M.Ə.RəsuIzadə
“Açıq söz”, 18 sentyabr 1917, JV®568
Eraz - ərz etmə, böyüklərə demə
Raddə - dərəcə, mərtəbə
Mötəhəvvər - cəsarət
Əmdən - qəsdən, bilərəkdən
337
Federalizmin qələbosi
Millətlər biri digəri ardından Rusiya cümhuriyyətinin federasyon
üsulu üzərinə qurulması tolobindo olduqlarmı bildirdilər.
Yalnız millətlər degil, xüsusi şərait təhtində yaşayan vilayətlər də bu
rəylə şərik olduqlannı göstərdilər.
Federasyon tərəfdarı olan millət, fırqə və vilayətlər Ukrayna paytax-
tmda federasyon fikrinin qaynar bulağı olan Kiyevdə toplanan millətlər
qurultayı dəxi son sözünü söylədi.
Rusiya binayi-cümhuriyyəti federasyon təməli üstündə qurulacaq.
Millətlərə milli-məhəlli muxtariyyət verilacək!
Bunu yalnız millətlər, firqələr və vilayətlər degil, müvəqqəti inqilab
hökuməti də müvafiq görməkdə, millətlər qurultayındakı nümayəndəsi
Slavinskinin dili ilə böylə deməkdədir ki:
“Rusiyada gərək milli və gərək siyasi hürriyyətləri təmin edən bir
şəkli-idarə varsa, o da muxtariyyət və federasyon şəkli-idarəsidir”.
“Hökumət Məclisi-Müəssisandan əvvəl federasyon elanına kəndini
həqli görmüyor. Fəqət bununla bərabər məhəllərdə bu xüsusda görülən
işlərə məmaniət də etmək istəmiyor”.
Qafqasiya Rusiyanın bu xüsusda ən geri qalmış qitələrindəndir. Bu-
rada muxtariyyət fikri, federasyon idealı ta qədimdən bəri fıkir və
proqramları işğal etmiş və inqilabın əvvəlbrində bilxassə, Gürcüstan
səmtindən muxtariyyət sədası yüksəlmişsə də, hüsni-qəbul görməmiş.
Gürcü federalistləri Gürcüstanda qüvvətli olan sosial-demokratlar
tərəfindən təzyiq altına alınmışlardı. Həmçinin ilk dəfə Bakıda topla-
nan Qafqasiya müsəlman qurultayınm federasyon həqqindəki qərarı da
Qafqasiya sosial-demokratlannm xoşuna gəlməmişdi.
İnqilab hərəkətini davam etdirdi. Nəhayət, zaman gəldi. Məclisi-
Müəssisan dəvəti yaxmlaşmaya başladı. hər tərəfdən xüruşan bir sel id-
rak şəklində gələn federalizmə Qafqasiyanm mərkəziyyətçi sosial-de-
mokratları dəxi hesab vermək məcburiyyətində qaldılar. Bu hesaba da-
xil olub da tədiyə olunan vəkilbrdən birisi heç şübhəsiz ki, keçən nöm-
rəmizdə elan olunan beynolfərq Gürcüstan Şurayi-Millisinin təşkilidir.
338
Gürcüstan Şurayi-Millisinə Qafqasiya sosial-demokrat cərəyanım
idarə edən gürcü sosial-demokratları, Jordaniya ilə Çxenkeli kibi piş-
rovlar dəxi daxil olmuşlardır.
Başda sosial-demokratlar olmaq üzrə bütün Gürcüstan firqələrini
birləşdirən Gürcüstan Şurayi-Millisi köhnə sosial-demokrat ənənə-
sinin xatirini saxlamış, federasiya sözünü dilinə gətirməmişdir. Fəqət
iş sözdə degil, mənadadır. Məna isə Gürcüstandan ötrü milli-məhəlli
muxtariyyət tələbindən ibarət. Həm də bu tələblə Məclisi-Müəssisandan
əvvəl belə hesablaşmaq, müvəqqəti hökumət tərəfindən m illətbrin
hüquqi-siyasiyyəsinə ehtiram etmək tələb olunmaqdadır.
Demək ki, Rusiya demokratiyasmı incitməmək üçün gür-
cü federalistlərinin ağzına vuran sosial-demokratlar imdi özləri
federalistlərin istədikləri təşəbbüsü Petroqraddakı demokratiya şura-
sından tələb ediyorlar.
İştə, federalizmin qələbəsi!
Nikolay taxtdan düşürüldükdən bir az sonra Rusiyamn cümhu-
riyyətdən başqa bir üsuli-idarə ilə mümkün degil idarə oluna biləcəgi
həqqində hər kəsə adətən bir qənaət gəlmiş, bütün firqələrlə qurultay-
lar haman bu məsələdə qətnamələr çıxarmışlar. Kadetlər belə proqram-
larını o yolda təshih etmişlərdi. Nəhayət, cümhuriyyət qənaəti bir əmri-
vaqe halında elan edildi. İmdi Rusiya cümhuriyyət binasının yalmz fe-
derasyon təməli üzərində qaim olacağı bəddihiyyat dərəcəsinə gəlmək
üzrədir.
İmdi artıq şübhə yoxdur ki, Rusiya Məclisi-Müəssisanı, hökumət
nümayəndəsinin m ilbtlər qurultaymda dedigi kibi: cümhuriyyətdən
geri dönməyib pək ilərilərə gedəcəkdir. Bu “iləri” isə heç şübhəsiz ki,
milli-məhəlli muxtariyyətlər üzərinə müəssəs federasyondan ibarətdir.
Fəqət bununla bərabər bir şeyi də millətlər nəzərlərindən dur tutma-
lıdırlar, bilməlidirlər ki, bu qədər bədihi surətə yetən hədəf muxtariyyət
hazırhqları olsun. Baxüsus ki, bu hazırlığa “hökumət məmaniət etmək
niyətində degildir”.
Hazırhq məsəbsinə gəlincə, ən ziyadə biz Qafqasiya müsəlmanları
kəndimizi tənqidə başlamalı, əldəki fürsətdən istifadə cəhətini düşün-
məliyiz. Bunu ələlxüsus hər növ milli amal və milli təşkilata zidd ge-
dən sosial-demokratlarımız zaman və məkan düşünmədən yapdıqla-
339
n saysız hərəkətlərindən zövqlənən müxalifətçilərimiz nəzərə almalı-
dırlar. Görməlidirlər Gürcüstan Şurayi-Millisini, anlamalıdırlar ki, si-
n if mübarızəsi hökmü, firqə ixtüaflarının vücudu ilə bərabər millətin
hüquqi-siyasiyyəsini müdafiə üçün birləşmək nəinki mümkün, bəlkə
də vacibdir.
Bu bir fürsətdir ki, zamamn hökmü: bu bir borcdur ki, məkanm iq-
tizasıdır.
M.Ə.
“Açıq söz”, 19 sentyabr 1917, JV»569
Xüruşan - gurlayıcı
Tədiyə - ödəmə, əldə etmə
Bəddihiyyat - aksioma
Müəssəs - təsis edilmiş
Dur - uzaq
Bədihi - aydm
340
Bakı uyczdi həqqində üç nəzər
Bunlardan ikisi əvvəldən vardı. Birisi də tazə çıxdı.
Məqsəd Bakı uyezdinin özünü idarə etməsidir. Qafqasiyaya zems-
tvo vermək məsələsi köhnə üsuli-idarə zamanmda da vardı. Bu məsələ
köhno idarənin dəftərxanələrində müzakirə ediliyordu; ara-sıra müşa-
virələrə də salmıyordu. O zamanlar Bakx uyezdi bir zemstvo vahidimi
olsun?. Yoxsa mədənlər kəndlərdən ayrılıb özlərinə məxsus bir idarə
halınamı qoyulsun? - deyə bir mübahisə vardı.
Neft mədənlərinin idarəsini inhisara almış Sovet syezdçilər, başqa
sözlə erməni burjuaları var qüvvələrilə səy ediyordular ki, mədənlərin
kəndlərdən ayrı özlərinə məxsus bir idarəsi olsun. Məqsədləri də bəlli
idi. İstəmiyorlardı ki, əllərinə almış olduqları işə başqaları da qarışsın.
Onlar neft milyonlarına hakimi-mütləq olub qalmaq arzusunu bəsliyor;
başqa heç bir mətləbə qulaq vermək istəmiyorlardı. Öz mətləblərini
həqli çıxarmaq üçün diyorlardı ki: mədənlərin özünəməxsus ehti-
yacı, özünəməxsus həyatı var. Halbuki kəndlər - onlarca - “hər növ
mədəniyyətdən ari qara müsəlman cəmaətindən ibarətdir. Onlara idarə
lazımsa zemstvo idarəsi verilməlidir”.
Məlum işdir ki, o zamanlar bu “qara müsəlman cəmaətindən” ötrü
dəftərxanələrə getmək, müşavirələrdə bulunmaq imkanı yox idi. Fəqət
bir dərəcəyo qədər və dəftərxanə və müşavirələrdə bulunmaq imkanm-
da olan müsəlman ürəfası erməni neftçilərinin bu həqsiz tələblərinə la-
qeyd qalamazlardı. Həm qalmadılar da. Sovet Syezdin mədən idarəsi
təsəvvürünə qarşı müsəlman ürəfası uyezd zemstvosu layihəsini
müdafiə elədi. Mədənlər kəndlərdən ayrılmaz dedi. Çünki mədənlər
Bakı kəndlərindən ayrılarsa, o zaman kəndlər qüvveyi-maliyəcə zəif
düşərlər; zəif düşən bu zavallı kəndlər isə axıra qədər zavallı olub qa-
larlar. Hər növ mədəniyyot və abadlıqdan məhrum edilərlər.
Bakı uyezdinə, uyezddəki toprağın bərəkətsizliginə, kəndlərin nə
dərəcədə sərvət və samansız olduğuna bəlod olanlar bilərlər ki, müsəi-
man ürəfasmın bu nəzəri əsas ctibarilə kəndistan demokratiyasınm
mənafeyini müdafiədən ibarət idi.
341
Kondlərin mədonlərdon ayrılmaması - iştə, müsəlman ürəfasınm
tələbi, iştə, müsəlman demokratiyasının eyni mənfəəti!
Mədən əmələsinin mənfəətlorini müdafiə adıyla meydana çıxan-
lar birinci nəzərə erməni burju nəzəri deyib, ikincisinə də müsəlman
bəylərinin fikri-əzasmxn admı verdilər. Üçüncü bir nəzər çıxardılar:
mədənlərin şəhərə bitişdirilməsi.
Köhnə idarə zamanmdakı zemstvo üsullarına görə bu tənqid bəlkə
də doğru idi. Çünki kəndlərə veriləcək seçki həqqi ümumi olmaya-
cağından yəqin bu həqdən kəndlilər degil, bir takım qolu güclülər,
mütəqəllibələr faidə görə biləcəklərdi. Buna görə də zənn etmək olardı
ki, mədən ayrı bir idarə olursa, əmələlərin işi yalnız mədənçilərlə ola-
caq; halbuki kəndlər də buraya qatışsa burjualar ilə mülkdarlar əlində
qalacaqlardır.
Fəqət inqilabdan sonra iş böyta olmamalıydı. Artıq dördquyruqlu
seçki üsulu Rusiya idarələrinin guşo daşını toşkil etmişdi. Demək ki,
mədəndə də, kənddə də ixtiyar məhdud adamlarm degil, çoxluğu təşkil
edən fəhlə ilo rəncbərlərin əlindədir.
Buna görə dəxi əslində siyasi bir intriqa qəsdilə meydana çıxan üçün-
cü nəzərin müdafeləri, yəni mədənlərin kondlordən ayrılıb da hökmən
şəhərə bitişməsini istəyənlər nahaq yerə ortaya müğalitə atıyorlar. On-
ların müqəllidi “Hümmət” qəzetəsi dəxi bihudə yerə hər kəsi inandır-
maq istiyor ki:
“Bu gün mədon və bunlara bağlı kənd əhalisi nə zemstvoda müsəl-
man bəylərinin əlinə düçar olmaq və nə xüsusi mədən zemstvosun-
da erməni sərmayədarlarma giriftar olmaq istəməyib özü uca səs ilə
şəhərə bitişmək xahişini izhar edir”.
Hər şeydən əvvəl təkzib edəlim ki, kəndlərdən heç biri şəhərə
bitişməyi yüksək degil, alçaq səslə olsa belə istəməmişdir. Biləks
“Hümmət” qəzetəsinin qulağı açıq olsaydı Suraxanıdan, Ramanadan,
Xilədən, Keşlədən və sair kəndlərdən gələn sədaları eşidərdi. Göz-
ləri bir az da kəndçilərin mənfəətini görə bilsəydi məzkur kondlərin
bu xüsusda aldıqları qətnamələri oxurdu. Bu qətnamələrdə mədənlorin
şəhərə bitişməsi degil, uyezd zemstvosu tələb olunuyor. Bu mitinqlərdə
kəndlərin şəhərə bitişməsi degil, mədənlərdən ayrılmaması tələb olunu-
yor. Bu iki tələb arasmda bir “azca” fərq olsa gərək.
342
Uyezd zemstvosu olursa, yəni mədənlərlə kəndlər bir idarəyə tap-
şırılırsa, erməni sərmayodarları ilə müsəlman bəyləri omələlərlə
rəncbərləri sıxacaqlarmış. Buna görə də həm mədənlər, həm də onla-
ra bağlı olan kəndlər şohərə bitişmək istiyorlarmış. Onlar bu bitişmək-
lə əcəba, düşmənləri burjua ilə bəyə qarşı hanki qüvvəyi qazanmaq is-
tiyorlar? Şəhər demokratiyasınımı?
Anlaşılmıyor. Mürşidləri Şaumyan mədənləri şəhərə bitişdiri-
yor ki, burada şəhər burjualarını, “bəhimi mübarizə” ilə məşğul olan
“əhalini” (obıvatel) əqlləndirsin; buraya sinfi mübarizə köçürsün. Fəqət
müridlərin sözündən çıxır ki, hayır, mədən əmələsi ilə onlara bağlı olan
rəncbərləri ağaların əlindon qurtarmaq üçün mədənləri şəhərə bitişdiri-
yorlar.
Mürşidmi mötəbərdir, yoxsa mürid? Onu artıq siz özünüz ayırd
ediniz!
Uyezd zemstvosu müsolman bəylərinin nəzəriyyəsi imiş, “Açıq söz”
ilə “Müsavat” da bu nəzoriyyəyi müdafiə edərkən bəylərlə müsəlman
sərmayədarlarmm mətlobinə rəvac veriyorlarmış. “Hümmət”in əvam
firibligi (demaqogiyası) böylə iqtiza ediyor. Fəqət bu nəzəriyyonin bəy
nəzəriyyəsi degil, bitərof və biqərəz bir mühakimə nəticəsi olduğunu
bəndən degil, keçən mart intihalarında müvəqqəti inqilab hökumətinin
təşəbbüsilə daxiliyyə vəzarətində vəzir müavininin riyasəti altm-
da comaət müəssisəlorinin, siyasi firqələrin, milli nümayəndələrin
iştirakilə ictima edən xüsusi məhəll və zemstvo islahatı komitəsin-
dən eşitdiniz. Bu komissiyamn Zaqafqasiya zemstvosu həqqində aldığı
qərarlardan 11-ci maddosi diyor ki:
“Bakı mədon dairəsi nə xüsusi bir idarə hahna qoyulsua, nə də Bakı
şəhərinə bitişdirilsin. Çünki mədənlor şəhərə bitişmoli olseydi, o zaman
şəhər qorardadı bilatəxir onlara da şamil olmalıydı ki, bu da Zaqafqasi-
yada zemstvo işini gecikdirər. Digor tərəfdən də mədən dairəsinin da-
imi və müəyyən sərhəddi olmamaq və bu dairodəki ərazinin zemstvo
ərazisi ilə arındırmamaq surətdə qarışıq olduğu, həmçinin mədənsiz
uyezdin maliyyəcə zəifligi mədənlərin xüsusi bir idarə halına qoyul-
ması əleyhindodir”.
Yoxsa inqilab hökuməti tərəfindən təşkil olunan Petroqrad komisyo-
nu Bakı bəylərinin mənafeyini müdafiə ediyor?
343
Hər bitərof bir adam üçün məsələ aşkardır; bir takım fırqə müla-
hizələrindən ötrü 80 minlik kəndistanı həyat sərçeşməsindon məhrum
etmək, əti sümükdən ayırmaq olmaz. Petroqrad komisyonu da böylə dü-
, şünmüş, yalnız “Hümmət”dəki füqərayi-kasibə tərəfdarı bunu qanmaq
istəmiyorlar. Kəndlilərin degil, mədəndəki müsəlman əmələlərin səsini
belə eşitməyib məsələni bütün mənasilə müğalitəyə salıyorlar. Qöv-
lü degil, qaili (sözü degil, söyləyəni) çürütmək məqsədinə düşüyorlar.
“M üsavaf’çı Rəsulzadə həqiqətən də kəndçi tərəfdarı isə, neçün toprağı-
nı müftə olaraq əkinçiİərə vermək istəmiyor da mənsub olduğu firqənin
topraq həqqində “yerlər adilanə bir qiymətlə kəndçilərə veriləcək”
maddəsinə iştirak ediyor, deyə səmimiyyətimizi şübhələndirmək is-
tiyorlar. Fəqət hafizəsizlikdənmi, yoxsa diqqətsizlikdənmi, nədən isə,
Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” proqramımn başma yazı-
lan ixtarı oxumuyorlar. Bu ixtarda deniliyor ki: “Müsavat toprağm bila-
əvəz alınıb toprağı işlədənlərə verilməsi rəyindədir”.
Bundan keçəndən sonra anlamaq istiyoruz görək ki, bəy və xəzinə
yerlərini kəndçilərə müftə vermək surətilə kəndistan zemstvosunun
halı necə düzələcəkdir?
Əgər yerin altındakı sərvət qəsd edilərsə, bu sosial-demokrat nəzə-
riyyəsi ilə kəndçilərə degil, dövlətə mal ola bilər.
Mürşidləri Şaumyan “Tiflis komisyonu” hüzurunda bəni bu qəziyyə
ilə cərh etmək istiyordu. Toprağın üstündən əkib-biçmək vasitəsilə
istifadəyə gəlincə, yel aparmış dağlar, bitkisiz şoranlardan ibarət,
təbiətdən yoxsul yaranmış topraq istər kəndçi əlində olsun, istərsə
mülkədar, zemstvo kassasmın halına heç bir faidə etməz. Ələlxüsus ki,
Bakı uyezdində təsəvvür olunan böyük mülkdarlar da, böyük mülklər
də yox.
Qəribədir, mədənlərin kəndlərdən ayrılması ilə Bakı uyezdinin
nə kibi səfil bir hala düşdügünü söylədigimiz zaman sosial-demokrat
Roxlinlər mətləbi anlıyor, heç olmasa kəndçilərə təzminat vermək fikri-
ni düşünüyorlar. Gözləməlidir ki, bu dərd aşinalığım “aşinalar” edəydi.
Fəqət onlar həqiqəti görməmək və ya daha doğrusu kəndi vəziyyotlə-
rindən ötrü sərfəsiz olan həqiqəti göstərməmək üçün göz örtüyor, ör-
tünüyorlar.
344
Varsın kəndlər səfil qalsın; varsm uyezd viran olsun, onlar başqa
rəydə olamaz. Mürşidlərindon ayrılamazlar: aman demokratlıqlarma
şübhə gələr!
İşto, məntiq, iştə, ruh!
Kimdə bu məntiq yoxsa - sərmayədar, kimdə bu ruh yoxsa -
bəydir!...
Görüyorum o günü ki, dünyaları sərvətə tutan neft mədənləri, ya-
nındakı Bakı kəndçiləri yoxsul zemstvo daxilində səfil qalaraq:
Mən əz bikakan hərgez nə naləm,
Ke, bər mən horçe kərd an aşna kərd!1 -
kilayəsini virdi-zəban ediyorlar.
M.Ə.Rəsulzadə
“Äçıq söz”, 19 sentyabr 1917, JVe569
Bəhimi - sərt
Təqid - anlaşılmazlıq
Mütəqəllibə - aferist, dələduz
Corh - yaralama, qəlb smdırma, sancma, təhqir etmə
Virdi-zəban - dilin(in) ozbəri
1 Mən bu işsizlorin alindən heç vəqt gileylonmirom,
Mənə nə etdisə, o tanış etdi.
Böyük bir itik
Tavatürlə aldığımız müəssif xəbərlərə görə türk şairi Tofiq Fikrət
bəy ölmüşdür. İştə, “tarixi-qodim”in bir cilvəyi-dühası daha!
Türk ədəbiyyatmın Osmanlı şivəsi ilə aşina olanlar bu gün sənət
naminə duyduğumuz böyük bir təsirlə vəfatını xəbər verdigimiz Tofi-
qin “tarixi-qədim”ini bilməz degildirlər.
“Tarixi-qədim”i, bu dövri-Həmididə degil, əsri-hürriyyətdə belə
Türkiyə həqayiqinə sığmayan dəhşətli mənzuməyi görməyən, bilməyən
varsa - qanlı müharibəyi görsün.
Fıkrət dünyamn yaradılışmdan bəri keçirdigi dəhşoti, vəhşəti
kəndisinə məxsus bir qüvveyi-təsvir ilə qələmə almış:
“Din şəhid istər, asiman qurban
Har zəman, hər məkanda qan, qan, qanf” - deyə, Adəm oğlunun da-
ima qan içində qan içib, qan qusduğunu bildirmişdir.
Bir şair üçün təsaviri-xəyaliyyəsini həqayiqi-həyatda görmək; kən-
disinə daldığı zoman kəndi hissiyyatım oxşamaqüçün yazdığı nəşidələri
görmədigi, bilmədigi ağızlardan eşitmək nə böyük bir hədiyyə, nə bö-
yük bir zövqdür!
“Tarixi-qədim” bütün dəhşətlərilə təkərrür etdi. Şair xəyahnda tə-
cəssüm etdirdigi əlvahi-fəcayei bizzat tamaşa elədi. Nə dəhşətli, nə
mənfur, nə üryan bir həqiqot təsvir etmiş olduğunu bütün şairligilo dərk
etdi. Dərk etdi də dayanamadı. Haman gözlərini qapadı, bütün dünya-
yı boğan qanları, məmurələri yakan vulkanları, gözləri qapayan sisləri
görmək istəmədi.
Tofiq Fikrət öldü!
Qəribədir ki, aldığımız xəbərlərdən bir qismi Tofiqin çıldırdığmı,
digər qismi isə vərəmlədigini bildiriyorlar.
Fikrət çıldırmış!.. Çıldıra bilər; çünki insani duyğularla həssas olan
bu qəlbi-rəqiq boşəriyyətin min dürlü vəhşətlərlə cilvələnən çılğm si-
masını görüncə çıldırmaya bilməzdi!
Tofiq vərəmləmiş!..
346
Bütün bəşəriyyətin dərdi ilə dordmond, bütün dünyanın fərəhi ilo
fərəhmənd olan bu qəlbi-müşfiq afaqı çulğayan səfaləti görünco olbəttə
ki, vərəmlənər!
- k i t ' k
Şairləri çıldırtan, böyük qolbləri vəromlodən bu qanh ülər millotlərə
yalmz maddi degil, mənovi bir çox xosarətlər dəxi toxundurmuşdur.
Millətlər yalnız məmlokətlor, şəhərlor, qəlolər itirmomişlərdir. Bu
itiklər nə qədər ağır olsa da qaytarüır, əvəzi bulunur şeylordir. Halbuki
dühayi-hərb millotlərdən qaytarılmaz qurbanlar almışdır. Bəşəriyyətin
ən böyük faciəsi də buradadır.
Belçikalılar yalmz Liej, Mubij, Namyur, Anvers və Brüssellərini de-
gil, Emillorini Verxarnlarmı da ğaib etdilor.
Fransızlar yalnız zongin Şimal quberniyalarım degil; müharibonin
ta ibtidasında ikən Joreslorini itirdilər.
Avstriyanm xəsarəti yalmz Qaliçiyadan ibarət degildir. Adleri
itirmək Avstriya demokratiyasından ötrü daha böyük itikdir.
Romaniya yalmz xarabəzara dönon şəhərlərini degil, Karmen Silva-
smı da ağlayır.
İngiltəro zahirdə heç bir şeyi itirməmişdir, deniliyor. Ilalbuki Kiç-
nerini itirmiş.
Almaniya yalmz koloniyalanm degil, “Milləti-müsolləhə” müəllifi
Fon Der Qoviç Paşasım da ğaib efmişdir.
Rusiyanm bu xüsusdakı itgisi dəxi digər mühariblordon daha fəci,
daha ağırdır. Rusiya Meçnikovunu itirmişdir.
Türkiyənin itirdigi doxi yalnız Ərzurum, Bağdad, Trabzon degildir.
Tofiq Fikrət də getmişdir!
Belçika təkrar istiqlahnı qaytara bilər, fəqət Verxarn dirümoz! Fran-
sa bəlkə Elzas-Lotaringiyanı da qaytarar, foqət Jores qayıtmaz! Rusi-
ya düşdügü böhranı keçirər, özünü düzəldər, foqət vətonindən uzaqda
keçinən Meçnikovu artıq görə bilməz!
Türkiyə çox ümidvar ki, Ərzurum, Bağdad, Trabzonu qaytarsm.
Fəqət Tofiq Fikrət bir daha dönməz!
İştə, bəşəriyyətin ən böyük faciəsi burada!
347
***
Bu
f a c İ D d ə y a l n ı z
bir cəhət vardır ki, mucibi-təsəllidir.
Ö b n ,
itən nə
Verxarndır, nə Meçnikov, nə də Fikrət.
Gözdən yox olan şey başqa qaliblərə bənzəyən bədənlərdir ki, bu
kibi böyük ruhların məhfəzəsi olmaq şərəfini qazanmışlardır. Yoxsa nə
Belçika şairinin mənəviyyəti, nə Rusiya elminin şəxsiyyəti-aliyyəsi, nə
də türk sonətkarmın o təqlidedilməz xüsusiyyəti ölməz. Çünki bunlar
layəmutdur. Çünki bunlar nə zəmanm, nə də məkanmdır. Zəman keçər,
məkanlar alt-üst olar; fəqət onlar yaşar, daima yaşarlarL.
Heç kimdən ötrü olmasa da, bu gün mərsiyəsini yazdığımız böyülc
Tofiq üçün bütün səmimiyyətlə söyləyə bilərəm ki:
Yalandır, Tofiq ölməmiş. Tofiq nə çıldırar, nə də vərəmlər! Çıldı-
ran bir nərəsə varsa, bu ruh Fikrətin fəvəranma tohəmmül etməyən
şüur; vərəmbyən bir vücud varsa, bu Tofiqin təəssüratına tab etməyən
ürəkdir!
Yoxsa Tofiq əyarındakı şairlər ölməz, məhv olmazlar. Onlar fər-
danxn, fərda onlarmdır!
Əvət, ey ustad, ey gözəl türk sənətkarı, ey aşiqi-nalani-hürriyyət, ey
nəvazəndeyi-alami-bəşoriyyət, ey ruhi-fəyyazi-şairiyyət, əmin ol ki,
sən:
‘TJğraş, dedin, çalış, ara, bul, qoş, atıl, bağır, durmaq zəmanı keçdi,
çalışmaq zəmanıdır!”
Dedinsə, bu xitabın boşa getmədi. Türk gəncligi çalışdı, çalışmağa
əzm etdi; bu əzmi heç şübhəsiz ki, “ümid olunan feyzi” verəcək!
Əvət, ey şanlı şair, səndən aldığı imani-fərda ilə ruhlanan türk
gəncligi ruhi-pürfütuhinə qarşı təzim edər və hərimi-səmimiyyətindən
çıxan bir sədayi-şükranla der ki:
“Fərda sənin, sənin bu təcəddüd, bu inqilab!”.
M .Ə .R əsukada
“Açıq söz”, 20 sentyabr 1917, JVe570
Tovatür - ağızdan ağıza yayılma, rəvayət
Nəşidə - məsəl yerinə keçmiş məşhur beyt və ya misra
Fəcaye - faciəbr
Məmurə - abm , kainat
348
Rəqiq - incə, nazik; həssas
Müşfiq - şəfqətli, mərhəmətli; mehriban
Fərda - gələcək zaman
Nəvazəndə - oxşayan, mehribanlıq edən
Pürfütuh - fateh, fəth edən
Məhfəzə - qab, mücrü
Layəmut - ölməz, əbədi
Fəvəran - fəvvarə vurma, qaynayan
Əyar - meyar
M üəssif- təəssüfli
Cilvə - işıqlı
Təsavir - təsvirlər
Təkərrüz - təkrarlama
349
Mədənlardə zabastovka
Bakı dairəsində, neft mədənləri daxilində zəhmət ilə sərmayə arasm-
da ta inqilabın əvvəlindən bəri başlanan mübarizə nəhayət, zabastovka-
ya müncər oldu. Əmələlər səbr kasalarmın dolub-daşdığını söyləyərək
bu vəqtə qədər kəndilərinə rəhbərlik cdən firqələrin məsləhətini belə
dinləməlidilər. Hər növ müşavirə və danışığı artıq görərək tətil etmə-
yə qərar verdilər. Əmələ “konfcrensiya”smm qərarma görə dünəndən
etibarən mədənlər zabastovka halmdadır. Əmələlər tərəfindən təklif
olunan kollektivnı doqovor (müştərək müqavilə) şərtlərindən əmələlərin
qəbul edilməsi ilə çıxarılması və sair bir çox iqtisadi şərtlər həqqində
olan maddələri mədən sahibləri hiddətlə rədd ediyor. Əməlolər isə bu
xüsusda israr ediyörlar. Əlbəttə, hər iki tərəfin israrı üzərinə bu gün
Bakı həyatı olduqca mühüm günlər keçirməgə başhyor. Zabastovka adi
vəqtlərdə, hər şey öz yerində durduğu zamanlarda belə - məlum oldu-
ğu üzrə - ağır və məsuliyyətli bir işdir. İmdi isə məsələnin nə dərəcədə
müşkül olduğu özlügündən məlum. Onsuz da həyəcanlı, sıxmtılı, ehti-
yaclı - buna görə də - hər növ təhriklərə müstəid olan mühitimizə tazə
amillər daxil oluyor.
Bu amilləri nozərə alaraq əmələlərə vacibdir ki, bir dəfə başlanmxş
işi peşimançılıqsız başa apara bilmək üçün bütün imkanlarım, bacarıq-
larınx sərf eləsinlər. Hər növ fitnə və fəsada yol verməsinlər.
Bilsinlər ki, böylə həyəcanlx dəqiqələrdə, siyasət havasmm elektrikə
döndügü böylə bir zamanda cüzi bir səhvdən, kiçicik bir xətadan bö-
yük fəsadlar törəyə bilər. Bu fəsadlara yer qalmamaq, müfsidləri
sevindirməmək üçün lazımdır ki, fəhlələr hər növ həyəcandan, hər növ
düşüncəsiz hərəkətdən saxlansxnlar.
Cəmaəti təcavüzə, tərtibsiz çıxışlara çağıran məchul adamlara
göz olsunlar. Onlara qulaq verməsinlər. Bunun üçün də lazımdır ki,
zabastovka komitəsi ilə (stateçni komitet) birlikdə hərəkət edib onun
göstərməsi ilə iş görsünlər. Hər yanda, hər tərəfdə bir hadisə bulundu-
mu, dərhal mənsub olduqları firqələrə biidirib nə cür hərəkət etmək la-
zım gəldigini ögrənsinlər.
Dostları ilə paylaş: |