384
caq xüsusi vergidən hasil olan xüsusi bir sərmayə hesabına olaraq mü-
kafat verilməlidir. (3 səs bitərəf qalıb 2 səsə qarşı əksəriyyətlə qəbul
ediliyor.)
5) Topraq altında olan mədəniatmilli olub beytülmala məxsus olma-
lıdır. (2 bitərəf və 6 səsə qarşı əksəriyyətlə qəbul olunur.)
6) Meşə, cəngəl və axarsular ümumi elan olunur. (İttihad-ara ilə
qəbul olunur.)
Bundan sonra tərzi-hökumət və şəkli-idarə məsələsinə baxan komis-
siya tərəfindən yenə Məhəmməd Əmin Rəsulzadə cənabları məruzə
veriyor.
1) Rusiya dövlətinin əsası milli və məhəlli muxtariyyət əsası üzərinə
qoşma xəlq cümhuriyyəti olmahdır.
2) Hürriyyəti-kəlam, mətbuat, vicdan, ictima və tətil kibi hürriyyətlər
muxtariyyətlər daxilində hökumətlərin xəlq cümhuriyyəti olması ilə
işçi və topraq məsəbləri cümhuriyyət qanun əsasilə daxil olub dövlət
tərəfindən mühafixə edilməlidir.
3) Müəyyən məhəlli olmayan millətlərə milli və mədəni muxtariyyət
verilməlidir.
4) Muxtariyyət hüdudlarım, daxili qanun əsasılərini öz daxili
məclisi-müəssisanlarında təyin etməlidirlər.
5) Hər bir muxtariyyətli əyalətin topraqları xüsusi bir fond təşkil
edib ümumi cümhuriyyət fonduna daxil olmalıdır.
Qurultay dün gündüz və gecə iclas quraraq məsələləri sürətlə
müzakirə ediyor. Bu gün qurultayın qurtaracağı ümid olunur.
Dördüncü iclas
Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”ın 4-cü iclası oktyabrın
29-u axşam saət 10-da açılaraq Nəsib bəy Yusifbəylinm sədarəti altında
fəhlə və m əarif məsələlərini müzakirə etmişdir. Rəsulzadə Məhəmməd
Əli cənabları fəhlə məsələsi həqqində şöbə tərəfındən məruzə oxuyor;
məsələ maddabəmaddə müzakirə ediliyor və bəzi mübahisələr vaqe
oiuyor. Nəticədə 16 maddədən ibarət məruzə qəbul olunur. Maddələr
bunlardır:
385
Fəhlə məsələsi
1) Hər bir qulluq və ücrətlə xidmət edən kimso üçün gündəlik iş
müddəti 8 saatdan artıq olmamalıdır.
2) Hər bir iş və xidmətlərdə qulluq edən ərkək və qadm əmələ və
xadimə üçün həftədə bilafasilə 24 saatlıq istirahət müddəti qanun
tərəfindən qərara alınsın.
3) İş müddətindən xaric işləmək qaidəsi qətiyyən mən edilsin.
4) Axşam saət 9-dan səhər saət 6-yadək gecə xidməti qətiyyən mən
edilsin. Fəqət texniki və makina əhval və şəraitindən nəşət edən və
əmələ təşkilatı tərəfindən savab görülən xüsuslarda bu xidmət icra olu-
na bilər.
5) 16 yaşınadək məktəb sinnində olan çocuqlarm xidmətindən
istifadə etmək qətiyyən məmnudur. 16-dan 18 yaşmadək olan çocuqla-
rm iş müddəti 6 saətdən artıq olmamalıdır.
6) Qadmlarm vücud və səhhətinə zərərli olan yerlərdə onlarm ça-
lışmaları mən edilsin və hamilə olan qadınlarm həmldən əvvəl 4 həftə,
sonra da 6 həftə işdən azad edilərək haman müddətin məvacibini
tamamilə almahdır.
7) Qadmlar işləyən fabrika, zavod və sair kəsbxanələr nəzdində
südəmər uşaqlar üçün xüsusi tərbiyəxanalar açılmahdır. Süd verən qa-
dmlar hər 3 saatdan sonra yarım saatdan az olmamaq şərtilə xidmətdən
azad edilsin.
8) İş və xidmətə istedadmı qismən yatmasilə qeyb edən, yaxud ix-
tiyarlıq cəhətilə xidmətə qadir olmayan fəhlələr dövlət tərəfindən
xüsusi sərmayə hesabma sığorta edilməlidirlər. Məzkur sərmayə
sərvətdarlardan ahnacaq ayrı bir vergidən əmələ gələcəkdir.
9) İş və xidmət müqabilində mətah vermək caiz degildir. Hər bir
ücrət və məvacib nəqdən hər həftə verilsin.
10) İş sahiblərinə hər dürlü ittifaq və səbəblərdən dolayı fəhləlik
həqq-hesabından pul çıxmaq qaidəsi qətiyyən mən olunur.(cərimə və
sairə)
11) Hər dürlü iş və kəsbxanələr üçün kifayət qədər fabrika müfəttişligi
təyin edilsin. Əmələlər tərəfindən seçilən və dövlət tərəfindən maaş
386
alan vəkillər dəxi iştirak edərək müdiriyyətlə bərabər qanunlarm icra-
sına və əmələlərə iş və mənzil və sair təshilat tədarükünə mübaşir ol-
malıdır.
12) İş sahibləri tərəfindən əmələ üçün mənzil olaraq verilən odala-
rm əhvali-səhiyyəsi və tərtibatı nəzarət altına ahnmahdır. Nəzarətdə
əmələlər tərəfindən seçilmiş vəkillər dəxi iştirak etməlidir.
13) Qulluqçu və işçi tutan hər bir karxanədə müntəzəm və mütəşəkkil
səhiyyə nəzarəti təsis olunmalı və bu nəzarətlər iş sahiblərinin nəzarət
və müdaxiləsindən kamilən azad olmalxdırlar.
14)
Zəhmət və səyin mühafizəsi həqqində qanunlara müxalifət
edənlər cinayət qanunları mucibincə məsuliyyətə cəlb edilməlidirlər.
15)
Hər bir kəsbxanədə heyətin yarısı əmələlərdən və yarısı iş
sahiblərindən olmaq üzrə xüsusi bir məhkəmə təşkil etməlidir.
16)
Yerli və kənardan gəlmə işçilərə qulluq tapmaq xüsusunda
vasitəçilik etmək üçün xüsusi kantorlar təsis etmək vəzifəsi məhəlli
idarə müəssisələrinə həvalə ediliyor.
Məarif həqqində
Fəhlə məsələlərindən sonra m əarif məsələsi müzakirə edilərək aşa-
ğıdakı maddələr demək olar ki, bir səslə qəbul olundu.
1) M əarif işlərində ümuməhali, din və millət ayırmaqsızm ərkək və
qadın müsavidir.
2) Məktəb işlərində təşəbbüsi-şəxsi və məhəlli idarələr təşəbbüs heç
bir vəchlə təhdid edilməyəcəkdir.
v
3) Tədrisat sərbəst olmalıdır.
4)
Məktəb arasında irtibah olub ibtidailərdən rüşdilərə, oradan
edadilərə və buradan ali məktəblərə kolayhq ilə tələbə qəbul ediləcəkdir.
5)
Darülfünun və sair ali məktəblər daxili işlərində muxtariyyətli və
tədrisat xüsusunda sərbəst olacaqdır.
6) Əvam arasmda elm və mədəniyyət uğrunda ali məktəblər
tərəfındən edilən təşəbbüslərə mümanəət göstərilməyəcəkdir.
7) Məhəlli idarələrin təlim və tərbiyə xüsusundakı təşəbbüslərinə
mümanəət edilməyəcəkdir.
387
8) Təlim ibtidai və rüşdi, ümumi, məccani və məcburi olmalıdır.
9) Məholli idarələr tərəfindən böyüklər üçün açılacaq məktəb kitab-
xana və qiraətxana işlərinə müsaidə edilməlidir.
10) Sənaye və ziraətə məxsus kafi miqdarda xüsusi məktəblər açı-
lacaqdır.
11) İbtidai və edadi məktəblərdə tədris dili hor bir muxtariyyətli
əyalətin əksər əhalisinin damşdığı dil və şivə olacaqdır.
12) Edadi məktəblərdə rus dili və Osmanlı şivəsi bir lisan olaraq
tədris edilməsi məcburi olacaqdır.
13) Ali məktəblərdə ülum və fünunun həpsi Osmanlı şivəsində tədris
ediləcəkdir.
14) Müəllim və müəllimələr hazırlamaq üçün kafi dərəcədə
darülmüəllimin və darülmüəllimat açılmalıdır.
15) Qırx çocuq toplana bilər isə əqəliyyətdə qalan millətlər üçün
açılmış məktəblərdə tədris öz dillərində olması mocburidir.
16) Kafi dərəcə toləbə bulunursa əqəliyyət təşkil edən millət çocuq-
ları üçün tədrisat öz dillərində olmaq şərtilə rüşdi və edadi məktəblər
açılacaqdır.
Beşinci iclas
Oktyabnn 30-u səhər saət 11-də Nəsib boyin sədarətində açıla-
raq Məhəmməd Əmin Rəsulzadə cənabları məramnamənin müzakirə
edilməmiş qalan maddələrini birər-birər oxuyur. Məsələlər oxun-
duqca səsə qoyularaq cümləsi qəbul ediliyor. Şəkli-idarə həqqin-
də məramnaməyə böylə bir əlavə ediliyor; “cümhuriyyət daxilindəki
muxtariyyətlər öz aralarmda xüsusi və müştorək məsələlər üzərinə itti-
faq əqd etmək həqqinə malikdirlər”.
Azərbaycan muxtariyyəti hüduduna goldikdə Cənubi Dağıstanın
dəxi Azərbaycana daxil olması təhti-qərara alındı. İdil boyu və Krım
tatarları üçün milli-məhəlli mümkün olmasa milli-mədəni muxtariyyət
tələbi qəbul olunur.
4-cü maddə bu surətlə təbdil olundu: “Ümumi cümhuriyyət” müəs-
sisələrinə və muxtariyyət daxilində bulunan məclisi-məbusan, mə-
388
həlli idarəlor və başqa bütün təşkilata vətəndaşların bilafərq millət və
məzhəb, ərkək və qadın seçki həqqi var. Hər bir seçkiçi vətəndaş seçil-
mək həqqinə də malikdir. Seçki ümumi, gizli, bilavasitə, müsavi və mü-
tənasib olmalıdır”.
Milli, dini, mali və iqtisadi oskəri və ədliyyə babları eynilə qəbul
edildi. Gömrük məsoləsi eynilo qəbul olundu. Məhkomə babində 4-cü
maddə ləğv edildi.
Altmcı iclas
Qurultayın 6-cı iclası ayın 30-u axşam saət 8-də Nəsib bəyin
sədarətilo açılaraq firqo nizamnaməsi müzakirə edildi.
1,2 və 3-cü maddələr bilamüzakirə qəbul olunur.
4-cü maddo müzakirə edildikdə bir şəxsi firqədən çıxarmaya
şöbələrin həqqi olub olmadığı məsoləsi qalxıyor və əksəriyyəti-ara ilə
buna ancaq idareyi-mərkoziyyənin ixtiyarı olduğu qəbul ediliyor.
Bu maddəyo bir qeyd əlavə olunur ki, hər bir təşkilatın ixtiyarı var
təşkilat qərarlarına əməl etməyən şoxsi təşkilatdan kənar eləsin. Böylə
üzvlər təşkilatın rizası olmadan bir daha təşkilata daxil olamaz.
5-ci maddo qəbul və əzalıq həqqi barəsində əksəriyyətlə müstəmiri-
əzalıq həqqi vergisini məhəll təşkilatı öz səlahəddi ilə təyin etməsi
əlavo olundu.
6,7,8,9,10,11,12,13,14,15,16,17 və 18-ci maddolər qəbul edildilor.
Məhəmməd Əli Rəsulzadə “şöbələrin hər il idareyi-mərkəziyyəyə
müəyyən miqdarda pul verməgə məcbur edilməsini” təklif edi-
yor. Fəqət qəbul olunmuyor. Sədr məcburi vergi əvozində idareyi-
mərkəziyyənin şöbolərindon lazımi miqdarda para almaq həqqinə ma-
lik olmasmı təklif ediyor və qəbul olunur. Nizamnaməyə firqə nəşriyyat
və motbuatla nəzarot etmək, sair firqələrlə münasibət və irtibatda bu-
lunmaq, dövlət müossisoləri ilə əlaqoyə girişmək məzmunlu bir yeni
maddə əlavə olunur.
Heyəti-mərkəziyyo ozasınm miqdarı və mərkəzin məkanı məsələsi
müzakirə olunaraq qərar verildi ki, heyoti-mərkəziyyə Bakı şəhərində
iqamət etsin və əza 9 olsun. Əzalığa Yusifbəyli Nəsib bəy, Rəsulzadə
389
Məhəmməd Əmin, Ağayev Həsən bəy, Məhəmmədzadə Əliş, Hacmski
Məhəmməd Həsən, Şərifzadə Qulamrza, Rüstəmbəyov Şəfi bəy, Axun-
dov Molla Qafar, Hüseynzadə İsgəndər, Əlisgəndərov Səməd, Rəfiyev
Musa bəy, Orucov Oruc, Qaraağazadə Mehdi, Əmirxanov Əbdüləli
bəy və Axundov Mirzə Məhəmməd namizəd göstəriyorlar.
“Açıq söz”, 27, 29, 30,31 oktyabr, 1, 2 noyabr 1917,
JVsS99, 600,601, 602, 603, 604
Əndüvə - toplantı
Ehtimam-səy göstərmə
Müariz - zidd çıxan
Qitə - parça, hissə
Müşəvvəs - təşvişli
Qiyam - ayağa qalxma
Təshil - asanlaşdırma
Kamilən - tamamilə, büsbütün
Mümanəət - maneçilik
Əqəliyyət - azlıq
Xüzu - itaətkar
Xüşu - utancaq
390
Xüsusi teleqraf
Səmərqənddən idarəmizə böylə bir teleqraf çəkilmişdir:
Müsəlmanlarm oblast ictimailəri Məclisi-Müəssişana namizəd
olmaq üzrə Sırdərya oblastından Əlimərdan bəy Topçubaşov,
Fərğanədən Məhəmməd Əmin Rəsulzadə və Anıur oblastından
Nəsib bəy Yusifbəyovun namizədligini qoymuşlardır.
Hacı
“Açıq söz”, 1 noyabr 1917, JVs603
391
Müşahidat
Hor siyasi firqə və təşkilat Özünün cəmaət və xəlq arasmda nə qədər
nüfuz və etibar sahibi olmasını ancaq seçki zamanlarında göstərə
bilər. Buna görədir ki, diyorlar: seçki siyasi təşkilatlar üçün imtahan
meydamdır.
Bu vəqtədək bizdə seçkilərə xəlqin bir sinfı, mülkədar və tüccar sin-
fl iştirak etdiklərindən cəmaətin əksəri qanunən bu hüquqdan məhrum
olduqlarmdan seçkilər sönük və ruhsuz olaraq vaqe oluyordu. Başqa
mədəni məmləkətlərdə isə oralardakı bütün əhali sinif ayırnıaqsızm
seçkilərə gediyor, öz səslərini veriyorlar. Oralarda seçki günləri adətən
bir bayram məqamını alıyor. Şəhərlər reklamlar ilə donadılıyor. Hor
kəs, hər firqə öz namizədlərini keçirməgə çalışdıqlarmdan əsl siyasi
mübarizə başlamyor. Ancaq bu vasitə ilə hanki firqənin daha əsaslı,
daha təbii bir yol tutduğu məlum olub ortaya çıxıyor.
İnqilabm bərəkətindən bizim şəhər duması seçkiləri də ümumi bir
rəng aldı. Biz də sərbəst seçkilərdə iştirak etmək şərəfinə nail olduq.
Biz də seçki mübarizəsinin nə yolda olduğunu gördük. İştə, biz də gör-
dügümüz mənzərələri təsvir ediyoruz.
Daha bir ay bundan irəlidən bəzi firqələr tərəfindən seçkiyə hazırlıq
görülər, mitinqlər, mühazirə məclisləri tərtib edib seçki əhəmiyyətindən
və sair seçki ilə əlaqədar olan bəzi qaidələrdən məlumat veriliyordu.
Seçkiyə iki-üç gün qalmış divarlara yapışdırılan m üxtəlif məzmunlu
reklamlar, avtomobil və sairə ilə nəşr edilən xitabnamə və intibah-
namələr, hər tinbaşı təşkil edilən səyyarmitinqlər seçkinin əhəmiyyətini
cəmaətə artıq qandırmışdı.
Budur, qırmvzı bayraqlar ilə bəzənmiş bir avtomobil gəliyor.
İsmailiyyə qarşısmda toplanmış müsəlmanları görərək dayamyor. Bir
natiq avtomobildən rusca:
- Müsəlman yoldaşlar, dördüncü nömrəyə.
Bunun müqabilindən müsəlmanlardan birisi:
- Siz səhv ediyorsunuz, 12-ci nömrəyə.
392
Bir digəri:
- Xayır, doqquzuncu nömrəyə.
Bir üçüncü:
- Vətəndaşlar, heç kəsə aldanmaymız, öz hüququnuzu başqasımn
əlinə tapşırmayınız, füqərayi-kasibənin halına qalan bir firqə varsa, o
da beşinci nömrədir.
Dördüncü nömrəli avtomobil artıq dayanmıyor. 5 ilə 12 mübahisəyə
başlıyor. 9 da bir iş görəməyəcəgini hiss edərək bir neçə qədəm kənarda
bir məclis qurub şəriətdən, Qurandan bəhs edir.
Budur, dəniz kənarından əskəri bir avtomobil gəliyor. Avtomobi-
lin hər tərəfi beş nömrə ilə donadılmışdır. Parapet qarşısına toplan-
mış bir dəstə müxtəlif cəmaət arasına “vətəndaşlar, 5-ci nömrəyə” ya-
zıh vərəqələr tullayır. Bunun müqabilində dörd-beş yerdən 12, 4, 2, 10
nömrəli vərəqələr tullanmaya başlıyor.
Hacı Pirverdi məscidində şeyx Qəni diyor:
- Cəmaət, Müsavat firqəsi Quranm və şəriətin xilafmda hərəkət
ediyor, bunun üçün hər kəs Müsavata mənsub olarsa kafirdir. Kafi-
rin də İslam qanunilə müsəlmanlara qanı və malı mübahdır. Arvadla-
rı özlərindən boşdur. Bunu bən demiyorum, şəriət və Quran əmr edi-
yor. Hər kəs istiyor ki, işlərimiz Quran və şəriətə mütəabiq getsin, 9-cu
nömrəyə səs versin.
Bunun əleyhinə müsavatçılardan birisi çıxıb şeyxin müfəttinlik edib
fəsada səbəb olacağım söylüyor. İkinci natiq habelə şeyxin əleyhinə da-
nışır. Şeyx məsciddən özünü kənara çəkiyor.
Aym 29-da seçki günü yalnız divarlara qənaət edilməyib qaldırım-
lar və səkilər üzərində də qırmızı rəng ilə rusca və müsəlmanca 12-
ci nömrəyə səs veriniz, 5-ci, 4-cü və 2-ci nömrəyə səs veriniz, deyə
müxtəlif reklamlar yazılmışdı.
Budur, Nikolayevski küçədə cəli bir xətt ilə yazılmışdır:
- Milli qüvvələrin birləşməsini istiyorsan isə 12-ci nömrəyə səs ver.
- Yaşasın millət, 12-ci nömrə.
393
- Yaşasm milli və məholli muxtariyyət və qoşma xəlq cümhuriyyəti,
nömrə 12.
Budur, 9 ilo 12 mübahiso ediyor. 12 diyor: Dumda İvan, Karapet ilə
əgləşib şori mosolo holl etmoyocəgiz. Orada danışılacaq bir mosolo var-
sa, o da bundan başqadır. Onun üçün do biz də dumda iş görə biləcək,
hüququmuzu müdafiə edə biləcək şəxslər Iazımdır.
9 diyor: bu vəqtədək biz Rusiya qanunları ilə dolanmışıq. Qoy
bundan sonra rüslar bizim şəriətimiz ilə, bizim qanunumuz ilə roftar
etsinlər. Siz 12-lər diyorsunuz ki, gərək qazılarımız arvaddan olsun.
Quranın yeddi cüzini çıxarıb ataq, qızlarımız, arvadlarımız başıaçıq
gəzsinlər. On iki doqquzu qandırmaq istiyor: “Vallah, billah, həzrət
Abbas haqqı böylə şey yoxdur, səni aldatmışlar. Burada qazı məsələsi,
Quran məsələsi yoxdur”.
Bir digəri konardan söhbətə müdaxilə ediyor.
Hacı, nədən arvaddan mərsiyəxan oluyor, buna kimsə bir söz demi-
yor. Qoy qazı da olsun.
Bir üçüncüsü kənardan: “Müsavat” hətta diyor ki, gərək dumda
qlava müsəlman arvadından olsun. Biz heç vaxt şəriətin ayaq altma
düşməsinə razı ola bilməriz.
Budur, bir 5-ci nömrə meydan etmiş:
- Müsəlmanlar, siz o adamları seçmək istiyorsunuz ki, onlar
füqərayi-kasibənin həmişə qanını içmişdir. Görünüz sizə hürriyyəti
verən kimlərdir. Biz fəhlə sinfi Nikolayı taxtmdan aşağı saldıq. Buna
görə də dumda Nikolayı taxtından salanlar əgloşməlidirlər. Ancaq bun-
lar sizin mənafeinizi gözləyə bilərlər.
Bir digəri buna cavab veriyor:
- Nikolayı taxtmdan salan əgər fəhlolər olmuşsa, onlar da siz degil,
Petroqrad fəhlələri olmuşdur.
Bacılarım, əgər istiyorsunuz ki, çarşabmız başımzdan götürülməsin,
9-cu nömrəyə səs veriniz.
394
- Sən hansma saldm.
- Adam məəttəl qalıb... Heç bilmiyor hansına inansın. Diyorlar ki,
12-ci nömrənin adamları iş biləndir.
- Canım, bizə iş bilən lazım degil. Nə edim öylə iş biləni ki, Qura-
nı yox etmək istiyor.
- Diyorlar ki, axı dumda Quran söhboti olmayacaq.
- Necə Quran söhbəti olmayacaq? Görmədin ağa nə buyururdu. Di-
yordu ki, hər kəs 12-ci nömrəni əlinə alsa, öylə bilsin ki, İmam Hüseyn
əleyhissəlamın özünə qılınc çəkmiş, Həzrət Sahibəzzəmanın üzünə ağ
olmuşdur.
- Əlbəttə ki, öylədir. Onlarm qərəzləri məlumdur. Onlar bizim ar-
vadları urus arvadları kibi etmək istiyorlar.
- Yenə Allah atalarına rəhmət eləsin ki, bizi vəqtində başa saldılar.
- A kişi, belə gəl gedək. Bizim evimizi yıxan helə bu gəldi-gedərlər
degilmi?
- Necə yəni. Bizi məscidimizdən qovalayacaqlar?
- Cəmaət, əsl müsəlman nömrəsi 9-dur.
Bir başqası: cəmaət, hcç kəsin sözüylə iş görməyiniz. Hər iki tərəfin
siyahısmı alımz, diqqətlə oxuyunuz, hanki tərəfi layiq bilsəniz ona şar
salmız.
- Budur, Çadrovı küçədə ali ibtidai ünas məktəbi qarşısında bir 12
bir 9-u kənara çəkib onu məzəmmət ediyor.
- Heyf səndən! Mən səni bir əqlli adam bilirdim (konvertini əlindən
alıb istiyor 9-un əvəzinə 12 qoysun).
- Sən Allah eləmə! Bənə yazığın gəlsin.
- Ədə, axmaq, burada kim görəcək?
- Yox. Yerin qulağı var deyirlər. Sonra gərək məhəllədə qalmayım.
Bir seçki yerində budur, bir qiyamotdir ki, qopdu. Məlum oldu ki,
yeşik başında dayanmış bir müsəlman bir çox müsəlmanın sosini itir-
miş, ora gələn müsəlmanlardan pasport istiyormuş.
395
Bir crmoni onu müdafio ediyor:
- Canım, hor iş gorok qaidosilo olsun.
- Bu qaidə yalnız bədbəxt müsəlman üçünmü olmalıdır. Əgər
pasport göstərmək şərt isə, niyə başqalarmdan istənilmiyor. Yalmz
müsəlmanlardan istəniliyor. (Protokol tərtib ediliyor).
“Açıq söz”, 2 noyabr 1917, JVe604
Cəli - uzaqdan görünən, aydın
Mübah - haram
Müfəttin - fitnəkar
396
Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat”
Əmələ yoldaşlar!
Ayın 22-də siz Fəhlə və Soldat Vəkiləri Şurasma adamlar seçdi-
niz. O günü siz bütün əngəllərə, maneələrə mütəhəmmül edib səsinizi
“M üsavaf’a verdiniz. Bu rəyləriniz ilə siz Müsavat firqəsi həqqində
olan etibarınızı göstərdiniz, anlatdınız ki, bu firqə ilə sizin aranızda
ünsiyyət var, aşinalıq var. Sizin firqə tərəfindən olan dəvətə bu surətlə
qulaq asmamz nəticəsində təsisinin əvvəlində bir danə də olsa müsəlman
fəhləsinə malik olmayan “Müsavät”m yarıdan çoxu müsəlmanlar oldu.
Seçkilərin nəticəsini böylə görüncə bu vəqtə qədər fəhlə və əmələ
işini özlərinin müxtəs malı hesab edən firqələr cuş qoydular, bu vəqtə
qədər rəsmən tammaq istəmədikləri “Müsavat” firqosinin qələbəsinə
qulp qoymağa başladılar. Seçkilər düz olmamış, seçkilərdə əngəllər ol-
muş, “Müsavat”çilar müsəlman əmələlərini aJdatmışlar - dcyo ortaya
söz saldılar. Mərkəzi seçki komissiyası 12 adama qarşı 15 səslə seçkiləri
təsdiq etmiş ikən məsələni bir kərə əmələlərin etimadma malik ol-
mayıb zavadskoy komitələrin iştirakı ilə genişlənmiş “Sovetə” saldı-
lar. “Müsavat”dan da zavodlara keçirdilər. Nəhayət, müəyyən ruhlu və
məxsus nəzərli əmələlərdən daha aşkar sözlə seçkilərdə çoxluq qazan-
maq niyyətində ikən azlıqda qalan firqələrdən və Müsavat fırqəsinin
birdən-birə ortaya çıxıb da qalib gəlməsi fikri ilə heç bir növlə ögrəşə
bilməyən adamlardan ibarət olan bir məclisdə bu seçkilərin qəbul
edilməyib də tazədən seçilməsini istədilər. Dedilor ki, yanlış olmuş,
həqiqət bilinməmişdir. Bir daha seçki olsa “Müsavat” bu və qədər səs
qazana bilməz, yəni sovetə bu qədər müsəlman keçə bilməz.
Ay müsəlman əmələsi, imdi söz sənindir. Tazədən seçkilər başla-
nacaq. Bu seçkilərin vəqti, qaidəsi, tərtibi vəqtilə firqə tərəfindən sənə
bildiriləcəkdir. Bu kərə məlum işdir ki, bütün fırqələr çalışacaqlar, var
qüvvələrini işlədəcəklər, bəlkə də öylə yolla və tədbirlərlə meydana
gələcəklər ki, səni öz tərəflərinə çəksinlər. Fəqət sən sərvəqt ol, bil ki,
sənin hüququnu, həm sinfi, həm milli hüququnu müdafiə edən “Müsa-
vat” firqəsidir. “Müsavat” firqəsi səni birligə, özlügünü tanımağa dəvət
397
ediyor, özünü bilən dostunu da bilər - diyor. O səni bayrağı altına ça-
ğırdıqda yoldaşların ruslar, ermənilər və sair millətlərlə mübarizəyə ça-
ğırmıyor. Biləks diyor ki, ay müsəlman əmələsi, ay türk oğlu, birləş.
Həqqini bil, sinfi məsələlərdə, həmkarlıq işlərində yoldaşlarını, milli
məsələlərdə millətdaşlarım saxla! Öylə bir qüvvət ol ki, səninlə hesab-
laşsınlar. Sən bu vəqtə qədər səslərini başqasma vermiş, özün siyasət
məktəbinə daxil olmamışsan, vəqtdir sən də həqqini öz əlinə alasan.
Həddi-buluğa yetişəsən. Ayın 22-də sən öz hökmünü verdin, “Müsa-
vat” bayrağmı qaldırdm. Fəqət bayraqdarlığına şübhələnənlər basılmış
uşaqlar kibi “ko” degil diyor. Tazədən boy smamaq istiyorlar. Haydı
millətdaşlar, haydı əmələ yoldaşlar, göstəriniz ki, siz degil, onlar, sizi
“M üsavaf’dan ayırmaq istəyənlər aldanıyorlar.
Var olsun əmələlər, yaşasm “Müsavat” !
Türk Ədəmi-Mərkəziyyat firqəsi “Müsavat”ın Bakı Komitəsi.
“Açıq söz”, 16 noyabr 1917, JY®607
Müxtəs - məxsusi
398
Türk Ədəmi-Mərkəziyyət ürqəsi “Müsavat”
Millətdaşlar! Aylardanbəri gözlədigimizMəclisi-Müəssisan seçkiləri
yaxmlaşır. Şəhərlərdə üç gün, kəndlərdə isə 7 gün yeşiklər, qutular qo-
yulub seçkilər başlıyacaqdır. Seçkilər siyahı üzrədir. Ilər kəs hankı si-
yahıdakı adamlara tərəfdar isə o siyahını konvertə qoyub aparıb qutuya
salmalıdır. Milli müsəlman komitələri ilə Türk Ədəmi-Mərkəziyyət fir-
qəsi “Müsavat” firqəsinin bir yerdə bütün Zaqafqasiya milli komitələri
ilə siyasi komitələrinin məsləhəti ilə Gəncə məşvərət məclisində tərtib
olunan millət siyahısmm nömrəsi 10-dur. 10-cu nömrə Zaqafqasiya
türklərinə, Rusiya Azərbaycanma muxtariyyət istiyor. Bu nömrədəki
adamlar istiyorlar ki, Rusiya Qoşma Xəlq Cümhuriyyətindən ibarət ol-
sun. Bu cümhuriyyətdə cəmaətin, xəlqin könlü ilə hökumət eləsinlər.
Hər millətə, yəni öz dili, adəti, dini, məzhəbi ilə dolanan cəmaətə
özünəməxsus muxtariyyət verilsin. 10-cu nömrə istiyor ki, topraq-
lar zəhmətkeşlərin malı olsun. Hər kəsə özü əkib biçəcək, külfətini
dolandıra biləcək qədər də yer verilsin. Özü də bu yerlər onlara, yəni o
rəncbərlərə ariyə, bürovuz degil, həmişəlik verilsin. Hər kəs bir parça
yerə malik olsun, əksin, biçsin, nə edirsə etsin, özü öldükdən sonra da
vərəsəsinə qalsın. Ancaq bir ölçü qoyulsun kı, bu ölçüdən artvq kimsə
yer ala bilməsin. Tainki tazədən mülkdarlıq olmasın. Tainki tazədən
zəhmətkeşləri, rəncbərbri əsir və dostigir etməsinlər, şirosini sormasın-
lar. 10-cu nömrə istiyor ki, əmələlərə səkkiz saətlik iş günü təyin olun-
sun, zəhmət qanuni ilə zəhmətkeşlərin həqqi qorunsun və onlara hər
növlə kömək olunsun.
10-cu nömrə istiyor ki, biz bir millət olaq, hökumətimiz olsun,
millətimizin əksərindən ibarət olan cəmaətin, zəhmətkeşlərin qayğısı-
na qahnsın, millətimizin ixtiyarı özünə verilsin, özünə bir gün ağlasm,
özü öz ağası olsun. Öz cümhuriyyəti olsun və bunun bu cümhuriyyəti
başqa yerli və milli muxtariyyətlərlə bərabər olub Rusiya qoşma xəlq
cümhuriyyəti əmələ gətirsin. Budur 10-cu nömrənin əsl məqsədi. Bu
məqsəd hasil olunca millətimiz azad, özümüz azad, dinimiz də azad
Dostları ilə paylaş: |