Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   29   30   31   32   33   34   35   36   37

399

olar,  cəmaatimizin  halı da yoluna düşor.  Adam olub dünyada yaşama- 
ğa başlarıq.
Bunun üçün soy etməliyik,  çahşmalıyıq,  seçkilərə gəlməli və  10-cu 
nömrəyə səs verməliyik.
Bu xüsusda millətin gözüaçıq qismi olan firqəmiz əzalarınä borcdur 
ki, comaoti qandırsınlar, monfootlorini göstorsinlər, desinbr ki:

Var olmaq  istiyorsan,  qalx  10-cu nömroyə  səs  ver.  Qoy  getsinlər, 
sənə  muxtariyyət,  sənə  hürriyyət,  sənə  topraq,  sonə  rahət  istəsinlər, 
istəsinlər də alsınlar.
Bəli,  hər kəs  topraq istiyor, hər kəs  ədalət  istiyor,  hər kəs  millətinə 
həqq və ixtiyar, özünə də bir xoş gün diloyirsə,  milli komitələrlə “Mü- 
savat” siyahısma,  10-cu nömrəyə səs versin.
10-cu  nömrə  millətin,  10-cu  nömro  muxtariyyotin,  10-cu  nömrə 
hürriyyətin,  10-cü  nömrə  cümhuriyyətin,  10-cu  nömrə  sənindir!  Öz 
nömrəni unutma,  səsini  10-cu nömrəyə ver!
Yaşasın qoşma xəlq cümhuriyyəti!
Var olsun milli-məhəlli muxtariyyət!
Yaşasm Azərbaycan muxtariyyəti!
Türk Ədəmi-Mərkəziyyət firqəsinin Mərkəzi Komitəsi
“Açıq söz”,  17 noyabr  1917, JV
26O8
Ariyə -  müvəqqəti
Rahət -  rahatlıq
400
Məcüsi-Müəssisan seçkiləri
Qüvvətlərin sayıldığı günlər başlıyor.
Bu gündən bütün  Şərqi Zäqafqasiyada siyasi firqələr imtahan mey- 
damna  çıxıb  kəndi  qüvvətlərini  smayacaqlär.  Biz  hər  zaman  diyoruz 
ki,  Zaqafqasiya  bizimdir.  Biz  burada  dörd  milyonuz.  Zaqafqasiyamn 
yarısı  miqdarındayız.  Miqdarımıza  görə  həqqimizi  veriniz.  Sayımıza 
görə  şanımızı gözləyiniz. Fəqət iş qara sayda degil.  Seçki ayağına gəl- 
məkdədir.  Hər hanki  millət,  hər hanki partiya  seçki  ayağına nə  qədər 
çox adam gətirə bilərsə, məmləkətdəki əhəmiyyəti,  etibarı o dərəcədə, 
o nisbətdə olacaqdır.
Çox da sayımız çoxdur. Seçkilərə az gəlirsək vəkillərimiz 
0 nisbətdə 
çıxacaq. Həqqimiz, hüququmuz isə vəkillərimizin miqdarmdan asılmış 
olacaqdır.
Ona  görə  ay  öz  yurdunda  yurd  sahibi  olmaq  istəyən  azərbaycanh 
türk,  ay öz  evində  oturmaq istəyən müsəlman,  tərpən,  seçki  günlərini 
qəflətlə keçirmə, gəl seçki ayağına. Hanki müsəlman nömrəsini istiyor- 
san  istə,  ona  səs  ver.  Fəqət  14-ü,  12-ni,  11-i  və ya onu  ixtiyar edərkən 
düşün gör nə istiyorsan.
İstiyormusun ki,  sənin muxtariyyətin olsun?!
İstiyormusun ki, kəndlilərə topraq verilsin,  onlar əkib-biçməgə im- 
kan tapsmlar?!
İstiyormusun ki,  əmələlərə, zəhmətkeşlərə baxılsın, hallarına yanıl- 
sınü
İstiyormusun ki, türk milləti özbaşma millət olub sair islam millətləri 
ilə birlikdə mədəniyyət aləmində dəgərli bir vücud olsun?!
İstiyormusun  ki,  getdigin  yol  tərəqqi  yolu,  mədəniyyət yolu və za- 
mana müvafiq bir yol olsun?!
İstiyormusun  ki,  sənin  də  başqaları  kibi  mərifətin,  mədəniyyətin, 
ürfanın olsun?!
İstiyormusun ki, öz muxtariyyətin daxilində yaşayıb türkligin Uluğ 
bəylər,  Yasa,  Turalər,  müsəlmanhğın  Qürtibə  və  Qərnatələr  yetirdigi 
dövrləri tazələyəcək qədər mədəniyyət aləmində şan və şöhrət olsun?!
401

İstiyormusun ki, azad Rusiyada Rusiya qoşma xəlq cümhuriyyətində 
parlaq bir türk və müsəlman muxtariyyətinə malik olasan?!
-  
O  halda  Türk  Ədəmi-Markəziyyət  firqəsi  “Müsavat”ın  müdafıə 
elədigi  əsaslara, yəni onuncu nömrəyə səs ver!
Səs ver bu nömrəyə, çünki bu nömrəni sənə təklif edən həyatımızda, 
məişətimizdə ən həyatlı, ən təbii olan bir firqədir.
Sənə başqa nömrələr də təklif olunuyor.  Din naminə səsini əlindən 
almaq  istəyənlər  var.  Fəqət  bil  ki,  bütün  dünya  tarixində  bilxassə 
hürriyyət tarixlərində,  ələlxüsus İran ilə Türkiyədə bu nam ünvan ilə 
meydana  çıxanlar  nəticədə  millət  və  məmləkətlərinin  dostları  olma- 
dılar.
Bizimkilər olacaqmı? Diqqət ediniz namizədlərə,  fikir veriniz firqə 
başmda  duranlara,  görünüz  ki,  onların  cəmaət  işindəki  keçmişləri 
nədir?  Baxınız  ki,  dövri-istibdadda  fədakarlıqları  varmıdı?  Var  idisə, 
nə dərəcədə idiü...
Solluq iddiasında olanlar da var. Fəqət onların elan elədikləri məram- 
namələr hər nə  qədər gözəlsə  də,  o  məramnamələrini yerinə yetirəcək 
qüvvəteri şübhəlidir.  Çünki onlar müxtəlif məsləkli  adamlardır ki,  an- 
caq seçki günlərindən ötrü ittifaq bağlamışlar.
12-ci  nömrə  başına  toplaşan  ağalar  seçkilər  bitdikdən  sonra  da 
müttəfiq  ola  biləcəklərmi?  Allahu  ə’ləmu  bi-s-savabi!1  Məclisi-Müəs- 
sisan  seçkiləri  Rusiyanm  keçirməkdə  olduğu  əhvalə  görə  başqa  bir 
əhəmiyyət dəxi peyda ediyor.
Daxildə mərkəzi hökumət üstündə qovğadır. Demək olur ki, mərkəzi 
hökumət  yoxdur.  Ona  görə  də  bütün  vilayətlər,  millətlər öz  başlarmın 
çarəsini  görüyorlar.  Bu  çarəyə Zaqafqasiya təvəssül  etmişdir.  Məxsusi 
Zaqafqasiya komissariyyatı seçilmişdir.  12 adamdan ibarət olan bu ko- 
missariyyat  Zaqafqasiyanm  müvəqqəti  olaraq  12  vəziri  deməkdir.  Bu 
vəzirlər  Zaqafqasiyanı  mərkəzdən  ayrı  olaraq  idarə  ediyorlar.  Bun- 
lar  arasmda  4  də  müsəlman  vəziri  vardır.  Bunlar  Zaqafqasiyadakı 
Məclisi-Müəssisan  seçkiləri  tamam  oluncaya  qədər  Qafqasiyanı  idarə 
edəcəklər.  Ümumrusiya Məclisi-Müəssisan toplanmasa belə, 36 adam- 
dan ibarət olan Zaqafqasiya vəkilləri toplaşacaq, vilayət həqqində fikir
1
  A lla h  sa v a b ı  d a h a  (ə n ) y a x ş ı b ib n d ir .
402
edəcəklərdir. Ədədimizə görə bu 36 adamdan 15-i müsəlman olmalıdır. 
Fəqət görəlim ki, seçkilərə gəlməgimiz nə tövr olacaq.
Görünən  bu  laqeydliklə  qalsaq,  qorxu  var  ki,  8  adam  da  keçirə 
bilməyəlim.  O  zaman  bilməlidir  ki,  Zaqafqasiya  işlərindəki  nüfuz  və 
ixtiyarımız da haman səkkiz adamlıq olacaq.
Görüyorsunuzmu  ki,  qardaşlar,  güvənəcək  bir  çoxluğumuz  var. 
Tənbəllik, laqeydlik edərsək onu da itirəcəgiz!
Haydı,  imtahan başına!
Haydı, seçkilərə!
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 26 noyabr 1917, JVa613
403

Qiyamət
Rusiyanm  keçirməkdə  olduğu  halını  sərlövhə  ittixaz  etdigimiz 
kəlmədən başqa bir təbirlə tərif etmək mümkün degildir.
Qiyamətin  nəyi  olar?  Əsrlərdən  bəri  böyüyüb  170  milyon  can  ilə 
dünyanm  altıdan  birini,  daha  m əruf bir təbirlə  “rəbbi-məskuni”  işğal 
edən  böyük  məmləkət parçalanmaqda:  Rusiya  istibdadınm  zülm  əlilə 
qurduğu bu alabəzək yorğan bütün tikişlərindən ayrılmaqdadır. Mərkəz 
bir ixtilal  əncində,  ordu pozğun,  əhali pozğun.  Qardaş qardaşı  öldürü- 
yor.  Şəhərlər kəndləri,  kəndlər şəhərləri  düşünmüyor,  düşünəmiyorlar. 
Bir  tərəfdən  qələyi-hürriyyətin  son  zaviəyi-bəlasma  çıxılıyor,  digər 
tərəfdən siyəçal zülm və istibdad giriyor.
Xaricə  qarşı  sülh  bağlamaq  acınacaq  bir  halə  gəlmiş,  zavallı 
məmləkəti  divi-hərbin  doymaqbilməz  çənəsindən  qurtarmaq üçün  da- 
xili  hərblər  başlıyor.  Həm  öylə  bir  şiddətlə  başlıyor  ki,  tarix  tazədən 
Bartalamey  gecələrini  görməyə,  Bastil  istilalarmı  tamaşa  etməyə,  Ja- 
kobin  (Yakobin)  mərəkələrini  seyr  qılmaya,  Vandaya  qitallarmı  qeyd 
etməyə başhyor.
Şöyləcə bir quş baxışından geniş Rusiya səhnəsinə baxılarsa, aclıq, 
səfalət,  fəlakət,  hərb və  ixtilallara məruz qalan bu səthidə  əqilləri hey- 
ran buraxacaq qəribə mənzərələr, təsəvvürlərə  sığmayacaq əcinnə hal- 
lar görüləcəkdir.
Bir  tərəfdə  bütün  dünyayı  cənnət  elan  edəcək  dərəcədə  böyük  xə- 
yallar arxasından qoşan və qoşduğu  əsnada hər növ mane və uçurum- 
ları  nəzərə  almayan  inqilabçılar  duruyor  ki,  eyyühannas  hürriyyəti- 
tamdır.  Kimin  nə  həqqi  varsa  gəlsin,  aparsın.  Tazə  Rusiya  köhnə  Ru- 
siyanın payənd olduğu  əhdlərin heç  birini heç  kimsədən ötrü məcburi 
bilmiyor:
“Kim dilərsə söylə gəlsin, kim nə dersə qoy desin,
Bu dəmdə yox bizim dərbanü hacib, kirvətaz!”
diyor.  Fəqət  buna  qarşı  təbii  olaraq  qapıda  faələ  bir  çox  qapıçılar 
durduğu  görülüyor  ki,  həqlərini  almağa  gələn  hüquq  ərbabı  ilə  bəra- 
bər  böylə  cəsuranə  bir  surətdə  bütün  qapıları  açmağa  və  bilcümlə
404
zəncirləri  qırmağa cəsarətlənənləri  əzməgə hazırlaşıyorlar.  Bir tərəfdə 
mərkəzdəki  idarəyi  əlinə keçirən Leninlə Trotski  ildırım  surətilə biri- 
biri ardından fərmanlar,  iradələr çıxarıb sosializm inqilabı yayır, digər 
tərəfdən  də  Kaledin  ilə  Kerenski  tədbirlər  görüb  bolşevizmi  əzməgə 
hazırlaşxyorlar.  Bu  iki  qüvvənin  daha  nə  kibi  nəticələrə  müncər  ola- 
cağı  bəlli  olmayan  toqquşmasxndan  çxxan  qxğxlcxmlar  yanıb  tüstüsü 
ilə qararmxş  Rusiya fəzasxnda qismən anarxiya,  qismən də monarxiya 
kətibələri tərsim ediyor.
İştə,  bu  cəhənnəm  son bir mənzərəyi-hövlin  təsvir  edən  daxili  Ru- 
siya üzərində adətən Püli-Sirat kibi olaraq Məclisi-Müəssisan seçkiləri 
görünüyor  ki,  müxtəlif millətlər,  firqə,  partiya  və  siniflər  seçilə,  bu 
dərəyə bu qıl köprü üzərindən keçiyorlar.
Ötədə kəsif bulutlar arasmda arabir 8 qapılı bir bina görünüb, haman 
örtülüyor,  gözlərdən  nəhan  olub  gediyor.  Bu,  Rusiya  inqilabınm  ilk 
gündən etibarən adətən bir cənnət kibi gözləyən Məclisi-Müəssisandxr. 
Rusiyalılar şu qxl köprüyü ötüb də o böyük məclisə irə biləcəklərmi?
İştə, ağxr bir sual!
Oraya  irib-irəməyəcəkləri  bir  sual  olsa  da,  burası  mühəqqəqdir 
ki,  orası  artıq  bir  Məclisi-Müəssisan  olmayxb,  adətən  bir  məfhəli- 
mühasiban  olacaq.  Hər  kəs  buraya  gəlsə,  müəyyən  tələblər  və  aydm 
vəkillərlə gələcək, bu bənimdir deyəcək də, təsdiqini istəyəcəkdir.
Əvət,  qiyamətdir.  Hər  kəs  qalxmış,  hər  kəs  qiyam  etmiş.  Yal- 
nız  siniflər  degil,  millətlər  də  qalxmxşlardxr.  İştə,  böyük  Rusiya 
cümhuriyyəti  baxınız, müxtəlif cümhuriyyətlərə bölünüyor.  Bu yanda 
Ukrayna,  o  yanda Finlandiya,  Krım,  Sibirya,  Don,  Terski  oblastı!  Za- 
qafqasiya, nəhayət Gürcüstan!
Hamısı başınm həşirində, hamısı öz fikrindədirlər!
Çünki  qiyamətdir.  Çünki  buməl  saeyədir.  8  ay bundan  müqəddəm 
istibdad  yıxılmışsa  da,  mərkəziyyət  daha  yıxılmamışdı.  Fəqət  biri- 
digərilə  mərbur  idi.  Birinçisi  getdikdən  sonra  ikincisinin  davamı- 
na da məhəl yoxdu.  İştə,  mərkəz uçuruldu.  Mərkəzi  hökumət mübariz 
firqələrin əllərində  oynar bir kos halına gəldi.  Rusiyanm istər-istəməz 
ancaq ədəmi-mərkəziyyət üsuli  ilə  təkrar Rusiya  ola biləcəgi  ən  inad- 
lı  mərkəziyyətçilərcə  də  qəbula  keçdi.  Başqa  çarə  qalmadı.  Rusiya 
Məclisi-Müəssisanxndan  əvvəl  Rusiya  cəmahiri-müctəmməsini  təşkil
405

edəcək millət və vilayətlərin kəndi məclisi-müəssisanlarım dəvətə ehti- 
yac göründü.  Qonşumuz gürcü milləti də bu yol ilə getdi.
Əvət,  Rusiya  millətlərinin  qiyamətidir.  Suri-İsrafil  çahnır.  Ölümə 
məhkum olan millətlər Jiriliyor, ricət ediyorlar.
Bu qiyamətdən mütəəssir olmaz, bu meydani-rəstaxizdə əsəri-həyat 
göstərəməzsək, ikinci bir qiyaməti bizə kim təmin edə bilər?
Biz  türklər  lillahilhəmd müsəlmanız,  müsəlmanlar ricətə  inamyor- 
lar. Öldükdən sonra dirilmək, bəs bədəlmövt vardır!
Qiyamətdir,  surlar çalımyor.  Haydı  qalxalım,  Azərbaycan Məclisi- 
Müıssisamnı  düşünəlim,  milli  komitələr  konqresinin  qərarlarını  heç 
durmadan  qövldən-felə  gətirəlim.  Heç  də  naümid  olmayahm.  Bütün 
qüvvətlərimizi  toplayalım.  Biləlim  ki,  qiyamət  həqq,  bəs  bədəlmövt 
də həqdir!
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 29 noyabr 1917, JV
26I6
Kətibə -  hərbi dəstə, hissə 
Hövl -  qorxu 
Püli-Sirat -  Sirat körpüsü 
Bum -  ölkə 
Ricət -  dirilmə
Rəstaxiz -  dirilmə (qiyamət günü)
Zaviyə -  guşə, künc-bucaq 
Müstəme -  toplanmış, birləşmiş
406
MiUətlərin hüququ və hərəkətləri
Hürriyyətin  birinci  günlərində  hürriyyətçilərdən  bir  çoxu  federas- 
yon  sözünü  eşitmək belo  istəmiyorlardı.  Yalnız  hakim  millət  olan  ve- 
likorus məhfilləri  degil,  məhkum millətlərə məxsus bir çox partiyalar 
dəxi  elani-hürriyyətlə Rusiyada milliyyət məsələsinin həll olunub qur- 
tarmış olduğunu iddia ediyorlardı. Bu iddiayə Rusiya türklərinə mənsub 
olan bir çox siyasilər dəxi iştirak ediyorlardı. Hələ birinci Qafqasiya qu- 
rultayında məhəlli-milli  muxtariyyət tərəfdarları  ilə  milli  muxtariyyət 
tərəfdarları arasında şiddətli bir mübarizədir gediyordu.
Federasyon ziddi olan məhfillər başqa-başqa düşünüyorlardı. Onlar- 
dan bəzisi “Rusiya bölünməz” diyor, digər qismi də “Rusiya demokra- 
tiyası buna razı olmaz” söylüyordu.
Birincilərə  federasyonun bölgü  olmadığım  dəlil və  sübutlarla,  fənn 
və təcrübələrlə isbat etmək mümkün idisə, ikinciləri iqna üçün sözdən 
çox iş gərək idi.
Bu  iş  oldu.  Rusiya  inqilabçı  demokratiyası  iş  başma  gəldi.  Bolşe- 
vik  çıxışmdan  sonra  sırf əmələ,  kəndçi  və  soldat  kütlələrinə  dayanan 
Xəlq  Komissarları  hökuməti  millətlərin  hüququnu  bilaşərt  və  qeyd 
qəbul  edib  elan  etdi  ki,  hanki  millət  nə  cür  istərsə,  öz  müqəddəratmı 
özü həll  eləsin.  İstərsə muxtariyyət,  istərsə  istiqlal,  hətta  istərsə başqa 
bir dövlətə belə qoşulacağmı elan eləsin.
Demokratiyanm  böylə  bir  cəsarət  və  qətiyyətlə  meydana  çıxma- 
sı  eyni  cəsarət  və  şiddətlə  bir əksülhərəkə  yaratdı.  Bolşeviklərə  qarşı 
kadetlər və kadet ruhlu sosyalistlər çıxdılar. Hökuməti-mərkəziyyə orta- 
dan qalxıb hamı vilayət və millətlərə kəndi başlarının çarəsini görmək, 
Rusiya  federasiyasını  iştə  omələ  gətirmək  lazım  gəldi.  Millətlərin  bu 
yoldakı hərəkətləri itiləşdi.
Ukrayna ayrıldı,  Krım elani-muxtariyyət etdi.  Volqaboyu  ilə  Sibir- 
ya  müsəlmanları  milli  muxtariyyətlərini  qurdular.  Türküstan,  Başqir- 
distan muxtariyyətləri təsis  etdi,  Qafqasiyada Don  hökuməti  ilə Terek 
dövləti bina tapdı.
407

Zaqafqasiya dəxi müvəqqəti bir hökumət vücuda gətirərək özünü bir 
növ müstəqil kibi düşündü.
Millətlər bir tərəfdən böylə təşəkkül edərək, digər tərəfdən də Məclisi- 
Müəssisan  seçkiləri  davam  eləyib  durdu.  Məclisi-Müəssisan  yaxında 
toplaşa biləcəkmi, yoxmu bu bir məsələ isə də, Məclisi-Müəssisanın fe- 
derasyondan başqa bir şəkli-idarə qəbul edə bilməyəcəgi mühəqqəqdir. 
Yalnız vilayətlərlə millətlərin bütün hərəkətlərində görünən bir şey var- 
dır ki, o da muxtariyyətlərin birər olmuş iş kibi Məclisi-Müəssisan hü- 
zuruna çıxmasıdır.  Bu xüsusda Qafqasiya millətlərindən gürcülər dəxi 
öz  tədarüklərini  görmüş,  milli-məhəlli  muxtariyyətlərinin  əsaslarmı 
milli qurultaylarında qət eləmişlərdir.
Geridə  qalan  yalmz  biziz.  Yalmz  Zaqafqasiya  müsəlmanları,  daha 
doğru bir təbirlə Azərbaycan bu günə qədər sözünü söyləməmişdir.
Rusiya türkləri  arasında birinci dəfə olaraq federasyon  əsasmı  elan 
edən  Azərbaycan  türkləri  proqramlarındakı  Başqırdıstan,  Türküstan, 
Krım muxtariyyətlərini hala kəndi  muxtariyyəti naminə degil,  komitə 
və ya firqələri adından təbrik etmək məcburiyyətindədir. Bunun əlbəttə 
ki, məlum səbəbləri vardır.
Fəqət bütün bu səbəblərlə bərabər Azərbaycan muxtariyyəti haman 
bir  əmri-vaqe  halını  almalıdır.  Bunun  üçün  lazımdır  ki,  hər  şeydən 
əvvəl Azərbaycan Məclisi-Müəssisanı  dəvət olunsun.  Bu dəvətin  şəkil 
və  tərtibi  milli  komitələr  konferensiyası  tərəfindən  milli  Zaqafqasiya 
komitəsinə həvalə olunmuşdur.  Zaqafqasiya Komitəsi bu məsələyi cid- 
di surətdə həll edib tələsməli, bir an əvvəl Məclisi-Müəssisan dəvətinə 
başlamalıdır.  Vəqt keçiyor,  ötürülən vəqtlərin məsuliyyətindən çıxmaq 
müşküldür.
M .Ə.Rəsulzadə 
“Açıq söz”, 8 d ek ab r 1917, JVs624
408
Bugünki ibtida
“İslam  asari-ətiqə  cəmiyyəti”nin  təşəbbüsü  ilə  bu  gün  Bakı 
müsəlmanları  Şah  Evlərinin yüz  illik  əsarətdən  çıxmasını  görəcəklər. 
Türklər  xanlarından  qalma  o  asari-ətiqəni  görməklə  istiqbala  qarşı 
ümidlər qazanacaqlar.
Rusiya Qafqasiyayı aldıqdan, Azərbaycanı fəth etdikdən  sonra mil- 
liyyətimizi, mədəniyyətimizi bizə xatırladacaq nə varsa hamısını orta- 
dan qaldırmaq, yıxmaq, dağıtmaq istədi. Yıxamadığı asarı isə əsarət al- 
tında bulundurdu. “Xan Sarayı” (Şah Eyvam) da böylə əsarətə məhkum 
edilmiş binalardan idi.
Bakı  duması  vəqtilə  müraciət  eləmiş,  Qafqasiya  hökumətindən 
diləmişdi ki,  “Xan Sarayı” kəndi  idarəsinə verilsin.  Bu təşəbbüsə rədd 
cavabı verilmişdi.  Bu cavabm rəsmi  sübutları nə olmuş,  onunla işimiz 
yox.  Fəqət məşhurdur, məsələ müzakirə olunurkən rus generallarından 
birisi  demiş ki:  “olmaz, Xan  Sarayı açılamaz.  Çünki  açılarsa o zaman 
yerli müsəlmanlar onu görər.  Sabiqki istiqballarım xatırlarlar”.
Müstəbid  Rusiyanın  qara  və  cəbbar  generalları,  istiqlali-milliyyə- 
mizin  bir  abideyi-mədəniyyəsini  təşkil  edən  Saraylarımızı  bizə  gös- 
tərmək  cəsarətində  bulunmayırdılar.  Fəqət  hürriyyət və  inqilab  gəldi. 
Rus  demokratiyası  tarixdə  misli  görülməyən  xariqüladə  bir  cəsarət 
göstərdi. Millətlər azaddır. Kim nə cür istərsə özünü idaro eləsin -  dedi.
Zəhmətkeşlərlə  məzlum  millətlərin  inqilabı  nəticəsində  elan  olu- 
nan  böyük  həqiqətdən,  millətlərini,  milli  istiqlallarını  təmin  eləmək 
imkanından Rusiyadakı  millətlər muxtariyyətlərini  elan  eləmək,  milli 
hökumətlərini qurmaq kibi qədəmlər götürməklə istifadə etməkdə ikən 
biz Xan Sarayım təslim almaqla qaneyiz.
Qoy  bu  gün  110  ildən  bəri  əsir  bir  halda  bulunan  Şah  evlorindəki 
müsibətdən  azad  bir  səda  ilə  çağrılacaq  əzan  səsi  böyük  ibtidalərin 
müqəddiməsini təşkil eləsin!
Qoy  mədəniyyəti-islamiyyənin  o  qiymətdar  binası,  qoy  türk  varlı- 
ğının  o  dəgərli  xatireyi-istiqlalı  sitareyi-ümid  arayan  elpərvər  simala- 
ra gülsün.
409

Bu gtiltiş bizi sərşaraid etməklə bərabər,  qoy ciddiyyətimizi də təh- 
rik eyləsin.
Qoy  vəlvəleyi-aləm  içində  pək  kiçik  görtinən  bugtinki  ibtida  daha 
böytik ibtidaların mtiqəddiməsini təşkil eləsin!
M .Ə.Rəsulzadə 
“Açıq söz”, 22 d ek abr 1917, JV»635
İbtada -  başlanğıc
Vəlov -  hətta belə də
Təcənnüm -  xəyalət, xəyalda
Ey van -  burada qəsr mənasındadır -  Ş.H.
Sitarə -  ulduz 
Sərşar -  məst, kefli
410
Homiyyot güıfü
Məlum olduğu üzrə Nargin cəzirəsində neçə min əsir var ki, bunlar- 
dan 3900-dan ziyadəsi türkdtir. Əsirlər məzkur cəzirədə nəhäyət dərəcə 
fəna bir hal keçiriyorlar.
İçməgə su, yeməgə azuqə, geyməgə libas və yatmağa yorğan-döşək 
tapmıyor və hər gün aclıqdan, soyuqdan 20-30 adam ölüyor.
Axır zamanlar,  fəlakət içində qalmış bu biçarə Adəm övladına yar- 
dım  qəsdilə  Bakıda bir  cəmiyyət  təşkil  edilmişdir.  Məzkur  cəmiyyət 
müsəlmanlardan  ianə  yığaraq  əsirlərə  (bilafərq  din  və  məzhəb)  pul, 
məkulat və sair veriyor.  Fəqət yalnız məkulat vennəklə onları amansız 
əcəlin  əlindən  qurtarmaq  olmaz,  bunları  soyuqdan  da  hifz  etmək  la- 
zım gəliyor. Lakin imdiki zamanda on min əsirə libas və yorğan-döşək 
hazırlamaq üçün milyonlar lazımdır.  Həm  də pul olsa da vəqt yoxdur. 
Ona görədir ki, “Möhtaclara kömək” cəmiyyəti bu gün, dekabrın 24-də 
evləri gəzərək əsirlər üçtin əşya yığmayı təhti-qərara almışdır.
Üzümüzü  həmişə  himmət  və  həmiyyətini  göstərmiş  olan 
cəmaətimizə  tutaraq  yüzlərcə  insan  balası,  vətən  müdafisi,  namus  və 
heysiyyət xadimi  olan bu əsirləri ucuz-baha ilə ölüm çəngəlindən  qur- 
tarmaya dəvət ediyoruz.
Qoy cəmaət bu gün cəmiyyət adamlarım hüsni-qəbul və əllərindən 
gələn  ianə etsin.  Qoy cəmaət bilsin ki,  bu gün  ianə  edilən hər bir yor- 
ğan, bir döşək, bir paltar bir adamı ölümdən xilas ediyor.
Cəmaət  bilsin  ki,  Nargin  cəzirəsindəki  üsəra  cümləsində  4000- 
ə  qədər  din  və  qan  qardaşımız  bizdən  türklük,  islamhq  və  insanlıq 
naminə həmiyyət və himmət gözlüyor.
Bu  gün  Bakı  cəmaəti  qardaşhq hissini  göstərməli  və  əlindən  gələn 
qədər onlara kömək etməlidir. 
|
“Açıq  söz”, 24 d ek ab r  1917, JV§636
Üsəra -  əsirlər
411

Milli hal və hissiyyat
“İslara Asari-Ətiqə cəmiyyəti”nin taşəbbüsü i b  Xan sarayı təsliminin 
keçən cümə gününə təyin olunan mərasimi mütəşəbbüsbrin intizarın- 
dan  son dərəcədə yüksək milli bir nümayiş  şəküni  aldı,  İsmailiyyə bi- 
nası  saət  11-ə  doğru  o  qədər  böyük  bir  kəsrət  və  izdiham  toplamış- 
dı  ki,  m ühəndisbr zalın  bu  qədər  siqlətə  davam  gətirəməyəcəginə  za- 
hib olmuşlardı. Yalmz böyük salon degil, qarşıdakı balkon pillələri, qa- 
pılar,  Nikolayevski  küçədəki  səkilər  dəxi  müxtəlif bayraqlarla  gələn 
cəmaətlə dolu idi.
İsmailiyyədən xəlqin İçəri şəhərə Xan sarayı yolundakı yerə getməsi, 
oradan dəstələrlə nəğmələr oxuyaraq Tazəpir həyətinə axm etməsi,  pir 
həyətindəki  böyük  mitinqimizi  muxtariyyət babətdə  söyləyən nitqləri 
alqışlamaq,  muxtariyyət  müməssili  olan  Türk  Ədəmi-Mərkəziyyət 
“Müsavat” firqəsi bayraqlarımn hər yanda məzhər olduğu hüsni-istiqba- 
lını təbriklər, milli ehtiyat zabiti məktəbi şagirdanının könüllərə verdigi 
sevinclər,  cəmaətin bir-birini  təbrik etmələri,  xülasə  əksər ürəfamızca 
belə məchul bulunan bu milli hissi-təbarıqlığı hal və hissiyyatın nə yol- 
da olduğunu göstəriyordu.
Hal və hissiyyat müəyyən idi. Xan sarayı təslimində görülən bu mil- 
li  şənlik  millətin  bilasinif və  firqə  muxtar  olmaq,  muxtariyyətə  ma- 
lik bulunmaq niyətində olduğunu göstəriyordu.  Millət artıq özünü bil- 
miş, istərsə rəyi-aləm qurunuz, nə edərsəniz ediniz, millətin rəyini so- 
runuz,  o  rəy  müəyyəndir -  muxtariyyət,  özü-özünü  idarə  etmək,  mil- 
li hökumət qurmaq.
Millətin hal və hissiyyatı bu yoldadır.  Biz bunu daha hürriyyət elan 
edildigi  gündən  etibarən  yəqin  eləmiş,  xətti-hərəkətimizi  do  o  yolda 
tutmuşduq.  8  ayın  ərzində  bizimlə  çox  bəhslər  etdilər,  bu  bəhslər  əsl 
məqsədi  əldə  etməgə  az  əngəllər  çıxarmadı.  Fəqət  imdi  ortada  bəhs 
etməgə, biri-digərini qandırmaya nə məhəl var, nə səbəb!
Bundan səkkiz ay qabaq muxtariyyət siyasi böyük bir fikirdən çıx- 
ma  şüar idisə,  imdi  artıq bir zərurətdir.  M ilbtin yalmz amalları  degil, 
vücudunu dəxi saxlayacaq şey ancaq muxtariyyətdir.
412
Bunu cümə günki hal və hissiyyatmı bəyan etməgə söyləyən yalnız 
türk  milləti  degil,  bugünki  gündə  Qafqasiyamn  bütün  milbtləri,  bü- 
tün demokratiyası etiraf etməkdədir və Rusiyadakı böhrandan çıxmaq 
üçün başqa heç bir çarə görməməkdədir.
Millətin müqəddərati-siyasiyyəsini idarə etmək kibi ağır bir vəzifeyi- 
tarixiyyə  ilə  mükəlləf olan  millət  başçılarına  millətin  bu  coşub  daş- 
maqda olan hal  və hissiyyatı  qarşısında böyük məsuliyyətli bir vəzifə 
yükləniyor. Bu vəzifə bu vəqtə qədər gövşək gedən millət işlərini daha 
ciddi bir hala qoymaq,  toplanan hissiyyata təbii bir məcra verməkdən 
ibarətdir.
Rus  siyasilərindən birisi  demiş  ki:  “Bizdə  m ilb t sağlaşacaq, höku- 
mət  isə  sollaşacaqdır”.  Bizim  mühitimiz  təqdid  olunursa  bu  tərifin 
tam am ib  əksi  meydana  çıxar:  “Millət  hərəkətə  gəliyor,  amma  başda 
olanlar ağırlaşırlar”.
Bu  hal  qeyri-təbiidir.  Qoy  muxtariyyətimizin  kiçicik  bir  bəraəti- 
istihlalmı  təşkil  edən  Xan  sarayı  təslimində  görünüb  ölçülən  bu  mil- 
li  hal  və  hissiyyat  bizə  örnək  olub  həqiqi  yolumuzu  göstərsin.  Bizi 
hərəkətə gətirsin, işə vadar eləsin. Çünki bütün qüvvətbri ancaq sözdən 
ibarət olan sərdarların bir göz qırpmada süqutları həm vaqe, həm müm- 
kün, həm də təbiidir!
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 24 d ek ab r 1917, JVs636
Siqlət -  ağırlıq
Zahib -  gedən, yoxa çıxan
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin