Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   29   30   31   32   33   34   35   36   37

436
şayış  şəraiti  sair  vilayətlərə  nisbətən  bambaşqadır  və  ikinci,  Qafqasi- 
yada  bolşeviklər  yerlilərə  nisbətən  qayət  az  olmaqla  bərabər,  Rusiya 
daxilindən də Zaqafqasiyaya qüvvə yürütməkdən acizdirlər.
Bolşeviklərin Zaqafqasiyada baş qaldıra biləcəkləri iki mühüm nöqtə 
vardır;  birisi  Tiflis  və  digəri  Bakıdır.  Keçənlərdə  Tiflisdə  müxtəsər 
bir  hərəkət  oldusa da,  öylə  qəti  nəticə  vermədi;  bundan  böylə  də  Za- 
qafqasiyada  ümumiyyətlə,  hanki  tərəfdən  olur-olsun  qəti  çıxış  imkan 
xaricində  olmaq  dərəcədə  müşküldür.  Bilxassə  Zaqafqasiyada  şəraiti- 
mohəlliyədən dolayı bir tərəfə qəti üstünlük verəcək qüvvə toplamaq və 
onun gücilə xüruc etmək çox çətin, digər tərəfdən də əfkari-ümumiyyə 
hər dürlü çıxışlar əleyhindədir.
Bolşevik hökumətinin bu qədər daxili  və xarici düşmonləri sırasına 
əski  Rusiya müttəfiqlərindən  olan  Romaniya hökuməti  də  əlavə  olun- 
du.  Romaniya hökuməti  Rusiya  inqilabı  başlandıqdan  sonra  nə  qədər 
ki,  iş  başmda  Kerenski  və  Milyukov  hökumətləri  duruyordu, Rusiya- 
nm  haman müttəfiqlərindən  ədd  olunuyordu və  Rusiyamn  “inqilabçı” 
hökuməti kimi axıra qədər hərbi davam etdirmək şüarını yürüdüyordu. 
Lakin  iş  başma bolşeviklər keçəndən  sonra haman  əski  şüarmda  baqi 
qalıb,  rus  əskərlərinin  Romaniya  cəbhəsində  bolşeviklərin  təlimatilə 
ictimai  inqilab  törətmək  hərəkətlərinə  məmaneət  göstərdi  və  nəhayət, 
Bessarabiyayı  zəbt  etmək  fikrinə  düşdü  və  bu  məqsədlə  Romaniya 
əskərləri hücuma keçərək  bir neçə  yerləri  zəbt və  işğal  etdilər.  Bolşe- 
vik hökuməti əvvəlcə bir ultimatum verərək bu hərəkətlərin dayandırıl- 
masını tələb etdi;  fəqət cavabi-kafi almadığmdan diplomasi münasibatı 
kəsərək, Romaniya səfirini Petroqraddan nəfy etdi və Romaniya höku- 
mətinin Moskvada saxlanılan bir milyard iki yüz milyondan ibarət qı- 
zıl fondunu zəbt etdi.
Bu  qərar  ilə  bolşevik  hökuməti  xarici  cəbhələri  buraxaraq  daxildə 
Romaniya, Ukrayna, Don, Terek və Orenburq kazakları və Krım tatar- 
larıyla vuruşmaya başladı.
Daxildə  vuruşma  və  çarpışmalarla  keçirən  bolşeviklər  xaricdə  də 
Almaniya və müttəfiqləri ilə  sülh müxabiratına girişmişdir.  Müxabirat 
həqqində bolşevik mətbuatmm verdigi son məlumata nəzərən almanlar 
Rusiyadan işğal etdikləri yerləri özlərinə mal etməkdən əlavə bir də Ru- 
siyadan  dörddən  səkkiz  milyarda  qədər  təzminat tələb  ediyorlar.  Bol-
437

şevik hökuməti bu şərtləri qəbul edəcək və ya etməyəcəkmi məlum de- 
gildir;  fəqət Trotski Fəhlə və Soldat Vəkilləri Şurası nümayəndələrinin 
Petroqradda  vaqe  olan  yığınında  almanların  bu  şərtlərini  yığına 
bildirdikdən  sonra  əlavə  ediyor  ki,  hər  necə  olursa-olsun,  biz  şərəfli 
və  demokratik  sülhə çalışacağız, Trotskinin böylə izharatda bulunma- 
sı ilə Almaniya şərtləri arasmdakı fərqin nə dərəcədə olduğunu bəyanə 
hacət  yoxdur.  Tənbehsiz  ki,  almanlar  güzəştdə  bulunmayacaqlar,  bu- 
lunsalar da bir o  qədər əhəmiyyətli  güzəşt etməzlər.  Zira almanlar bir 
qalib  sifətilə  sülh etdiklərindən dediklərində  inad göstərəcəklər və bu 
inadlarmı da felə yürütmək üçün hər bir əsbab və qüvvəyə malikdirlər. 
