Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

M.Ə.Rəsulzadə 
“Açıq söz”, 26 oktyabr 1917, JV®598
İğm az -  böhtan 
Nafiz -  nüfuzlu 
Təəssüb -  fanatizm
374
Bu gün imtahan günü
Bakımn saəti gəliyor.  Bu gün bakılı vətəndaşlar seçki ayağına gəlib 
meydanda olan  12  siyahıdan hankisi həqqində nə hökmdə bulunduqla- 
rını bildirməlidirlər.
Millətdaşlar, bu gün siz hakim olmalısmız, göstərməlisiniz ki, kimə 
daha artıq etibar ediyor, kimə daha çox inanıyorsunuz.
Biz  sizə  bu  siyahıya  səs  veriniz,  o  siyahıya səs  veriniz  demiyoruz. 
Biz istəriz ki, siz tamamilə azad olub öz vicdanınızla, öz qanacağınız- 
Ia hərəkət edəsiniz!
Siz baxmalı, həqq ilə batili ayırmalısımz!  Siz bilməlisiniz ki, cəmaət 
işini cəmaət işini bilənlər görə bilərlər.  Siz bilməlisiniz ki, bir millətin 
ruhunu, ehtiyaemı o millətdən olanlar yaxşı bilər.  Siz qəbul etməlisiniz 
ki, şəhər dumasmda milliyyət, yəni məktəb, dil, yazı məsələsi varsa da, 
din, məzhəb məsələsi yoxdur.
Bunları  bildikdən  və  nəzərə  aldıqdan  sonra  almız  doqquzuncu 
nömrəni,  götürünüz  12-ci  nömrəni,  baxmız  beşinci  nömrəyə  və  sair- 
lərinə.  İstərsəniz  onlarm  siyahısmı  diqqətlə  oxuyunuz.  Bilxassə  9-cu 
nömrə  ilə  12-ci  nömrə  adamlarının  adları  qəzetəmizin  qismi-məx- 
susində  dərc  edilmişdir.  Onu  gözdən  keçiriniz,  görünüz  kim  şəhər 
işlərinə  idarəyə,  cəmaət  dərdlərini  anlamaya,  millət  arzularmı  dərk 
etməyə mühəyyadır.
Hanki  nömrəyə  səs  verəcəksiniz  veriniz.  Fəqət  idrakla,  qanacaqla 
səs  veriniz.  Onu biliniz ki,  bu  gün  diqqət  etməsəniz,  bu  gün  yanılsa- 
nız,  bu  gün  zəiflik  göstərib  qoçuların,  zorbaların  sözünə  qulaq  assa- 
nız,  istəmədiginiz  adamlarm  nömrəsini  versəniz  sabahki  məsuliyyət 
kimsəyə  degil,  özünüzə  aid  olacaq.  O  adamları  ki,  ancaq  bu  seçki 
günlərində  cəmaət işində  görüyorsunuz,  əvvəlcə  görmüyordunuz,  çox 
çəkməz seçkilər keçər, yenə də görməz, peşiman olarsınız.  Sonrakı pe- 
şimançılıq isə faidə verməz.
Ehtiyatlı  olunuz,  özünüz-özünüzü yıxmayınız,  yıxılsanız  o  zaman 
şikayətə həqqiniz qalmaz.
Çünki özü yıxılan ağlamaz!
“Açıq söz”, 29 oktyabr 1917, JV»600
Mühəyya -  hazırlanmış
375

“Müsavat” qurultayı
Keçən  nömrədə  xəbər  verilmiş  olduğu  üzrə  “Müsavat”  firqəsinin 
iclası  ayın  25-də  açılmayaraq  rosmi-koşad  ayın  26-a təxir  edilmişdir. 
Aym 25-də ancaq xüsusi məşvərət məclisi təyin edilmişdi.
Hələ  saət  5-dən  İsmailiyyə  binasmda,  xüsusən  “Müsavat” 
bölməsində böyük  cünbiş  ruhlu  hərəkətlər müşahidə  olunur;  yüzlərcə 
adam cəm olub, içəri girmək üçün bilet istiyor;  firqə nümayəndələrinə 
kağız veriliyor; şura əzasına xüsusi nişaniar paylanıyor...
Nəhayət, saət 8 oluyor.  500-dən ziyadə hazirunin gurultulu aiqışları 
altında Türk Ədəmi-Mərkəziyyət firqəsinin ən çalışqan müəssislərindən 
Məhəmməd  Əmin  Rəsulzadə  cənabları  məclisi  açaraq  bu  qurultaym 
əhəmiyyətindən  bəhslə  diyorlar  ki:  Türk  Ədəmi-Mərkəziyyət  firqəsi 
“Müsavat”ın  birinci  qurultayı  bütün  Türk  və  Şərqi-islam  aləmi  üçün 
böyük  əhəmiyyətə  malikdir.  Zira  siyasi  firqələri  olmayan  bir millətin 
siyasi duyğusu, siyasi düşüncəsi olamaz.  Siyasət meydanma hər milləti 
siyasi firqələr çıxarar, siyasi fikirlər siyasi firqənin ehtimamilə xəlq ara- 
sında ihtişar tapar. Fəqət bir firqə xəlqin hüsni-rəğbətini o vəqt qazanar, 
milləti  öz başına o vəqt toplaya bilər ki,  cəmaətin  milli  amal  və  arzu- 
suna müvafiq pröqram yürüdərək təşkili təbiətə yaxm oisun. Bir siyasi 
fırqə o vəqt müvəffəq olar ki, millətin təbii yolunu dərk edə. Firqəmizin 
tərəqqipərvərlər,  füqərayi-kasibə,  demokratiya  və  ümumqərəzsizlər 
tərəfindən  hüsni-təvəccöh  və  rəğbəti  qazanmış  olduğu  doğru  yol 
getdiginə  bir  dəlildir.  Bugünki  etibar  və  təvəccöh  ayrı  firqə  əzasınm 
çalışması  və  niyazı  sayəsində  degil,  hər  şeydən  artıq  Türk  Ədəmi- 
Mərkəziyyət firqəsi  “Müsavat”m bütün millətimizin arzu  və amalları- 
m doğru surətdə dərki və təbii bir cərəyanla hərəkət etməsindədir.
Siyasi  firqələr  birər  hökumət  kibidirlər.  Hər  firqənin  təşkilatı 
gələcək  hökumətin  necə  təşkil  olunmasını  istədigini  göstərir.  Fəqət 
firqə  təşkiiatı  hökumətin  ancaq  icraiyyə  müəssisələri  kibidir.  QanUn 
vəz  etmək  ixtiyarı  isə  ancaq  fırqə  qurultaylarına  məxsusdur.  Bundan 
dolayıdır ki, mütərəqqi  miİlətlər və  siyasi  firqələr flrqə qurultaylarma 
çox böyük əhəmiyyət veriyorlar.
376
Bədə  natiq  əfəndi  qurultaya  gəlmiş  olan  nümayəndələrin  adları- 
nı  oxuyaraq bəyan  ediyor ki, Naxçıvan,  İrəvan,  Ağdaş  və  sairlərindən 
gözlənən  vəkillərin  həpsi  gəlməmiş,  yaxud  yenicə  gəlib  də  yorulmuş 
olduğundan qurultaym rəsmi-kəşadı ayın 26-a təxir edilərək bu gecəyi 
boş  keçirməmək  üçün  ancaq  xüsusi  məşvərət  məclisi  qurmağa  və 
tərtibat  və bəzi  hazırlıq  məsələsinə  baxılması  təklif oİunur.  Əzcümlə, 
bu  gecə  heyəti-rəyasətə,  etibarnamə  komissiyasına  və  tərtibati-məclis 
işiərinə baxari heyətə namizədiər göstərilməİidir.
Heyəti-rəyasətə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyii, 
Məhəmməd Həsən Hacınski,  Cavad Məlikyeqanov  (fəhiə),  Əbülqasim 
əfəndi  (Quba  mahaimdan)  namizəd  edildiiər.  Katibligə:  Mirzə 
Məhəmməd Axundzadə ilə İsiam bəy Qəbuiov namizəd göstərildiiər.
Etibarnamə komissiyasma:  Oruc  Orucov,  Qulamrza Şərifov, Züifü- 
qar  Məhəmmədov,  Ərimullah  əfəndi  və  Mirzə  Məhəmməd  Axundov 
namizəd göstərildüər.
Tərtibi-müzakirat bu qərar ilə təyin edildi:
1) 
Təşrifat,  təbrikat, 2) Mərkəzi heyotlərin məruzələri,  3) Etibar ko- 
missiyasmm məruzəsi, 4) iş cəhəti.
Birinci iclas'
Pəncşənbə  günü  Türk  Ədəmi-Mərkəziyyət  firqəsi  “Müsavat”  qu- 
rultayı  özgə  bir  təntənə  və  ruh  qabarıqlığı  iiə  başladı.  Tä  saət  7-dən 
“İsmaiiiyyə” binasmm  dairələri  cəmaətiə  qaynaşaraq  saət  8-də böyük 
saion  xmcaxmc  dolaraq  tamaşaçılardan  bir  çoxu  ayaq  üstə  durmuş, 
əksərinə bilet tapümayaraq məyus qayıtmışlardı.
Quruitayda  yüzə  qədər  Azərbaycanm  hər tərəfindən  gəimə  nüma- 
yəndəiər var. nümayəndələr yalnız şəhərlərdən degil, uzaq kəndiərdən, 
əməiə  rayonlarından  gəimişiərdir.  Qurultay  heyət  etibarı  iiə  ehtimai 
Şərqi-İslamda  topianmış,  əndüvə  və  quruitayların  ən  demokratik  bir 
heyətini təşkii ediyor.
Nümayəndəiərdən yüzdə 90-ı kəndii və fəhlədən ibarət!
1 M.Ə.Rəsulzadənin giriş nitqi -  Ş.H.
377

Qurultay firqənin Bakı heyəti-mərkəziyyəsi rəisi Məhəmməd Əmin 
Rəsulzadə cənabları tərəfindən açıldı.
Məhəmməd  Əmin  əfəndi  rəyasət  mövqeinə  çıxınca  alqış  tufa- 
nı  açılıb  sürəkli  surətdə  davam  elədi,  bir necə  dəqiqə natiqi  gözləmək 
məcburiyyətində bulundurdu.  Alqışlar dayandıqdan sonra nitq iftinahi 
başladı. Natiq müvəqqətən Şərq islamı ilə Türk aləminin əhvali-hazırə 
siyasətindon bəhslə dedi ki:
Bütün  Şərqi-İslam  və  Türklük  aləmi  neçə  əsrdən  bəri  ətalət zama- 
nı keçiriyordu. Həm də ətalət o dərəcəyə gəlmişdi ki, Şərq millətlərinin 
tərəqqi və mədəni olmasvna ümid kəsilmişdi.  Bunun da səbəbi məzkur 
millətlər  arasmda  amal,  ideal,  məqsəd  yoxluğu  idi.  Əlbəttə,  millətin 
həyatma işıqlı yol göstərən yıldız olan milli amal və məqsəd yoxahnca 
cəmaət də halətdən qaldı və siyasətcə öldü.
Fəqət  həmişə  böylə  gedəməzdi:  son  zamanlar  Şərq  aləmi  eünbişə 
gəldi.  İmdi  bir  dövri-intibah  keçiriyoruz.  Milli  oyamqlıq  böyük  duy- 
ğu,  böyük  fikir Şərqi-islam və Türk millətlərini oyatdı.  Böyük  sarsm- 
tılar,  böyük  fikir doğurdu.  Biz  qəflətdə  olduğumuz zaman Avropanın 
zülm və  cəfası  bir  dərəcəyə  çatdı  ki,  nəhayət,  Qərb  imperializmi  bizi 
ozdi,  sarsıtdı  və  əzilm ək nəticəsində m illi  duyğu oyandı.  Şimdi  dövri- 
intibah keçiriyoruz.
Milli  amalımıza doğru yüzüyoruz.  Lakin bizim amalımız başqala- 
rına hakim olmaq, başqalarını əzmək degil, özümüzün rifa və səadətlə 
yaşamamız  və  sair  millətlərlə  bərabər  bəşəriyyətə  bir  üzv,  hamı  ilə 
bərabər mədəni və mütərəqqi bir millət olmaqdır.  Türklük fikri başqa- 
larma təcavüz olmadığı kibi, İslama da müariz degil.  Hürriyyətin bö- 
yük  ərkanından  birisi  şəxsi  təmin  etməkdir.  Bir  millət  isə  bir  camiə 
təşkil  ediyor.  Bir  şəxsin  özünə  məxsus  arzu  və  məqsədləri,  dilək  və 
istəkləri  olduğu  kibi,  bir  millətin,  o  camiəyi-noviyyənin  də  milli  fi- 
kir  amalı,  məqsədi,  ehtiyaçı  var.  Yaşadığımız  şərait  altmda  bizim  bu 
amal  və  arzularımızı  ancaq  böyük  milli  fikir  ödəyə  bilər.  Firqəmizin 
müvəffəqiyyət  qazanması,  fəhlə,  kəndli  və  tərəqqipərvər  sinifləri  bir 
yerə cəm edə bilməsinin sirri və hikməti də haman bu fikirdəndir.  Bir 
cəmaətin,  millətin,  hətta  bir  şəxsin  müəyyən  amal  və  arzusu,  müəy- 
yən  məqsədi  olmazsa tərəqqi  edəməz.  Came  olan  miliətin də  bu  mil- 
li  məqsədi  olmazsa milli  qüvvələri birləşdirəməz,  qaranlıq içində  işıq
378
olmaz.  Əgər Türk milləti bu vəqtədək bunca fənalığa məruz qalmışsa, 
səbəbi  başqalarmm  təcavüzündən  ziyadə  özünün  amalsız,  idealsızh- 
ğından,  tarixini,  mənligini  bilmədigindən  qalmışdır.  Buna görədir  ki, 
əsrlərdən bəri türk milləti qaranlıqlar, yolsuzluqlar-rahsızhqlar,  sarsın- 
tılara uğramışdır  və  haman  amillər səbəbilə  nəhayət,  gözü  açıldı  (gu- 
rultulu alqış). Türk millətinin məqsədi tərəqqi etmək, bəşəriyyət gülüs- 
tamnda yaxşı qoxulu bir türk gülü yetişdirməkdir (sürəkli alqışlar).  Bu 
gül isə islama mənsub olan islam beynəlmiləliyyəti təşkil edən heyətlə 
bir  yerdə  bir  güldəstə  təşkil  edəcəkdir  (alqışlar).  Millət  nə  qədər  bir 
came  isə  də,  bir  vücud  degildir.  Təbiiyatda  qətiyyəti-riyaziyyə  müm- 
kün isə  ictimaiyyatda böylə qətiyyət olamaz.  Binaənileyh millət təşkil 
edən  fərdlər  bir  vücud  olamazlar.  Bu  səbəblədir  ki,  millətin  məq- 
sədi  əksəriyyətin  məqsədi  deməkdir.  Əksəriyyət  isə  fəhlə,  kəndli, 
ümumiyyətlə  demokratiyadan  ibarətdir.  Buna  görədir  ki,  məkan 
və  zaman  şəraiti  altında  millətimizin  məqsədi  haman  demokratiya 
məqsədidir.  Son müzəffəriyyətimiz də firqəmizin demokrat firqəsi ol- 
duğunu isbat etdi (sürəkli alqışlar).
Rusiya türklərinə hürriyyəti Rusiya inqilabı gətirmişdir. MiJJətimizin 
gözəl  xislətlərindən  olan  şükrani-nemət  bizə  vacib  ediyor  ki,  inqilab 
şühədalarmı qiyamla yad edəlim (məclis ayağa qalxıyor),
Bədə natiq cənabları  vəfat etmiş  firqə  əzalarınm tərxim ruhu üçün 
ayağa qalxmağı təklif ediyor. Yenə hamı qalxıyor.
İnqilab  meydana  əmələ,  topraq,  sülh,  millətlərə  öz  müqəddəratını 
özü  toyin  etmək  şüarları  atdı.  Millətlər  Məclisi-Müəssisan  və  hüquq 
gözlüyordu,  sülhə  müntəzir  idi.  Amma  sülhü  cəngə  mübəddəl  edib 
millətlər  hüquqlarını  istədikdə  köhnə  dil  ilə  cavab  verdilər.  Nəticədə 
hərcümərc...
Bütün  Rusiya  Məclisi-Müəssisanə,  seçkilərə  hazırlanmaqda  ikən 
hazırlıqlar içində anarşi başlandı. Bir dərəcəyə çatmış ki,  sabah nə ola- 
cağını  kimsə  bilmiyor.  Məmləkət daxilində  əhval  böylə  ikən  cəbhədə 
daha  fənadır.  Ordunun nəinki  dava etməsinə,  bəlkə  cəbhədə  durması- 
na  imkan yoxdur.  Silah yox,  libas  yox,  ayaqqabı  yox,  yemək yox,  ruh 
da yoxdur.  Amma barışmaq da çətindir.  Ona görədir ki, bir qism əhali 
barışıq  tələb  ediyorsa  da,  digər  qismi  sülhdən  hədsiz  dərəcədə  qor- 
xuyor.  Nəticədə  hazırda  məmləkətin  hər  bir  parçasmda  bir  başsızlıq, 
hökumətsizlik, hərcümərc başlanmışdır.
379

Əlbətto,  biz  hor bir şeyi  Məclisi-Müəssisandan  gözləməliyiz,  Məc- 
lisi-Müəssisandan ümidimizi kəsməmişiz, Məclisi-Müəssisana gedəcə- 
giz,  ondan dərdlərimizə  əlac  istəyəcəgiz.  Fəqət başımızı  özümüz sax- 
iamalıyız.  Böyiə  etməzsək  yaşıyamayız.  Hazırda  öyiə  müşəvvəş  bir 
dövr  keçiriyoruz  ki,  bərkişmək  üçün  çəkişmək,  rahət  yaşamaq  üçün 
rahatiıq  uğrunda  mübarizə  iazımdır.  Hürriyyət  tarixini  biləniər,  hür- 
riyyəti  anlayanlar  bundan  darıxmaziar.  Bu  qədər  böyük  məsələlər, 
əlbəttə,  bir  neçə  günün,  ayın  içində  həll  olunamaz.  İttihad  və  ittifaqı 
olan mədəni millətlər arasında belə böyük fikiriər doğuiar, amaliar bö- 
yük  sarsıntı,  əzəmətli  hadisəiər  nəticəsində  hasil  oiar.  İştə,  qurultayı- 
mız böylə bir dövrə təsadüf ediyor. Böylə bir zamanda qüvvəti-qəlb sa- 
hibi  olan  firqələr göstərəriər ki,  böyük fırtmalar yaşamaya  əzm  etmiş 
böyük qüvvətə malik oian miiiəti həlak edəməz (guruitulu aiqış). Böylə 
firqələr qüvvətli təşkilatlar yapar, böyük  qüvvələr əmələ  gətirər.  İşıqlı 
yıldız yöni itirməz və işıqiı yıidız olan miiii amallarm daimca gedərək 
sərmənzili-məqsudə yetişər (aiqışlar).
Bundan  sonra natiq  əfəndi  qurultayı  təbrik  edərək  keçən  gecə  ve- 
riimiş  olan qərarları  oxuyor.  Məclis tərəfindən qəbula keçəcək heyəti- 
rəyasətə namizədiəri və  etibarnamə komissiyası  öz yeriərini  işğai edi- 
yorlar.
İkinci iclas
M əruzəçinin  zənnincə  heç  zəhmət  çəkilməmiş  olan  yerlər  pul- 
suz  olaraq  əkinçilərə  verilməli  və  müik  sahibinə  heç  dürlü  mükafat 
verməməiidir.
Bəxşiş təriqiiə verilib də sonradan zəhmət qonulmuş olan yerlər dəxi 
kəndiiiərə vüsui olmalı,  fəqət bunun  müqabiiində müik sahiblərinə də 
zəhmətiəri əvəzində müəyyən bir mükafat verməiidir.
Halal kəsbiə almmış, fəqət həddən ziyadə oian müikün bir qismi alı- 
mb xəiqə verilməli, fəqət toprağın bir qismi ilə həm də mülk sahiblərinin 
toprağa  qoyduqiarı  zəhmət  və  xərci  müqabiiində  oniara  müəyyən  bir 
mükafat dəxi verilməlidir.
Topraq  bu  surətiə  aiınaraq  cəmaətə  (yəni  əkinçiterə)  veriiməii  və 
haman təqsim oiunan yeriər əkinçinin öz mali-xüsusi olmalıdır. Ancaq 
kəndiinin toprağı satmağa ixtiyarı oimamaiıdır.
380
Qafqasiya,  Türküstan  və  sair  kibi  süni  surətdə  suvarılmağa  ehti- 
yac olan yerlərdə topraq qədər su məsələsinə də əhəmiyyət verməlidir. 
Məruzəçi əfəndi suyu da elə qism ediyor: təbii su və süni surətdə çıxa- 
rıimış  su  (kəhriz,  vadakaçka və  sairə).  Orucov  cənabiarmın  zənnineə 
təbii  sular  bilamükafat  aiınaraq  cəmaətə  verilməlidir.  Fəqət  süni 
surətdə çıxarıian kəhriz,  vadakaçka və  sairiəri sahiblərindən aiındıqda 
zəhmətləri və xərcləri müqabilində önlara mükafat Veriiməiidir.
M irzə  M əhəmm əd  Axundova  səs  veriliyor və məruzəçi  cənabiarı 
məktəb  və  m əarif  məsələsi  həqqində  doklad  oxuyur  və  bu  əsasiarı 
müdafiə  ediyor.  Məktəbləri  ibtidai,  rüşdi,  edadi  və  ali  olmaq  üzrə  4 
sinfə  bölüyor  və  bunlarin  həpsi  arasında  öylə  rabitə  olmaiıdır  ki,  bir 
məktəbi bitirən mütəəllim bilaimtahan o birisinə qəbul  ediisin.  İbtidai 
məktəblərdə tədris tamamilə ana dilində, Azərbaycan şivəsində oimaiı 
və məktəbin idarəvə sairə işiəri tamamilə öz əlimizə alınaraq heç vəchlə 
kənardan  müdaxiləyə  yer  verməməlidir.  Muxtariyyətimiz  dairəsində 
yaşayan sair millətlərə də öz ana dilində oxumağa müsaidə ediiməlidir. 
İbtidai məktəblərdə əsla rus və sair əcnəbi dillər tədris  edilməməlidir.
Rüşdiyyə  məktəblərində  muxtariyyətimiz  daxilində  yaşayan  sair 
miliətlərə heç vəchlə təzyiq edilməmək şərtilə təiim və tədris Azərbaycan 
şivəsində olmalıdır. Məsiəhət görülərsə rüşdiyyələrin birinci  sinfindən 
rus  diii  bir  lisan  kibi  tədris  edilməlidir.  İbtidai  və  rüşdi  məktəblərdə 
oxumaq ümumi,  məcburi və məccani  olmalıdır.  Rüşdiyyəiər nəzdində 
oğianiar üçün sənət və qızlar üçün əl işi şöbələri də açıimalıdır.
Edadi  məktəblərdə  ülum  və  fünun  ana  dilində  olmaiı,  fəqət bir  li- 
san  surətilə  ümumi  türk dili  də  tədris  edilməlidir.  Xüsusi  edadi  sənət 
məktəbləri  də  açılmalıdır.  Şəriət  dərsi  təiimi  üçün  edadiiər  sırasında 
məkatibi-diniyyələr dəxi  açıimaiıdır.  Müsəlmanların mərkəzi  olan hər 
nöqtədə kifayət dərəcədə də darülmüəllimin və darüimüəilimatlar təsis 
edilməlidir. Burada da ümumi türk dili bir lisan kibi tədris ediiməlidir.
Mərkəzdə  bütün  şöbolərilə  darüifünun  açılmalıdır.  Darülfünunda 
tədris ümumi türk dilində, ülumi-diniyyə tədrisi üçün də bir xüsusi şö- 
bəsi oimalıdır.
Bütün məkatib və məarif işlərinin xərci milii sandıqdan ödənməli və 
xüsusi m əarif vergisi təyin etməgə izn verməlidir.
381

Hələ darülmüəllimin və darülmüəlimat açılanadək müəllim və müəl- 
limələrə olan ehtiyacımızı ödəmək üçün tezliklə kurslar açılmalıdır.
Bu layihə üzərinə türk balalarına məxsus məktəblər açılanadək ha- 
zırda mövcud məktəblərin ixtiyarmı imdidən öz əlimizə alaraq tamam 
mənasilə milliləşdirməlidir.
Bundan  sonra  M əhəm m əd  Əmin  Rəsulzadə  cənabları  şəkli-idarə 
həqqində  bir  məruzə  oxuyur.  Natiq  cənabları  keçən  qurultaylarda  da 
oxumuş olduğuməşhur məruzəsini bir az daha genişlədərəkbəzi əlavələr 
daha  edərək  mərkəziyyət  idarənin  mənfi  cəhətlərini  müfəssəl  surətdə 
bəyan  ediyor.  Eyni  zamanda ədəmi-mərkəziyyətin  müsbət  cəhətlorini 
göstəriyor;  ədəmi-mərkəziyyət  üsulunun  yalmz  Rusiyada  başlayıb  da 
bu vəqtədək məhkum olan millətlər üçün degil, bəlkə hakim millət olan 
ruslar  üçün  də;  yalnız  kiçik  millətlərin  mənafeyi  nöqteyi-nəzərindən 
degil,  bəlkə  ümumdövlət  mənafeyi  nöqteyi-nəzərindən  də  ən  məqul 
və məqbul bir üsuli-idarə  olduğunu isbatla Rusiyada qoşma xəlq cüm- 
huriyyəti (cümhuriyyəti-müctəmci-ənam) təsisi əsaslarım müdafiə edi- 
yor. Rusiya üçün qoşma xəlq cümhuriyyəti istiyor.
İkinci iclasın  axırı
Məhəmməd Əli Rəsulzadə cənabları fəhlo məsələsi həqqində məruzə 
oxuyaraqbu əsasları müdafiə ediyor:  1) İş günü 8 saətdən artıq olmasın;
2)  Hər işdə qulluq  edən  ərkək və  qadm üçün həftədə 24  saət bilafasilə 
istirahət qanun tərəfindən mühafizə edilməlidir.  3)  İş müddətindən ar- 
tıq  işləmək  qətiyyən  mən  olunur.  4)  Gecə  işləmək  məmnudur.  Tex- 
nika  və  maşm  şəraitindən  iləri  gələn  xüsuslarda  gecə  işləmək  olar.
5)  16  yaşınadək  məktəb  yaşında  olan  balalarm  xidmətindən  istifadə 
etmək  iş  sahiblərinə  qətiyyən  mən  edilsin  və  16-18  yaşında  balalar  6 
saətdən  artıq  işlədilməsinlər.  Və  haman  iki  saəti  iş  sahiblərinin  hesa- 
bına  dərs  oxumahdırlar.  6)  Qadınlarm  vücuduna  və  səhhətinə  zərərli 
olan  işlərdə  onların  çalışmağı  mən  edilsin:  hamilə  arvadlar  doğmaq- 
dan  4  həftə  əvvəl və  6  həftə  sonra məvacibləri  verilməklə  işdən  azad 
edilməlidirlər.  7)  Qadınlar  işləyən  hər  iş  yerinin  yanmda  südəmər 
uşaqlar  üçün  xüsusi  tərbiyəxanalar  olmalı  və  süd verən  analar  hər  üç
382
saətdə bir dəfə və hər dəfə yarım saətdən az olmamaq şərtilə işdən azad 
edilməlidirlər. 8) İş və xidmət müqabilində pul əvəzinə mal vermək qa- 
dağan edilməlidir;  iş muzdu  15  gündə bir dəfə verilməlidir.  9) Xidmət 
istedadım  qismən ya tamamilə  qeyb  edənlər dövlət tərəfindən  sığorta 
edilməlidirlər;  10)  Sənaətxana və kəsbxanalar üçün kifayət qədər fab- 
rika nəzarəti təyin edilməlidir.  Ev qulluqçuları,  nökər və xidmətkarlar 
da nəzarət altına ahnmalıdırlar.  Fabrika və xidmətxanalara məxsus qa- 
nunların  kamalınca  icrasma  nəzarət  etmək  üçün  əmələlər  tərəfindən 
seçilmiş  və  hökumətdən  maaş  alan  vəkillər  dəxi  nəzarət  etməlidirlər. 
Hər  dürlü  iş  qəbul  etmək  və  bəyənilməyənlərini  qaytarmaq  və  onla- 
rm bəhasiyyəsini təyin etmək məsələsində də fəhlə nümayəndələri işti- 
rak etməlidir.  11) İş sahibləri tərəfindən əmələlər üçün təyin edilmiş iş 
yerləri  və mənzillər hifzüssihhəyə müvafiq və  onların  kirayəsi  müna- 
sib olmalıdır. Bu işə hökumət nümayəndələrilə bərabər fəhlə nümayən- 
dələri də iştirak etməlidirlər.  12) Hər bir karxanada müntəzəm surətdə 
səhiyyə nəzarətləri təsis edilməli və bu nəzarət tamamilə iş sahiblərinin 
nüfuzu  xaricində  bulunmalıdır.  13)  Zəhmət  mühafizəsi  həqqində  ve- 
rilmiş  qanunlara  müxalifət  edən  sahibkarlar  hökumət  tərəfindən 
məsuliyyətə cəlb edilməlidirlər.  14) Hər sənaətxana və kəsbxanada ya- 
nsı fəhlədən, yarısı da iş sahiblərindən mütəşəkkil bir məhkəmə təşkil 
etməlidir.  15)  Yerli  və  kənardan  gəlmə  işçilərə  iş  tapmaq  xüsusunda 
vasitəçilik  etmək  üçün  hökumət  tərəfindən  fəhlələrin  iştirakilə  məsai 
birjaları təsis edilməlidir.
Üçüncü iclas
Qurultaym  3-cü  iclası  açılmadan  əvvəl  Məhəmməd  Əmin 
R.əsulzadə  cənabları  növbətdən  xaric  səs  alaraq  seçkilər  münasibətilə 
siyasi  firqələr arasında icra olunan mübarizədən bəhs  ediyor, diyor ki, 
əlbəttə, siyasi firqələr arasmda mübarizə məqbul bir şeydir. Fəqət firqə 
adabı  və siyasət qanunu daxilində olması şərtdir.  Dün molla sinfindən 
olan Şeyx Qəni seçki təbliğatı olmaq üzrə “Müsavat” firqəsini təkfirlə 
məzkur  fırqəyə  mənsub  olanlann  həpsinin  qanını  hədər,  malını  ha-
383

lal və əyallannı  özbrinə məhrəm elan etmişdir.  Əvvəla, bu hərəkət si- 
yasi  mübarizə  qaidəsindən xariedir.  Saniyən,  biz  islama zidd olmayan 
müdafei-miliət bir firqə təşkil etdigimiz üçün üləmadan heç vəqt böylə 
hərəkətlər  gözləməzdik.  Salisən,  siyasi  mübarizədə  məscid  və  minbər 
bitərəf olub hətta mübarizələrdən dolayı firqələr arasmda bir soyuqluq 
əmələ gələrsə minbər və məscid onların arasxnda etilaf hüsuluna çalış- 
mahdır.  Məscidə  daxil  olduqda insan  siyasət,  firqə  və  məsləki  kənara 
qoyub hüzuri-ileyhidə xüzu, xüşu duraraq birlik, qardaşhq və sairə kibi 
sözlər  eşitməlidir.  Hüzuri-ileyhidə  duran  cəmaət və  minbəri-xitabətdə 
üləma  siyasətdən  kənar  olmahdxr.  Buna  görədir  ki,  Türk  Ədəmi- 
Mərkəziyyət firqəsi “Müsavat” molla sinfinə daxil olaraq adxnx din ali- 
m i  qoyan  bır şəxsin  bu  tövr hərəkətinə  qarşı  tamam  vücudiyyətimizlə 
protesto ediyoruz.
Bundan əlavə “Rusiyada Müsəlmanlıq” firqəsilə əlaqəmizi təyin et- 
mək üçün məzkur  firqə  rəsmi  surətdə  bəyan  etməlidir  ki,  Şeyx Qəni 
firqənin rəsmi  natiq  sifətiləmi  böylə  rəftar  etmişdir,  yainki  xüsusi  bir 
şəxs sixStx/ə.
Bundan sonra növbətı məsələlərin müzakirəsinə keçilir.
Yusifbəylİ Nəsib bəyin sədarətilə açılaraq topraq məsəbsinə baxan 
şöbəm n qobul  etäigi qərarlan M əhəm m əd  Əmin  RəsuIzadə  cənabJarx 
oxuyur.  M əruzə  maddəbəmaddə  müzakirə  olunaraq  aşağxda  yazılan 
qəiäi 
qəbu\ o\\mur.
1)  Əmlaki-miriyyə  ərazi  xassə  və  xanədanə  məxsus  topraqlar, 
həmçinin  mülkdarlara  və  xüsusi  maliklərə  məxsus  olan  topraqlar 
ələlümum  əvəzsiz  olaraq  zəhmətkeşlərə  verilməlidir.  (Bir  səslə  qəbul 
olunur.)
2) Hər bir əldə olan toprağın miqdarı təyin edilərək kimsə ondan ar- 
tıq toprağa malik olmamalldır.  (Bir səsə qarşı ittihadi-ara ilə qəbul olu- 
nur.)
3) Zəhm ətkeşbrə veriləcək topraq onların mülkiyyətinə veriiməli və 
mal  məxsusi  olmaq üzrə  topraq üzərində  bütün  hüquqa  malik  olunur. 
(Bir səsə qarşı qəbul olunur.)
4)  Ə lbrindən  topraqları  alınan  xüsusi  maliklərə  bundan  dolayı 
çəkdikləri  zərər müqabilinə  xəzinə  tərəfindən,  varlı  sinifbrdən  alına-
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin