362
Yeni hökumətin tazə bəyannaməsi
Müvəqqəti hökumət tazədən bir bəyannamə nəşr eləmişdir. Oxu-
cular bugünki nömrəmizdə dərc olunan bu bəyannamədən hökumətin
nə kibi tədbirlər görmək niyyətində olduğunu biləcəklərdir. Hökumət
məmləkətin bütün dərdlərindən bəhs eləmış, hamısına bir çarə təsəvvür
etmişdir.
Çarəsi görüləcək dərdlərin hamısmdan böyügü, dərdlər dərdi heç
şübhəsiz ki, müharibədir. Hökumət xarici siyasətinin bir an əvvəl ümu-
mi barışığa sərf olunacağım söylüyor. Fəqət eyni zamanda bu sülh
təşəbbüsünün müttəfiqləri i b bərabərlikdə olacağmı da qeyd ediyor.
Rusiyanm ayrılıqda, tək özbaşına sülh etməsi əlbəttə ki, Rusiya-
dan ötrü təsəvvür və təhəmmülü qabil olmayan bir bari-giran olardı.
Əlbəttə ki, bunu ən səmimi sülh tərəfdarları belə hiss etməz degildirlər.
Fəqət bununla bərabər Rusiyanın bundan sonra artıq heç bir vəchlə
hərbi davam etdirmək məsləhəti olmadığı məlumdur. Daha müharibənin
əvvəlində söylənilmiş sözbrdəndir ki, ya hərb inqilabı, ya da ki, inqi-
lab hərbi yiyəcəkdir, Bu qədor fəlakət, müşkilat və xarabalıqlara səbəb
olan hərb bir az daha davam edəcək olursa, o zaman hərbin inqilabdan
daha ağrılı və daha iştəhah çıxacağı mühəqqəqdir. Bunun üçün əlbəttə
ki, Rusiyaya “ayrı sülh başlasın” - deyə təklifdə bulunmaq mümkün
degildir. Fəqət məsələ təsəvvür olunduğu kibi imkansız da degildir.
Müttəfıqlər əgər doğrudan da dost isəbr, gərək Rusiyanxn halxnx nəzərə
ahb artıq inad göstərməsinlər.
Bu günbrdə Parisdə müttəfiqlərin konfransı dəvət olunuyor. Bu konf-
ransda hökumət bəyannaməsində oxunduğuna görə Rusiya hökumət
nümayəndələri ilə bərabər Rusiya demokratik məhfilləri naminə dəxi
külli-ixtiyar bir nümayəndə bulunacaqdır. Bu konfransda müttəfiqbrin
tərzi-hərəkəti təyin olunacaq və işin içindən nə tövr çıxmaq lazxm oldu-
ğu həqqində də - təsəvvür etməlidir ki, - danışxqlar olacaqdır.
Rusiya sadiq bir müttəfiq olmaq üzrə heç şübhəsiz ki, gərək öz
müttəfiqləri ilə hesablaşsm. Fəqət bu hesablaşmaq Rusiyadan fədakarlxq
istəyə bilər. Fəqət həlakət istəyə bilməz. Müttəfiqlər Rusiya demokra-
363
tiyası ib bərabər öz demokratiyalarınm tələblərinə də qulaq versələr,
o zaman şübhəsiz səadəti-bəşərin artıq “son qələbəyə qədər hərb istə-
məkdə” olmayıb “bir an əvvəl barışmaqda” olduğunu dərk edərlər. Və
bu idrakla hərəkət edib hər növ fədakarlıqda bulunmuş olan Rusiyadan
istədiklərini təhdid edərlər. Çünki bir məmləkətdən fədakarlıq istəmək
oluyormu? Fəqət bu fədakarlıq naminə həlak olmaq təklifındə bulun-
maq qətiyyrm mümkün olamaz.
