MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə16/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   12   13   14   15   16   17   18   19   ...   68
frazeoloji

Bu gec
ə iynə ilə gor qazacaydım. 
Külüng 
çalmalıydım 
 
 
 
bir gec
ənin qaranlığına (77, 21). 
 
Ancaq bel
ə fərz edək 
İlk dəfə yalan deyən 
Ya qorxusundan deyib, 
Ya can 
yanğısından. 
O zamndan dünyada 
Ayaq tutub, yeriyib yalan (96, II, 204). 
 
 
S
ən axmaqsan, öyənin var, 
Kür
əyinə döyənin var. 
«Vur, g
əlirəm» – deyənin var, 
Pazla 
çıxardılar pazı (82, 158). 
 
Bir 
sıra frazeoloji birləşmələr leksik-semantik məna yükünə, 
üslubi r
ənginə, funksiyasına görə sözlərə ekvivalent olsa da, incə 
özün
əməxsusluqları  ilə  ciddi  fərqlərə  də  sahib  olur.  Eyni 
m
əfhuma  bağlı  olub  mənaca  üst-üstə  düşsələr  belə,  bir  sıra 
üslubi  r
ənginə  və  məna  çalarlarına  görə  bir-birindən  ciddi  şə-
kild
ə fərqlənirlər. Elmi ədəbiyyatda doğru müəyyənləşdirilmişdir 


          
 
 
47 
ki, «Frazeologizml
ər  sözlərin  ekspressiv  sinonimləri 
keyfiyy
ətində qəbul edilməlidir» (45, 7). 
Buna  gör
ədir  ki,  Azərbaycan  dilinin  frazeoloji  fondunun 
poeziya dilind
ə fəaliyyət sferası olduqca geniş və məzmunludur. 
Şeir  dilinin  quruluşuna,  daha  konkret  desək,  onun 
qanunauyğunluqlarına  görə  elastikləşmə  keyfiyyyəti  kəsb  edən 
frazeologiya  bütün  poetik  m
əqamlarda bədii təsvir imkanlarının 
tük
ənməzliyini  təsdiq  edir.  Onların  obrazlılıq  cizgiləri  şeirin 
poetika  al
əminə  daha  geniş  miqyasda  daxil  olur.  Bu  meyli 
H.Arif,  F.
Sadıq,  F.Qoca,  E.Borçalı,  A.Abdulla,  M.Yaqub, 
Z.Yaqub,  M.Aslan,  S.Rüst
əmxanlı,  F.Mehdi,  R.Zəbioğlu, 
E.
Borçalı,  A.Laçınlı  və  digər  şairlərimizin  poeziya  dilində 
görm
ək mümkündür. 
 
Odur ki, b
əxtimiz gətirməyəndə, 
Yad gözl
ər bizləri götürməyndə, 
B
əhsə girişməyək arxalılarla, 
Yen
ə yolumuza düşək vüqarla. 
...
İradə – qulaqda sırğamız olsun, 
Dizd
ə taqətimiz, arxamız olsun (63, 60). 
 
Yetimin 
əlləri aşa çatanda 
Başı daşa çatır, bu, bir məsəldir. 
Canını özgə bir oda yaxırsan, 
Yerd
ə külü qalır, odu görünməz (95, 20). 
 
«O 
şair xoşbəxtdir ki, onun dili təbiidir və bununla birlikdə 
milyonlarla  oxucunun  d
əruni fikir və hisslərini ifadə edən bədii 
bir  dildir...  Poeziyada  böyük  emosional  qüvv
ə  canlı  insan 
nitqinin  t
əbiiliyi  ilə  birləşməlidir» (24, 267-268).  Şeir  dilinin 
s
əmimiyyəti,  təravət  və  hərarəti  onun  xəlqiliyindədir.  Xəlqilik 
poeziyanın  və  onun  dilinin  ən  canlı,  ən  aktual  məsələsi, 
s
ənətkarlıq problemidir. Poetik yaradıcılıq fəaliyyətində orijinal 
bir 
şair kimi təqdir olunmaq, parlamaq üçün xəlqi təfəkkür tərzi, 


          
 
 
48 
dil  x
əlqiliyi  ən  mühüm  estetik  meyar  olmuşdur.  Məsələn,  dahi 
rus  müt
əfəkkiri  V.Q.Belinskinin  «rus  xalq  şairi»  adlandırdığı 
Lermontov 
poeziyası  yüksək  bədiiliyi  ilə  yanaşı,  xəlqi 
keyfiyy
ətləri  ilə  ləyaqət  səviyyəsinə  qalxmışdır.  Bunun  əsas 
kökü, 
yaradıcılıq  qaynağı,  xalqın  zəngin  folklorundan,  koloritli 
danışıq dilindən yararlanmaq məharətindəndir. Lermontovun özü 
bu  bar
ədə  belə  yazırdı: «Əsl  xalq  poeziyasını  rus  xalq  mahnı-
larında axtarmaq lazımdır. Heyif ki, mənim anam rus yox, alman 
idi.  M
ən  xalq  nağılı  eşitməmişəm.  Onlarda  bütün  fransız  söz 
yaradıcılığında olan poeziyadan daha çox proeziya vardır» (30, 
269). 
Şeir dilinin xəlqiliyi sözün həqiqi mənasında qiymətli bədii 
ovqat,  sonsuz  estetik  t
əsir  vasitəsidir.  Xəlqilik  şeir  misralarına 
hopmuş elə bir cövhərdir ki, o, şairin bədii dil sistemində dərhal 
sezilir,  m
ənəvi  mənşəyə,  milli  qaynaqlara  yaxınlığı  ilə  təbii 
şəkildə  poetik  fikrə  çevrilir.  Bu  məziyyətləri  frazeoloji  ifadələr 
daha 
artıq təcəssüm etdirir. 
Müdrik  ulu 
babalarımızın deyim tərzində mühüm yer tutan 
frazeoloji birl
əşmələr müasir şeirin ifadə üsullarına da qida verir. 
Onun  semantik  yükünd
əki,  səs  ahəngindəki  dadın-tamın  dərin 
kökl
əri  əsrlərin  o  üzündən  gələn  doğma  səslər  bugünkü  şeir 
dilini 
doğma  nəfsə  qovuşdurur.  Frazeologizmləri  poetik  fikrin 
can
lı  və  gözəl  ifadəsinə  tabe  etdirmək,  hər  şeydən  əvvəl, 

əyyən  bir  poetik  niyyətin  bədii  təcəssüm  aktıdır. 
Aktuallaşdırma  prosesində  poetik  ovqatın  səviyyəsinə  müvafiq 
ifad
ə  vasitələrinə  folklor  nəfəsi,  el  ədəbiyyatının  şirəsi  qatılır. 
Aktuallaşmış  ifadələr  öz  gücünü  frazeologiyadan  aldığından 
z
əngin  üslubi  çalarlara  yiyələnir.  Xalq  dilinin  tükənməz  üslubi 
çalar
ları  frazeoloji  birləşmələrin  aktuallaşması  vasitəsilə 
rövn
əqlənir. 
Frazeoloji  t
ərkiblərin leksik-semantik tutumu əhatəli, daxili 
enerjisi k
əskin və tükənməzdir. Şair əməyi, sənətkarlıq iradəsi də 
frazeoloji  novatorluqla  ifad
ə olunan poetik əhatəsinə xüsusi bir 
genişlik  verir.  Sənət  örnəyi  olmağa  layiq  şeir  mətnlərində  xalq 


          
 
 
49 
hikm
ətindən  maya  tutan  frazeoloji  birləşmələr  və  onun  bü-
növr
əsi  üzərində  dayanan  ifadələr  öz  daxili  semantik-üslubi 
əhatəsinə yeni vüsət qazandırır. 
Frazeoloji  birl
əşmələrin  komponentlərini  təşkil  edən 
hiss
ələrin semantik dəyişmələri məna tutumunun genişlənməsinə 
v
ə  məcazlaşaraq  poetikləşmə  keyfiyyəti  kəsb  etməsinə  münbit 
z
əmin hazırlayır. Bu söz birliyi semantik-üslubi inkişafa məruz 
qaldığından  tərkibindəki  ayrı-ayrı  sözlər  öz  nominativ-kom-
munikativ  m
ənalarından  uzaqlaşmaqla  bərabər,  bir  qəlib 
daxilind
ə  bir-birinə  qarışıb, «xəlitə»yə  dönür.  Sözlər  məna 
baxımından  bir-birinə  hörüldüyündən  yeni-yeni  məcazi  məna 
daşıyıcılarına çevrilir. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin