413
Xan Saraymm təslimi
Xan sarayınm Asari-Ətiqə cəmiyyəti tərəfindən təhvil alıüması və
bu münasibətlə şəhərdə böyük bir təntənəli nümayiş qurulduğu dün-
ki nömrəmizdə təsvir edilərək nitqlərin təfsilatmı bu günə buraxmış-
dıq. Şimdi “Asari-Ətiqə” cəmiyyətinin bir təşəbbüsü hahndan çıxa-
raq cəmaətin hərəkət və əhvali-ruhiyyəsinin təsirilə böyük bir milli
bayram surəti almış bu nümayişdə irad edilmiş olan nitqlərdən bəzi
mühümlərini müxtəsər dərc ediyoruz:
Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitqləri:
1-
Xan sarayı həyətində: Millətdaşlar, inqilab sayəsində biz azad ol-
duğumuz kibi bizim sabiqki hürriyyətimizə bir nişangah olan bu bina
da azad oldu. Mütəxəssislər yüz illik əsarətindən sonra xilas olan bu
binada sənətkaranə incəliklər buluyorlar. Fəqət bu gördügümüz şey
mədəniyyəti-islamiyyə dəryasından alınmış kiçicik bir qətrədir. Bu
bir güldür. İslam mədəniyyəti bustani-nəqqasəsindən dərilmə soluq bir
yapraqdır.
Cəmaət, islam mədəniyyəti nədir? O, islamla müşərrəf olan
millətlərin yetişdirmiş olduğu dahilər, tərbiyə elədigi ərbabi-sənət və
fənnin toplamış olduqları bir güldəstədir. Qərnətə, Qərtəbə, Bağdad,
Buxara, Səmərqənd kibi baxçalardan dərilən güllərdən ibarət olan
bü güldəstəyə ərəblər - İbn Rüşd, İbn Xəldun kibi, farslar Əbülfərəc
Zəməxşəri kibi, türklər də Fərabi, İbn Sina, Uluğ bəylər kibi çiçəklər
bağlşlamışlardır. İslam mədəniyyətinin süqutu ilə islam hökumətlərinin
süqutu arasmda bir münasibət vardır.
Mədəniyyəti-islamiyyə ümumi degil idi. Elm, fənn, sənət və
ədəbiyyat salonlara, böyük məhfillərə, xəlifə, soltan və əmirlərə ya-
xın dairələrə məxsus idi. Yalnız mədəniyyət degil, bununla mütənasib
olaraq hakimiyyət də millətdə degil, sinfi-mümtazda, məhdud əllərdə
idi. Bu bilxassə ərəb olmayan millətlərə təsir ediyordu. Türklər is-
lam ülum və fünununa aləmcə məşhur böyük dahilər bəxş etmişkən,
öz millətlərinə heç bir şey verə bilməmişlərdi. Çünki ərəbcə yazmış,
farsca nəzm söyləmiş, ərəbləşmiş, farslaşmış və son zamanlarda isə
ruslaşmışlardı. Millət ilə üləması arasında irtibat yox idi. Elm, fənn
və ədəbiyyat milli degil idi. Bunun üçün hökumət də milli və ümu-
414
mi degil idi. İştə, görüyorsunuz müəlləq istiqlahmızdan bizə ancaq bir
Xan sarayı qalmış. Bu saray bizə göstəriyor ki, biz keçmişə malik bir
millətiz. Fəqət hala ərəbcə və rusca söyləmək məcburiyyətində olan ha-
lımız bizə göstərməlidir ki, istiqbalı hənuz xətərlər içində bulunan bir
millətiz. Əgər istiyorsan ki, muxtariyyətimiz əlimizə gəlsin, əgər isti-
yorsan ki, asari-ətiqəmiz daima Özümüzdə qalsın, o zaman çalışmalı-
yız ki, hakimiyyət xanlara məxsus olmayıb ümummillətə keçsin, elm,
fənn, bilik dəxi kahinlərin, mollaların mülki-məxsusi olmayıb ümu-
miləşsin. Bu isə yalnız türkləşmək və milliləşməklə olur. Yaşasın milli
muxtariyyət, yaşasın türklük! (Alqışlar).
İştə, cəmaət, bən sizi və bugünki təntənənin sahibi olan “Asari-
Ətiqə” cəmiyyətini təbrik edərək diyoram: bayramımz mübarək olsun,
çünki bu gün böyük ibtidaların ibtidasıdır! (Gurultulu alqışlar).
2-
Tazə Pir həyətində birinci dəfə: Millətdaşlar! Siz bu gün
şəhərimizdə böyük bir şənligə səbəb olan binam gördünüz. Ondan
daha böyük, daha ehtişamlı binalar şəhərimizdə çoxdur. “İsmailiyyə”
binasının yanında o nədir ki!.. Əcəba, bizi oraya götürən nə idi? Şüb-
həsiz ki, o daşlar degil, o daşlardakı məna idi. Burada sizə bir həqiqət
ərz etmək istiyorum. Vəqtilə şəhər idarəsi canişinə müraciət edib
istəmişdi ki, Xan saraymı onun təhvilinə versinlər, tainki orada muzey
düzəltsinlər, buna icazə verilmədi. Bu məsələ sərdar divanxanasmda
müzakirə edildigi zaman istibdadm ərkanlarından (məşhurdur) biri
demişdi ki: “Xan sarayınm qapısı açıla bilməz, çünki o açılarsa Bakı
müsəlman şəhəridir, cəmaət gedər görər, keçmişi yadına düşər, oyanar,
həyəcani-milliyyəsi təhrik olunar”. Görüyorsunuz ki, istibdad həyati-
milliyyədən nə qədər qorxuyordu. Bunu siz özünüz də çox kərə idi bö-
yük bir təntənə ilə təslim olunan binanın yanından keçərkən görmüşsü-
nüz ki, oradakı qaravullar adamı süngü ilə qorxudurdular. Fəqət inqi-
labçı demokratiya hökuməti hissiyyati-milliyyədən qorxmuyor. 0 yal-
nız asari-ətiqəni degil, millətin qəsb olunmuş hüququnu belə qaytarı-
yor. Demokratiya hökuməti açıq bir alın ilə elan ediyor ki, “hər hanki
millət nə cür istiyorsa o cür öz işlərini aparsın, istiyorsa muxtar, istiyor-
sa müstəqil olsun, hətta istiyorsa aynlsın!”.
415
İştə, aradakı fərq. (Alqışlar). Bunu biz bilxnəli, təqdir etməliyiz.
Bilməliyiz ki, hürriyyət və inqilabçı demokratiyaya endirilən zərbə
millətlərə endirilmiş bir zərbədir. Əgər istiyorsaq ki, Xan sarayının
əsirlikdən xilası bu millətin əbədilikcə əsirlikdən xilasma həqiqi bir ib-
tida təşkil eləsin, o zaman inqilabm, hürriyyətin müdafiəsinə hazır ola-
lım, dostumuzla düşmənlərimizi tanıyalım. Yaşasın inqilab. Var olsun
demokratiya! (Alqışlar).
3-
Tazə Piıdə ikinci dəfə: Cəmaət, təkrar sizin hüzurunuza çıxmaq-
dan məqsədim buradan getmədən əvvəl xatirimə gələn bir nöqtəni sizə
ərz eləməkdir. İmdi siz Xan saraymdan gəliyorsunuz. Gördünüz orada-
kı o bizim tazə əsarətdən xilas olmuş binamızı. Gördünüz ki, saxsı qı-
rıqlarına, süpürgə töküntülərinə, bilməm nə anbarlarma təxsis edilmiş
yıxıq-tökük bir saraya varis olmuşuz. Siz əgər o möhnətdidə divarlara
diqqətlə baxsaydımz şadlığmızdan bir az fariğ olub da Xan saraymda-
kı xizzəti görsəydiniz, heç şübhəsiz ki, “sənə nə oldu bu günə düşdün!”
- deyə sorardımz. Və əmin olunuz ki, o daşlar dilə gələr, sizə deyərdilər
ki: bənim əsirligimdə əsir edənlərdən ziyadə təqsir bəni əsir verən-
lərdədir. Kənardan gələn hücumlara qarşı içəridə hökm sürməkdə olan
xanlar birləşməgi bilmədilər. Bakı öz başma, digərləri də öz başlarma
hərəkət etdilər. Onlar ancaq öz nəfslərini gördülər, xəlqi düşünmədilər.
Əvət, biz o daşları, o bizə əsarətimizi təmsil edərək daş halına gələn
o binanı dindirsəydik bundan başqa cavab alamazdıq.
Bu cavabdan alacağımız ibrət nədir? Bəlli: birləşməli, ittifaq etməli.
Xilasımızı, müdafiəmizi başqalarmdan, ağalardan, varlılardan göz-
ləməməli, bütün millət özünü qazanmaya, özünü saxlamaya hazır ol-
malıdır. Bilməlidir ki, yalnız ağaların, yalnız böyüklərin və yalnız var-
lılar himməti ilə xilas olan millət həqiqi surətdə xilas olamaz. Öz xilas-
karlarma əsir olar, böylə bir hal isə təkrar daşları ağladar, dilə gətirər.
Bu millət muxtar olmalı, fəqət bilməlidir ki, millətin işini ancaq millət
özü görməlidir.
Bundan sonra tikdigi evləri xanlara degil, millətin özünə məxsus ola-
raq tikmolidir. Bunun üçün də lazımdır ki, m illət ümumiyyət etibarilə
fədäkarhğa hazırlaşsm. Var olsun fədakar m ilht! (Gurultulu alqışlar).
“Açıq söz”, 25 dekabr 1917, JV«637
416
1917-ci il
Təqvim ili bitdi. Hər il qurtardıqda bir dönüb geri baxmaq, bir
müddətdə nələr olduğunu nəzərdən keçirmək mənfəətdən xali degildir.
Bilxassə ki, bütün aclığı, başsızlığı və hərci-mərcliklə bərabər bukeçən
il behəqq “böyük və işıqlı” bir il idi.
Qarelərin yadmda olsa gərək ki, 1917-ci il cahan jandarmı olan Rusi-
ya hökumətinin zülm və istibdadının son dərəcəyə yetişməsi ilə başlana-
raq məmləkət və 170 milyonluq əhali ölgün, düşkün, pozğun və pərişan
bir hala gəlmişdi. Öylə bir hala ki, artıq böylə davam edəmiyəcəginə
hər kəsdə bir qənaət hasil olmuşdu.
Nəhayət, dolmuş olan səbr kasasına xəlq nümayəndəligi, cəmaət səsi
olan Q.Dumanm qapadılması xəlqin boğulması təşəbbüsü son dam-
la olaraq atıldı, kasa daşdı. Millət və məmləkət boğazmı bir an vəhşi
pəncəsindən qurtararaq fevrahn axırında səsini ucaltdı. Bəsdir daha,
dedi. Nikolay hökuməti məmləkətə toplar və pulemyotlar ilə cavab
vermək istədi. Fəqət böylə şeylərlə insan dühası əzilməzdi.
3 günlük bir mübarizə nəticəsində Avropa jandarmlığı, hürriyyət
hərpkəti müqabilinə “müqəddəs ittifaq” adı ilə istibdad qüvvəsi təşkil
' etmiş olan Romanov Xanədamnm son nümayəndəsi olan Nikolay
öz hökuməti və rejimilə mədumiyyətə çəkildi. Nikolay bir dekret ilə
özünün və oğlunun tac və təxtindən əl çəkdiklərini, səltənəti Mixa-
il Aleksandroviçə verdigini elan etdi. Eyni zamanda Dövlət Duma-
sının nümayəndələrindən bir müvəqqəti hökumət təşkil olundu. Ha-
man günlər Mixail Aleksandroviç dəxi səltənətdən əl çəkib Məclisi-
Müəssisan dəvətinədək məmləkəti müvəqqəti hökumətin öhdəsinə bu-
raxdığını bildirirdi.
Fəqət o zaman təşkil edilmiş olan müvəqqəti hökumət Protopopov
hökumətindən az fərqli olan kadetlərin, imperialistlərin əlinə düşmüş
olduğundan böylə hökumətin dəxi uzun müddət ömür edəmiyəcəgi
durbinlərə aşkar idi. Zira əvvəl gündən məlum oldu ki, yalnız burjua-
ziya nümayəndəligindən təşəkkül edən bir hökumət məmləkətin bütün
qüvvələrinə istinad edəmiyor: xəlq ona tamamilə etimad göstərmiyor.
417
Ona görə idi ki, böyük Rusiyanın hər tərəfindən göndərilən təbrik və
təhdidlərdə “hökuməti-inqilab və hürriyyətin əsaslarına xidmət etdikcə
var qüvvəmizlə onu müdafiə edəcək, saxlayacağız” deniliyordu.
Az keçmədi knyaz Lvov hökuməti xəlqin etimadsızlığınm həqli
olduğunu öz fəaliyyət və hərəkətilə isbat etdi; bir tərəfdən millətlərə
hürriyyət vəd etdi, digər tərəfdən Nikolaym müttəfiqlərilə “son
qələbəyədək” əl-ələ gedəcəgini bildirdi. Daxili siyasətlə özünün behəqq
əski hökumət varisi olduğunu göstərdi. Məmləkət, hökumətin bütün
əhaliyə istinad etməsinə lüzum gördü. Nəticədə ictimaiyyun-inqila-
biyyun nümayəndəsi olan Kerenski başda olmaq üzrə yeni bir motəlif
hökumət əmələ gəldi.
Lakin atalar sözüdür: bir əldə iki qarpız tutmaq olmaz!
Kerenski hökuməti bir tərəfdən inqilab fütuhatımn genişlənməsi; in-
qilab şüarlarmın hürriyyət əsaslarmm icrasmı vədlə inqilabçı demok-
ratiyayı qənaətləndirmək, digər tərəfdən də sülhə ancaq qələbə yoluy-
la gedəcəgiz; bəşəriyyətin hürriyyət və səadəti müttəfiqlərin qələbəsi
və Almaniya ilə yoldaşlarmm izmehlahndadır bəhanəsilə əski siyasəti,
xüsusən müharibə əməliyyatmı davam etdirməklə sərmayədar və
imperialistlərin ruhunu oxşamaya çalışdı və hürriyyət tarixində böyük
qara ləkə təşkil edən 18 iyun hücumuna əmr verdi.
Kerenski siyasətinin əsas və bünövrəsinin çürüklügü haman hücu-
mun müvəffəqiyyətsizligilə isbat edilmiş oldu. Kerenski hökumətinin
havada asılı qaldığı anlaşıldı; fəqət Kerenski sabiq hökumətlər kibi
tezcə təslim olmaq istəmədi. 3-5 iyul xürucu kömək etmədi. Bolşeviklər
o vəqt zəif, koalisiyayı yeganə rahi-nicat görən çox idi. Kerenski Mosk-
vada böyük bir şura çağırdı; Dövlət Şurası açıldı. Fəqət oraya gedənlər
haman koalisiya tərəfdarları idi. Bunlar Kerenski proqramım təsviblə
motəlif hökumət tərəfdarları idi. Bunlar firqə nümayəndələrindən ibarət
parlaman qabağı adlı bir kontrol müəssisəsi təşkilinə qərar verdilərsə
də, həqiqətdə Kerenski hökumətinə etimad və müzahirat bəyan etmək-
dən başqa bir iş görməmiş oldular.
418
* * *
Moskvada vüqu bulmuş olan dövlət müşavirəsi nə qədər Rusiya-
nın nicatını ümum qüvvələrə istinad edən motəlif hökumətində görmək
istəsə də, cəmaət ikiüzlü siyasətin yaxşı nəticə verəcəginə etimad edə
bilmiyor və hər tərəfdən tənqidlər, etirazlar yağıyordu. Nəhayət, parla-
man qabağı adıyla bir şura təşkil olunduqda rəylər ayrıldı.
Moskva Şurasında ordunun tənzimi və məmləkət idarəsinin isla-
hı bəhanəsilə bir layihə təqdim etdi və diktatura tələb elədi. İnqilab-
çı demokratiya qəti surətdə özünü kənara çəkdi və Kerenski hökuməti
layihəyə razı olduğundan bunlar etirazla parlaman qabağında da işti-
rakdan qətiyyən üz döndərdilər və məmləkətin, idarənin islahını de-
mokratik bir şuraya tapşırmağı və Ümumrusiya Əmələ və Soldat və
Kəndlilər Şuralarımn qurultayı dəvət olunmasmı tələblə hazırlanma-
ğa başladılar.
Nəhayət, general Kornilov diktatura həqqindəki tələbi güc ilə
keçirmək qəsdilə xüruc etdi. Cəbhədən qüvvələr gətirilərək Petroqrad
üzərinə sövq edildi. Fəhlə və Əskər Vəkilləri Şurası müqabilinə daha
doğrusu, inqilabçı demokratiya müqabilinə silah qaldıraraq vətəndaşlar
müharibəsinin ibtidasmı qoydu. Petroqradda bunların müqabilinə güc-
lü qırmızı qvardiya müsəlləh fəhlə dəstələri ilə demokratiya tərəfdarı
olan əskəri qitəmat çıxarılaraq Qatçina yanında müxtəsər bir toqquş-
ma vaqe oldu. Fəqət aldanmış olduğunu qandıqda general Kornilov
qoşunları əzcümlə Ümumrusiya müsəlman şurasmın təşəbbüsilə Di-
kaya Diviziya hürriyyətə qarşı silah qaldırmayacaqlarını bəyanla de-
mokratiya tərəfinə keçdilər. Bu surətlə Kornilov macərası da Kerenski
hökumətinin qalibiyyətilə bitdi.
Bir daha bir neçə ay geri qayıdalım: İnqilabm ibtidasmda Petroq-
rad fəhlələri təşkilat vücuda gətirərək hökumətin fəaliyyətini kont-
rol altma almaya qərar verdi və hökumətlə bərabər çalışaraq mürur ilə
Ümumrusiyada Fəhlə və Əskər Vəkilləri Şuraları əmələ gətirərək bö-
yük bir qüvvə təşkil etdi və füqərayi-kasibə sinfinin mənafeyini tam
ciddiyyətlə təqibə girişərək məşhur bir nömrəli əmrnamə ilə “soldat-
iarın hüququ”nun təmininə müvəffəq oldu. Hər yerdə hər əskəri qitədə
Fəhlə və Əskər Vəkillər Şuraları və əskər komitələri təşkil etdi. Eyni
zamanda fəhlələri silahlandıraraq qırmızı qvardiya əmələ gətirdi.
419
Nəhayət, Kerenski hökuməti böhran keçirən zaman iyul ibtidasında
Petroqradda müvəffəqiyyətsiz bir xüruc etdi. Bundan məyus olmaya-
raq fəaliyyətini davam etdirdi. Axirüləmr demokratiya ilə imperializm
arasmı açan ,vəqt gələrək Kornilov xüruc etdikdə inqilabçı əskərlər ilə
qırmızı qvardiya qüvvəsindən istifadə edərək onun müqabilinə çıxdı və
bu dəfə tam mənasilə müvəffəq oldu.
Bundan sonra Rusiya inqilabı yeni bir səfhəyə girərək siyasi inqilab-
dan çıxıb sosializm inqilabıdövrünə girdi. Kercnski hökumətinin təqibi
nəticəsində guşeyi-inzivayə çəkilmiş olan bolşevik pişrovları üzə çıxa-
raq tərəf müqabilini əksinqilabçı elan etdi və onunla ciddi mübarizəyə
başladı. Oktyabr axırlarında iş böyük ciddiyyət kəsb edərək nəhayət,
26 oktyabrda Ümumrusiya Fəhlə, Kəndli və Soldatlar Şuraları qurul-
taymın qərarilə Lenin hökuməti təşkil edildi və Kerenski hökumətilə
əldə silah olaraq mübarizəyə başlandı.
Qırmızı qvardiya fəhlə dəstələri müqabilinə yunker, tələbə və sair si-
n if və silklərdən ağ qvardiya təşkil edildi. Müsəlləh vuruşma başlandı.
Bu dəfə demokratiya son və qəti zərbəsini çalaraq böyük müvəffəqiyyət
qazandı. Nəticədə Kerenski voyenni feldşer libasmda qaçdı. Lenin
hökuməti paydar oldu.
Bu hökumət nələr etdi?
Birinci növbədə millətlərə “samoopredeleniye” - kəndi işlərini
kəndisi idarə etmək həqqi verəcəgini bir dekretlə bildirdi və felən icra
etdi. Zira Kerenski hökumətinin cəbrən qapatmış olduğu Finlanda sey-
minin açılmasma müzahirat etdi. Ukrayna hökumötini iqrar və təsdiq
etdi. Hər
k ə S
öz milləti üçün nə istiyor alsm, dedi. Onun müsaidətilə Ru-
siyada bir
ç o X
hökumətlər elan edildi, Finlanda müstəqil oldu, Ukrayna
Milli Məclisi Ukraynayı muxtar elan etdi və ümum ədəmi-mərkəziyyət
tərəfdarı olan millət və mahallarm nümayəndələrini millətlər qurul-
tayxna çağıraraq professor Qruşefski dililə Ukraynayı daxili işlərdə
müstəqil olmaq üzrə Rusiya Cümhuriyyətinin bir müştərək üzvi -
deyə tanıtdırdı; sair millətlərə də bu yolda çalışmayı tövsiyə etdi.
Millətlər isə gərək Romanov, gərək Knyaz Lvov və gərəksə Kerenski
hökumətlərinin mərkəziyyətçi siyasətindən narazı olduqlanm bəyanla
Ümumrusiya Qoşma Xəlq Cümhuriyyəti əsasını iləri sürüyərək bütün
Rusiyanm və onun cüzi təşkil edən ayrı-ayrı ölkəbrin səadətini ancaq
420
ədəmi-mərkəziyyət əsasmda görərək sözdən işə keçdilər. Latviya, Si-
birya, Cənubi İdil və Ural, Türküstan, Moldova, Dağıstan, Don, Terek
muxtariyyət elan etdilər.
Don, Terek və Kuban kazakları Cənub-Şərqi İtti,faqı əmələ gətirərək
Şimali Qafqasiyanm sərbəst pıillətlərilə Dağıstam da ittifaqa cəlb
etdilər. Zaqafqasiyada dəxi türklər, gürcülər və ermənilər ayrı-ayrı
muxtariyyətlər elanma hazırlaşmaqla bərabər xüsusi şəraitdən dolayı
hələlik milli arzularına yetişəmiyərək həm də məzkur üç millətin buna
çalışmasını müvafiq görərək Zaqafqasiyada müştərək bir hökumət elan
etdilər.
Bir daha geri dönəlim:
Nikolay və Ümumromanov Xanədanmm dövründə Rusiya höku-
mətinin Rusiya türk-müsəlmanlarilə necə rəftar etdikləri məlumdur.
1917-ci il başlarmda Rusiya müsəlmanlarmın heç bir bəşər hüqu-
quna malik olmadığı da məlumdur. Fevral inqilabı Rusiyada bütün
millətlərdən ziyadə türk-müsəlmanları sevindirdi. Nəhayət, zənciri-
əsarətdən qurtaracaqlarına, hüquqi-bəşərə malik “inorodist” degil,
“qrajdanin” olacaqlarına qənaət hasil oldu. Odur ki, ir^qilabı da ha-
mıdan artıq müsəlmanlar şadlıqla qarşıladılar. Fəqət inqilabın iş ba-
şına keçirdigi müvəqqoti hökumət ilk qədəmdən məyusluğa bais oldu.
Zira Knyaz Lvov hökuməti müsəlmanlarla haman Nikolay kibi rəftar
edərək hətta hökumətin ən sol qanadma mənsub bir zat bir həqiqəti aş-
kar etmək istəməməklə böyük bir iclasda sədarətdən imtina etdi. Zira
iclasa gedəcək, sədarət edəcək olsa, mütləq müsəlmanlar nəfinə danış-
maq məcburiyyətində idi.
Daha sonra Kerenski hökuməti gəldi. Hökumət başmdakı adamlar
dəgişdi, fəqət müsəlmanlara qarşı siyasət dəgişmədi. Yenə haman eti-
madsvzlıq, yenə haman qeydsizlik davam etdi.
Kerenski iş başmda olan zaman müsəlmanlar kəraətlə müxtəlif
məsələlərin həlli üçün ona müraciət etdilər, ya cavab çıxmadı, ya da
cavabi-rədd almdı. Bir məsələ həll edilmədi. Hətta ümummillətlərə
milli qoşun təşkili ixtiyarı verildi, yalnız bizə verilmədi.
Nəhayət, oktyabrdan etibarən hökumət başına bolşeviklər keçdi.
Bunlar müsəlmanlarla sərbəst vətəndaş dililə damşmaya başlamış-
lardır.
421
Bolşevik hökumətinin fəaliyyətindən ən artıq gözə çarpam birin-
ci qədəmdə sülh uğrunda ciddi tədabirə girişmələri və mütarikə ela-
nıı!a müvəffəq olmalarıdır. Bundan əlavə bolşeviklər sosializm proq-
ramına əməl etməgə iqdamla fəhlə və topraq məsələsinin öz proqram-
larıyla müvafıq surətdə həlli, bankların milliləşməsi və sair həqqində
dekretlər verdi.
“Açıq söz”, 1, 2 yanvar 1918, JV®643, 644
Axirüləmr - nəticədə
Mütarikə - müvəqqəti barışıq
Mədum - mövcud olmayan
İnziva - dünyadan əl üzmə
İzmehlal - məhv olma
Təsvib - təsdiq etmə
Xüruc - üsyan etmə
Samoopredeleniye - təyini-müqəddərat
Müsaidə - köməklik, izn
Müzahir - aşkar edən, aydınlaşdıran hami, nümayişçi
422
Məclisi-Müəssisan
Rusiya cəmaətinin aylardan degil, illərdən bəri dördgözlə gözlədigi
Məclisi-Müəssisan bir çox intizardan sonra nəhayət yanvarın 5-nə
toplandı.
Məclisin açılmasına dair gələn xəbərlər olduqca naqis idi. Teleqraf-
lar alabəzək bir halda alınmışdı. Teleqraflardan anlaşılan bir şey var-
dısa, o da bu idi ki, bolşeviklərin sol eserlərlə Məclisi-Müəssisana ulti-
matum qoymuşlar ki, hər şeydən əvvəl kəndçi, əskər və əmələ şuraları-
nm mərkəzi komitəsi tərəfindən təklif olunan sülh proqramı ilə şuranın
hökumətini qəbul eləsin, yoxsa dağıdılacaqdır.
Məclisi-Müəssisan əksəriyyət etibarilə bu təklifin müzakirəsini
kənar eləmiş, bunu isə sollar rəddi-tələqqi edərək məclisi tərk qılmışlar-
dır. Sonradan alınan xobərlordə deniliyor ki, Məclisi-Müəssisan “qır-
mızı qvardiya” tərəfindən qovulmuşdur.
İki gündür ki, yeni xəbərlər alınmıyor, nə oluyor bəlli degildir.
Məclisi-Müəssisan varmı, yoxmu bilinmiyor. Hər halda məlum olan bir
şey vardır ki, Məclisi-Müəssisan ilə şuralar mərkəzi arasında toqquşma
var, yoxsa da olacaq. Şübhə yoxdur ki, demokratizm üsulunu fəhlə sin-
finin hakimiyyəti ilə, saldat əlindəki süngülərlə paydar etmək istəyən
xəlq komissarları kəndi proqramlarmı qəbul edə bilməyən məclislə an-
laşa bilməyəcək, məsələyi qüvvətlə həll etmək istəyəcəklərdir. Böylə bir
xətti-hərəkətin Rusiyayı ictimai bir mühəyya görməyənlərcə nə kibi bir
qiymətə malik olduğu məlumdur. Fəqət bu halın təfsilən mühakiməsini
başqa bir nömrəyə buraxaraq burada bir keyfiyyəti qeyd etmək isti-
yoruz.
Məclisi-Müəssisanın bu surətlə qovulması, qovulmasa da şuralar-
la böylə ciddi bir surətdə qarşı-qarşıya gəlməsi Rusiya demokratiyası
arasındakı ixtilafı olduqca dərinləşdirəcək. Artıq heç bir növlə iki tərəf
arasında etilaf hasil olamıyacaq, bu xüsusdakı ümidləri kökündən qı-
racaqdır. Demokratiya arasında barışıq qeyri-mümkündür. Buna görə
də Rusiya yaxın bir zamanda bütün məmləkətcə tanınmış səlahiyyətdar
mərkəzi bir hökumətə malik bulunamıyacaqdır. Bundan ahnacaq nəticə
423
isə məlumdur. Rusiya millətləri kəndi təqdirlərinin təminini Petroqrad,
Moskva və ya sair bir mərkəzdən degil, kəndilərindən gözləməli, hər
vilayət və millət qəti surətdə kəndi Məclisi-Müəssisanmı dəvətə baş-
lamalıdır. Ayrı-ayrı millətlər kəndi müqəddəratlarmı kəndiləri həll və
təyin elədikdən sonra müştərək bir mərkəz flkrində bulunmalıdırlar.
Yoxsa mərkəzdəki hökumət qovğalarını gözləyib duracaq olursaq, kim
bilir ki, daha nələrə təsadüf edəcək, nələr görəcəgiz.
“Açıq söz”, 11 yanvar 1918, JVs652
424
1918-ci il yanvarın 12-də Milli Şuranın
iclasında M.Ə.Rəsulzadənin çıxışı
Məhəmmod Əmin Rəsulzadə söz alaraq diyor ki, o vəqt biz əcələ ilə
Milli Komitəyi mövcud təşkilatlardan nümayəndəlik çağırmaq üsulilo
təsis etdik. Çünki o vəqt siyasi firqə və təşkilatımız yox idi. O zaman
bütün Rusiya kibi biz dəxi çarəsizlikdon bu üsula təvəssül etdik. Fəqət
bu üsul demokratik degil, çox da naqisdir.
Bədə o qaidə ilə seçilən komitənin nöqsanlarını zikrlə natiq əfəndi
göstəriyor ki, imdi siyasi fırqələrimiz var, cəmaətdə siyasi tərbiyə var,
baxınız ki, Milli Şura üzvlərinin yarısı gəlməmiş olduğu halda beş
yüzdən ziyadə cəmaət komitə nə halda olduğunu bilmək üçün toplaş-
mışdır. Cəmaət dərdini biliyor, anlıyor, vəqt yetişmişdir ki, cəmaət
işləri, millət işlərini cəmaət özü görsün. Lazımdır ki, millət hüzurunda
məsul bir komitə seçilsin.
Bunun üçün də komitəyi ümumi, müsavi, gizli, müstəqim və
mütənasib seçki üsulilə seçməlidir. Şəhər və mədən dairəsində təhriri-
nüfus icraedilmiş, siyahıhazırdır. Qoy siyasi firqolərnümayəndələrindən
ibarət bir komissiya təşkil edilsin və bu komissiya seçki hazırlasın.
Nəticədə Şura qərar veriyor ki, Milli Komitə ümumi, müsavi, giz-
li, müstəqim və mütənasib seçki üsulilə intixab edilsin və bunu hazırla-
maq üçün siyasi firqələr nümayəndələrindən ibarət bir komissiya təşkil
olunsun.
Məhəmməd Əmin Rəsulzado cənabları “Müsavat” firqəsi tərəfindən
iclasın əvvəlində seçki icra edilməməsi təhti-qorara alınmış olduğu hal-
da imdi seçkidən daha böyük bir şeyə iqdamla səlahiyyəti olmadığı hal-
da Komitə istefasmı qəbul və vəzifəsinin başqalarına həvalə edilməsi
müqabilinə protesto və protokola qeyd olunmasını tələb ediyor.
Dostları ilə paylaş: |