M.Ə.
“Açıq söz”, 7 sentyabr 1917, JV®561
Müstövi-niyyət - layiqli niyyət
İzzəti-nəfs - heysiyyət, vüqar
323
Millətlər qurultayı
8 sentyabr 1917
Bu gün Ukraynamn paytaxtında Radanın təşəbbüsü ilə böyük bir
məclis, millətlər qurultayı quruluyor.
Çarizm uçurulduqdan sonra Rusiyada çox qurultaylar qurul-
muş, çox ictimailər, syezdlər əmələ gəlmişdir. İstibdadm zülm və
təcavüzlərindən zarə gələn ayrı-ayrı millətlər, yersiz və ixtiyarsız qa-
lan kəndlilər, sərmayənin həqsiz və əndazəsiz təzyiqi altmda inləyən
əmələlər və sair bir çox sinif, təbəqə və heyətlər toplaşıb bu böyük inqi-
labdakı xətti-hərəkətlərini təyin eləmişlərdir.
Böyük inqilab müstəbid Rusiya vücudindəki böyük xəstəliklər
nəticəsində çıxan bir böhrandır. Bu xəstəliklərdən ən böyügü heç
şübhəsiz ki, Rusiya cahangirligindəki təmsil politikası, başqa təbirlə
məhkum millətləri təzyiq etmək idi.
Təbiidir ki, hər inqilab hər şeydən ziyadə kəndisini mucib olan
səbəblərlə məşğul olar.
Bəzi kutəh nəzərlər, daha doğrusu, özlərini qəsdən kütah-nəzərligə
vuranlar Rusiyada elani-hürriyyət olduqdan sonra millətlərin fəzlə
təlaş göstərmələrini təbii görmüyorlar. Müvəqqəti hökuxnətin, siyasi
firqələrin bir dəfə hüquqi-millət təmini xüsusindəki bəyan və elanlarmı
milliyyət məsələsinin həllindən ötrü kafi görüyorlar.
İnqilab, yalmz bir bəyannamə və elanlarla əsrlərdən bəri məmləkətin
bədəninə müstövli olan xəstəlikləri sağaltmağa qadir öylə bir tünd
təsirli əlaclara, yaxud İsa nəqli müalicələrə malik olsaydı, əlbəttə ki,
iş asanlaşardı. Bir fərman kəndliləri, bir iradə əmələləri, bir sirkulyar
ticarət və sənaye ərbabmı, bir elan da millətləri rahət edərdi.
Fəqət əsrimiz əfsanələrdə görülən xürafə dövrəsi degildir.
Millətlərin, cəmiyyətlərin həyatına aid olan məsələlər artıq
“möcüzə”lərlə degil, mübarizələrlə həll olunuyor.
Əmələ kəndi sinfi mənafeini təmin, kəndçi toprağa bulunan ehtiya-
cım rəf etmək üçün nə dərəcədə ittihad, ittifaq və mübarizəyə möhtac
isə, millətlər də öylə bir ehtiyac qarşısmdadırlar.
324
Rusiyadakı millətləri yalnız istibdad, yalmz Nikolay, yalnız bürok-
ratizm əzmiyordu. Onları ən çox təzyiq edən şey müstəbid Rusiyanın
mərkəziyyəti, müxtəlif mədəniyyət və xüsusiyyətləri bir nöqtəyə tabe
etməsi idi.
Rusiya inqilabı millətlərin xüsusiyyətini təmin həqqindəki elan
elədigi düsturları quru söz halına buraxmamalıdır və məsələyi sözlə de-
gil, işlə həll etməlidir. Bunun üçün də lazımdır ki, Rusiya cümhuriyyəti
milli və məhəlli muxtariyyətlər əsası üzrə qoşma bir cümhuriyyət halı-
nı alsın. Rusiyada yaşayan bütün millətlərin tələbi budur. Bu tələb yal-
mz millətlərin degil, rus millətinə mənsub olub da ən səmimi hürriyyət
mübarizlərinin belə tələbidir. Kropotkin kibi mübarizi-hürriyyət Mosk-
va dövlət şurasmda elanən söylədi: Rusiya Amerika kibi qoşma cüm-
huriyyətlər ittifaqından ibarət olmahdır - dedi. Bunu bugünki həyat
tələb ediyor. Aləmşümul müharibə, böyük inqilab vasitəsilə hasil olan
dünya sarsmtısmın hökuməti dəxi bunu icab ediyor.
Millətlərinin rəngarəngliginə ikinci, gövdəsinin cəsamətinə birin-
ci mövqe tutan Rusiya bundan başqa bir şəkli-hökumətlə daxili sülhi
təmin edəməz! Böylə bir təmin olmuyunca dəxi əzəmət, mədəniyyət və
tərəqqi ümidini bəsləyəməz!
Biz, məhkum millətlərə mənsub olanlar əlbəttə, istiyoruz ki, milləti-
hakiməyə mənsub olanlar arasmda səmimi müdafiələrimiz var. Fəqət
bunu da biliyoruz ki, heç bir zaman bir sinfin və ya bir heyətin xaricdən
olan müdafei onun həqqini kəndisi kibi müdafiə edəmməz!
Kəndçi sinfi, fəhlə qismi kəndi müqəddəratmm müdafiəsini öz sin-
finin mübarizligindən gördügü kibi, bir millət də kəndi hüququnun
müdafıəsini ancaq özündon gözləyə bilər.
İştə, bu məqsədlə, bu gün ukraniyalıların təşəbbüsilə millətlər qu-
rultayı dəvət olunuyor.
Ukrayna qurultayma o millətlər, o vilayətlər toplaşacaq ki, Rusiya
cümhuriyyətini qoşma xəlq cümhuriyyəti şəklində görmək istiyorlar.
Federasyon fikrinin, muxtariyyət arzusunun, istiqlali-milli ideya-
sınm ən şiddətlə çarpan nəbzi heç şübhəsiz ki, Kiyevdədir.
Rusiyadakı məhkum millətlər arasmda ukraynalılar velikorusla-
ra yaxın olduqları halda təmsil zəhərini kəlmələrlə içmişlərdir. Fəqət
milli mənəviyyatları, milliyyətlərinə olan məhəbbətləri onları hər növ
325
təcavüzlərə təhəmmül etdirib kəndi məfxəri-milliyyələrindən uzaqlaş-
dırmamışdır.
Ukrayna siyasi hüdudini qeyb eləmişsə də, məfaxiri-milliyyəsindən
heç bir zaman ayrılmamışdır. Müdəqqiqlər bilərlər ki, əsl vətən haman
məfaxiri-tarixiyyə və milliyyədən ibarətdir.
Hər nə qədər müstəbid Rusiya Boqdan Xmellinitskiyi bir asi
kibi elan edib, Şevçenkonu oxunmaqdan mən ediyor, malorus dilini
məktəblərdən qovmiyordısa da, fəqət başqalanmn təqdirini cəlb edən
o qəhrəmanlıq, digərlərınin zövqünü cəzb edən o dühayi-fikir və sənət
ukraynalıların kəndi mənəviyyatlarım təsxir etməyə bilməzdi.
Şevçenkolarm ruhi malorus səhneyi-tamaşasında gördügünüz o
cazibədar zindəligilə daima ukraynalılarm mənəviyyatım qızdırmış.
Kəndilərini parlaq bir ümidi-istiqbal ilə yaşatmışdır. İştə, bu gün o
ruhəfza Kiyev üzərində uçuşuyor və sevdigi millətilə dərdləşməgə gələn
bütün millətlərə lahuti bir sövti-intibahla “ey millətlər anlaşın!” diyor!
Biz əminiz ki, Ukrayna Radasmın dəvətinə icabətlə Kiyevə topla-
nan millətlər böylə bir nidadakı mənayı tamamilə dərk edər və bu həftə
müddətindəki müzakirələri nəticəsində alacaqları qərarlarla sözləşərlər
ki, Məclisi-Müəssisana bir gedilsin.
Rusiyanm qoşma xəlq cümhuriyyəti olacağı istənilsin.
Millətlərin hüququ sözlə degil, iştə təmin edilsin.
Bu tələblərin müvəffəqiyyətlə icrası üçün tarixi yolları bulmuş olan
bu millətlərin hərəkətləri müvafiqət alsın.
Kiyevdəki millətlər qurultayına Zaqafqasiya daxil olduğu halda bü-
tün türk qövmləri, islam millətləri də iştirak eləmişlərdir.
Biz türklərlə müsəlmanlar tarixi bir surətdə toplanan bu qurultaya
böyük ümidlər bağlıyoruz. Burada bağlanacäq əhd və misaqlara ina-
mb burada içiləcək andlara əski türk “andı” qədər əhəmiyyət veriyoruz.
Rusiyadakı millətlərdən Ukrayna ilə müsəlmanlar velikoruslar-
dan sonra ən böyük millətlərdir. Bu iki millətin səsi Daxili Rusiya
siyasətini ölçəcək mizanə qoyulursa, o zaman qoşma xəlq çümhuriyyəti
kaffəsinin basacağına şübhə qalmaz.
Biz müsəlmanlar Rusiya cahangirligindən çox çəkdik. Biz türklər
Rusiya mərkəzindən təngə gəldik. Bir daha o cahangirligə yol ver-
miyəcəgiz. Bir daha o mərkəziyyətə boyun əgməyəcəgiz.
326
Bunu nümayəndələrimiz orada söyləməgə və oradan bütün Rusiya-
ya eşitdirməgə vəkildirlər.
Biz də millətlərin qurultayını təbrik edərkən bunu düşünüyor və bu
düşüncəmizin ifadəsini: Yaşasın qoşma xəlq cümhuriyyəti. Yaşasm
milli-məhəlli muxtariyyətlər! - şüarında buluyoruz.
M.Ə.Rəsulzada
“Açıq söz”, 10 sentyabr 1917, JVa563
Kütah - qısa, gödək
327
Bir dərs daha
Mədənlərin şəhərə bitişdirilməsi məsələsi xüsusi Zaqafqasiya
komitəsi tərəfindən sosialist fırqələrin istədigi kibi həll olunmuşdur.
Mədənlərin şəhərə bitişdirilməsi lazım görülmüşdiir.
Mədənlərlə bərabər Zığ, Bibiheybət, Sabunçu, Zabrat, Binəqazi, Su-
raxanı, Biləcəri, Əmirhacıyan, Digah, Bülbülə, Əhmədli, Keşlə və Ba~
laxanı kəndləri də şəhərə qoşuluyorlar.
Bu on üç kəndin əvvəlcədən heç məsələsi yox idi. Mədənləri şəhərə
bitişdirmək istəyənlər mədənlər içində bulunan bu kəndləri belə gör-
müyorlardı. Fəqət sonra kənd demokratiyası, müsəlman-türk külliyyəti
öz sözünü söylədi. Həyati mənfəətlərinin ayaq altma alındığmı bağı-
rıb çağırmaya başladı. Buna bir güzəşt olaraq uyezd zemstvosuna əks
gedənlər fövqüzzikr 13 kəndin də şəhərə bitişdirilə biləcəgini söylədilər.
Mədənlərlə bərabər bu 13 kəndin dəxi şəhərə bitişdirilməsi
mübarizəyə başlayan müsəlman demokratiyasınm tələbinə qarşı bir
güzəştdir.
Bu demokratiya gec degil, vəqtində mənfəətini qansa, vəqtində
səsini yüksəltsə, vəqtində birləşib mütəşəkkil bir qüvvət təşkil etsəydi
o zaman şübhəsiz ki, əsl istədigini də ala bilərdi.
Bu məsələdə müvəffəqiyyət tamamilə müsəlman demokratiyasma
üz vermədisə, bundan almacaq bir dərs vardır. Daha ziyadə təşkilat,
daha ziyadə ittihad!
Əgər bu gün səsini uyezd zemstvosu lehində yüksəldən müsəlman
əmələsi ilə kənd demokratiyası bu gün degil, dünki gün danışsay-
dı və daha qüvvətli səslə bağırsa, daha qüvvətli təşkilat və qüvvətlə
istədiklərini nümayiş etdirsəydi, o zaman şübhəsiz istədiginə nail
olardı.
Daha ziyadə təşkilat, daha ziyadə ittihad!
İştə, mövzudakı keyfiyyətdən almacaq bir dərsi-intibah!
M.Ə.
“Açıq söz”, 11 sentyabr 1917, JV«564
328
Məkulat böhranı
Rusiyada ərzaq və mühimmat yoxluğu öylə bir dərəcəyə yetişmişdir
ki, paytaxt qəzetələrinin dedigi kibi artıq böhran degil, fəlakət şəkli al-
mışdır. Hazırda bütün Rusiyamn fikrini işğal edən çörək məsələsidir.
Nə siyasət cəmaəti o qədər maraqlandırıyor, nə inqilab, nə də ümumun
müqəddəratı; hər şeydən artıq çörəkdir. Halbuki müharibənin dəvami
məmləkətin asayişi, xəlqin sakitligi həp çörək məsələsinə bağlıdır. Ac
qalan cəmaət heç vəqt sakit durub ölümünü göziəməz və nəticədə qa-
rışıqlıq, hərcü-mərc çıxar, bunun qabağında heç bir qüvvə dayanamaz.
Hazırda isə Rusiyamn halı bu dərəcəyə varıyor. Paytaxt qəzetələrinin
yazdığma görə paytaxtlarda və bəzi sair şəhərlərdə xəlq acından öl-
müyorsa da, demək olar ki, doyunca yeyən də tapılmaz. Hamı yarı-
mac bir halda yaşıyor. Digər tərəfdən də pozğunluq, nəqliyyat işlə-
rinin pərişanlığı get-gedə artmaqda, kəsbi-şiddot etməkdədir. Bu uğur-
da imdiyə qədər görülən tədbirlər də gözlənilən nəticəyi vermiyor.
Hökuməti-müvəqqətə kəndlərdən taxıl almağı asanlaşdırmaq və bu
surətlə aclığm qabağını almaq qəsdilə sabit qiymətləri ikiqat artırdı.
Fəqət bundan da öylə ciddi bir nəticə gözlənmiyor. “R.V.” qəzetəsi bu
məsələyə təxsis etdigi bir məqaləsində diyor ki, “bəlkə ilk dəfə kondlilər
bir qədər taxıl buraxarlar, fəqət az çəkməz yenə taxıl buraxmaqdan im-
tina edərlər. Çünki bir tərəfdən qiymətin bir daha artırılmasmı gözlə-
yəcəklər, digər tərəfdən də kəndlilərə pul lazım degil, möhtac olduqları
filiz və mənsucat verilmədikcə əllərində olan qiymətli malı kağız pula
dəgişmiyəcəklərdir”.
Bu surətlə yemək məsələsi böhranı keçmiş, fəlakətə üz qoymuşdur.
Səlahiyyətli dairələrdən verilən məlumata görə nəqliyyat vəsibləri də
get-gedə zəifləşiyorlar, xarab olmuş vaqon və parovozlann miqdarı artı-
yor. Su yoluyla da taxıl az aparılıyor; böylə ki, rəqəmlərlə göstərildiginə
görə bu il su yoluyla daşınan taxılın miqdarı keçən ildəkindən on qat
azdır. Halbuki keçən il də lazımi miqdarda taxıl çox az daşmmışdı.
Digər tərəfdən də bu yaxınlarda çaylar donub su yolları kəsiləcəkdir.
329
“R.V.” mühərrirbrindən “N.Ay.” ərzaq və mühimmat məsələsinin nə
dərəcə fəna bir halda olduğunu təsvirlə yazıyor ki: ac əhali ancaq çörək
fikrilə yaşıyor. Hər yer böyük təhlükədədir. Əhaliyə yaxm olanlar, onun
əhvalmı bilənlər yaxın zamanda böyük fəlakət gözlüyorlar. Müstəhlik
quberniyalarda ancaq bir neçə günlük çörək var. Gətirilən taxılm da
miqdarı lazım olandanneçə qat əksikdir. Getdikcə də əksiliyor. Şəhərlər,
kəndlər, rr.ndən, zavod, fabrika dairələri çörəksizdirlər. Şəhərlər hər
gün aclıq gözlüyorlar, fabrika, zavodlar dəxi təmin edilməmişlərdir.
Ərzaq idarə və komitələri və müdirləri köməksiz bir haldadırlar.
Komitə və idarələrdəki adamlar təcrübəsiz, biliksiz şəxslər olub işdən
ziyadə siyasət və firqə mübarizəsilə məşğuldurlar. Iclaslar quruluyor,
nitqlər söyləniyor, pullar sərf olunur, amma bir iş edə bilmiyorlar. Heç
kəs danmıyor ki, məkulat almaq çətin, araba ilə daşımaq müşkül, bir
yerdən başqasına şey aparmaq məmnu olduğundan qeyri-mümkün,
dəmir yollarında nəqliyyat işləri pozğun, vaqon naryadı almaq üçün
uzun müddət çahşmaq, çapalamaq lazımdır. Bunların da həpsi ərzaq
və mühimmat işlərini müşkülə salıyor. Amma yeni ərzaq təşkilatmın
da nöqsanı çoxdur. Fəqət bunca fəlakət səbəbini yalnız idarə və komitə
heyətində degil, bütün şəraiti-siyasiyyə və iqtisadiyyədə aramalıdır.
Daxildə siyasi mübarizələri rəf etməli, cəmaəti qorxudan qurtarmah,
inandırmahdır ki, məmləkət hərcü-mərclik olmayacaq, həyat adi qai-
dəsinə düşəcəkdir, Böylə edərlərsə, ərzaq məsələsi bir qədər asanlaşar.
İləri cəmaət hər şeydə istibdadı müqəssir gördügü kibi, imdi də yeni
üsulu, iş başmda. duranları və dövlətliləri müqəssir görüyorlar. Bu-
nun üzərinə də bir çox narazıhqlar, iğtişaş və təcavüzlər çıxıyor. Bu
isə müdhiş, təxribedici bir hərəkətə mübəddəl ola biləcək əksinqilab
zəmini hazırlıyor. Binaənileyh hökuməti-müvəqqətə hər şeydən ziyadə
bu məsələyə diqqət verib onu həll etməlidir.
“Açıq söz”, 12 sentyabr 1917, JV®565
330
Çörək yoxdur
Axır günlərdə çörək yoxluğu şəhərimizdə şiddətlə hiss olunmaya
başlamışdır.
Kooperativlərin qarşısı əli kisəli arvadlar, kişilərlə doluşuyor.
Səhərdən axşama, bəzən də axşamdan səhərə qədər növbəyə durub,
nəhayət evlərinə kisələri boş qayıdıyorlar.
Təbiətdə boşluq yoxdur. Bütün gününü sərf edib də axşam ac uşaq-
larının yanma əliboş qayıdan zavallı atanın, hamisiz və çarəsiz ananm
bu “boşluğu” da əvəzsiz qalmayır. Əli undan, çörəkdən boş qayıdanla-
rm sinəsi kin və nifrətlərlə doluyor.
Xeyriyyədə un veriyorlarmı? - deyə varid olan bir suala kisəsi qol-
tuğunda boş gedən qadınm bütün kainata nifrətlər yağdıran dilindən:
Ey, xeyriyyə də xərabə qalsm! sözünü eşitdim və bu sözdəki dəhşəti
haman hiss edərək tüklərim ürpəşdi.
Xeyriyyə də xərabə qalsın!
İştə, ac cəmaətin əhvali-ruhiyyəsini hekayə edən dəhşətli bir cümlə!
Bu cümlə yalmz Bakıda söylənmiyor. Bu nifrət yalmz “xeyriyyə”yə
yağdırılmıyor, bu nifrət və nifrəti yağdıranlar yalnız müsəlman acizləri,
Verxni-Naqornı vətəndaşları degil, hər yan böylədir.
Böylədir, - dedik: yanıldıq. Doğrusunu etiraf etmək lazım gəlirsə,
Bakınm halı bir çox yerlərdən yaxşıdır.
Əvət, yaxşısı buradır - denilir. İmdi artıq özünüz təsəvvür ediniz.
Təsəvvür ediniz quraqlıq çəkmiş kəndləri, təsəvvür ediniz unun
putu 10 manatlara qədər vuran yerləri.
Əvət, çörək yoxdur. Bütün dünyanı öz çörəgi ilə doyuran Rusiya ac-
dır, achqdan həlak oluyor. Aclıqdan məğlub, acından pərişan oluyor.
Çörək yoxdur. Çünki çöllər əkilməmiş qalmış, çünki məmləkətin ən
çalışqan və işlək qismi yerindən, yurdundan aynlmış, çünki gündən-
günə artan və gündə 40 milyona qədər varan dövlət məsarifini ödəmək
üçün müttəsil işləməkdə və bütün məmləkəti nəqd pullarla dolandır-
maqda olan zərbxana pulun yarısını düşürməkdədir, çünki pulun miq-
darı, dərəceyi-etibarı qalmamışdır, çünki fabrikalar, zavodlar istehsal-
larım əksiltmişlər, lazım olan məvadi xəlqə yetirə bilmiyorlar. Buna
görə də kəndlilər var-yox buğdalarım şəhərlərə buraxmaq istəmiyorlar.
331
Çünki bizə etibarı yox kağız lazım degildir, ç to k i kağız pula heç bir
şey alamıyoruz diyoriar.
Həqq də diyorlar. Buğda verəriz, bəşərte-inke bizə çit veriniz geyək,
dəmir veriniz kotan yapaq, atımızı nallayaq - deyə, mətləblərini izah
ediyorlar. Çit, nal, dəmir və sair mayəhtac hazırlayan zavodlar, fabrika-
lar kəndlilərin bütün bu həqli tələblərini yerinə yetirməkdən acizdirlər.
Çünki dedik əvvəla, əmələbri yox, sonra xam materialları yoxdur.
Olan əmələ ib material da kafi dərəcə və yarannca degildir. İstehsal
azalmışdır.
Bütün bu nk ra əlavə ediniz dəmir yollarınm tərtibsizligini. Əvvəla,
yollar ləvazimi-hərbiyyə daşımaqla məşğul. Müharibənin namüsaidligi
ilə nə qədər vaqonlar düşmənə qənimət olmuşdur.
Daxildəki pozğunluqlar vaqonlarm, vaqondakı əmələbrm də
fəaliyyətini əksiltmişdir.
Bütün bunların bir səbəbi var.
Hərb!
Hərbdir bu bəlalara səbəb olan; horb olmasa bunlar da olmazdı.
Çörək yoxdur, çünki hərb vardır.
İştə, bütün bu əhvalı nəzəri-diqqət və tamla aldıqda insan iki
qəziyyədən birini qəbul etmək məcburiyyətində qalıyor:
Ya hərb, ya pörək!
Bunların fıankısı qəbuf olunursa-olunsun; ancaq bir şey xatirdən çı-
xarılmasın ki, bu iki qəziyyədən hər hanki birisi olsa da, qəbul etmək
üçün qüvvətli bir idarp, bir hökumət lazımdır.
Cəmaətə az-çox təsiri olan dairə və təşkilatlara lazımdır ki, burasım
dərk edib müvəqqəti inqilab hökumətinin etibar və qüvvətini artırmaq
üçün nə lazımsa etsinlər. Bunun üçün də hər şeydən əvvəl və hər növlə
olsa da aclıqböhranm ı çözətilmədə olsa belə rəf etmək lazım!
Yoxsa Rusiya cümhuriyyətində achqpadşah təxtinə çıxar ki, nəticəsi
hərcü-mərc, daha sonrasmı Allah bilir nədir!
M.Ə.
“Açıq söz”, 13 sentyabr 1917, JV2566
Müttəsil - daimi
Qəziyyə - məsələ, hadisə
332
Qurban bayramı
Dördüncü ildir ki, qurbanlarımızı abm şüm ul müharibənin dəhşət-
ləri içində kəsiyoruz. Dördüncü ildir ki, qurbanlarımızı könül şadlı-
ğı ilə degiL, kədər və ənduhlar içində zəbh ediyoruz. Dördüncü ildir ki,
“Allahummə təqabbəl minnə” deyə boğazladığımız qoyunları kəsirkən
minlərlə boğazlanan insanlar, xarabə qalan evbr xəyalımızı çulğalıyor.
Bu müdhiş xəyali-niyyətimizi təzyiq ediyoruz.
Əvət, dördüncü ildir ki, bəşəriyyət qurban veriyor. Dördüncü ildir
ki, insanlar qurbanlıq qoyun kibi boğazlanıyorlar.
Əcəba, neçün? Milli amallar, vətən müdafiəbri, insani m əqsədbr
üçün - diyorlar.
Həzrəti İbrahim Lahuti bir xülusla diai ideahna irmək üçün nuri-
didəsi, cigər parəsi İsmayılı boğazlamaq istədi. Qurbanı qəbul olundu.
ƏI saxlanıldı.
Mədəniyyət aləmi dörd ildir ki, amahna irmək üçün qurban veri-
yor, fəqət hala qəbul edildigi yox. Qəbul olunmuyor, çünki insanları
qurbangahlara sövq edən şüarlar parlaq olsa da, niyyətbr düz degildir.
Hürriyyət, müsavatdan bəhs olunuyor. İşə gəlincə, zülm və cəbrdən
başqa bir şey görülmüyor. Amali-bəşər söyləniliyor. Halbuki bəşərin
degil, bəşərdən bir qisminin amah üçün ölünüb, Öldürülüyor.
M ilb tb rin hüququ deniliyor. Xırda m ilbtlər ayaq altında qalıb,
kimsə onlarla hesablaşmaq istəmiyor. Avropadakı xırda m illətbrə is-
tiqlal istəniliyor. Şərqdəki böyük m illətbrin istiqlalma etina edilmiyor.
Niyyət başqa, iş başqa, elm vardır, əməl yox!
Məqsəd cahangirlik, imperializm, şüarı demokratizm, sülhpərvərlik.
İştə, dörd ildən bəri verilən qurbanlarm qəbul edilmədigini mucib olan
səbəb:
Böyük yalan, Avropa yalanı!
Bütün elmi, fənni, mədəniyyəti, ürfan və idrakı ilə bərabər Avropa
cəmaəti bu böyük yalana inanacaq qədər cahil və qafil çıxdı. Qəflətinin
cəzasını çəkdi. Bihudə qurbanlar verdi, veriyor. Odur ki, göydən qoyun
da enmiyor.
Əvət, dörd ildir Avropa böyük bir səhneyi-məzalim təşkil etmiş,
hərbin haman ilk ilində sülh m tizar edilməkdə ikən bu gün belə “İsma-
yıl” qurbanım top gurultuiarı içində kəsiyoruz.
333
Heç şübhə yoxdur ki, bu dilsiz, ağızsız heyvanları kəsərkən hər
kəsin ürəyindən:
-
İlahi, bu nahaq qanları qurtar! - duası keçiyor və dördüncü ildir ki,
bu dua qəbul olunmuyor.
Fəqət builki dualar qabaqkılara bənzəməz. Çünki artıq aliheyi-hərb
hüzuruna götürülən demokratiya ona degil, alihei-hürriyyətə fəda ol-
maq, bütpərəstlərə degil, İbrahimə təbəiyyət etmək istiyor. Xəlqdəki
böylə bir intibah şübhəsiz ki, sülhü yakmlaşdırıyor. Bu gün “İsma-
yıl” bayrammda sizi çoxdan bəri gözlənən sülh xəbəri ilə təbrik edə
bilməsək də, sülh əlamətlərindən xəbər verməklə şadlandıra biləriz.
Bu sülh şübhəsiz ki, qurbanlarımızın qəbulu surətilə mətlubdur. Bu
qəbul isə məqsədin səlamət və tamamiyyətindən ibarət!
Məqsəd bəlli: hürriyyətin ibqası, millətlərin təmini-amalı!
* * *
Hürriyyətin ibqäsı, millətlorin təmini-amalı! Əvət, bu iki əsasm
bəqasilədir ki, bu günü bayram tutan 25 milyonluq Rusiya müsəlmanlığı,
bu böyük türk milləti özünü məsud hesab edə bilər. Bu məsudiyyətin
ən böyük dəlili bu gün Kazanda icra olunan şənliklər; əski türk və
müsəlman abideyi-mədəniyyətini təşkil edən Sevim Bikə minarəsi
üzərinə qonmuş “Aryol” yerinə “HilaF’m qonmasıdır!
Kazanh qardaşlarımız bu gün millətlərinin bəqası və əski mədəniy-
yətlərinin əhyası yolunda götürdükləri qədəmlərini tarixi bir təntənə ilə
təqdis ediyorlar. Bilməlidirlər ki, bu gün yalnız Kazan degil, bütün Ru-
siya türklügü, türk mədəniyyət və milliyyəti bayram ediyor; əməlpərvər
könülləri qabardan bu əmri-əzim qarşısmda hamısı pürümid:
Bayramlar mübarək! - diyor.
M.Ə.RəsuIzadə
“Açıq söz”, 14 sentyabr 1917, JVs567
Ənduh - qəm, qüssə, kədər
Alihə - Allahlar
İbqa - daimiləşdirmə, əbədiləşdirmə
Zəbh - boğazlamaq, kəsmək
Pürüm id - ümid dolu
334
Peterburq demokrat şurası
Məmləkətə üz vermiş böhran münasibətilə Peterburqda aym 14-dən
bəri mütəşəkkil demokratiyanümayəndəbrinin şurası iclas etməkdədir.
Petroqrad şurasından əvvəl Moskva şurası yığılmışdı; ondan əvvəl
dəxi bir neçə şuralar olmuşdu. Bu şuralar hər zaman üz vermiş böh-
rana çarəsaz olmaq üçün toplanmışsalar da, hər dəfə haman gözlənən
müvəffəqiyyətə nail olmayıb quru bir göstərişdən ibarət olmuşlardlr.
Bilxassə bundan bir ay əvvəl toplanan Moskva şurası Rusiya comaətini,
inqilabçı demokratiyayı, məmləkətin zihəyat bütün siyasi və icti-
mai qüvvətlərini birləşdirmək, birgələşdirmək qəsdilə toplanmışdısa
da, tamami-milləti birləşdirmək o yanda, demokratiyamn özünü belə
qane edə bilməmişdi. Bu şurada qüvvətli sözlər denilmiş, vətənpər-
vərlik həmiyyəti tərvic olunmuş, vətən, hürriyyət və inqilab naminə
fədakarlıq istənilmişdi. Sosyalist Sereteli ilə burjua Bublikov əl-ələ
vermişlərdi. Kerenski bütün məharətini, iqtidanm, şiddətini, hiddətini,
cahu-cəlalmı, hamısını işə vermiş, ürəkləri atəşə yakacaq böyük bir
düha (jeni) kibi görünmüş, dəmir yeyib göyə püfkürmüş, möcüzələr
yaratmaq istəmişdi. Fəqət bunlarla bərabər Moskva şurası ecaz
göstərməkdən aciz qalmış, Rusiya siniflərini birləşdirə bilməmişdi.
Moskva şurasından sonra inqilab hökuməti kəndi əleyhində sui-
qəsdlər hazırlandığını kəşf elədi. Bir az sonra daha Kornilov vəqəəsi
meydanə çıxdı. Bütün demokratiya kornilovçuluq əleyhinə qalxmaqda
ikən kadetlik Kornilova nisbət müdafe bir vəziyyət aldı.
Bublikovlara əl uzatmaqla inqilabı müdafiə etmək istəyən seretelilərin
dili qısalıb Petroqrad, Moskva əmələləri başda olmaq üzrə inqilabçı de-
mokratiya aşkar burjualarla etilaf tərəfdarı olan sərkərdələrdən eraz
etdi. Leninlərin kursu qalxdı. Bolşeviklər su üzünə çıxdılar. İmdiki de-
mokratik şura dəvəti lazım görüldü.
Demokratiya şurası artıq müzakiratə başlamış. Müvəffəqiyyəti bu-
lacaqmı, yoxmu? İştə, bir sual. Keçən şuraların müvəffəqiyyəti olma-
mış idisə, səbəbi o idi ki, bu şuralarda böyük sözlər söylənmişsə də,
335
əfkari-ammənin dediginə, xəlqin istədigino yanaşılmamışdı. Əhvalın
canlı nöqtəsinə əl atılmamış, əsl dərddən danışılmamışdı.
Qəsdən damşılmamış və əmdən görülməmiş olan bu dərd, dərdini
gizlədən hər məriz kibi, Rusiyaya bəhayə oturdu; Riqanın getməsinə,
Kornilovun xürucuna, ordunun tamamilə işdən düşməsinə, “millət
həlak oluyor!” nidasmın çəkilməsinə səbəb oldu.
Əgər demokratiya şurası dəxi keçmiş şuralar kibi həqiqətdən de-
gil, mücərrədatdan bəhs edəcək və əsl dərdi kənarda buraxacaq olur-
sa, məmləkətin zavalım tezləşdirəcək, yeni xətalarda bulunmaqla yeni
fəläkətlərə mcydan verəcəkdir.
Bu xəta heç şübhəsiz ki, Rusiyanm artıq müharibəyi dəvam etdirmək
iqtidannda olmadığmı cəsarətlə etiraf etməməkdən ibarətdir; bu eti-
ra f zəif qəlbdən, məmləkət mənafeinə göz örtməkdən degil, inqilabın,
cümhuriyyətin, vətənin, demokratiyanın ən həqiqi mənfəətlərindən çı-
xan bir etirafdır. Dəhşətlidir, vəhşətlidir, acıdır, fəcidir - fəqət həqiqət-
dir. Rusiya əfkari-amməsi bunu çoxdan ctiraf etmişdir. Əgər əfkari-
ammənin bu etirafına inqilabm əvvəllərində qulaq asılsaydı, bəlkə də
işlər bu raddəyə gəlməzdi. İnqilabçı demokratiya ta ibtidada ikən bu
istiqaməti tutmaq istəmiş, “yer və xərc almamaq və miilətlərə həqqi-
istiqlal vermək surətilə sülh bağlamaq” şüarım ortaya atmışdı. Əgər
imperializm idcoloqlanmn İstaııbul və Ayasofya başmdakı xaç röyası
ilə oynadıqları intriqalarmı vəqtində görə büsəydi, inqüabçı demokra-
tiya bu gün “qırılmış tabaq” qarşısmda bulunmazdı.
Artıq nəşeyi-inqilabla sərməsti-xəsar olmaq bəlasından qurtarıb,
açıq gözlə təhlükəyi görmək zamam gəlmişdir. Təhlükəli zamanlarda
qəhrəmanlıq, cəsarət yalnız mütəhvkanə bir surətdə təhlükəyə atılmaq-
dan ibarət degildir. Vəqt vardır ki, ürəyini dişinə tutub da barışmaq,
başrnı itirib də vuruşmaqdan daha cəsuranə və daha fəzilətkaranədir.
İmdi biz öylə bir zamandayız. Peterburq şurası zamamn bu nöqteyi-
nəzərdən əhəmiyyətini dərk etdisə demokratiya qazandı. Yoxsa daha
böyük imtahanlara, daha böyük fədakarhqlara hazır olmalıyız!
Bununla bərabər şura məmləkətdə yeni bir rah yüksəkligi, yeni bir
həyəcan, yeni bir coşqunluq doğurmalıdır. Demokratiya sinfi inqilab-
dan əməli faidələr görməli ki, idrakı artsm, qeyrətə gəlsin. Millətlərin
hiiququ, hüquqi-siyasiyyə və müliyyələri sabiqki inqilab hökuməti kibi
336
barmaq arasından görülməyib haman qövldən-felə gətirilməli; milli
tələblərə hesab verməli, Rusiya kibi böyük və müxtəlif millətlər yatağı
olan məmləkətin federasiyadan başqa bir üsuli-idarə ilə idarəsi müm-
kün olmayacağı həqqində hər kəsə bir qənaot gəlməli; bu qənaətə Pet-
roqrad şurası dəxi borcunu verməlidir.
Bu borc verilərsə o zaman Rusiya millətlərində yeni bir ümid do-
ğacaq, bu ümid məmləkətdə mövcud müxtəlif heyotlərin fəaliyyət və
xəllaqiyyətini təhrik edəcək; bu isə qeyrət və təşəbbüslərə möhtac zəif
məmləkət bədəninə yeni bir qüvvət, yeni bir ruh verəcəkdir!
Dostları ilə paylaş: |