Bolşeviklərin  isə  demokratik  əsaslarmı  meydana  sürsələr  də  alman- 
larm  tələblərinə  riza  göstərməkdən başqa bir  əlac  və  çarələri  yoxdur. 
Məgər in ke bolşeviklərin amalınca Almaniyada da inqilab və ümumi 
tətil baş  göstərə və hökumət Rusiyadakı  kibi  fəhlə,  soldat və kəndlilər 
əlinə keçə;  o vəqt  əlbəttə ki, bolşeviklər öz arzularına qismən nail  ola 
bilərlər. Zira hökumətin Almaniyada inqilab zühur etdikdə bolşeviklər 
əlinə keçəcəgini zənn etmək olmaz. Almaniyadan son gələn məlumata 
görə  baş  göstərən  fəhlə  hərəkatı  əgər doğru  isə,  o  vəqt demək  olar ki, 
bolşeviklər Avropaya böyük  bir zərbə  endirdilər və  Avropanm  impe- 
rialist və sərmayədarlar hökumətlərini böyük bir təhdid altma aldılar.
Almaniya,  İngiltərə  və  İtaliyada  sülh  lehinə  hərəkət  başlandığı, 
digər  tərəfdən  daxildə  Orenburq,  Kiyev  və  sairlərində  bolşeviklərin 
müvəffəqiyyət qazanması  hər halda  sosializm  inqilabı  olmasa  da,  Av- 
ropada böyük bir fəhlə hərəkəti başlandığxnı  göstəriyor və yeni bir ta- 
rix səhifəsi açıyor.
“Açxq söz”, 25, 26 yanvar  1918, JVfi664, 665
Şirazə -  nizam-intizam 
Səlah -  yaxşılxq 
Gəştü-güzar -  gəzib dolana 
Təslih -  silahlandırma
438
Bizim muxtariyvətinıiz və Bakı bolşevikləri
Bənim Əmələ və Əskər Şurası İcraiyyə Komitəsində söylədigim bir 
nitq  Bakx  bolşeviklərinin  vasiteyi-nəşri-əfkarx  olan  “B.Raboçi”  qəze- 
təsinə  “Müsavat”  firqəsi  ilə Müsəlman  Milli  Komitəsinə hücum üçün 
bir sərmayə təşkil etmişdir.
Oxuyucuları  əsl  məsələ  ilə  aşina  etmək  üçün  bolşevik  qəzetəsinin 
isnadatını  rədd  etməkdən  əvvəl  mövzui-bəhs  olan  yuxarıdakı  nitqi- 
min nə kibi bir halda və nə  surətdə  söylənmiş olduğunu yazmaq məc- 
buriyyətindəyəm.
Məsələ  Bakx  quberniyasınm  müxtəlif yerlərində  hadis  olan  oğur- 
luqlara və quldur hücumlarına aid idi. Teleqram gəlmişdi ki, Lənkəran 
uyezdi  talan  olunuyor.  Şəhər  qorxu  içindədir.  Petropavlovka  ilə  Hacı- 
qabul və sair nöqtələrdən də buna oxşar teleqraflar alınmışdı.  Bu qara 
və  vəhşətli  xəbərlərlə  bərabər müsəlman diviziyasmın  naçalniki  tərə- 
findən bir məsələdən dolayı İcraiyyə Komitəsi ünvanma bir az başqaca 
təhrir olunan bir məktub dəxi əlavə ediliyordu.
Burada  sol  eser  Suxartsev  söz  alıb  böyük  bir  qeyz və  hiddətlə  mü- 
səlman  təşkilatları  üzərinə  hücum  elədi.  Bu  hücumu  əsnasında  “Mü- 
savat”  firqəsinə  dəxi  yanaşdı.  Suxartsevcə  bu  uyezdlərdən  gələn  qa- 
ra xəbərlərlə  müsəlman  divizyonu  naçalnikinin  məktubu  arasında  bö- 
yük bir münasibət vardır. Bu hadisələr sadə iğtişaş degildir. Bunlar sən- 
gərlərdir ki, gündən-günə Bakıya yaxmlaşıyor. Bu aşkarə bir hərəkətdir. 
Siyasi  hərəkətdir.  Şahsevonlər  neçün  qarətkarhqlannda  ancaq  Rusiya 
kəndlərinə hücum ediyorlar? Diyorlar ki, bu hücumlardan müsəlmanlar 
da  mütəzərrər  oluyor,  fəqət  bu  doğru  degildir.  Onlar  zərər  görüyorlar- 
sa  da  cüzi  görüyorlar.  Ümumiyyətlə,  tələf olanlar  ruslardır.  Bu  Şərqə 
doğru  vaqe  olan  bir  hərəkətin  səmərəsidir.  Bən  çayxanalarda  əvamlar 
ağzmdan  eşidiyorum  diyorlar  ki,  “Bakı  bizimdir”.  İştə,  bu  “bizimdir” 
sözü  müəyyən  bir  siyasi  məsləkin  göyərtmiş  olduğu  nəticədir.  Əvam 
cəmaət  bundan  o  mənanı  çıxanyor ki,  gərək  nə  ki  xarici  varsa  bura- 
dan  çıxsxn,  kəsilsin,  qovulsun.  Aldığımız  teleqraflar  iştə,  bunu  xəbər 
veriyorlar.  Bundan  artıq  mədara  lazım  degildir,  vəqtdir  ki,  müsəlman 
təşkilatlarilə qəti bir dil ilə damşaq. Ölmok lazımsa qoy şərəflə ölək, qoy 
onlar  bilsinlər ki,  müvəffəq  olsalar da bu  müvəffəqiyyətləri  daimi  ola- 
maz. Bir azdan Hacıtərxan yolu açılar, o zaman intiqam almaq asandır.
439

İştə,  son dərəcədə  fitnokaranə bir surətdə vaqe olub  da adətən qəh- 
har bir general  qubernator dili ilə damşan bir ictimaiyyun-amiyyunun 
çıxışı, bütün müsəlman təşkilatlarmı rus cəmaətinə qarşı siyasi bir sui- 
qəsddə  töhmətləndirməsi  bənim  acığımı  tutduraraq  mütəqabil  çıxışı- 
ma bais oldu.  Dəlil və sübutlarla göstərdim ki, müsəlman quberniyala- 
rında  vaqe  olan  iğtişaşlar ümumi  iğtişaşlardan  başqa  bir  şey  degildir; 
anlatdım  ki,  şahsevənlərin  eyni  zamanda  Lşnkəran  üzərinə  də  hücu- 
munu və hərəkətin yalnız ruslara qarşı icra edilmədigini göstərir. Çün- 
ki  Lənkəran  rus  şəhəri  degil,  müsəlman  şəhəridir.  Təəssüf etdim  ki, 
yalnız xəbərsiz qara cəmaət degil, İcraiyyə Komitəsində də öylələri var 
ki, müsəlmanların niyəti həqqində bədgümanlara düşüyorlar. Əlavə et- 
dim  ki,  Suxartsevin  ruhu,  bədgümanlığı  və  cəmaətimiz  həqqindəki 
niyyəti  yalnız  kəndisinə  məxsus  olmayıb  başqalarında  da  var,  hətta 
İcraiyyə  Komitəsinin  qəzetəsi  olan  “İzvestiya”  milli  qoşun  əleyhin- 
də yazarkən  şayani-etina bir cümlə  işlətmişdi.  “Hətta türklər,  onlar da 
milli qoşun fikrinə düşdülər”, nə qədər ki, “bu hətta türklər” zehniyyəti 
İcra  Komitosindo  hökmfərmadır -   quberniyadakı  iğtişaşlan  yatırmaq 
üçün  almacaq  tədbirlərə  lazım  olan  ümumi  dil  tapmaq  çətin  olacaq. 
Əgər bizə  imkan  hasil olmazsa ki,  həzrəti  şahsevənlərin  ittihadi-islam 
qoşunu  degil,  yersiz  qaldıqlarmdan  dolayı  qanani-ictimaib  quldurlu- 
ğa  süluk  edən  taifə  olduqlarına  inandıraq,  o  zaman  doğrudan  da  qor- 
xarım ki,  Suxartsevin  elan  etdigi  hərbi  qəbula  məcbur  olalım.  Yalnız 
onu  sevindirə  bilərəm  ki,  bu  toqquşmada  müvəqqəti  üstünlük  onun 
tərəfində qala bılər.
Məsələnin  müzakirəsi  uzağa  çəkmişdi.  Müzakirə  əsnasında  bənə 
sual vermişlərdi ki,  “ermənilərlə  gürcülər milli  qoşun düzəltdikdə heç 
olmazsa dəlilləri var ki, Qafqasiya cəbhəsini müdafiə edəcəklərdir. Siz- 
dən ötrü ki, böylə  bir bəhanə yoxdur”.  Əcəba,  müsəlmanlar neçün qo- 
şun düzəldiyorlar.
Buna  cavabən  bən  müsəlman  quberniyalarının  iğtişaş  içində  ol- 
duğunu  göstərib  əgər  imdi  burada  səfərə  mühəyya  iki  müsəlman  ro- 
tası  olseydi,  Lənkəran  atəş  içində  qalmazdı,  dedim.  Əlavə  etdim  ki, 
müsəlman polklarınm təsisi müsəlman topraqlarındakı  iğtişaşın qaba- 
ğmı  saxlamaq  üçün  təşkil  olunuyor.  Əgər  siz  təmin  edə  bilsəniz  ki, 
əlinizdəki beynəlmiləl qüvvətlərlə bu asayişi təmin edərsəniz, o zaman 
varsın müsəlmanlar qüvvə tədarük etməsinlər.
440
İştə, bənim söylədigim nitqin müxtəsərən tərcüməsi ki, “B.Raboçi” 
qəzetəsi bu nitqdən adətən əksinqilabdan bəhs edən kibi bəhs ediyor.
Şahsevənlərin  hərəkətini  quldur  hərəkəti  dedikdə  və  Bakı  quber- 
niyası  ilə  Gəncə  quberniyasmdakı  müxtəlif  hadisələrə  iğtişaş  adı 
verdikdə  görünüyormuş  ki,  bən  burjualarla  mülkədarlara  məxsus 
əksinqilabçı  bir  nəzəriyyə  söylüyormuşam.  Görünüyor  ki,  Lənkəran 
uyezdindəki iğtişaşlar iğtişaş degil, vətəndaş müharibəsi imiş, görünü- 
yor şahsevənləri  dəf etmək -  iğtişaşı yatırmaq və asayişi bərpa etmək 
degil, inqilabı təpələmək və istibdad nizamım bərpa etmək imiş. Çünki 
“B.Raboçi” qəzetəsinin fikrinə görə başda Tağıyev ilə Nağıyev olan bir 
komitə bundan başqa nizam qoymağa qadir degilmiş. Milli Müsəlman 
Komitəsi  bu  günlərdə  milli  qoşunun  inqilab  nizamım  müdafiə  üçün 
təşkil  olunduğunu  elan  eləmişsə  də,  bolşeviklər  “uşaq  degildirlər  ki, 
Tağıyev ilə Nağıyevə inansmlar”. İş böylə bir yerdə olunca bitəbii isbat 
etmək belo lazım degildir ki, Tağıyev ilə Nağıyevjn Milli Komitə başı 
ilə heç bir əlaqələri yoxdur. Çünki bolşevik siyasiliginin “durbinligini” 
kim aldada bilər?
Görünüyor  ki,  bu  durbin  siyasiləri  “Müsavat”m  inqilabdan  yal- 
nız muxtariyyət degil, topraqlarm bilaəvəz kəndlilərə keçməsi, səkkiz 
saətlik  iş  günü  və  əmələlərin  dövlət  hesabına  sığorta  olunması  -və 
ələlümum bütün həyati-siyasiyyə və ictimaiyyənin demokratik əsaslar 
üzərinə qurulmasım  gözləməkdə olduğuna da heç tyr vəchlə  inandır- 
maq olamaz.
Fəqət burada  bir şey  anlaşılmayıb  qalıyor.  Bolşevizmcə  biz  müsəl- 
manlarm  şübhəsiz  ki,  muxtariyyətə  həqqimiz  var  və  ozümiiz  öz 
müqəddəratımızı təyin və təşxis edə biləriz. Fəqət “B.Raboçi” diyor ki, 
bu  o  demək degildir ki,  “Qafqasiya qüruni-vüsta qaidələri  bərpa  edil- 
sin”.  Bizim  muxtariyyətimizdən  yalnız  qüruni-vüsta  qaidəsi  çıxaca- 
ğına  isə  “B.Raboçi”nin  əqidəsi  kamildir.  Bu  da  oradan  görünüyor ki, 
diyor:  müsəlman  dövlətliləri  ilə  bəylərinin  muxtariyyəti,  daha  Rusi- 
ya  inqilabma təmas  etməmiş  olan müsəlman  cəmaətinin muxtariyyəti 
demək degildir”.
Demək ki, rus inqilabı daha müsəlman cəmaətinə çatmamışdır. Bu- 
na görə də onun hər növ muxtariyyət istəməsi özünün degil, müsəlman 
burjuaziyası  ilə mülkdarlarmın  muxtariyyətindən  ibarət olub  qalacaq- 
dır.  Buna isə “Rusiya demokratiyası qətiyyən razı olamaz”.
441

Əcəba, nərədə qaldı bolşeviklərin bütün dünya qarşısında elədikləri 
elan  ki,  “dərəceyi-mədəniyyətlərinə  baxmayaraq  bütün  dünya  millət*- 
’ lərinin muxtariyyət və istiqlal həqləri vardır” -  dediniz.
Rusiya millətlərinin həqqi-muxtariyyətləri o demək degildir ki, Ru- 
siya  millətləri  velikorus  dvoryanlarının  keyfindən  qurtarıb  velikorus 
əmələlərinin keyfinə tabe olsunlar.
Bolşevik  inqilabı  bütün  Rusiya  millətləfinə  Rusiyadan  ayrılmağa 
varıncaya  qədər  muxtariyyət  həqqi  elan  eləmişdi.  Qafqasiya  millətl- 
əri bu vədələrin nəticəsini gözlədilər, müsəlmanlar da gözlədilər. Fəqət 
nəticədə  tamamilə  başqa  bir  şey  çıxıyor:  Türkiyə  Ermənistanı  mux- 
tariyyət  dekretinə  (fərman)  nail  oluyor.  Brmənilər  “Daşnaksütyun” 
firqəsi tərəfindən təyid olunan böyük  amallarına yaxınlaşıyorlar.  Qaf- 
qasiya  türklərinə  gölincə,  Bakı  bolşevikləri  diyorlar ki:  “siz  inqilabçı 
bir  millət  olmadığımz  üçün  heç  növlə  muxtariyyət  alamazsmız.  Qoy 
“Müsavat’’  firqəsi  də  bu  xüsusda  artıq  çahşmasm.  Çünki  Qafqasiya 
muxtariyyətinə  nə  Rusiya  demokratiyası,  nə  də  Rusiya  burjuaziyası 
razı ola bilət”.
Türk  ədəmi-mərkəziyyətçilərinin  siyasəti  bizim  bolşeviklərə  görə 
Q'afqasiyayı  xarabəzara  döndərə  bilər,  necə  ki,  daşnaksaqanlann 
siyasəti Türkiyə ermənilərini döndərdi.
Fəqət qəzetə yenə də ümidvar oluyor ki, “bütün Qafqasiya demokra- 
tiyasınm əlbirligilə bu bədbəxtligi saxlamaq olar”.
Aşkardır ki,  bu “demokratiya əlbirligində” Rusiya inqilabma “daha 
yanaşmamış olan” demokratiyamn hissəsi çox az təsəvvür olunuyor.
Bəlkə də müqəddərdir ki, biz muxtariyyətimizi xarabəzarlar qiymə- 
tinə  alalım.  Müqəddərati-tarixiyyədən  əlbəttə  ki,  boyun  qaçırmaq  ol- 
maz.  Fəqət  bununla  bərabər  biz  həqliyiz  gözləyək  başqa  bir  Lenini 
ki,  o  da  Qafqasiya  müsəlmanlarmın  muxtariyyətinə  aid  bir  “dekret” 
(fərman) çıxarsın.
M.Ə.Rəsulzadə 
“Açıq soz”, 29 yanvar 1918, JV»667
M ədar -  səbəb, əsas
Qəhhar -  qüdrətli, güclü
Qüruni-vüsta -  orta əsrlər
442
İcmali-əhval
Rusiya  daxilində  davam  edən  həmvətənlər  müharibəsi  və  daxili 
şurişlər, məmləkətdə ərzaq və çörək məsələsini qayət vəxim bir hala sal- 
mışdır. Rusiyada və bizim Qafqazda bilxassə doğrudan achqdır. Vladi- 
qafqaz və Zaqafqasiya dəmir yollarında dəvam edən binizamlıqlardan 
naşi Şimali Qafqasiyadan un və taxıl gətirilmiyor və bu üzdən neçə gün- 
lərdir ki, Bakıda və Zaqafqasiyanın bir çox sair şəhər və qəsəbələrində 
aclıq ah və fəryadı asimana bülənd olmuşdur. Yevlax mövqifinin dağıl- 
ması,  Qaryagində ərzaq anbarlarının talan edilməsi, Gəncə qubemiya- 
smın Şuşa, Qaryagiö, Cavanşir və Zəngəzur uyezdlərini qayət fəna böh- 
ranlı bir halda buraxmışdır.  Gəncə quberniyasinm mühüm bir qismini 
saxlayan  və  onları  hər növ  ərzaq  və  mühümmat  şeylərilə  təmin  edən 
Yevlax mövqifi idi, odur ki, bu mövqif talan və qarət olunduqdan sonra, 
quberniya əhalisinın qismi-əzəmini təşkil  edən bu yol bərəkətlə aclığa 
məhkum olmuşdur.  Bu isə  Şuşa bələdiyyə idarəsi rəisi tərəfindən qra- 
donaçalstvo  naminə  göndərilmiş  teleqrafdan  aşkardır.  Bələdiyyə  rəisi 
şəhərə və uyezdlərə çörək, qənd və neft göndərilməsini xahiş ediyor və 
əhalinin Yevlax mövqifi dağılmasından və  Şimali  Qafqasiyadan çörək 
və ərzaq gəlmədigindən naşi şiddətli üsrət və fəlakətlər keçirməkdə ol- 
duğunu bildiriyor.
Qradonaçalstvo  bu  məsələni  müzakirə  və  həlda  yardımçı  ol- 
maq  üzrə  Gəncə  quberniyasının  erməni  və  müsəlman  həmvilayətləri 
cəmiyyətlərindən neçə nəfər nümayəndə dəvət edərək,  onlarla birlikdə 
tədabir  yollarmı  düşünmüş  və  bu  xüsusda  məzkur  cəmiyyətlər 
tərofindən böyük müavinət və yardım görəcəginə təminat almışdır.
Degil  yalnız  Gəncə  quberniyası,  Bakı  şəhəri  və Zaqafqasiya,  hətta 
Rusiyanın böyük bir hissəsi və o cümlədən Petroqrad şəhəri də şiddətli 
aclıq çəkməkdədir. Hətta qəzetələrin yazdığına görə acından küçələrdə 
yıxılıb ölənlər də vardır.
Bu  vəqtə  kimi  Zaqafqasiya  Rusiyanm  sair yerlərinə nisbətən  rahət 
və asayiş  içində yaşamaqda idi.  Fəqət son vəqtlərdə milli  əskərlər təş- 
kili  məsələsi  meydana  çıxdığından  Zaqafqasiyada  böyük  bir  təlaş  və
443

binizamlıq  asarı  görünməkdədir.  Zaqafqasiya  dəmir  yolunda  müsəl- 
manlar tərəfindən rus əskərlərinin tərksilah edilərək sonradan get-gedə 
böyük  müsadimə  vo  tələfata  səbəb  olan  başlxca  Zaqafqasiya  komis- 
sariyatımn  naməqul  siyasətidir.  Bunu  Bakıdan  Tiflisə  gedən  beynəl- 
fərq  istintaq  komissiyasınxn  təhqiqatı  da  kəşf  etdi.  Yoxsa  Zaqafqa- 
siya  müsəlmanları  degil  yalnız  ruslar,  hətta  qomşu  millətlərdən  heç 
birisilə  sülh və  səmimiyyətin pozulmasma razı degil və ola da bilməz. 
Zira  müsəlmanlarm  mənafei  sülh  və  asayişi  müraat  edərək  qomşu 
millətlərlə  daima müttəhid müttəfiq yaşamayı  iqtiza edir.  Binaənileyh 
bir  parə  qərəzkar  və  müfəttinlərin  qomşu  millətlər  arasına  “müsəl- 
manlar  xristianları  qıracaq;  müsəlmanlar  rusları  Qafqasiyadan  çıxar- 
maq istiyor” deyə fitnə və şuriş çıxarmaqdan ötrü şayiələr büraxmaları 
fitnə və fəsaddan başqa bir şey degildir.  Böylə şayiələrə qomşularımız 
əhəmiyyət verməsinlər gərək;  zira mətbuat və mitinqlərdə bu  şayiələri 
biz  müsəlmanlar  dəfaətlə  təkzib  etdigimizdən  əlavə  bu  şayiələri  qüv- 
vətləndirə biləcək bir hərəkətin tərəfimizdən baş göstərdigi yoxdur.
Bolşevik  hökumətinin  son  nəşr  etdigi  əmrnamələr  Rusiya  əhvali- 
ictimaiyyəsində  böyük  təbəddülat  vücuda  gətirməkdədir.  Bu  əmrna- 
mələrdən  birisi  banklarm,  digəri  ticarət  donanmasımn  milliləşdiril- 
məsinə  aiddir;  bolşevik hökuməti  məmləkətdə  ictimai  inqilab  yapma- 
ğı özünə  şüar etdigindən,  bütün bankları  və ticarət paraxodlarım  Şura 
Cümhuriyyəti hökumətinin xüsusi malı  ədd ediyor.  Ticarət paraxodla- 
rmdan yalnız həyati-adiyəyə xidmət edərək məknət və sərvətsiz bir şəxsə, 
yaxud  müştərək  bir  dəstəyə  mütəəlliq  olan  bu  qanundan müstəsnadır. 
Rusiya  həyati-ictimaiyyəsində  böyük  qarqaşalıq  törədəcək  son  əmr- 
namələrdən birisi də imdiyə kimi Rusiyada işlənən Yulian təqvimi (ta- 
rixi)  əvəzində Avropa dövlətlərinin əksərində  tətbiq olunan Qriqoryan 
tarixinin tətbiq  olunmasına  dair  sadir  olan  əmrnamədir.  Məlum oldu- 
ğu üzrə Yulian tarixi imdiyə kimi yalnız Rusiyada və Qriqoryan tarixi 
sair Avropa məmləkətlərində tətbiq olunuyordu.
Əski və yeni təqvim arasında  13  gün fərq var.  Ona görə bu xüsusda 
ruhanilər  arasında böyük mübahisə  və  ixtilaf düşə  bilər;  zira rus  bay- 
ramlarında təbəddülat vaqe olacaqdır.
Bolşevik hökumətinin daxili həyati-ictimaiyyəyə aid əmrnamələrin- 
dən başqa, əcnəbi dövlətlərə aid əmrnaməsi dəxi vardxr. Bu əmrnamədə
444
əski  Rusiya  hökumətinin  gərək  əcnəbi  dövlətlərdən  və  gərək  daxili 
məmləkətdən  əqd  etdikləri  bütün  istiqrazların  ləğv  və  batil  ədd  olun- 
masına  aiddir.  Bu  əmrnaməyə  görə  daxili  istiqraza  on  min  manatdan 
ziyadə yazılanlarxn pullarx  hədər getmişdir.  On min  manata qədər ya- 
zılanlar  isə  əllərindəki  kağızları  verib  adlı  şəhadətnamə  və  xəzinənin 
rəsmi  iltizamnaməsini  ala  bilərlər;  təbiri-digərlə  bu  kimi  adamlarm 
yollarınm tələf olmayacağma və bunları dövlət xəzinəsi  qaytaracağına 
xəzinə zəmanət veriyor.
“Açıq söz”, 2  fevral 1918, JVs671
Vəxim -  qorxulu, dəhşətli, təhlükəli
M övqif-stansiya
Bərəkət -  çoxluqla
Üsrət -  çətinlik; ehtiyac
Müraat -  gözləmə, riayət etmə
Mütəəlliq -  asılı, bağlı, aid
445

Rəfi-iştibah
“Novbahar” qəzetəsinin 86-cı nömrəsinə cavab
“Müsavat” nədir?
“Müsavat” Qafqasiya Azərbaycan türklərindən təşkil olunmuş siya- 
si bir firqə olub möhkəm və mətin bir proqrama daradır. Mərkəzi Bakı- 
da, şöbələri isə bütün Rusiyada və qeyri məmləkətlərdədir.
“Müsavat” nə diyor?
“Müsavat” diyor:  bütün millətlər öz müqəddəratlarmı  təyin etməgə 
muxtardırlar.
“Müsavat”  diyor:  bütün  millətlərin  öz  müqəddəratlarım  təmin 
etməgə həqləri vardır.
“Müsavat” diyor: gərək cəhangirlik zənciri kəsilsin.
“Müsavat” diyor: necə ki, insan əfradı bir arzu və amala daradır, ha- 
man tövr də bir millət arzu və amala dara olmaq istiyor.
Pəs  lazım  degil  ki,  zəif millətlərin  tərəqqi  edib  amal  və  arzularına 
çatmalarmın qabağma sədd çəkib onların siyasi və ictimai tərəqqilərinə 
mane olsunlar.
“Müsavat” diyor:  bütün millətlər özlərinin meyl və arzulanna görə 
öz vətənlərini,  evlərini idarə etməgə və öz səliqələrilə onlara bəzək və 
zinət verməgə haqhdırlar.
“Müsavat”  diyor:  bəşəriyyət  aləmi  bir  bağdır ki,  haman  bağda bü- 
tün  millətlər  özlərinə  məxsus  bir  baxça  ayırıb  o  bağçada  özləri  üçün 
rəngbərəng  ədəbi,  tarixi  və  ictimai  güllər  əkib  özlərinin  varlıqlarını 
bildirməlidirlər.
Heç bir millətə demək olmaz ki, bəşəriyyət aləmindən xaric olub bu 
bağda özünəməxsus baxça tutma.
“Müsavat”  diyor:  bəşəriyyət  aləmini  təşkil  edən  millətlərin  biri  də 
Qafqasiya  Azərbaycan  türkləridir.  Azərbaycan  türkləri  də  bəşəriyyət 
gülüstanında  özlərinə  məxsus  bir  baxça  ayırıb  Rusiya  istibdadının 
zülm pəncələri  altında məhv  və  nabud  olan  mədəni,  ədəbi,  ictimai  və 
siyasi güllərini əkib özlərinin də varhqlannı bütün dünyaya bildirmək 
istiyorlar.
446
“Müsavat”  diyor:  bütün  islam  millətləri  hazırki  vəqtdən  istifadə 
edib gələcəkdə avropahlara qul və əsir olmamaq üçün öz milli və siya- 
si həyatlarxm təmin etsinlər.
“Müsavat” diyor: islam aləmi bir ev mənziləsindədir ki, haman evdə 
islam millətləri  hərənin özünə  görə  məxsusi  bir otağx  var və bu  islam 
millətləri öz əxlaq və adotləri mucibincə özlərinin otaqlarxnx təməddün 
və ədəbiyyatlarx ilə zinət və tərtib verə bilərlər.
O evdə qardaşlar biri-birisinin otağxna müdaxilə etmək həqqinə ma- 
lik degildir. Fəqət bu evi mühafizə etməgə bu evdə yaşayanların cümləsi 
borcludur.  Hərgah bu evə xaricdən bir sədəmə və yainki bir qeyrisinin 
təcavüzi  təhlükəsi  olsa,  bu  evi  müdafiə  və  mühafizə,  ətrafdan  gələn 
bəlalarx  rəf  etmək  cümləsinin  borcudur.  Daha  deməsinlər  ki,  mana 
məxsus olan otaq səlamət qalSın,  qeyrilərini daği(Jıb talan edirlərsə də 
etsinlər, mənə dəxli yoxdur, xeyr!
“Müsavat” nə istiyor:
“Müsavat” bütün Avropa hökumətinin zülm və məşəqqət zənciri al- 
tında yaşayan və özlərinin milli və ictimai həyatlarxna vida etmiş olan 
bütün islam millətlərinin azad olub hürr yaşamalarxnı arzu ediyor.
“Müsavat”  İran  dövlətinin  tamam  istiqlahnä  nail  və  qüdrətli  bir 
dövlət olub tərəqqi tapmasınx xahan və arzumənddir.
“Müsavat”  Bakı,  Gəncə,  İrəvan  və  qeyri  əyalətlərdən  ibarət  olan 
Qafqasiya Azərbaycanı üçün muxtariyyət və istiqlal istiyor.
“Müsavat”  Türküstan,  Qırğxzıstan,  Başqırdıstan,  Krxm  və  İdilbo- 
yunda yaşayan tatar qardaşları üçün mux^ariyyət tələb ediyor.
“M üsavat”  Rusiyada  yaşayan  bütün  islam  milləti  üçün  əgər  mə- 
həlli  muxtariyyət  mümkün  olmasa,  milli  və  mədəni  muxtariyyət 
tələb ediyor.
Bəli:  “Müsavat” yuxarxda zikr olan məsələlərj diyor və istiyor!
“Novbahar”  qəzetəsinin möhtərəm  müdiri  Məliküşşüəra nə  demək 
istədigini bilmiyoruz!  Lakin bu qədər bizə məlumdur ki, Məliküşşüəra 
cənablarmın müdiriyyətilə nəşr olunan “Novbahar.”m 86-cı nömrəsində 
Qafqasiya  Azərbaycan  türklərinin  bəşəriyyət  aləmi  gülüstanında 
özlərinə  məxsus  baxça  tutub  orada  ö?ləri  üçün  mədəniyyət  gülləri 
əkməgə ixtiyarları olmadığını bildiriyorlar.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin