Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


“Açıq söz”,  14 yanvar 1918, JVs654



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   29   30   31   32   33   34   35   36   37

“Açıq söz”,  14 yanvar 1918, JVs654
425

Sülh ətrafmda 
Türkiyə ilə mütarikə
Məlum  olduğu  üzrə  Almaniya,  Avstriya,  Türkiyə  və  Bolqariya 
nümayəndəiəri  Rusiya  nümayəndələrilə  bir  tərəfdən  Brest-Litovskidə 
və digər tərəfdən Türkiyə ilə Rusiya nümayəndələri xüsusi surətdə Qaf- 
qasiya cəbhəsində Ərzincanda mütarikə və sülh müxabiratına başlamış- 
lar.  İmdiyə  kibi  Brest-Litovskidə  vaqe  olan  sülh  müxabiratı  həqqində 
qəzetəmizdə az-çox məlumat vermişik.  Türkiyə ilə  olan mütarikə mü- 
xabiratı  həqqində  isə  imdiyə  kibi  bir məlumat yox  idi  və  müxabiratm 
burada  nə  sayaqla  davam  etdigi  məlum  degil  idi.  Fəqət  son  günlərdə 
nəşrə başlamış olan “Naş qolos”1 qəzetəsində V.Tevzaya cənabları Qaf- 
qasiya cəbhəsində Türkiyə ilə Rusiya nümayəndələri arasında vaqe olan 
mütarikə  müxabiratı  həqqində  bir  nümayəndənin  dəftəri-xatiratmdan 
olmaq üzrə zildəki təfsilatı veriyor ki, bəzi əhəmiyyətli parçalarım on- 
dan iqtibas ediyoruz.
Noyabrın  29-cu  gecəsi  sürətli  qatarla  meydani-hərbə  azim  ol- 
duq.  Qafqasiya  heyəti-vükəlasına  bəndən  başqa  Soldat  Mərkəzindən 
A.Simirnov, Qafqasiya ərkani-hərbindən polkovnik Berzenqur,  Kəndli 
Mərkəzi  Şurasından  Camalyans  daxil  olmuşlardı.  Və  Ərkani-Hərb 
İdarəsinin digər nümayəndəsi general-mayor Vişinski bizi  Ərzurumda
1  “Naş  Qolos”  1918-ci  il  yanvarın  6-dan  nəşrə  başlayan  gündnlik  ədəbi,  ictimai-sıyasi 
menşevik  qəzeti  idi.  1918-ci  il  aprelin  6-dsk  (köhnə  təqvimlo  martm  24-dok)  Bakıda 
nəşr olunmuşdur.  Qəzetin  1918-ci  il  8,  10  və  11  yanvar tarixli  2,  3  və 4-cii  nömrəlorində 
“üepeMepHe 
c TypuHefi 
(m
 aanncnoii 
k h h * k h  
aejıeraTa)” 
sərlövhəli yazı dərc oiunmuşdur. 
Müəllifi Viktor Tevzayadır. M.Ə.Rəsulzadə  həmin yazıdan  istifadə  ilə Türkiyə  ilə Rusiya 
arasında  həm  Brest-Litovskda  və  həm  də  Qafqazda  aparılan  sülh  danışıqları  barədə 
oxuculara  daha  dəqiq  məlumat  vermak  istəmişdir.  Mosələn,  əgər  yazı  müəllifi  Qafqaz 
cəbhəsində  türklərlə  danığışı  Qafqaz  nümayəndəlorilə  türklər  arasmda  aparılan  sülh 
danışığı kimi təqdim edirdisə, M.Ə.Rəsulzadə  nümayəndə  heyəti  tərkibində rus, gürcü və 
erməni olduğu halda Qafqaz əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlı və müsəlman 
əhalisinin bu danışıqlarda iştiraka cəlb  olunmadığına görə  onu rus-tiirk  sülh danışığı  kimi 
səciyyələndirirdi.  Hər iki yazını müqayisə etdikdə məlum  olur ki,  o yalnız tərcümə  deyil, 
bütövlükdə yazı bəzi məqamlarda həm də M.Ə.Rəsulzadənin şərhidir. -  Ş.H.
426
qarşılamalı idi. Təcrübəli bir əhli-xəbər sifətilə əskəri müvərrix polkov- 
nik Esadze dəxi bizimlə bərabər getməli idi.
Nümayəndələrin əksəri ehtiyat ediyordular ki, şayəd yolda soldatlar 
bizim  qatarı  dayandırıb  bizim  yerlərimizi  işğal  edərlər.  Doğrudan  da 
Aleksandropol  ilə  Kars  arasında  vaqe  mövqiflərin  birisində  bir qədər 
soldat bizim qatara yanaşaraq yer tələb etdilər.  Lakin qatar rəisi bizim 
səfərin  məqsədini  soldatlara bildirdikdən  sonra  soldatlar xeyli  sevinib 
bizə müvəffəqiyyətlər dilədilər.
Noyabrın  30-da  axşam  Ərzuruma  yetişdik.  Heyəti-vükəla  iclas 
dəvət  edərək  Türkiyə  nümayəndələrinə  təqdim  olunacaq  mütarikə 
layihəsini  müzakirəyə  başladı.  Mütarikənin  nə  qədər  davam  edəcəgi 
məsələsi  uzun-uzadı  mübahisələrə  səbəb  oldu.  Əskər  nümayəndələr 
mütarikənin  müəyyən bir vəqtə  -  üç,  yaxud  beş  aya  qədər  əqd  olun- 
duğunu və mütarikə əqdinin əskidən bəri böylə olduğunu isbat ediyor- 
dular.  Biz  isə  əski  qaidə  və  qanun  ilə  rəftar  etmək  bizə  münasib  ol- 
madığım  və  siyasi  durbinlik  mütarikə  əqdinin  vəqtsiz  olmasmı  iqtiza 
etdigini  təkid  ediyorduq.  Nəhayət,  heyət bir rəyə  şərik oldu və  sonra- 
dan  Ərzincanda  müxabirat əsnasında bu fəsil  Türkiyə heyəti-vükəlası 
tərəfindən dəxi qəbul olundu.
* * *
Sülh  ilə  yaşayan  əhaliyə  hüdud  xətti  dairəsində  vaqe  şəhər  və 
kəndlərdə sakin olmaq icazəsi verməgi qeyd edən fəsil dəxi ixtilafı-mu- 
cib oldu. Nümayəndələrdən birisi bu münasibətlə izhar etdi ki, əgər sülh 
ilə yaşayan əhaliyə bu icazə verilərsə,  o vəqt bu kimi  şəhər və kəndlər 
təcili  bir  surətdə  kürdlər  tərəfindən  səkəna  edilərək  sair millətlərə  öz 
yerlərinə qayıtmaq imkam vermiyəcəklərindən ehtiyat ediyorum.
Nümayəndələrin əksəri bu rəyə iştirak etdi.  Bundan sonra zabitiyyə 
idarəsi məsələsi mövqei müzakirəyə qoyuldu. Hal-hazırda işğal edilmiş 
yerlərdə  xüsusi  bir  komissariyyat  işlərə  nəzarət  və  ümuri-zabitiyyoyi 
idarə  ediyor.  Nümayəndələrdən  birisi  təklif etdi  ki,  bugünki  idareyi- 
zabitiyyənin bilatəbdil  qalması  üçün  şərtnaməyə bir fəsil qeyd edilsin. 
Fəqət  əksəriyyət  bu  rəyə  razı  olmadı.  Biz  mütarikənin  uzun  müddət 
davam  etdikdə  zəbt  olunmuş  vilayətlər  idarəsi  təbdil  oluna biləcəgini
427

imkan  daxilində  zənn  ediyorduq.  Binaənileyh  komissaryatda  gərək 
kürd və gərək erməni əhalisinin nümayəndələrindən mütəşəkkil bir şu- 
ranm  təşkili  hər  iki  milləti  biri-birinə  yaxınlaşdıracağı  kibi  bunlarm 
yekdigərilə rəftar və müamilələrini də düzəldər və komissariyyat üçün 
vilayətlər idarəsini asanlaşdırar.
Qalan  fəsillər  ixtilaf  və  mübahisəyi  mucib  olmadığmdan  əskəri 
xəritəyə bənd və  aşina olmağa iqdam etdik.  Bu işdə nümayəndələr bö- 
yük səbr və mətanət göstərərək hər növ dağların adlarmı gözəl surətdə 
əzbər etdilər.
Dekabrm  1-də Ərzincana azim olduq, yollarda bir çox sınıq sərnişin 
və yük  avtomobillərinə rast gəldik.  Bunlann təmir və məramiətini bir 
vəqdir böyük zəhmət istiyorsa da, fəqət imdi el, millət malxnın qeydini 
çəkən kimsə yoxdur.  Yolun hər iki  tərəfində qxraqda da at və sair hey- 
vanların  cəmdəklərini  görmək  olar.  Bu  heyvanların  dərilərini  kürdlər 
40-50 manata alxyorlar.  Bu isə həmin hey vanlara nəzarət edənlər üçün 
böyük bir mədaxil mənbəyi təşkil ediyor.
O  birisi  gün  dekabrxn  2-də  məhəlli  demokratik  müəssisələri 
nümayəndələri və birinci Kolordu komandam ilə görüşdük. Qarşımxzda 
birdən-birə komandan general Lyaxov zühur etdi.  Lyaxov!  Bizi heyrət 
götürdü.  İran  inqilabx  tarixində  və  birinci  məclisin  qovulmasmda  bö- 
yük bir rol oynamış olan Lyaxov kimin xatirində degildir. Nə qədər iş- 
tihar tapmış olan bir şəxsin bizə rast gələcəginə bən heç də inanmıyor- 
dum. Bən bunun hərəkətlərinə diqqətlə nəzarət etdikdə onun mətanətli, 
şəci  və  cürətli  bir  əskər  olduğunu yəqin  etdim.  Ümuri-hərbiyyəyi  ka- 
malınca  bildigi  gözə  çarpıyordu.  Demokratik  müəssisələrə  nisbətən 
rəftar  və  müamiləsi  bitərəfanədir.  Fəqət  bütün  bu  işlərə  baxmayaraq 
bən yəqin  etdim ki,  əgər bunun  əlində  imkan  olarsa  heç  vicdan  sıxın- 
tısı  hiss  etməyərək ikinci  məclisi  də  dağıdar və  etizari-ricalma hərgiz 
tənəzzül etməz.
Gündüz  saət  5-də  ərkani-hərb  ümurəsi  imarətinə  iki  avtomobildə 
Türkiyə  nümayəndələri  gəldilər.  Dərhal  avtomobillər  ətrafmda  külli- 
izdiham toplanmağa başladı və nümayəndələr güc-bəla ilə özlərinə yol 
aça bildilər.
428
Türkiyə  tərəfindən  müxabiratda  iştirak  üçün  gələnlər:  Türkiyə 
ərkani-hərb idarəsi rəisi Ömər Lütfi bəy, Türkiyə ərkani-hərbimn başı- 
sı Xosrov bəy və komutan Yəqub bəy idi.  Yəqub bəy rusca son dərəcə 
gözəl  və mükəmməl biliyor.  Müşarileyh neçə vəqt bundan əqdəm Ru- 
siya təbəəsi  olduğu halda (Kazan tatarlarından imiş) nədən isə ailəsilə 
bərabər Türkiyəyə köçüb imdi Türkiyə ordusunda xidmət ediyor. Xos- 
rov  bəy  isə  almanca  bildigi  kibi  fransızca  da  gözəl  surətdə  ifadeyi- 
məraıtt ediyor.
Lütfi bəy bənə hər bir deyəcəgi sözünü düşünən qayət ciddi bir adam 
olduğu təsirini bağışladı.  O, bizimlə mütərcim vasitəsilə türkcə damşı- 
yordu. Fransxzca bir o qədər yaxşı bilmiyor.
Müxabiratm  son  günündə  məlum  oldu  ki,  Lütfi  bəy  də  rusca  bili- 
yormuş.  Dekabrxn 2-də axşam  saət 9-da hər iki  heyət birinci  dəfə ola- 
raq görüşdülər.  Bizim tərəfdən general Vışinski bizim vəkalətnamələri 
türk  nümayəndələrinə  verib  əvəzində  onların  vəkalətnamələrini  al- 
malı  idi.  Biri-birimizlə  görüşüb  tamş  olduqdan  sonra  hamımız  miz 
ətrafında  əyləşdik  və  general  Vışinski  layihəyi  ortaya  qoymaq  isti- 
yordu  ki,  bu  əsnada  vəkalətnamələri  dəgişmək  xatirinə  gəldi.  Bizim 
vəkalətnamələrdə rəsmi möhür var idi, türklərinkində isə bu möhür ol- 
madığından təbiidir ki, türklərin nəzər-diqqətini buna cəlb etdik.  Buna 
cavabən  Lütfi  bəy  izhar etdi  ki,  onların  sənədləri  türk  ordusu baş  ko- 
mandanı tərəfindən imza edilmiş olduğundan böylə ittifaqlarda möhür 
basmaq türklərdə  adət degildir.  Biz bu bəyanatdan qənaət hasil edərək 
layihəyi oxumağa şüru etdik.  Türkiyə heyəti-vükəlası izhar etdi ki, rus 
vəkillərinin  layihəsini  bütünlüklə  qəbul  ediyorlar.  Fəqət  hər  bir  fəsli 
ayrı-ayrı  olaraq  müzakirə  etdikdə  bəzi  əlavələr  qeyd  etmək  həqqini 
özlərinə məxsus ədd etdiklərini bildirdilər.
Birinci iclasda mütarikənin nə qədər vəqtə əqd olunması fəsli qəbul 
olundu.
Mübadiləyi-əfkar  zamanında  məlum  oldu  ki,  hər  iki  tərəf müm- 
kün qədər tez bir surətdə sülhi-ümumi əqd olunmasına çalışıyorlar. Biz 
bu  arzumuzu  müahidənamədə  qeyd  edərək  ümumi  demokratik  sülhə 
qədər mütarikə əqd etdik.
429

Bizim  bu  iqdamatımız  bolşeviklərin  Brest-Litovskdəki  hərəkət- 
lərindən  bizə  daha  da  doğru  və  həqiqətə  yaxm  görülüyor.  Onlar  mü- 
tarikəyi  yanvarın  3-nə  qədər  əqd  etdilər.  Məsələni  bu  qərar  ilə  vəz 
etmək  şərəfi  bolşeviklərəmi,  yaxud  almanlaramı  məxsusdur -   bilmi- 
yoruz.
Qalan məsələlərin müzakirəsini o biri günə saxladıq. Haman gün ax- 
şam biz qayət həyəcanh xəbərlər aldıq ki, bizim alaylar səngərlərini tərk 
edərək  Ə rzurum a  çəkilməgə  başlamışlar.  Bəzi  əvamfiriblər  mətbuat 
səhifələrində:  “meydani-hərbdə  ərzaq  yoxdur.  Ordunu  aclıq  təhlükəsi 
təhdid  ediyor”  -   kibi  təbliğatda  bulunduqlarmdan,  bu  təbliğat  ümu- 
mun tezliklə evə qayıtmaq xahiş və arzusunu daha da artırıyor,  halbu- 
ki meydani-hərbdə  ərzaq hənuz üç ay kifayət edər.  Ordunun meydani- 
hərbi  tərk  edib  qayıtmasmxn  səbəbi  isə  ərzaq yoxluğunda degil,  bəlkə 
ələmümum  üç  sənəlik  müharibədən  yorğun  düşməkdir.  Bu  həqiqəti 
meydani-hərbdə olan hər bir kəs biliyor. Bədbəxtanə bu yorğun düşmüş 
soldatlar müvəqqəti  mütarikəyi qəti  sülhdən  fərq  etmiyərək  səngərləri 
tərk ediyorlar.
Soldatlarm bu hərəkəti biz vəkilləri  son dərəcə ağır şərait daxilində 
bulundura  bilərdi.  N  alayının  səngərləri  tərk  etmək  həqqində  verdi- 
gi  qərar  fövqəladə  bir təhlükə  təşkil  ediyordu.  Bən  məzkur  alayda bir 
çox gürcü demokratları olduğunu bilmiyordum.  Binaənileyh onlara bu 
məzmunda bir teleqraf göndərdim:  “bizim mütarikə  əqd  etdigimiz bir 
halda  sizin  səngərləri  tərk  edib  çəkilməyiniz başladığımız  işin büsbü- 
tün məhv olması deməkdir.  Bir neçə gündon sonra görüşəriz”.
Bizim  teleqraf  təsir  etdimi,  yoxsa  bilmiyorum.  Lakin  alay  öz 
səngərlərində qaldı.
-   Yanvarm  8-də  xariciyyə  işləri  komissarı  Petroqrada  qayıda- 
raq  izhar  etmiş  ki,  sülh  müxabiratı  kəsilməmiş.  Ancaq  yanvarın  onu- 
na  qədər  fasilə  verilmişdir.  Trotski  gələndən  sonra  Alman-Avstriya 
heyəti-vükəlasmın Petroqradda bir iclası da olmuşdur. Bu iclasdan son- 
ra  heyətin  on  gün  fasilə  verəcəgi  qərara  ahndığından  heyət  yanvarın 
9-da Petroqraddan getmişdir.
-  Məclisi-Müəssisanm demokratik sülh həqqində nəşr etdigi bəyan- 
namə  münasibətilə  paytaxtm  müttəfiqlər  diplomasiyası  məhafilində 
hənuz bir qərar verilməmişdir.
430
-   Petroqradda  danışıldığına  görə  Alman-Avstriya  və  rus  heyəti- 
vükəlası  arasmda  münasibat  kəskinləşmişdir.  İxtilafm  ümdə  səbəbi 
əsir zabitlərin halı  olmuşdur.  Zira rus  heyəti-vükəlası zabitlərin  soldat 
əsirlərilə  müsavi  tutulmasını  təkid  ediyor.  Almanlar  isə  bu  məsələdə 
Lahi  müğaidənaməsinə  istinad  ediyorlar.  Trotski  gələndən  sonra 
heyətlər arasında münasibət yaxşılaşmışdır.
-   Bir  həftədən  sonra  Trotskinin  Radek  və  Qanetskinin  məiyyətilə 
Brest-Litovsk şəhərinə gedəcəgi gözləniyor.
“Açıq söz”,  14,15,16 yanvar 1918, JV®654, 655,656
Mütarikə -  müvəqqəti anlaşma 
İştihar -  məşhur olan 
Tənzil -  güzəşt 
Məhafil -  toplanmış heyət 
Firib -  aldatma
431

Əsirlər günü
Möhtaclara  və  əlamanda  əsirlərə  müavinətdə  bulunmaq üçün  təsis 
edilmiş  olan  “Möhtaclara  kömək”  cəmiyyətinin  qərardadına  görə  bu 
gün  yanvarın  19-da  Bakıda  möhtaclar  üçün  libas,  yorğan-döşək  və 
sairə  kibi  şeylər  cəm  ediləcəkdir.  Şəhər bir neçə  məhəlləyə təqsim  və 
hər  məhəlləyə  müəyyən  adamlar  təyin  edilmişdir  ki,  bunlar  bu  gün 
səhər tezdən məzkur heyətlə ianə və əşya toplamağa şüru edəcəklərdir. 
Bu şeylər kimlərə veriliyor?
Doğrudan canlarım əsirgəmədikləri əziz vətənlərindən, doğmayurd- 
larmdan,  ailələrindən  ayrı  düşmüş,  qərib  vilayətlərdə,  uzaq  ölkələrdə 
aclıq və susuzluq,  çıplaqlıq və bunlarm nəticəsi olan xəstəliklərə düçar 
olub da həkimsiz, təbibsiz, isti bucaq, rahət yer tapmayıb da yorğansız, 
döşəksiz çıplaq, quru bir yerdə otuzu, qırxı birdən ölən əsirlər üçündür, 
onlara veriliyor.
İnsanlara şəfqət və mərhəmət hissi həm də əsirlərə qarşı müsəlmanlıq 
və türklük vəzifəmiz bizdən tələb ediyor, bu gün mərhəmət kisələri ge- 
niş  açılsm.  Üzərimizə uzadılan  əllər boş qaytarılmasm.  Hamı  qüvvəsi 
çatan, mümkün olan qədər borcunu əda etsin.
Heç  kəs  ianəsinin  azlığma,  çoxluğuna  baxmasın,  hər  kəs  bir  sap 
versə,  yetimə  bir köynək  çıxar.  Bilməlidir ki,  yığılan nə  qədər az  olsa 
da yenə bu adamları ölümdən xilas edəcəkdir.
Uzaq  yerlərdən  fəna  şərait  altında  bizə  binlərcə  qardaşımız  qonaq 
gəlmişdir.  Mehmannəvazlıqla  məşhur  olan  qafqasiyalılar  ehsanları 
ilə  tanmmış  olan  Bakı  cəmaəti  bu  vəqtədək həmişə  və  hər  dəfə  böylə 
ianələr  toplandıqda  həmiyyətini  göstərmiş  olan  qardaşlarımız  bu  gün 
mənəvi borclarım əlbəttə, əda etməlidirlər və edəcəklər.  Əziz qardaşla- 
rım ız və qərib qonaqlarımızı razı buraxacaqlar.
“Açıq söz”,  19 yanvaı*  1918, JVa659
P.S.  Qəzetin  həmin  nömrəsində  “Türkiyə  Ermənistam  həqqində 
əmrnamə”ni  də  M.Ə.Rəsulzadə  ruscadan  tərcümə  edərək  dərc  etmiş- 
dir.  V.İ.Leninin başçılıq etdiyi Xalq Komissarları Şurasmm bu bədnam 
“tarixi” sənədini də oxuculara təqdim edirəm.  Ş.H.
432
Türkiyə Ermənistam həqqində əmrnamə
Petroqrad -  Xəlq Komissarları Şurası erməni xəlqinə elan ediyor ki, 
fəhlə və kəndlilər hökuməti Rusiyanın Türkiyə ərazisini ilhaq hüququnu 
davam  etdiriyor və elani-istiqlala qədər erməni  xəlqinin özünüidarəyə 
həqqini  təsdiq  ediyor.  Xəlq  Komissarları  Şurası  bu  hüququn  möv- 
qei-icraya  qoyulması  üçün  erməni  xəlqinin  fikrini  sərbəst bilməkdən 
ötrü son dərəcə lazım olan bir çox hökumət təminatı gərəkdir.  Bu kibi 
təminatdan Xəlq Komissarları Şurası zildəkiləri ədd ediyor:
1)  Əskərlərin  Türkiyə  Ermənistanından  çıxarılması  və  orada 
bilatəxir erməni ordusunun təşkili.
2) Qaçqınların və həmçinin müxtəlif məmləkətlərə dağılmış erməni 
mühacirlərin bilaməmaniət Türkiyə Ermənistam daxilinə qayıtmaqları.
3)  Müharibə  vəqti  Türkiyə  məmurları  tərəfindən  cəbrən  məmləkət 
içərilərinə nəql  edilmiş  Türkiyə  ermənilərinin bilaməmaniət öz yerlə- 
rinə qaytarılması, bunun üçün Xəlq Komissarları Şurası Türkiyə nüma- 
yəndələri ilə vaqe bulunacaq müxabiratda təkiddə bulunacaqlar.
4) Türkiyə Ermənistanmda demokratik əsaslar üzərinə intixab olun- 
muş erməni xəlq şurası tərzində müvəqqəti milli bir idarə təşkili.
Qafqasiya  işlərinin  fövqəladə  müvəqqəti  komissarı  Stepan  Şaum- 
yana  təklif olunuyor  ki,  ikinci  və  üçüncü  maddələrin  mövqei-icraya 
qoyulması  üçün  Türkiyə  Ermənistanı  əhalisinə  hər  növ  müavinətdə 
bulunsun  və  həmçinin  əskərləri  Türkiyə  Ermənistamndan  çıxarmaq 
vəqtini  və  qaidəsini  müəyyən  etmək  üçün  qarışıq  bir  komissiya  təş- 
kilinə şüru etsin.
Qeyd -  Türkiyə Ermənistanmm hüdudi-coğrafiyası erməni xəlqinin 
demokratik nümayəndələri tərəfindən qomşu məhal və nüqat demokra- 
tik nümayəndələrinə birlikdə Qafqasiya işləri fövqəladə müvəqqəti ko- 
missarının iştirakı  ilə müəyyən edilməlidir.
“Açıq söz”, 19 yanvar 1918, JV
b
659
Nüqat -  nöqtələr
433

İcmali-əhval
Rusiyada  inqilab  başlanandan  bəri,  kimsodə  mühariboyə  artıq ma- 
raq qalmamış;  hər kəs müharibənin tezliklə bitəcoginə qənaət hasil et- 
miş  və  Rusiyamn  yenidən  müharibə  açacağına,  yəni  sülh  müxabiratı 
müvəffəqiyyətsiz  olursa,  Rusiyamn yenidən ordu və mühimmat topla- 
yacağına kimsə inanmıyor. Bunun da səbəbləri məlumdur. Bir tərəfdən 
Rusiya  xəlqi  dörd  il  davam  edən  vuruşmadan  usanmış,  gərək  maddi 
və  gərək  mənəvi  düşkünlügə  uğramış,  məmləkətin  ticarət  və  sənaət 
şirazəsi  daxilində  davam  edən  ixtilal  və  şurişlərdən  naşi  büsbütün  qı- 
rılmış,  digər  tərəfdən  iş  başma  keçmiş  bolşcvik  hökumətinin  şüa- 
rı  və  bütün  millətlərin  fikri  müharibənin  ziddinədir.  Bolşeviklərin  iş 
başına  keçməsində  birinci  rol  oynayan  bunların  haman  Rusiya  xəlqi 
əhval-ruhiyyəsini kamalmca dərk  edərək,  o yolda sülh və çörək şüarı- 
nı  meydana  atmaları  olsa  gərəkdir.  Bunu  iso  Kerenski  hökuməti  dərk 
edəmədigindən bolşeviklərin müvəffəqiyyətini mucib oldu.
Bolşeviklər  məmləkət  daxilində  öz  şüarları  sayəsində  hüsni-rəğbət 
qazandılarsa da, müttəfiqləri yanmda bu rəğbəti qazanamadılar. Və on- 
lardan  ayrı  olaraq  düşmənləri  ilə  sülh  müxabiratına  girişdilər  və  bu 
sayədə Rusiyada müharibənin bitməsinə, daha doğrusu bitmək üzrə ol- 
masma  qəvi  bir  ümid  oyandırdılar.  Rusiya  düşmənləri  ilə  sülh  etmək 
üzrə  ikən,  müttəfiqlər  Almaniya  və  torəfdarları  ilə  müharibədə  ha- 
man  davam  ediyorlar.  Fəqət  Rusiyanm  ixtilal  və  şurişindənmi,  yaxud 
nədənsə müttəfiqlərin öz düşmənlorilə vuruşmaları həqqindo gorokincə 
məlumat alınmıyor və Qərb meydanında hərəkati-hərbiyyənin nə surətlə 
gedişi  həqqində  qəzetələrdə  müxabirat  görünmüyor.  Ara-sıra  alınan 
məlumat yalmz  almanların  Rusiya  ilə  sülh  etməkdon  nə  kimi  faidələr 
bəklədigini  və  gələcək  vuruşmalar  üçün  nə  kimi  planlar  hazırladığı- 
m bildiriyor. Məsəla,  İngiltərənin  əskəri mühərrirlərindən məşhur pol- 
kovnik Reminqton “Tayms” qəzetəsində yazdığı bir məqaləsində diyor 
ki,  Almaniya  Şərq meydamndan Qərb meydanma nəql  etdigi  əskərləri 
ilə Fransa meydanmda qüvvəsini xeyli artırmış və get-gedə daha da ar- 
tırmaqdadır. Baxalım, gələn baharda düşmən qarşısmda dəvam etməgə
434
bizim  də  kafi  qüvvəmiz  olacaqmı?  deyə  suahnda  bulunuyor  və  diyor 
ki,  Almaniyanın müqabilinə  çıxmaqdan  ötrü hazırda  meydani-hərbdə 
durmaqda  olan  ordumuzdan  başqa  bir  milyon  yarım  əskər  lazımdır; 
bizdə isə bu miqdarın yalnız altı yüz otuz mini mövcuddur ki, onun da 
üçdən bir hissəsi yaralanıb da sağaldıqdan sonra dübarə meydani-hərbə 
gələcək  soldatlardır.  Bu  isə  hökumətimizin  səlah  bilərək  təşkil  etdigi 
şurayi-əskəriyyənin  iqtidarsızhğını  göstəriyor;  binaənileyh  bu  xüsus- 
da ciddi  surətdə düşünmək və lazım gələn tədabiri bir an əvvəl ittixaz 
etmək gərəkdir.
Almaniyanm  gələcək  üçün  hazırladığı  plan  həqqində  müttəfiqlər 
diplomasi  məhafllində  diyorlar  ki,  Almaniya  müttəfiqlərin  Rusiya- 
ya  müharibə  elan  etməsi  üçün  son  dərəcə  çalışıyor və  Rusiya  ilə  sülh 
edərək  xammala  olan  ehtiyacını  Rusiyadan  rəf etməgə  və  gələn  ap- 
rel  aymda  Fransa  meydanında  qayət  ciddi  vuruşmalar  üçün  hazırlaş- 
mağa  var qüvvəsini  sərf edəcəkdir.  Müttəfiqlərin  Rusiyaya  elani-hərb 
etməsində Rusiyayı onlar ilə vuruşmaya məcbur etməkdə məlumdur ki, 
Almaniya Rusiyanın nizamsız və yorğun ordusundan heç bir müavinət 
gözləmiyor  və  gözləmək  ümidində  də  degildir.  Fəqot  müttəfiqlərin 
rəyincə Almaniyanın bu müharibədən bir faidəsi  ola bilər ki,  o da Ru- 
siyanm Almaniya-Avstriya hərbi əsirlərindən bir milyon yarım miqda- 
rmda böyük bir kütləyi öz hesabına olaraq təslih edəcəkdir.
Almaniya  və  tərəfdarlarmın  Rusiya  ilə  sülh  müxabiratı- 
na  girişməkdən  böyük  faidələr  götürəcəklərində  şübhə  yoxdur. 
Müttəfiqlərin Rusiya əvəzində Amerikaya ümid etmələri və Amerika- 
nın Rusiya qədər onlara müavinət göstərəcəginə inanmaları bizcə bir o 
qədər də doğru olmasm gərək; zira Amerika ilə müttəfiqlər arasmdakı 
məsafə qayət uzaq olmaqla bərabər Almaniya sualtı qay ıqlarının haman 
məsafə arasında gəştü-güzar edərək düşmən gəmilərini bəkləməkdə ol- 
duqları münasibat və nəqliyyatı  olduqca müşkülə salıyor.  Müharibənin 
müvəffəqiyyətlə davamı üçün canlı qüvvənin və mühimmati-hərbiyyə- 
nin vəqtli-vəqtində lazım gələn yerlərində hazır olması icab etdigindən 
Amerikamn  müavinəti  bir  böhran  üz  verdikdə  müttəfiqlərə  nə  sayaq 
yetişə biləcəkdir.  Bundan  əlavə  Fransa  müstəmləkatı  olan  Cəzair,  T\x- 
nis,  Yeni  Kaliforina  və  Hindistan  Çini  də  üsyan  və  şurişlər  baş  gös- 
tərdigindən Fransa əhvali-hərbiyyəsi böyük müşkilat və əngəllərə uğra-
435

mış  qalıyor;  İngiltərə ilə Fransa imdiki müharibədə canh qüvvələrinin 
əksəriyyəti  müstəmləkələrindən  toplamaqda  olduqlarından  və  bunları 
alman  dəmir  yumruğu  altmda  əzdirərək  məhv  və  tələf etdiklərindən, 
nəhayət,  şuriş  və üsyana məruz qalıyor və canlı qüvvə mənbələrini  ar- 
tıq  qayb  etmiş  oluyorlar.  Bütün bu  şərait daxilində  müttəfiqlərin  bun- 
dan sonra müvəffəqiyyət qazanacaqları pək şübhəlidir:  zira onların bu 
ilki əhvalı keçən sənələrə nisbətən xeyli ağır və mövqeləri olduqca müş- 
küldür;  Almaniya  ilə  Avstriya  isə  Rusiya  tərəfındən  xatircəm  olduq- 
larından qüvvətlərini bir qat daha artırmış oluyorlar.
Bolşevik  hökuməti  xarici  məsələlərdə  müttəfiqlər  tərəfindən  bir 
çox  müşkülat  və  əngəllərə  təsadüf etdigi  kibi  məmləkətin  daxili  ida- 
rəsxndən  də  bir  çox  maneələrə  rast  gəliyor  və  həm  gəJməkdədır.  Bol- 
şeviklər üçün  böyük  əngəl  çıxaranlardan  birincisi  -  Ukrayna,  ikinci- 
si  -   Don,  Terek və  Orenburq kazakları  və  üçüncüsü  -   son məlumata 
nəzərənKnm m üsəlm anlarıdır. Əvvəlcə Ukrayna və sonra Don kazak- 
ları  muxtarıyyət  elan  etdilər,  fəqət  Ukrayna  daxıh'  ıdarədə  Ukray- 
na  Rada  məclisinə  və  Don  nahiyəsi  kazak  əskəri  hökumətinə  itaət 
göstərdigindən və bolşeviklərin “hökumət şuralar əlində  (fəhlə və  sol- 
dat  vəkilləri)  olmahdır”  şüarına  müxalifət  göstərdiklərindən  bolşe- 
vik  hökuməti  Rada  ilə  kazak  hökumətini  sərmayədarlardan  təşəkkül 
əksinqilabçı  hökumətləri  adlandıraraq  onlar  ilə  mübarizəyə  girişdi  və 
son günlərdə Krım müsəlmanlarilə də böylə mübarizəyə iqdam etmiş- 
dir. Bu mübarizə və əngəllər bolşeviklər üçün böyük bir zərbədir. Zira 
müttəfiqlər hənuz bolşeviklərin iş başma yeni keçdigi zəman bolşevik 
hökumətini  etiraf və  təsdiqdən  imtina etdilər,  “Və  sizin  hökuməti  bü- 
tün  Rusiya  tanımadığı  halda,  biz  necə  tanıya  biləriz”  -   deyə  bəhanə 
gətirdilər. Bu isə bolşeviklərin həqiqi bir hökumət kibi degil, yalmz bır 
firqə kibi müvəqqəti iş başma keçdiklərini andırmaq demək idi.
* * *
Bolşevik hökumətini tanımaq istəməyən ətraf vilayətlərdən birisi də 
Qafqasiyadır.  Bolşeviklər  sair  vilayətlərdə  və  o  cümlədən  Türküstan 
paytaxtı  olan  Daşkənddə  hökuməti  əllərinə  almaq təşəbbüsünə  iqdam 
edib bəzilərində müvəffəq olmuşlarsa da,  Qafqasiyada hənuz böylə bir 
təşəbbüsə  iqdam  etmələri  görülmüyor;  zira  əvvəla,  Qafqasiyanm  ya-
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin