru.  Bu  xüsusda  tazə  rəfiqimizlə  razı  olmamaq  mümkün 
deyildir.  Həqiqi  hürriyyətin  ancaq  cümhuriyyət  üsuli-idarəsinə  bağ- 
lı  olduğüna  gəlincə,  yəqin  ki,  burada  cümhuriyyətdən  məqsəd  əvvəla 
“Cümhuriyyəti-ənam” olduğu və saniyən “Cümhuriyyəti-ənam”m belə 
məqsəd deyil, ancaq vasitə olduğu unudulmuş, çünki hər bir sosialistcə 
müsəlləmdir  ki,  həqiqi  azadlıq yalnız  siyasi  azadlıqla  başa  gəlməyib, 
ancaq sosializmin bərpa olması ilə əmələ gələ bilər.
Müəyyən  bir  partiya  vasiteyi-nəşri-əfkari  olmaq  üzrə  “Hümmət” 
Qafqaziya  türk  mətbuatı  arasında  zaman  etibarı  ilə  birinci  qəzetədir. 
Səmimi partiya ixtilafı haman “rəhmət” deyə elan olunan ixtilaflardan- 
dır.  Yeni rəfiqimizin böylə rəhmətlik bir qəzetə olacağmı ümid edərək, 
kəndisini  ürəklə  təbrik  edər,  məsləki  yolunda  kəndisinə  istiqamət  və 
səbat diləriz.
“Hümmət” qəzetəsindən bəhs edərkən Qafqaziya türkləri cavanları- 
nın həyatında tarixi bir əhəmiyyətə malik olan  1905-ci il “Hümmət”ini 
unutmaq  olmaz.  15  illik  tarixçəsi  fövqüzzikr  qəzetədə  nəql  olunan 
“Hümmət” təşkilatı ismini kiçik mütəəllimlər heyəti tərəfindən 1905-ci
252
ildə gizli surətdə jelatin yapı ilə nəşr olunan “Hümmət” məcmuəsindən 
almışdır.  Bu məcmuə  cəmən  5-6 nömrə nəşr olunmuşdur.  Bu  sətirləri 
yazarkən  3-cü  nömrəsi  əlimiz  altındadır.  Tarixi  bir  əhəmiyyətə  ma- 
lik olduğu üçün nümunə olaraq məzkur nömrədən aşağıdakı məqaləyi 
nəql ediyoruz:
“H üm m ətür-rical, təqlaül-cibal”
Bu  kəlami-hikmət  nizam  ki,  bizim  cəridənin  hər  səhifəsinin 
əvvəlində,  intibahnamələrin  ünvanlarmda,  cavanlarımızın  övradi- 
zikrində mütədavil və bərqərardır -  nə deyən sözdür bilməli.
Bu  kəlami-izan  həzrət  əmirülmöminin  Əli  ibn  Əbu  Talib 
əleyhissəlamın  kəmali-möcüznümalarından  olub,  “Kişilərin  hümməti 
dağları  qoparar” -  dediyini hamımız bilirik.  Və bu sözü özümüzə ün- 
van qayırdıqda bu  söz bizə  dəsturüləməldir.  Xəyal  edirik və özümüzü 
bu  dəsturüləməldən  mütəxəllif hesab  ediyoruq.  Amma  həqiqətdə  isə 
belədirmi?  Özümüzə ünvan  tutduğumuz  qaydaya müvafiq  gedirizmi? 
“Hümmətür-rical” -  kəlməsinin əsl mənasmı  fəhm edirizmi? Biibarəti 
üxra,  müəyyən  bir məsləkimiz  varmı? Bu  sözü  özünə ünvan  edən  bir 
dəstənin bu suallara cavabı nə olmahdır? Əlbəttə ki, belədir:  bu sözün 
məzmunu ilə müvafiq hərəkətdəyiz. Demək lazımdır və illa qövldə bir, 
feldə qeyri olmalıdır. Biz isə bu suallara bu cür cavab verməliyiz. Həm 
müttəhidülkəlmə və həm qəlbən cavab verməliyiz. Amma bu cür cava- 
bı  vicdanımız  təsdiq  edirmi?  Bu cavabı  verib  də səvab  da  buluyoruz- 
mu?  Gümammızca bizim cavanların cəmiyyəti həmin suallara sidq ilə 
bu cavabı verməyə muxtar deyildirlər. Ona görə ki, “hümmətür-rical” -  
“kişilərin hümməti” deməkdir.  Hümmətür rəcül -  kişinin hümməti de- 
yil, yəni “hümmətür-rical” -  cəmdir, müfrəd deyildir. Burada təəmmül 
etməli, dərin fıkr edib kəlamın lübbünü bilməlidir. Bu kəlam “Kışilərin 
hümməti  birləşsə,  dağları  qoparar”  deməkdir.  Həqiqətdə  də  öylədir. 
Hər  bir  şeyin  qüvvəti  birlikdədir.  Birlik  isə  yalnız  “Mən  sənə  yolda- 
şam” -  deyib  təsəlli  verməklə  olmaz.  Bu,  dildə  deyilən  sözü  əməl  ilə 
də göstərməlidir.
Bir neçə şəxsin arasında ittihad həmfikirlilik, həmməsləklik ilə olur. 
Və  illa  ila yovmilqiyamə nifaq üzrə  baqi  qalacaqlar.  Məsələn,  biz  ca-
253

vanlann  biri  millətpərəst,  o  biri  demokrat,  üçüncüsü  ətiqpərəst,  dör- 
düncüsü  cədidpərəst  olub  da,  bu  cür  dəstə-dəstə  olmaqda,  hərəmiz 
özünəməxsus bir yol götürüb, müəyyən bir məslək ilə getməkdən hamı- 
mız  tək-tək  tələf olluq.  Və  heç  birimizin  əli  muradma  çatmaz.  Yad- 
dan  fəramuş  etməməlidir.  Bu  təfriqəbazlıqla  belə  hamımızm  dilində 
virdimiz  “hümmətür-rical,  təqləülcibal”  sözüdür.  Bəs  biz  müttəfiq  ol- 
maq  istəsək,  bu  kəlam  ki,  hamımız  ona  mütəkəllimik,  mənasmı  qa- 
nıb  dildə  vird  edən  kimi,  ürəkdə  də  qəbul  etsək  müttəfiq,  müntəzəm, 
müttəhid  olmağımıza  hərgiz  şəkk  şübhə  yoxdur.  İndi  yoldaşlar! 
Hərəmiz  bir  küncdə  bir  xüsusi  cəmiyyət  qayırıb  da  müxtəlif yollar 
ilə  getməkdənsə  birləşməli,  öz  fikr  və  fellərimizdən  bir-birimizi  hali 
etməliyiz.  Millətpərəstlik  bizə  yararsa,  hamımız  millətpərəst,  demok- 
ratlıq yararsa,  hamımız  demokrat və  qcyri bir yarar məslək üzrə  olub, 
müttəhidül-qövl vəl fel iş görək.
Bəndəyə qalır isə hər bir dəstədən olursa olar, ancaq islamiyyət üzrə 
olaq. İslamiyyətdən kənara çıxsaq fəlakət bizi gözləyir. İslam bizə rahi- 
nicatdır -  desəm eyni səvabdayam. Nə sosializmin, nə demokratizmin 
ümdə əqidələri islam ilə müxalif deyil.  Bəlkə  şarəyei-müqəddəsi-islam 
qoyduğu qəvaidlə  eyni  mütabiqətdə və müvafiqətdədir.  Zəkat,  fitrə və 
qeyrə  sədəqələr  vacibi-sünnəti  materializm  deyil  də  nədir?  Bərəkət 
cəmaətlikdədir.  Ümur  cümhuri-şura  ilə  görülməlidir  -   kəlamları  de- 
mokratizmi icab etməzmi? Xülasə, yenə də təkrar edirəm, hər nə olma- 
lıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki, bu eyni insaniyyətdir.
“Açıq söz”, 5 iyul  1917, JVa513
Övradi-zikrində mütədavil -  həmişə  dilinin əzbəridir
Biibarəti-üxra -  başqa sözlə
Müttəhidülkəlmə -  yekdillik
Lübb -  cövhər, məğz
İla yovmilqiyamə -  qiyamət gününədək
Mütəkəllim -  deyən, danışan
Vird -  dilinin əzbəri
Müttəhidül-qövl vəl fel -  sözü və işi bir olan
254
Eydi-fitr münasibatilə
Bu  ilki  orucluq  bayramım  Rusiya  müsəlmanlığı  başqa  bir  hal 
içərisində  istiqbal  ediyor.  Neçə  ildən  bəri  keçirdigimiz  bayramları 
dəhşətlər,  vəhşətlər,  fəlakət  və  məşəqqətlər  içində  keçirdiksə,  bu  ilki 
bayram saydığımız halların vücudilə bərabər başqa bir hal və hissiyyat 
ilə qarşılanıyor.
Qanlı dünya müharibəsinin bəşəriyyətə gətirdigi qorxu hala davam 
etməkdədir.  Fəqət  bu  “bim”  (qorxu)  ilə  bərabər  1927-ci  il  bir  “təyid” 
dəxi  veriyor.  Keçən il bayramları “bim” günləri  idisə,  bu ilki bayram- 
lar “bim və ümid”lərlə doludur.
Əvət,  Rusiya  irtica  və  istibdadı  son  dərəcəyi-məzalimanə  çıxdığı 
günlər  bütün  Rusiya  hürriyyətpərvərlərilə  bərabər  Rusiyada  yaşayan 
məhkum millətlərin qəlbi dəxi xof və dəhşətlərlə parçalamyor, hər kəs 
yarmki  günün  məchuliyyəti  qarşısmda naümid  bir  hal  içində bulunu- 
yordu.
Nagah tarixin  ən böyük bir vaqeəsi üz verdi.  Böyük fevral inqilabı 
hadis  oldu.  Demokratiya,  vətəndaşhq,  insaniyyət  və  millətin  hüquqi- 
ni  elan  ilə  Rusiyanın  ən  qaranlıq  guşələrini  işıqlandırdı,  ən  naümid 
ürəklərə ümidlər verdi.
Hürriyyətin bal ayları keçdi.  Böyük Rusiya kibi  bir məmləkət şüb- 
həsiz ki, asanlıqla tarixi bir inqilabı tarixi bir “sükut”la keçirə bilməzdi. 
Burada hər növ firqələr, təriqətlər,  əksinqilablar,  şiddəti-inqilablar ola- 
caqdı.
Fevral  ayından  bəri  Rusiya  inqilabı  haman  bir  neçə  dövrələr  ke- 
çirdi.  İmdi dəxi  ciddi və ciddi olduğu qədər də böhranh və qorxulu bir 
dövrə  daxil  oluyor.  Bir  tərəfdən  Rusiya  millətləri  elan  olunan  hürriy- 
yətdən  kəmalilə  istifadə  etmək  istiyorlar.  Finlandiya  ilə  Ukrayna  ha- 
man  “əlhürriyyət  və  ila  istiqlal  ayətən  min  ayatullah”  bayrağım  qal- 
dırıb kəndi  həqlərini  Məclisi-Müəssisam  gözləmədən yerinə  yetirmək 
istiyorlar.  Başqa  millətlər  dəxi  getdikcə  böyük  Rusiyanm  millətlərə
255

məxsus  muxtariyyətləfdən  mütəşəkkil  bir  cümhuriyyətdən  başqa 
surətlə  idarə  olunmayacağına  getdikcə  inamyor.  Bu  xüsusdakı  iman- 
ları artdıqca artıyor.
Məhkum  millətlərdən  başqa  məzlum  siniflər  dəxi  hürriyyətdən 
tamamilə  faidələnmək  istiyor,  demokratiya  ələ  keçirdigi  səngərlərini 
öylə bərkitmək istiyor ki, bu səngərlərdən yalnız siyasi hürriyyəti degil, 
iqtisad azlığmı da müdafiə etmək mümkün olsun.
Əlbəttə  ki,  dövri-sabiq  mürtəcelərindən  ötrü  bu  kibi  halları  gör- 
mək çox xuni-cigər yeməkdir.  Fəqət yalmz srağa günki mürtəcelər de- 
gil, dünki hürriyyətpərvərlərdən də bir çoxu vardır ki, artıq “bosdir!” -  
deyə bağırıyor, köhnəyə qayıtmaq arzusunu könlündən keçirib də inqi- 
labdan bıyıkırlar.  Şübhəsiz  ki,  zahirdə  görünən  ixtilal  və  iğtişaş  ərləri 
bir  çox  zəif və  natəvan  qəlbləri  hürriyyətin  feyzinə  inanmaqdan  mən 
ediyor.
İştə,  əhval  böylə  qarışıq  bir  zaman  keçiriyor.  Öylə  bir  zaman  ki, 
bir  tərəf sollaşdıqca  sollaşıb,  digər tərəf də  özünü  toxdadıb  sağa  tərəf 
meyl  ediyor,  ortada  heyran  qalıb  da  ətrafma  baxman  və  hanki  tərəfə 
gedəcəgini bilməyən “avarə”lər də çox.
Hər kəsdə bir bim,  eyni zamanda da hər kəsdə bir ümid!
İştə,  böylə  bim və ümidlərlə  dolu bir dövrdə  bu  ilki  eydi-fitri  keçi- 
riyoruz.
Əhvaldakı  inqilab,  inqilabın  rəvişindəki  ixtilal  bizə  xəşyətlər  veri- 
yor,  sabahı  düşündürüb  də  bim  və  əndişələrimizi  mucib  oluyorsa  da 
hər növ dəhşətlərə qarşı durmaq səbatım veron ümiddən məhrum degi- 
liz.  Hürriyyət,  muxtariyyət Rusiyayı  azad,  millətimizi  məsud  görmək 
ümidi.  Bu ümidlərlə biri-birini təbrik edəlim, bu ümidimizi qüvvətlən- 
dirmək üçün yarın məhəllələrdə  toplanacaq milli  fond ianəsinə  iştirak 
edəlim!
Orucluq bayramı bir gündür ki, o gün möminlər təzkiyeyi-nəfs üçün 
gördükləri  riyazətdən  qurtarıyor,  vəzifəlorini  gördükləri  üçün  vicdan 
istirahəti  hiss  ediyorlar.  Keçirdigimiz  inqilab  ayları  dəxi  millətlərdən 
ötrü  milli  məqsədlər,  vətəni  hüquqlara  yetmək  üçün  bir  növ  riyazət 
günləridir.
256
Bu riyazətlərin dəxi  bir eydi-fitri,  bir oruc  bayramı  vardır.  İştə,  bu 
bayramda ikən, amma o bayramımızı da unutmayalım!
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 7 iyul 1917, JVa515
Fitr -  orucdan çıxma, orucu qurtarma 
Xəşyət -  qorxu
Təyid -  qüvvətləndirmə; yardım, kömək 
Rəviş -  gediş 
Riyazət -  çətinlik 
Xuni-cigər -  qəm-qüssə
257

Böhrani-inqilab
İyulun ikisi ib  dördü arasında Petroqradda hadis olan qanlı vaqeələr, 
biri  digəri  ardmdan  gələn  böhranh  vaqeələrlə  başa  çıxıyor.  Kabinədə 
böhran,  küçələrdə  üsyan,  məmləkətdə  həyəcan,  bunların  hamısınm 
üstündə hücuma başlamış ordunun smıqlığı,  ikinci Kornilov armiyası- 
nın hər bir cəhətcə düşmənə üstün ikən məğlub olması məmləkəti, inqi- 
labı yeni bir böhran ilə qarşı-qarşıya qoyuyor.
Fevral inqilabi-əzimini işıqlı ümidlərlə qarşılayan əməlpərvər ürəklər 
iyul  ibtidasmda  çıxan bu qanlı  və əndişəli  böhranları nə  surətlə  qarşı- 
layacaq, hələ bu böhran nəticəsində elan olunan “inqilab diktatura”sına 
hanki bir baxışla baxacaqlar?
Diktatura  demək,  idareyi-mütləqə  deməkdir  ki,  tarixdə,  inqi- 
lab  zamanlarmda,  ixtilal  və  qarqaşılıqların  qabağmı  saxlamaq  üçün 
müəyyən  bir  şəxs  və  ya  heyətə  hər  növ  fövqəladə  tədbirlər  görmək 
həqqi verməkdən ibarətdir. Diktatura əksərən əksinqilaba müncər olub 
müvəffəq olduğu zaman hürriyyətlərin təhdidi ilə nəticələnər, olmadığı 
təqdirdə məmləkəti daha ziyadə bir fəlakət və böhrana uğradır.
Tarixi  zamanlarda zamana hökm edə  bilmək üçün  iqtidarlı ələ ma- 
lik olmaq  ehtiyacı  ilə  bərabər  o  zamanm  iqtizasmı  dərkə  dəxi  böyük 
ehtiyac vardır.
Bugünki  dərdin  çarəsini  diktatura  elamnda  görən  inqilabçılar  və 
hər  növ  ictima  və  məclisləri  icra  komitələrinin  pişəzvəqt  verəcəkləri 
icazələrə bağlamaq surətilə “ifratpərvər” corəyanlarla mübarizə etmək 
istəyən  demokratlar  məmləkətin  istedad  və  arzusunu  düşünməyərək 
hücuma başlamaları  ilə  zamanm  iqtizasma  həqqilə  arif oimadıqlarım 
bildirməmişlərmidi?
Fevral inqilabı istibdadı bitirdi və o məqsədlə də elan olundu.  İmdi- 
ki ixtilal isə müharibəyi bitirmək istiyor. Çünki müharibənin davamm- 
da  həm  məmləkətə,  həm  cümhuriyyətə,  həm  də  demokratiyaya  faidə 
degil,  zərər görüyor.  Həm həqiqətən də böylədirP Rusiya giriftar oldu- 
ğu bu  qədər müsibətilə bərabər bu qanlı hərbi btr  an əvvəl bitirməzsə, 
əksinqilaba xidmət etmiş olacaq və müharibənin vücudilə bərabər elan
258
olunan hər hanki bir diktatura isə hürriyyət və cümhuriyyətdən ziyadə, 
irtica qüvvələrinin artmasına xidmət edəcəkdir.
Bu mülahizələr  göz  qabağına  gətirildikdə  son  günlərdə  hadis  olan 
əhvalm nə kibi nəticələrlə qurtaracağı əndişəyi mucib oluyor.
İstibdadın  sayılmış  sonuncu  günlərindən  bəri  təkrar  edilə-edilə 
hər növ  təsir və  əhəmiyyətini  itirmiş  olan  “vətən xətərdədir”  cümləsi 
təkrar qəzetələrin baş səhifələrinə keçiyor. Fəqət zamanm əsl bəlası bir 
kənarda buraxıhb  da hər növ  günahı  məqami-iqtidarda  duranlara xas 
bir zehniyyətlə müharibənin bir an əvvəl tamam olmasım istəyən “ifrat” 
sosialistlərdən  görmək  və  bu  görüş  göstərməsilə  hərəkət  edib  inqilab 
diktaturasmı o yolda işlətmək Rusiyayı xətərdən qurtara biləcəkmi?!...
Kadetlərin  kabinədən  çıxdıqlarından  sonra  müvəqqəti  sosya- 
list  hökuməti  kadetlərdən  sol  burjualarla  etilaf edərək  bu  yeni  etilaf 
hökumətinə  diktatura  məqamını  vermək  istiyor.  Əcəba,  “müdafiəçi” 
olsa  da  fəhlə  və  soldat vəkillərindən  ibarət  olan demokratiya təşkilatı 
ilə hökumət tərəfdarı sosialist firqələr diktaturayı qəbul edəcəklərmi?
Diktatura başında Kerenski ilə Seretelinin bulunmasına nəzərən gü- 
man  etməlidir ki,  elan olunan  diktatura bu firqə və  qüvvətlərin  aldığı 
qərar nəticəsidir.  Fəqət teleqraflarda görülən bir xəbər bu mülahizənin 
hələ  tez  olduğunu  bildirir.  Petroqraddan  gələn  bir  teleqraf diyor  ki, 
Fəhlə  və  Soldat  Vəkilləri  Mərkəzi  Şurası  diktaturayı  qəbul  etməməgə 
qərar vermişdir.
Bu xəbərlərdə bir növ təzad vardır. Baxalım, hadisələrin cərəyanı nə 
kibi istiqamət alır.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin