350
Xülasə, sərvəqt olsunlar, fitnə və fəsad törətmək istəyən şübhəli fi-
kirli, iblis niyətli adamlara ara qarışdırmaq imkam verməsinlər.
Zabastovka əmələlərin son çarəsidir. Onlar bu son çaroyə əl atmış-
lar. İmdi böylə bir çarəni işlətmənin vəqtimi idi, degilmi idi? Artxq iş
orasınx müzakirə etməkdən keçmiş. İmdi bütün imkanlar, bütün səylər
burasına münhəsir olmalıdxr ki, zabastovka rahətliklə, sakitliklə keçsin.
Fəhlələrin qalibiyyəti ancaq bu tədbirdə, zabastovkanxn sakitliklə
keçməsindədir.
Başqa cür olursa fəsad çxxar. Fəsada bilxassə müsəlman zəhmətkeş-
ləri, türk əmələləri yol verməməlidirlər. Çünki çxxacaq fəsaddan ən çox
zərər görən yerli əhali olmaları hesabilə heç şübhəsiz ki, müsəlmanlar
olacaq!
Bütün əmələ firqələrinin rəyi bu xüsusda budur. Bütün Bakı mütə-
şəkkil demokratiyası ilə bərabər müsəlman təşkilatlarxnxn əzcümlə
türk və müsəlman demokratiyasının mütəşəkkil firqəsi olan “Müsavat”
firqəsinin də rəyi budur.
Dün nəşr elədigi bəyannaməsi ilə “Müsavat” bütün firqə əzalarını
haman bizim dəvət elədigimiz ətalət və sükunətə dəvət ediyor. Hamımx-
za lazımdxr ki, vaqe olan bu dəvətləri eşidək. Səlamətimiz, mənfəətimiz
bu məqul dəvətlərə qulaq asmaqdadxr!
Əvət, millətdaşlar, həyəcana tutulmayalxm, mətanətimizi, iqtidarı-
mızı itirməyəlim, bütün qüvvətlərimizi, bacarıq və səylərimizi sakit-
liklə səbr və mətanətə həsr edəlim, qardaşlar.
M.Ə.
“Açıq söz”, 28 scntyabr 1917, JV»576
351
Yürüdügümüz yol
İgirminci əsrin bariz tocəllisi aydm vo açıqca isbat etdi ki, bəşə-
riyyətin ümumi məfkurəsi hər dürlü qeydlərdən uzaq bir hürriyyət
və hər cür təhəkküm və təzyiqlərdən arı milli bir müsavat almaqdır.
Bu hürriyyət bir həqqi-təbii olduğu kibi o təbiiyyətin bir xüsusiyyəti
demək olan milliyyət dəxi müsavat şüarlarma görə qüvvət və inki-
şafmı əldə edə bilir. İgirminci əsr bəşəriyyətin tarixi həyatma mis-
li görülməyən hadisə və vəqeələr yazdı. Fəqət bu yazılar arasında ən
gözə çarpan bir həqiqət, ən vazeh oxunan bir səhifə, milliyyətin elmi və
fənni varlığı oldu. Atəşlər säçan, dəhşətli gumburtular çıxaran, qələlər,
istehkamları devirən, orduları pozan, şəhərləri xak ilə yeksan edən, bir
millətin qalibiyyət və məğlubiyyət höccətini qaralayan toplar eyni za-
manda milliyyətin həyati-bəşəriyyədə müstəsna bir üzv, ayrı bir ünsür
olduğunu da rəna göstərdi. Hər millətin milli bir həyat daxilində qalma-
sı tarix, elmi-ictimai, elmi-iqtisad amillərilə olduğu kibi bu amillərin
həqiqi bir tərz və əsas ilə paydar ola bilməsi dəxi siyasi bir hüquq ilə
qabildir.
Avropa müharibəsi bəşəriyyətə milli mübarizəyi, milliyyəni ögrətdi.
Bu milli təarüfün əsrimizdə hər şeyin üstündə qaldığını izah və is-
bat etməkdən isə onu paydar edəcək, qiymət və etibarmı yüksəldəcək
əsaslardan bəhs eləmək daha mətlub keyfiyyətdir.
Bilxassə bizim kibi həm məhkum, həm də milli bilgilərdən nisbətən
məhrum bir millət üçün xaricdən dəlil və vaqeələr araşdırılmaqdan isə
mövcudiyyətimizdə, daxildə duran xüsusiyyətlərimizi, milli amalları-
mızı vicdani bir etiraf ilə ortaya çıxarmaq, və əsl simamızla yolumuza
yürümək daha müstəhsən və məqbul bir istiqamətdir.
Milli bir mövcudiyyət və təarüfdən məhrum qalmış hər hanki bir
qalib millət üçün bu qalibiyyət bir fəlakət olduğu kibi, bu milli təarüfə
naiİ olmuş hər hanki bir məğlub millətin də məğlubiyyəti həqiqi bir
fəlakət olamaz. Çünki birinci qalib millət daxili və xüsusi amil və
əsaslardan məhrum olduğu halda ikinci məğlub fəqət bir təarüfı-milliy-
yəyə məzhər olmuş millətin gələcəgi daima aydm və parlaqdır. Tari-
352
xi, bəşəriyyətin müstəsna üzvlərindən olan hər hanki bir millətin şan-
lı və şərəfli mədəniyyətli sənət və ürfanmı qeyd edər ikən o millətin
bəşəriyyət hüzurundakı böyük və alicənab xidmətini yad etməkdən
də əl çəkəmiyor. Çünki bəşəriyyət və insaniyyət cameəsini hasil edən
əsaslar milliyyət cameəsidir. Din cameəsinin milliyyət cameəsindən
ayrı olduğunu da qəbul edəməyiz. İbtidai insan əvvəl bavəl özlügü-
nü dərk etdikdən sonra bir qüvveyi-müdrikəyə iman etmişdir. Halbu-
ki insanın özlügünü dərk etməsi milli bir halətdir. Çünki bu haləti-dərk
tarixi, irqi-aləm və zaifi-əlaəza, aləmi-heyvanat kibi mövzulara bağ-
lı olduğu kibi millət dəxi bu mövzuların ümumiyyətinə daxildir. Din
cameəsi isə milliyyət cameəsinin bir kəmal və qayəsi olduğu üçün milli
halət ilə dini halət arasında təbii bir surətdə münasibət daim oluyor. Bu
münasibət millətlər arasında pək doğru denildigi üzrə dini bir beynəl-
miləliyyət əsasmı ortaya çıxarıyor. İnsanların hürriyyəti nə qədər ge-
niş bir dairədə olursa bəşəriyyətin ümumi tərəqqisi də o qədər möhkəm
və qüvvətli əsaslarda cərəyan ediyor. Dini azadəlik, milli müsavat isə
bu hürriyyətin qəti və lazım ərkanındandır. İnsanlarm hürriyyəti bizcə
hər dürlü təhəkküm və təzyiqlərin ortadan qalxması və hüquqi-ənam
əsas və üsullarınm hakim olması şərtilə mümkün ola biləcəgi kibi
millətlərin müsavatı da ədəmi-mərkəziyyət və muxtariyyət amilləri ilə
qabildir. Bu əsas və amilləri təyin etməyin ilk sayısım sizə təqdim et-
digimiz “Müsavat”ın bundan sonrakı saylarında ifa ediləcəgi üçün tu-
tacağımız yol və məsləkin əsaslarını imdilik bu qədər göstərmək ilə
vəzifəmizə başlıyoruz...
Millət yoludur, həqq yoludur tutduğumuz yol,
Ey həqq, yaşa, ey sevgili millət, yaşa, var ol!
Heyəti-təhririyya
“Müsavat”, 10 sentyabr 1917, JVsl
Təhəkküm - hakim olma, məhkum etmə
Mətlub - arzu olunan
353
Avazi-Müsavat
1914-cü ilin şəamətli günü, iyul ayınm 19-da millətlər qitahna işarə
olan ilk top açıldığı zaman siyasi falçılar bu atışmanm misli tarix-
lərdə görülməmiş bir boğuşmaya müncər olacağını söylədilər. İcti-
mai kahinlər dəxi bu müharibə nəticəsində bütün şeylərin qiymət və
əhəmiyyəti dəgişəcəgini elan etdilər.
Dördüncü ildir ki, millətlər biri-birini qırıyor, dördüncü ildir ki,
məmurələr uçurulub, aclıq dünyanm hər tərəfıni bürüyor.
Bəşəriyyət böyük, təhəmmül olunmaz bir fədakarlıqda bulunuyor.
İnsanlar ileyhi-hərbə, o xunxar “mövəllux”a qurbanlar veriyorlar.
Adəm övladmın bu milyonlarla verdigi qurbanlar nəticəsində Həcci
qəbul olunacaqmı?
Rusiya inqilabı əzimənin hərbi-əkbər nəticəsində zühur elədigi və
bu inqilabda elan olünan əsasati-hürriyyətin böyüklügü bir kərə nəzərə
almırsa o zaman hökm etmək lazım gəlir ki, Adəm övladmm həcci
qəbula keçməkdə, heç olmasa, rusiyalılar Kəbəyi-amallarmı təvvafə
irişməkdədirlər!
Doğrudur, inqilab daha genişlənməkdədir. Doğrudur ki, inqila-
bm elan elədigi hürriyyət, müsavat və üxüvvət əsasları daha tamamilə
tətbiq olunmamışdır. Doğrudur ki, inqilabı hər zaman və hər dəqiqədə
qorxutmaqda olan qanlı hərb hənuz qurtarmamışdır. Doğrudur ki, ca-
nını ucuz satmaq istəməyən əjdahayi-istibdad hənuz can çəkişməkdə
və axırıncı qüvvəsini toplayaraq əksinqilaba hazırlaşmaqdadır.
Əvət, doğrudur ki, imdi bir yanda vəlvəleyi-hərb, bir yanda şurişi-
inqilab, bir tərəfdə aclıq təhdidi, bir tərəfdo də irtica qorxusu var.
Zaman təsəvvürə gələcək ən təşvişli zamanlardandır. Böylə bir za-
manda mətbuatm, həm də müəyyən bir firqə qəzetəsinin, müəyyən bir
fikri-siyasi naşiri-əfkarı olaraq intişarə başlayan qəzetənin vəzifəsindən
daha ağır, ondan daha məsuliyyətli bir vəzifə təsəvvür olunamaz!
İştə, böylə məsuliyyətli bir zamanda “Müsavat” meydana gəliyor;
meydana gəliyor da - hərbin bir an əvvəl qurtarmasını, demokratiyanm
var qüvvətlə irticayə qarşı çıxıb inqilab hökumətini möhkəm əllərdə
354
saxlanmasını, fikri-inqilabın əmələlərlə kəndlilər arasında sözlə degil,
işlə tərvic edilməsini, millətlərin amalına zərrə qədər əngəl olmayıb
da istədiklərinin bir an əvvəl təminə alınmasını, Rusiyanın federasiya
əsası üzərində binalanmış cümhuriyyəti-ənam vasitəsilə idarə olunma-
sını tələb edən inqilab qəzetələri ilə həmavaz oluyor.
Hürriyyət və milliyyət əsasmın qələbəsinə imanmdan aldığı bir
qüvvəti-qəlblə: insanlara hürriyyət, millətlərə müsavat! - diyor.
İştə, afaqı çulğamış top gurultularını qaplayan bir seyhi-intibah:
- Avazi-Müsavat!
M.Ə.RəsuIzadə
“Müsavat”, 10 sentyabr 1917, JVel
Avaz - şöhrət, səda, nərə
Şəamət - uğursuzluq
Məmurə - əhalisi çox olan tikintilər
Təvvaf - Həcc mərasimində Kəbənin ətrafına dolanma
Seyhə - nərə, bağırtı
355
Finlandiyadan dərs
Məlum ki, müvəqqəti hökumət Finlandiyamn “SeymTini ləğv edib
tazədən seçilmələrini qərara almış idi. Çünki müvəqqəti hökumətin
ümidi var idi ki, finvalılar köhnə üsul və əsaslan qəbul edər və Seym
tərəfindən tərcih edilən inqilabi yollardan kənar qoyar. Bu ümidi Fin-
landiya qövldən-felə çıxardı. Tazə seçilən Seymdə əskisinə nisbətən
daha az sosial-demokratlar vardır. Fəqət göründügünə görə bu əhval
milli siyasətin gedişini də dəgişdirəməmiş, bəlkə də burjuaziya-
nın əksəriyyətini təşkil edən imdiki Seym finlanlarm hürriyyət və
istiqlaliyyəti üçün daha da mübarizəyi artırmışdır.
Şübhəsiz, əski Seymin cürətli və cəsarətli qədəməsi hamımızın ya-
dma gəlir: sosial-demokratiya fraksiyası Seymin sədri ilo birlikdə rus
general-qubernatoru tərəfindən möhürlənmiş qapıları smdıraraq az bir
müddət içində bir çox mühüm muxtariyyət səlahiyyətlərinə aid qanun-
lar qəbul etmiş və fövqəladə bir surətdə işə şüru etmiş idi. Vətənpər-
vərlik seyhəsi ilə duyğulanan finva sosial-demokratları qoxmuyorlar
idi. Müvəqqəti hökumət isə ümidləniyor idi ki, tazə Seym daha burju
az olur, daha da güzəştəyə tərəfdar bulunur. Əgər teleqraf xəbərlərinə
qulaq versək, tazə Seym öz simasım yenə bəlli və aşkar etdi. Bu Seym
niyət ediyor ki, özünü milli Məclisi-Müəssisan və Finlandiyayı cüm-
huriyyət olaraq elan etsin. Vazeh qanun səlahiyyəti Seymdə ola-
caq və qəreyi-icraiyyə isə tamamilə cümhuriyyət rəisinə aid buluna-
caq, cümhuriyyət rəisi isə millət tərəfindən altı il vədə ilə seçiləcəkdir.
Cümhuriyyət rəisi eyni zamanda finva qüvai-əskəriyyəsinin baş koman-
damdır, hərb və sülh məsələləri və müştərək dövləti məsələlərdir. Daxi-
li işlərdə isə Finlandiya tamamilə müstəqildir. Əgər Finlandiya və Ru-
siya Məclisi-Müəssisanı arasında etilaf vaqe olmazsa, o halda Finlan-
diya gələcəkdəki beynəlmiləl konfransa müraciət edəcək və bu konf-
ransda özünün xüsusi nümayəndəligi bulunacaqdır. Bir sözlə, Finlan-
diya Rusiyanm muxtariyyətli bir əyaləti olmayacaq. Biləks müstəqil
bir dövlət olacaqdır. Rusiya və Finlandiya arasxnda cari olan siya-
si mübarizədə bir cəhət şayani-diqqət və mövcibi-əhəmiyyət idi. İn-
356
qilabın başlanğxcxna qədər Finlandiya sair məhkum millətlər kibi ta-
rixi hüquqlar əsasilə danışıb durmaqda idi. Hətta o zamankı Avropa
üçün bu cür danxşxqlar daha da anlaşıla bilər idi. 1809 tarixində Bi-
rinci Aleksandr tazə işğal və ilhaq edilmiş olan Finlandiyaya yalnız
məşrutiyyət verməgə iktifa etməyib Aleksandrdan daha əvvəl zəbt
edilmiş olan Vıborq əyalətini də geri qaytarmış idi. İkinci Aleksandr
zamanmda isə Finlandiyanın hüquq və səlahiyyəti daha da genişlənmiş
idi. Üçüncü Aleksandrdan İkinci Nikolaya qədər isə Finlandiya hüquq
və səlahiyyətinin süqutu dövrüdür.
Bu gün isə fmvalılar qəlb açıqlığı ilə diyorlar vo israr ediyorlar ki,
onların niyyət və məqsədləri tarixi bir məşrutiyyətdən ibarət degil,
biləks tamamilə istiqlaliyyətdir. Qəribə də əsl buradadır ki, Finlandiya
heç bir tarixdə müstəqil bir dövlət olmamış və İsveçin əyaləti daxilində
qalmış idi.
Fəqət heyrət edilməsin ki, siyasət aləmində bu cür səhifələr çox
vardır. Zatən bizzat fınva diplomatları da Avropa qəzetələrinin
müxbirlərinə söylüyorlar ki, “bu gün bizzat Rusiya da Finlandiyanın
durduğu bir vəziyyətdə, yaxud inqilabi bir haldadır. Tarixi hüquq və
ixtiyarlar Romanovlarm idarəsində idi. Fəqət əskər inqilab yaparaq bu
sülalə əleyhinə durmuş və müvəqqəti hökuməti vücuda gətirmişdir.
Binaənileyh müvəqqəti hökumətin ixtiyarı yoxdur ki, Seymin qarşı-
sında tarixi hüquq və əsasları çıxarıb səbəb və amil saysm”.
Əcəba, Seymin müvəqqəti hökumətə qarşı mübarizə etmək üçün
ümidi nərədə və nə tərəfdədir?
Bizcə məsələ şu surətdədir. Son zamanlarm əhvalı və əfkari-
ümumiyyə Finlandiyanm faidə və mənfəətinə müvafiq çıxdı: əvvəla,
Helsinqfor və Vıborqda olan Rusiya qüvvəyi-əskəriyyəsi əksəriyyətlə
bolşeviklərdəndir, kəza Finlandiya sahilini mühafizə edən rus flo-
tu da bolşevikdir. Digər tərəfdən Baltik dənizinin əksəri qismi al-
man flotanun hakimiyyəti altındadır. Düşmon tərəfindən Finlandiya
sahillərindən birinə əskər çıxarılması qayət mümkün və məlhuzdur.
Digər tərəfdən İsveçin Finlandiyaya qarşı təvəccöh vo səmimiyyəti var-
dır. Bu iki məmləkət əsasən tarixi macəralarla yekdigərlərilə birləş-
məkdədir, münasibəti-diniyyə və mədəniyyələri var. Bundan baş-
qa da bu gün Finlandiyamn altıda bir qismi İsveç lisanilə danışmaq-
357
dadır. Nəhayət, bir cəhət daha var: üç ildən bəri davam edən böyük
müharibədən Finlandiya nə iqtisad cəhətilə, nə də qüvvət etibarilə heç
bir zəifıyyətə düçar olmamışdır; əvvəla, gənc və zində qüvvətlərini
əldə etdi. Saniyən, öz pulu olan mark öz qiymətində qaldı.
Finlandiya başqa məhkum və kiçik millətlərə yaxşı bir dərs veri-
yor. O dərs də şudurki, bu gün Finlandiyada milli siyasəti ən qüvvətli
bir surətdə işlətən Finlandiyanm sosial-demokratiyasıdır. O sosi-
al-demokratiya ki, əsla güzəşt etməgi də bilmiyor. Əcəba, Finlandi-
ya sosial-demokratları bu səbrsizliyi nə üçün ediyorlar, nə üçün Ru-
siyanm Məclisi-Müəssisanmı gözləyib bəkləmiyorlar? Əcəba, onlarda
beynəlmiləliyyətə məxsus bir əqllilik yoxmu ki, milli məsələləri həll
etmək üçün demokratiyanı ayırmaq degil, etilaf lazımdır? Finva de-
mokratiyası bu suala müəyyən və aşkar bir cavab ilə müqabilə etdi:
hər millətin demokratiyası öz milli məsələsini həll etdikdən sonra
beynəlmiləliyyətə doğru yürüyə bilər - dedi.
İştə, Finlandiyadan dərs!
“Müsavat”, 1 oktyabr 1917, JV®3
. Seyhə - bağırtı, qışqırmaq
Məlhuz - nəzərə çarprmş; gözə dəymiş
358
“M üsavaf’m mühazirəsi
Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” idarəsi tərəfindən
cümə gecəsi tərtib edilən “İsmailiyyə” binasındakı mühazirə müvəf-
fəqiyyətlə keçmişdir. Mühazirəyə əvvəla Məhəmməd Əmin Rəsulzadə
başladı. Mərkəziyyət vo ədəmi-mərkəziyyət mövzui ilə sözə başlayan
natiq dəfələrlə alqışlandı. Mərkəziyyət həqqində müfəssəl və aydm
məlumat verdi. Natiq mərkəziyyəti şu surətlə təhlil ediyor idi:
“Əvvəllərdə hökumətlər daima şuriş və ixtilal içərisində yaşadığı
üçün lazım idi ki, bütün qüvvət və hakimiyyəti mərkəzə toplayıb hər
cür qarışıqhq və vəhşi hallara qarşı mübarizə etməgə və mübarizəyi
də bir ahəngdə icra etməgə diqqət və əhəmiyyət verilsin. Babi-Aliyə:
mərkəziyyət müşəvvəş əhvalla və qeyri-təbii hadisələrə qarşı bir is-
tibdad hökuməti görüyor. idi. Mərkəziyyətin müqabili isə ədəmi-
mərkəziyyətdir ki, istibdadı hürriyyətə əvəz eləmək deməkdir. Ədəmi-
mərkəziyyət millətlərin hüququnu müsavi bir halda yaşaya bilmələrini
təmin etdigi üçün istibdada qarşı həmişə mübarizə etməkdədir. Alma-
niyanın şövkət və sətvətini bütün hökumət və dövlətlərə göstərən
əsaslar bir gözdən keçilirsə əlbəttə, görüləcəkdir ki, Almaniya ancaq
ədəmi-mərkəziyyət üsulilə idarə olunmasmdan bu dərəcəyi tapmış-
dır. Mərkəziyyət üsulilə və mərkəziyyət düstur və qanuni ilə ədəmi-
mərkəziyyəti tədqiq edənlər diyorlar ki, bu hökumətin zəif bulması
deməkdir. Halbuki hər əsasm, hər idarənin özünəməxsus bir tədqiq və
üsul dairəsi vardır. Və əgər buüsul ilə tədqiqatdabulunsaq, heç şübhəsiz
o zaman təsdiq edəriz ki, ədəmi-mərkəziyyət əvvəla millətlərin həyat
və fəaliyyət qüvvətlərini artırdığmdan, sonra milli təarüfi, milli ehti-
yacları təmin etdigindən əlbəttə ki, ədəmi-mərkəziyyətlər təşkil edən
bir böyük hökumət də daima nicat və tərəqqiyə doğru getmiş olur. Əlli
milyonluq türk aləmi və Rusiya müsəlmanlığı dəxi bu amaldan, bu
tələb etdigi həqdən heç bir zaman məhrum olmaq istəməz. Milli nicatı-
mız ədəmi-mərkəziyyətin qələbəsi, milli hürriyyətimiz və milh qüvvə-
timiz ədəmi-mərkəziyyətin müzəffəriyyətidir”. Natiq sürəkli alqışlar-
la salamlandı.
“Müsavat”, 13 oktyabr 1917, JV®4
Müşəvvəş - təşvişli, həyəcanh
359
Bizim “qərəzimiz”
“Müsavat” milli bir firqə olduğundan hər işində, hər təşəbbüsündə
millətin mənafeyini gözləməkdədir. Onda ki, Bakıda Milli Komitə yeni
təşkil edilmişdi, onun işini cəmaətimizdən bir çoxu bilmiyordu, “Mü-
savat” firqəsi öz işlərini ikinci dərəcəyə buraxıb cəmaət arasında Mil-
li Komitə lehinə təbliğatda bulunuyordu. O zamanda ki, Milli Komitə
əleyhinə bir çox bədgulər vardı, onun dağılması istənilirdi və onu yeganə
müdafiə edən istər nəşriyyat ilə, istər təbliğat ilə bədgulərə cavab verən
“Müsavat” firqəsi idi. Hətta bir çoxları “Müsavat” əleyhinə bu sözü də
çıxarmışlar idi ki, guya “Müsavat” firqəsini Milli Komitə təşkil etmiş,
“Müsavat” firqəsi Milli Komitənin parası ilə əmələ gəlmişdir.
“Müsavat” firqəsinin vaxtilə Milli Komitə lehinə bu qədər ciddi-
cəhddə bulunmasınm səbəbi nə idi? Məclislərə, mitinqlərə natiqlərini
göndərib Milli Komitənin əhəmiyyətindən və cəmaətə verəcəgi
faidəsindən bəhs etməkdə bir qərəzimi var idi?
Əvət, “Müsavat” firqəsmin bir qərəzi var idi. O qərəz onun tut-
duğu məsləkinin iqtizası idi. Bu qərəz də ancaq türk millətinin və
müsəlmanlarının mənafeyi idi. Hər zaman bu milli mənafe nəzərdə tu-
tulub hərəkət ediliyordu. Bu hal-hazırda yenə bu məqsədlə çalışıldığı
kibi bundan sonra da bu qərəzlə çahşılacaq.
Lakin təəssüf ediləcək bir hal var ki, Milli Komitənin bədguləri
yenə var, yenə ciddiyyətlə komitənin dağıdılmasma çalışıyorlar. Onun
qədr və qiymətini və əhəmiyyətini cəmaət arasmda aşağıya endiriyor-
lar və bir az müvəffəq də oluyorlar. Budur ki, Milli Komitə əvvəlki kibi
işləyə bilmiyor. O vəqtinin bir- çoxunu ancaq ortada olan intriqalar ilə
keçirməgə məcbur oluyor.
i'
Necə ki məlumdur ki, duma. seçkilərinə cəmaəti hazırlamaq üçün
Milli Komitə vəzifəsi icab i’olaraq ta iyun və iyul aylarından bəri
işləməkdədir. Bu xüsusda “Müsavat” üzvləri də hər zamankı kibi öz
müavinətini etməkdə idi. İbtida bir proqram tərtib edilmişdi ki, vəqtilə
təb edilib cəmaətə paylandı. Sonradan bir namizədlər siyahısı tərtib
edilib Milli Şuraya təqdim edildi. Milli Şurayı dəvət etməkdən məqsəd
bu idi ki, haman siyahıyı tənqid eləsin. Hətta Şuranın sədri öz nitqində
360
diyordu ki, komitənin şurayx dəvət etməkdən məqsədi budur ki, siyahı-
ya baxsm. İxtiyar şuradadır, kənardan lazım bildigi adamlardan haman
siyahıya əlavə edə bildigi kibi haman siyahıdan istədigi şəxsləri çıxar-
da bilər. Habelə yenə ixtiyarı var ki, bu siyahıyı əbədən qəbul eləməyib
yenidən bir siyahı tərtib eləsin.
Komitənin bu bəyanatı hüsni-təvəccöh ilə qarşılanacağı bir anda şu-
rada bir qiyamətdir ki, qopmuşdu. Əvvəlcədən hazırlanmış bir surətdə
hər natiq komitəyi tənqid ediyor, hətta ona hücum belə ediyordu.
Əcəba, komitə burada vaqeən bir günah işmi işləmişdi. O özünə
həvalə olunan bir vəzifəyi yerinə yetirmişdi. Bir çox damşıqlardan
məclis nümayəndələrinin nümayişkəranə bir surətdə məclisi tərk edib
getdikdən sonra şura yenidən siyahı tərtib etmək üçün bir komisyon
intixabına qərar vermişdi. Lakin məclisdə əksəriyyət olmadığı üçün
ikinci bir iclas dəvət etməgi təhti-qərara almışdı. Lakin ikinci iclasa
təsisə yüz səksən nəfər üzvdən ancaq otuz nəfər gəldigi üçün məclis
yenə baş tutmayıb qərar vermədən dağıhb getmişdi. Bu halların şahi-
di olan “Müsavat” firqəsi Komitənin artıq siyahı çıxarmıyacağmı gü-
man edərək öz üzvlərindən bir siyahı tərtib edib onu keçirmək üçün la-
zım gələn təşəbbüslərdə də bulunmuşdu. Ancaq siyahıyı tərtib etdikdə
böylə bir mülahizəyi nəzərə almışdı ki, əgər Milli Komitə öz tərəfindən
bir siyahı çıxararsa onsuz da Bakıda əqəliyyətdə qalan müsəlmanların
səsi təfriqəyə uğramamaq üçün öz siyahısından keçsin. Buna görə də
onu lazım gələn yerinə təqdim etməyib axırmcı günədək göziüyordu.
Nəhayət, 15 oktyabrda Milli Komitənin iclasmda bu xüsusda yenidən
müzakirə edildi. “Müsavat”dan başqa siyahı tərtib edən dəstəiərin
nümayəndələri ilə bu barədə sözləşdi. Nəhayət, əksəriyyəti-ara ilə
müttəfiq bir siyahı tərtibi qərara alındı. Bunun üçün hər tərəfin nüma-
yəndələrindən ibarət bir komisyon seçildi. Mütəəssüfanə komisyon ra-
zılaşa bilməyib bir iş görmədən dağıldı. Nəhayət, komitənin 17 oktyabr
tarixli iclasında təkrar bu məsələ müzakirəyə qoyulub hər necə olur-
sa-olsun komitə adından bir siyahı verilmək lazım görüldü. “Müsavat”
nümayəndəsi firqənin qərarmı komitəyə bildirib dedi:
-
Necə bir siyahı olursa-olsun, əgər komitə onu təsdiq edərsə ancaq
cəmaət arasında ixtilaf düşməmək üçün “Müsavat” güzəştə gedib öz si-
yahısım milli mənfəətə fəda edər.
361
Budur ki, filmoclis bir siyahı tərtib edildi.
“Müsavat” firqəsinin böylə bir fədakarhqda bulunmasınm səbobi
məlumdur. Bunda heç bir qərəz də yoxdur. Onun yeganə bir qərəzi var-
sa, o da türk millətinin və müsəlmanların ittihadı və səadətləridir. “Mü-
savat” bu məqsədlə təşkil olunmuş, bu məqsədlə işləmiş və bu məqsədlə
də işləyəcək. Çünki:
Millət yoludur, həqq yoludur tutduğumuz yol,
Ey həqq, yaşa, ey sevgili millət, yaşa, var ol!
M üsavatçı
“M üsavat”, 20 oktyabr 1917, JVa5
Bədgu - iftiraçı, qeybətçi
İqtiza - lüzum, tələb
Filməclis - məclisdə
Dostları ilə paylaş: |