Müttəfiqlərdən Rusiyaya nisbət böylə bir hərəkət düsturu tələb
olunduğu kibi bu düstur Rusiyayı idarə edən başçılardan bilxassə tələb
olunar.
Əvət, bir millət, bir dövlət fədakarhq edə bilər. amma intihar edəməz!
M.Ə.
“Açıq söz”, 1 oktyabr 1917, JV»578
364
Məsuliyyətli bir ctinası/lıq
Kiyevdəki millətlər qurultayına iştirak eləmiş müsəlman vəkilləri
öz aralarında ictima edərək “Rusiya müsəlman şurası başqarma he-
yəti”nin millətlər qurultayma nisbət göstərmiş olduğu etinasızlığını
müzakirə eləmiş, bu xüsusda bütün milli komitələrin nəzər-diqqətlərini
cəlbə qərar vermişlərdir.
Millətlər qurultayının müsəlman fraksiyasmdan milli komitəyə
gələn ixbarnamədən anlaşıldığma görə Rusiya Müsəlman Şurayi-Mil-
lisi naminə qurultaya nümayəndə degil, quru bir təbrik teleqrafı olsa da
göndərilməmişdir. Halonki Rusiyadamövcudbütün milli cəmiyyətlərlə
ittifaqlardan məzkur qurultayı təbrik etməyən bir təşkilat yox kibidir.
Millətlər qurultaymm müsəlman fraksiyası bütün qurultaylarında
Rusiya idarəsinin qoşma xəlq cümhuriyyəti (federasiya) əsasında olma-
sını tələb edən müsəlmanlar naminə mövcud Müsəlman Şurayi-Millisi-
nin millətlər qurultayına olan bu etinasızhğım protesto ediyorlar.
Qəribədir, Hindistan müsəlmanlarınm qeydinə qalan, Afrika ilə
Asiyadakı miləli-islamiyyənin mənfəətlərini müdafiə edən, Albaniya-
nm İtaliya tərəfindən ilhaqına qarşı protestolar çıxaran Şurayi-Milli na-
sıl olur da Rusiya daxilində Rusiya müsəlmanlarınm siyasi məqsədlə-
rini, Rusiya idarəsi həqqindəki ən qüvvətli, ən hakim bir arzularmı mü-
dafiə edən millətlər qurultayım görəməyib də etinasızlıqla keçiniyor?
Nədir böylə fahiş bir təzadm səbəbi? Əcəba, hanki səbəblədir ki,
Qərbdə, Şərqdəki uzaq vilayət müsəlmanlarının arzu və mənfəətlərilə
əlaqədar görünən “Ümumrusiya Müsəlmanları Şurayi-Millisinin baş-
qarma heyəti” Rusiya müsəlmanları mənfəəti ilə bilavasitə əlaqədar
olan Kiyevdəki federalistlər qurultayına etina etmiyor?
Səbəb məlumdur. Bu səbəb, Moskva qurultayında işlənən xətanın
nəticəsidir. Moskva qurultaymda məlum olduğu üzrə iki müxalif fik-
ri-siyasi mübarizə etmişdi. Bu fikirlərdən biri Rusiyanm qoşma xəlq
cümhuriyyəti üzrə idarəsini tələb edib, o birisi qoşmahğa zidd olaraq
mərkəzi bir cümhuriyyət idarə tələbində bulunmuşdu.
365
Qurultayda birinci fikir hakim olmuş, Moskva qurultayı mərkə-
ziyyətçilərin hər növ soy və cəhdlərinə rəğmən qoşma xəlq cümhuriyyəti
tərəfində olduğunu elan eləmişdi.
Qoşma xəlq cümhuriyyətiniö atəşin müarizi və mərkəziyyətçilə-
rin yol başçısı Əhməd bəy Salikov cənabları idi. Qurultay Milli Şura
seçkisinə gəlincə Əhməd bəy Salikov cənabları ilə sair mərkəziyyət-
çiləri də seçdi. Şura heyəti isə öz arasmdan Əhməd bəy Salikovu Şu-
rayi-Milli başqarma komitəsi rəyasətinə intixab elədi. Bu intixab par-
laman üsuli-idarəsiöə aşina olanlarca haman bir təzaddan ibarət idi.
Çünki Rusiya müsəlmanlarmm amal və arzularmı ifaya məmur olan bir
idarənin başma fikrən o amal və arzulara müariz bir şəxs qoyulur idi.
Burada iki şeydən birisi olmalıydı. Ya bütün Rusiya müsəl-
manları öz qərarlarından təkəffül etməlidir, yainki Əhməd bəy Sa-
likov öz məsləkindən əl çəkib hərəkətlərində ümummüsəlmanlarm
qərarma əməl etməliydi. Birincisinə ehtimal yox idi. Çünki qoşma
xəlq cümhuriyyəti getdikcə müsəlmanlar arasında kök atıyor, müxtəlif
yerlərdə olan qurultaylar haman bu qərarı təyid edib duruyorlardı.
Demək ki, əgər müsəlmanlar Əhməd bəyin Milli Şura rəyasətində
olduğunu protesto etmiyorlardısa, inanıyorlardı ki, namuslu bir siyasət
adamı olduğundan Salikov öz rəyinə zidd olsa da, madam ki, Mil-
li Şura rəyasətini qəbul etmişdir, əksəriyyətin fikrinə zidd getməmək
əzmində bulunmuşdur.
İşin bu cəhətini nəzərə alaraq federalistlər güc-bəla ilə qurulmaqda
olan milli təşkilata rəxnə salmaq istəmədilər. Salikov rəyasətini protes-
to etməyib sükutla qaldılar. Fəqət kəmali-təəssüflə qeyd etmək lazım-
dır ki, bu sükut məzkur təzaddan gələn təsirin qabağını ala bilmədi.
Federasyona bittəbii tərəfdar olan müsəlman vilayətlər mərkəzi şu-
ranın federasyon ziddində bir simaya malik oldüğunu görüncə təbii
surətlə soyudular. Bu soyuqlüq nəticəsi olaraq Kazandakı ikinci qu-
rultay ümummüsəlman qurultayı sayılsa da felən Volqaboyu qurul-
taymdan ibarət olub qalmışdı. Həm Milli Şura heyətinin təklifi ilə ikin-
ci qurultay qoşma xəlq cümhuriyyəti həqqində alman Moskva qərarım
gövşətməgə belə meyl etmişdi.
Bu kərə millətlər quruhayma nisbət göstərdigi etinasızlıqla Milli
Şura artıq ümumrusiya müsəlman qərar və arzularilə nə qədər əlaqəsiz
olduğunu göstərmişdir.
366
Görünüyor ki, məmlokət ətrafında bulunan “Ukrayna”nın mənafeyi
yalnız rus mərkəziyyətçiləri degil, müsəlman mərkəziyyətçiləri
tərəfindən dəxi eyni ruh və zehniyyətə anlaşıhyor, eyni etinasızhqla
idarə olunuyor. Başqa dürlü bəlkə də olamaz. Çünki bu qüsur, bu nöq-
san mərkəziyyətçilərdən ziyadə mərkəziyyətdədir.
Fəqət Petroqradda oturan xadimlər anlamalıdırlar ki, Rusiya müsəl-
manlığı Petroqraddan, Moskvadan, hətta Volqaboyundan da ibarət de-
gildir. Bilməlidirlər ki, müsəlman Şurayi-Millisi deyincə onlar Türküs-
tan, Qırğızıstan, Başqırdıstan, Azərbaycan, Dağıstan, Krım kibi türk
və müsəlman qitələrinin nümayəndəligini dəröhdə etmiş oluyorlar.
Bunu sözdə degil, işdə də idrak etməlidirlər. Bu idrak onları hər növ
xətadan, etinasızlıqdan saxlamalıdır.
Yuxarıda saydığımız türk və müsəlman qitələrinin hamısı Rusiya-
nm qoşma xəlq cümhuriyyəti tərəfində olduğunu istiyorlar. Volqabo-
yundakı türklər arasında dəxi bu fikrin tərəfdarları çoxdur.
Volqaboylu qardaşlarımız arasında bu fikrə zidd olanlar varsa da,
Volqaboyunun qoşma xəlq cümhuriyyəti əleyhində səlahiyyətdar bir
qərarından xəbərimiz yoxdur.
Böylə olunca Rusiya müsəlmanhğı naminə hərəkət edən bir şura bü-
tün ruhu və hərəkəti ilə federalist olmalıdır.
Qərib bir cilvəyi-şüun ilə məzkur idarə başmda olan mərkəziyyət-
çilər namuslu siyasət adamları isə, şübhəsiz ki, bu fikrə xidmət eləməli,
bu məqsədi tərvic etməlidirlər. Yoxsa ya şuralarınm adını dəgişdirsinlər
və yaxud məlum nəticəyi qəbul etsinlər ki, Rusiya müsəlmanları
naminə hərəkət edib də Rusiya müsəlmanlığmın məqsədlərinə etina-
sızlıq göstərmək hüquqi-milləti qeyb etməkdir.
M.Ə.Rasulzada
“Açıq söz”, 30 oktyabr 1917, JVs580
Müariz - etiraz edən, qarşı çıxan
Təkəffül - zamin olma, öhdəyə alma
Cilvə - gözəl görünmə
Şüun - şan-şöhrət
3 67
Nömrəli seçkilər
Bir həftədən sonra vətəndaş seçkiçilər seçki ayağına gəlib öz qlasnı-
larını seçməlidirlər.
Vətəndaşlar kimi seçə biləcəklər? Ancaq 12 siyahıdan birisini. Bəli,
nömrəli seçkinin qaidəsi budur. Bu seçkidə vətəndaş şəxs degil, siyahı-
m, partiyanı, firqəni, məsləki intixab ediyor. Bu üsulun yaxşı tərəfi var.
Odur ki, burada hamı firqələrin öz qüvvətləri nisbətində nümayəndələri
keçə bilər. Əqəliyyətin hüququ təmin olunuyor. Heç bir məslək və firqə
adamı deyə bilməz ki, başqa bir firqə öz çoxluğundan istifadə edib
bənim həqqimi puç elədi, bənə yer vermədi. Ancaq bu üsulun böyük
bir nöqsam da vardır. Bu nöqsan bilxassə bizim kibi firqə və məslək
həyatına ögrənməmiş cəmaətlərdən ötrü müəssirdir.
Təsəvvür ediniz bir müsəlman dumaya qlasnı seçmək istiyor. İstədigi
adam nə 9-cu, nə də 12-ci nömrədə yoxdur. Nə etsin? Heç bir şey
edəməz. İstədigi adamı seçəməz. Və yainki deyəlim, 9-cu nömrədəki
adamlardan bir-ikisini istəmiyor. İstəmədigi o adamları poza bilməz.
Çünki nömrəyə bir yerdə səs veriyor. İstədiginə də, istəmədiginə də səs
vermiş oluyor. Həmçinin istərsə ki, 12-ci nömrədəki adamlara birini də
əlavə eləsin, bacarmaz. Çünki 12-ci nömrə deyincə elan olunmuş 40
adamdan başqası oraya daxil olmaz.
Müsəlman siyahısına səs vermək istəyən bir müsəlman nömrəli seç-
ki üsulunda iki şeydən birini qəbul etməlidir. Ya 9-cuya və yaxud 12-
ciyə rəy verməlidir.
Müsəlman siyahısma səs vermək istiyorsa, üçüncü bir yol yoxdur.
Bu məcburiyyəti qəbul etdikdən sonra müsəlman seçkiçi bittəbii
iki siyahlyı tutuşdurmalı, hankisinin daha müvafiq olduğunu qət
eləməlidir.
9-cu nömrə diyor ki, bən Quranı, dini, müsəlmanlığı müdafiə
edəcəgəm, bizim firqə İslamın pənahgahıdır. Sonra başqa vədələr də
veriyor. Ərzaqı ucuzlaşdıracağam diyor.
Əlbəttə, seçkiçi diqqət etməlidir. Öz-özünə deməlidir: dumada din,
məzhəb, Quran müdafiəsinə lüzum varmıdır? Və yainki dinə, məzhəbə,
368
Qurana hücum edənmi var? Bir fərz var. Əcəba, bu iş üçün göstərilən
namizədlərə, yəni 9-cu nömrə siyahının adamları bu işə yararlarmı, bu
əsaslarla əlaqədarmıdırlar. Quran, din və məzhəb müdafiəsinə səlahiy-
yətdarmıdırlar?
12-ci nömrə dəxidiyor ki, millətin siyasi işlərində fəaliyyətləri görül-
müş qüvvətlərini birləşdirməli, dumada şəhər işləri müdafiə olunurkən
müsəlmanlarm milli mənfəətləri də müdafiə olunmalıdır.
Seçkiçi yenə diqqət etməlidir. Milli mənfəətlərlə şəhər işlərinin
əlaqəsi varmı? Məsələn, şəhər abadlığında ola bilərmi ki, müsəlman
məhəlləsinin özünəməxsus tələbi olsun. Ola bilərmi ki, həkim, dərman
və xəstəxana işlərində müsəlmanlarm xüsusi ehtiyacları olsun? Əlbəttə
ki, olur və vardır. O halda bu xüsusların müdafiəsini kimlərə tapşırma-
lıdır. Daha nə cür işləyəcəkləri, nə məsləkdə olduqları bəlli olmayan
adamlaramı, yoxsa təcrübələrilə, məsləklərinin aşkarlığı ilə məşhur və
m əruf olan xadimlərəmi?
İştə, bu cəhətləri seçkiçi müsəlman düşünməli, əqlinə, vicdanına
müraciət eləməli, müsəlmanların hamısı əhli-Qurandır. Quran hamı-
mız üçün müqəddəs və möhtərəmdir. Burasım bilməli 9-cu nömrə ilə
12-ci nömrəni milli mənfəət, şəhər işləri və cəmaət ehtiyaclan nöqteyi-
nəzərindən yanaşdırmalı, baxmahdırlar görək kimə daha çox inanmaq,
kimə tapşırmaq olar.
Siyasi qərəzlə din qovğası çıxarıb da Quran iddiası edənlərmi, yoxsa
millətin dərdi üçün milli qüvvələri bir yerə yığmaq istəyənlərmi?
M.Ə.
“Açıq söz”, 23 oktyabr 1917, JV®595
Müəssir - təsir edən, təsir bağışlayan
369
Birinci firqə qurultayı
Bu gün Rusiya türklorinin, daha şümullu, Rusiya müsəlmanlarınm
həyatmda mühüm bir hadisə vaqe oluyor. Birinci firqə qurultayı quru-
luyor.
Bu gün Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”in illik qurulta-
yı açılacaq!
Firqə demək, təfriqə demək degildir. Siyasi firqələr millətlərin qüv-
vətidir. Siyasi fikir, ancaq siyasi firqələr vasitəsilə cəmaət arasmda ya-
yıla bilir, özünə fədakar tərəfdarlar bulur.
Bir adahı nə qədər idraklı olsa, nə qədər fədakar olsa, nə qədər
qüvvətli olsa bir adamdır. Halbuki cəmaət idarəsi ilə idarə olunacaq
məmləkətlərdə bu kibi adamlar bir firqə təşkil etməlidirlər ki, ümuri-
məmləkət yerisin, millət qüvvət kəsb etsin!
Siyasi fikirlər müxtəlifdir. Bu fikirlərdən yalnız o qismi rəvac bu-
lur, millətə, cəmaətə faidə gətirər ki, həm fənnə, həm də o millət və
cəmaətin keçirməkdə olduğu dövri-tarixə münasib olsun.
Şərqi-islamın bulunduğu şəraiti-həyatiyyə ilə keçirdigi dövri-tarix
milli intibah dövri olduğundan heç şübhə yoxdur bu nöqteyi-nəzərdən
türkçülükdəki türkləşmək, islamlaşmaq və müasirləşmək fikri zamanı-
mızın ən hakim və ən mətin fikirlərindəndir. Bunun dəlili isə bu gün
toplanacaq qurultaydır. Bugünki qurultay Qafqasiyanm, Azərbaycanın
ən əməlpərvər adamlarını, qəlbləri türk qüvvəti-imanı ilə dolu olan
tərəqqipərvər və müasir müsəlmanlarmı came olacaq. “Müsavat”
firqəsi hürriyyətdən daha 5 il əvvəl təsis edib, hürriyyətdən sonra
qüvvətlənmiş, bu günə qədər Qafqasiya və Rusiya həyati-siyasiyyəyi-
milliyyəsində görkəmli vəzifələr görmüş, bu gün təşkilatını, proqramı-
nı daha mətin əsaslar üzərinə qurmaq üçün qurultay çağırmışdır.
Federalizm fikrini Rusiya müsəlmanları arasmda yayan firqə
Ədəmi-Mərkəziyyət firqəsi olmuşdur. “Müsavat” tərəfindən qaldırı-
lan bu bayraq bu gün bütün Rusiya müsəlmanlığmın şanlı bayrağmı
təşkil etmişdir. Fəqət bu bayrağa ideya-şan qazandırmaq, onu heç za-
man ayaqlar altxna salmamaq üçün Türk Ədəmi-Mərkoziyyət firqəsinin
370
qüvvətli olması lazımdır. Bu gün iclasa başlayacaq firqə qurultayı işinə
firqə öylə bir qüvvət və mətanət bəxş etməli, onu hər surətlə iqtidarlı bir
müəssisə halına qoymalıdır.
Əski türklər qurultaylarmda xan göstərər (seçər) və bu vasitə ilə
göstərdikləri xanlar dünyaları titrədəcək qüvvətə malik olurlardı. İm-
diki müasir türklər kəndi qurultaylarında əsrin xanı olan siyasi əqidə
intixab edər və bu əqidə ilə dünyaları titrətmək degil, dünyada yaşa-
maq, milli ideal, milli mədəniyyət və şərəflə yaşamaq istərlər. Böylə
böyük bir məqsədlə iştə, bu gün Türk Ədəmi-Mərkəziyyət qurultayı
quruluyor.
Ay yoldaşlar, yollarmız aydın olsun!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 25 oktyabr 1917, JV®597
Şümul - əhatə edən
371
“Nagəhan” bir qələbə
Fəhlo vəkilləri şurasınm seçkiləri bir-iki rayon müstəsna olaraq
qurtarmış və hər tərəfdə Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”
qələbə qazanmışdır. “Müsavat” firqəsinin müsolman füqorayi-kasibəsi,
türk demokratiyası tərəfindən bu surətlə ıqbal olunması, bu firqəyə
göstərilən etimad, bəzi yerli qəzetələrin dediginə görə fəhlə və əskər
şuralarmdan ötrü gözlənilməz “nagəhan” bir hadisə təşkil etmişdir.
Bu hadisə məzkur dairələrdən ötrü doğrudan da “nagəhan” bir
hadisə olmalıdır. Çünki daha dünə qədər bu dairələrdə “Müsavat”
firqəsi özünün cəmaət və demokratiyaya bilxassə əmələ qisminə istinad
etmiş bir firqə olduğunu “isbat” edəmmiyordu. “Əksinqilabla mübarizə
bürosu” təşkil olunduğu zaman “Müsavat” müraciət eləmiş, özünə yer
istəmişdi. “Müsəlman cəmaətinin geniş demokratiya sinfinə istinad
etmədiyinizdən, sizə yer verilməz” eşitmişdi. Ümumi tətil edildigi za-
man firqə yenə ümumi işin xatiri üçün tətil komitəsində nümayəndəlik
istəmişdi. Xahişinə heç cavab verilməmişdi. Demokratik müəssisə və
şuraların türk və müsəlman demokratiyasmca məqbul və mətlub olan
“Müsavat” firqəsinə olan bu əlaqələrini firqə idarəsi protesto eləmiş,
böylə “iğmaz” politikasından keçən məsuliyyətin tamamilə fəhlə şura-
sını idarə edənlərə gələcəgini cəvabən bildirmişdi.
Məsuliyyət və hesab günü çox çəkmədi, gəldi. Keçən yekşənbə
günü, oktyabrm 22-də “Müsavat” firqəsi seçkilərə çıxdı. Qarşısmda bir
çox əngəllərə, maneələrə baxmayaraq siyahılarım çıxardı. Ay müsəl-
man demokratiyası, göstər dedi: görsünlər ki, hanki firqəyə etimad edi-
yor, hanki fikirlərə inanıyorsan!
Müsəlman demokratiyası, türk əmələsi göstərdi, seçkilərin qəti
nəticəsi hələ məlum degilsə də, qismən məlum olan nəticələrindən aş-
kardır ki, əksəriyyət Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavatdadır.
Sovetin yarıdan çoxu haman Müsavatçı müsəlman əmələsindən ibarət
olacaq! Yekşənbə günü, hürriyyətdən 7 ay keçdikdən sonra siya-
si firqələr fəhlə hüzuruna çıxıb imtahan tuturlardı. Bu günü başqa
“tələbə”lər arasında tələbəligə yeni “ərizə” vermiş bir firqə dəxi var-
372
dı - “Müsavat”. Müsavat imtahandan “əliyyüləla” nömrə ilə çıxdı. De-
mokratıya hökmünü verdi. Dedi ki, yamhrsımz. Müsavat geniş de-
mokratiya sinfinə istinad ediyor. Biz mənafeimizi, ixtiyarımızı ancaq
ona inamyoruz.
Qərar qəti və nafiz idi.
Fəqət bu qərar yalnız “Müsavat” həqqində verilməmişdir. “Mü-
savat”dan sonra ikinci dərəcədə əksəriyyət qazanan firqə ermə-
ni “Daşnaksaqan” firqəsidir. Bu hal göstəriyor ki, bəzi firqələrin dü-
şündügi kibi milliyyət fikri füqərayi-kasibəyə, əmələlərə yabançı bir
fikir degildir. Bu fikrə etina etməyənlər, milliyyətçi - deyə milli de-
mokrat təşkilatlanm etinayə almayanlar cəzalanıyorlar. Qəflətlərinin,
xətalarının cəzasını çəkiyorlar. Təbiət öz işini görüyor. Demokratiya
milliləşiyor. Fəqət bu milliləşmək təəssüb demək degildir. Əgər beynəl-
miləlçilər, etiqad ilə digəri əsaslarda təəssüb göstərməsəydilər, bu mil-
liyyətçilikdir - deyə müoyyən millətlərə mənsub olan əmələlərin təbii
hissiyyatlarına, təbii amal və arzularına etina etməsəydilər, o zaman bu
gün qeyri-təbii sandıqları “nagəhan” hadisə qarşısmda bulunmazlardı.
“Müsavat” firqəsinin demokratiya, füqərayi-kasibə arasmdakı
məqbuliyyəti, məzkur firqənin şura seçkilərindəki qalibiyyəti bi-
zim həyatımıza, xüsusiyyət və təbiətimizə az etina edən dairələrdən
ötrü “nagəhan bir hadisə” isə, bizdən ötrü təbii bir nəticə, bir nəticeyi-
məntiqədir. Başqa dürlü olsaydı, o zaman qeyri-təbii olacaqdı.
Fəqət şura seçkilərinin böylə “nagəhan bir hadisə” ilə nəticələnməsi
fəhlə mətbuatında və məğlub firqələrə mənsub fəhlə və əmələ
dairələrində qərib bir haləti-ruhiyyə hasil etmişdir ki, əsl nagəhan olan
burasıdır. Seçkilərin nəticəsi başqa dürlü olsaydı, əmələ mətbuatı zurna-
təbil dögəcək, aləmə küy salacaqlardı. Halbuki imdi seçki rayonların-
dakı nəticələri quru xəbər qismində olsa da elan etmiyor, xəbər ver-
miyorlar. Biləks dünki “İzvestiya Soveta Raboçix Deputatov”da əmələ
sabraniyalarınm qərarları dərc olunuyor ki, guya seçkilərdə həqsizlik
olmuş, müsavatçılar başqa seçicilərə əngəl olmuş, onlarm iradələrini
zorlamışlardı.
Türkcədə bir məsəl var: “Çərx cırıldamaqdasa can cızıldıyor”.
Həqsizlikdən şikayətə qahrsa müsəlman əmələsinə olunan həqsizligi
saymaqla qurtaramaz. “Müsavat”çılar seçkilərin icrası əsnasında seç-
373
ki güzarışından narazı olduqlarmı söyləyib duruyorlardı. tmdi başqala-
rı şikayət ediyorlar. Əvət, məğlubiyyət acıdır. Fəqət bu təşəbbüslər bi-
cadır. Seçkiləri tazədən təyin etmək üçün meydanda heç bir səbəb yox-
dursa, seçkinin tərtibi, qaidəsi, idarəsi tamamilə başqalarmın əlində ol-
muş, “Müsavat” bu seçkilərdən nömrə qazanmışdır. Burada Müsavatm
həqsizligindən bəhs eləmək bəhsin yerini bilməməkdir. Qalibiyyət baş-
qa tərəfdə olsa idi, o zaman sabraniya qətnamələrinin başqa misallarda
çıxacağını görəcəkdik.
Fəqət bu kibi şəklə aid məsələlərlə olmaz. Məsələyə dərindən bax-
malı, “Müsavat” qələbəsinin səbəbləri daha dərinlərdədir. Bir dəfə
degil, min dəfə seçki edilərsə, qalibiyyəti yenə “Müsavat” qazanar.
Çünki bu təbiidir. Çünki müsəlman əmələsi əksəriyyətdədir. Çün-
ki bu əksəriyyəti təşkil edən müsəlman və türk əmələsi “Müsavat”a
etibar ediyor. Ancaq ona inanıyor. Bunu dərk etməli. Ona görə rəftar
etməlidir. Müsəlman əmələsi ilə münaqişəyə degil, müsalihəyə
gəlməlidir. “Müsavat” əmələ qısminın ideallarma, iqtisadi və siyasi
amallarma xadim bir firqədir. Həqiqi əmələ firqələrilə üz-üzə degil,
yan-yana getməgə hazırdır. Qoy füqərayi-kasibə tərəfdarı olan firqələr
böyügü müttəfiqlərilə əl-ələ versinlər - demokratiyanm qələbəsi, inqi-
labın faidəsi bunu iqtiza ediyor.
Yaşasın türk-müsəlman demokratiyası! Yaşasm bütün demokratiya-
nın ittihadı, var olsun Müsavat!
Dostları ilə paylaş: |