Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları



Yüklə 1.48 Mb.
səhifə10/19
tarix07.12.2016
ölçüsü1.48 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

561) Ekipaj üzvləri hava gəmisini yanacağın olmamasından uçuş vaxtı tərk edən zaman hansı səbəbdən zədələr əmələ gəlmir?

A) Katapult qurğusu ilə yerə zərbə ilə enmədən

B) Paraşütlə ehtiyatsız tullanmadan

C) Təyyarədən yıxılmadan

D) Yanğınla əlaqədar alovun təsirindən

E) Təyyarədən tullanmadan


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
562) Aviasiya qəzası zamanı hadisə yerinə baxışda iştirak edən məhkəmə - tibb ekspertinin vəzifəsinə daxil deyil?

A) Travmaların əmələ gəlmə mexanizmlərini təyin etmək

B) İstintaq orqanlarına metodik kömək

C) Meyitə və onun geyim əşyalarına baxış keçirmək

D) Meyitləri və onların hissələrini yerbəyer etməkdə istintaq işçilərinə kömək etmək

E) İstintaq orqanlarına maddi sübutların toplanmasında və götürülməsində kömək etmək


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Yıxılmalar zamanı alınan zədələr

563) Yıxılmanın növlərinə bunlardan hansı aiddir?

A) Passiv yıxılma

B) Hərəkətsiz yıxılma

C) Aktiv yıxılma

D) Hərəkətli yıxılma

E) Hündürlükdən yıxılma


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
564) Hündürlükdən yıxılmanın növlərinə bunlardan hansı aiddir?

A) Birbaşa

B) Əlaqəli

C) Əlaqəsiz

D) Növləri yoxdur

E) Uzanıqlı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

565) Birbaşa hündürlükdən yıxılmanın hansı növləri var?

A) Əlaqəli

B) Növləri yoxdur

C) Əlaqəsiz

D) Pilləli

E) Aktiv


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
566) Hündürlükdən pilləli yıxılmanın hansı növləri var?

A) Birbaşa

B) Oturaqlı

C) Uzanıqlı

D) Öncə təkan verilmiş

E) Yarı uzanıqlı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
567) Hündürlükdən ayaqüstə yıxılma zamanı çanaqda hansı konstruksion zədələr əmələ gəlir?

A) Bud-çanaq oynağı kapsulunun dağılması və qanın yığılması

B) Bazu sümüyü başının çıxığı

C) Bilək oynağının əzilməsi

D) Sol almacıq sümüyünün sınığı

E) Təpə sümüyünün sınığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
568) Hündürlükdən ayaqüstə yıxılma zamanı baldırda hansı konstruksion zədələr əmələ gəlir?

A) Böyük burmanın çəpinə qəlpəli sınığı

B) Ayaq-baldır oynağının kapsulasının cırılması və qanın yığılması

C) Bud sümüyü başının qapalı sınığı

D) Ənsə sümüyünün deşilmiş sınığı

E) Sol bazu sümüyünün qəlpəli sınığı


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов Судебная медицина, Санкт-Петербург, 2009.
569) Hündürlükdən yıxılma zamanı konstruksion zədələr harada əmələ gəlir?

A) Təyin edilmir

B) İlkin zərbə yerində

C) Bir-birinin yanında

D) Təsir olunan yerdə

E) Güclü təsir olunan yerdən kənarda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
570) Yıxılma anında xəsarətlərin ağırlığına təsir edən amil bunlardan hansıdır?

A) Zərərçəkənin boyu

B) Yıxılan insanın bədən çəkisi

C) Zərərçəkənin cinsi

D) Hava şəraiti

E) Zərərçəkənin yaşı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

571) Hündürlükdən birbaşa yıxılmanın pilləli yıxılmadan fərqi nədədir?

A) Bədənin düşdüyü yerin relyefinin müxtəlifliyində

B) Yerə düşmənin növündə

C) Bədən çəkisinin müxtəlifliyində

D) Bədənin uçan zaman hər hansı bir maneə ilə toqquşma fazasının olmamasında

E) Uçuş zamanı bədənin havada fırlanmasının olmamasında


Ədəbiyyat: Шакир Мусаев, Попов Леонидович. Судебная медицина. Санкт-Петербург. 2009.
572) Arxası üstə pilləkanvari yıxılma zamanı xəsarətlər əsasən bədənin hansı nahiyyələrində yaranır?

A) Ənsə, kürək və bel nahiyyələrində

B) Gicgahlarda

C) Alında

D) Təpədə

E) Körpücük nahiyəsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
573) Hündürlükdən birbaşa yıxılma zamanı zədələr hansı səbəbdən əmələ gəlir?

A) Bilavasitə zərbənin təsirindən

B) Bilavasitə uçuş zamanı

C) Vasitəli sıxılmadan

D) Hava axınının təsirindən

E) Bilavasitə sıxılmadan


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
574) Bunlardan hansı yıxılmanın növüdür?

A) Stuldan yıxılma

B) Şəxsin öz boyu hündürlüyü səviyyəsindən yıxılması

C) Ağacdan yıxılma

D) Hündürmərtəbəli binadan yıxılma

E) Qayadan yıxılma


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

575) Bədənin hündürlükdən birbaşa yıxılması zamanı əmələ gələn zərbənin təsirindən baş verən zədələr hansılardır?

A) Yerli


B) Xəsarət yaranmır

C) Konstruksion

D) Eyni zamanda həm yerli, həm də konstruksion

E) Təyin edilmir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

576) Hündürlükdən yıxılma zamanı yerə ayaq üstə düşən insan bədənində əmələ gələn zədələr ilkin olaraq bədənin hansı nahiyəsində lokalizasiya olunur?

A) Çanaqda

B) Pəncələrdə

C) Budlarda

D) Onurğada

E) Baldırlarda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

577) Hündürlükdən diz üstə yıxılma zamanı əmələ gələn zədələr ilkin olaraq bədənin hansı nahiyəsində lokalizasiya olunur?

A) Pəncələrdə

B) Dabanlarda

C) Baldırlarda

D) Çanaqda

E) Diz oynaqlarında


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов. Судебная медицина. Санкт-Петербург. 2009.
578) Hündürlükdən yıxılma zamanı bilavasitə zərbə nəticəsində hansı zədələr əmələ gəlir?

A) Konstruksion

B) Xəsarət əmələ gəlmir

C) Lokal

D) Təyin edilmir

E) Eyni zamanda həm lokal, həm də konstruksion


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

579) Hündürlükdən yıxılma zamanı ayaq üstə düşdükdə daxili orqanlarda hansı konstruksion zədələr əmələ gəlir?

A) Ağ ciyər kökü nahiyəsinə iri ləkələr şəklində qansızmalar

B) Qalça arteriyasının cırılması

C) Qara ciyərin visseral səthinə qansızma

D) Böyrəyin aşağı qütbünə qansızma

E) Bud arteriyasının cırılması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
580) Ayaq üstə duran insanın arxası üstə yıxılması zamanı hansı nahiyədə yerli zədələr əmələ gəlir?

A) Budun yan səthi

B) Başın ön-təpə nahiyəsi

C) Döş qəfəsinin ön səthi

D) Dirsək oynağının arxa səthində

E) Baldırların ön səthi


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов. Судебная медицина. Санкт-Петербург. 2009.

581) Hündürlükdən pəncə üzərinə yıxılma zamanı hansı nahiyədə konstruksion zədələr əmələ gəlir?

A) Yalnız döş sümüyündə

B) Kəllə sümüyünün tikişlərində

C) Kəllə tağında

D) Budda, baldırda və çanaqda

E) Yalnız qarın nahiyyəsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
582) Hündürlükdən diz üzərinə yıxılma zamanı hansı nahiyədə yayılmış zədələr əmələ gəlir?

A) Ağız boşluğunda

B) Kəllə tağında

C) Baldırda

D) Kəllə əsasında

E) Dizdə, budda, baldırda, çanaqda


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов . Судебная медицина. Санкт-Петербург. 2009.

583) Hündürlükdən yıxılma zamanı pəncə üzərinə düşdükdən sonra ətalət əsasında bədən əsasən hansı istiqamətdə yerini dəyişir?

A) Arxaya doğru

B) Dəyişmir

C) Yanlara

D) Aşağı

E) Yuxarı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

584) Hündürlükdən yıxılma zamanı diz üzərinə düşdükdən sonra ətalət əsasında bədən hansı istiqamətdə yerini dəyişir?

A) Yuxarı

B) Aşağı

C) Yerini dəyişmir

D) İrəliyə doğru

E) Yanlara


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

585) Hündürlükdən yıxılma zamanı sağrı üzərinə düşdükdən sonra ətalət əsasında bədən hansı istiqamətdə yerini dəyişir?

A) İrəli

B) Yuxarı

C) Yerini dəyişmir

D) Aşağı

E) Arxaya doğru


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов. Судебная медицина. Санкт-Петербург. 2009.
586) Hündürlükdən yıxılma zamanı pəncə üzərində düşdükdən sonra bədənin irəliyə doğru yerdəyişməsi nəticəsində ikincili lokal zədələr hansı nahiyədə əmələ gəlir?

A) Kəllə əsasında

B) Çiynin önündə

C) Dizlərdə, əl və döş qəfəsində

D) Sağrılarda

E) Ənsə nahiyəsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

587) Hündürlükdən yıxılma zamanı başı üstə düşdükdən sonra bədənin arxaya doğru yerdəyişməsi nəticəsində ikincili lokal zədələr hansı nahiyədə əmələ gəlir?

A) Kürək, bel və sağrılarda

B) Başda

C) Diz oynağında

D) Sifətdə

E) Döş qəfəsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
588) Hündürlükdən yıxılma zamanı başı üstə düşdükdən sonra bədənin ətalətlə irəliyə doğru yerdəyişməsi nəticəsində ikincili lokal zədələr hansı nahiyədə əmələ gəlir?

A) Ənsə nahiyəsində

B) Onurğa sütununda

C) Əl-daraq sümükləri, döş və qarın nahiyələrində

D) Kəllə tağında

E) Beldə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
589) Hündürlükdən başı üstə yıxılma zamanı hansı nahiyədə konstruksion zədələr əmələ gəlir?

A) Diz oynağında

B) Pəncələrdə

C) Kəllə əsası, döş və qarında

D) Əl-daraq sümüklərində

E) Təyin edilmir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
590) Hündürlükdən sağrı üstə yıxılma zamanı hansı nahiyədə yayılmış zədələr əmələ gəlir?

A) Pəncələrdə

B) Budlarda

C) Döş, qarın və çanaqda

D) Daraq sümüklərində

E) Əl barmaqlarında


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов. Судебная медицина. Санкт-Петербург. 2009.
591) Hündürlükdən yıxılma zamanı sağrı üstə düşdükdən sonra bədənin ətalət əsasında sağa doğru yerdəyişməsi nəticəsində ikincili yerli zədələr hansı nahiyədə əmələ gəlir?

A) Sol budun ön-iç səthində

B) Çanağın sol bayır səthində

C) Başın sol tərəfində

D) Döşün sol bayır səthində

E) Sağ yuxarı ətrafın və sağrının bayır tərəfində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


Odlu silah zədələnmələrinin məhləmə-tibbi ekspertizası

592) Hansı hallarda odlu silah zədələnmələri əmələ gəlmir?

A) Avtomatdan atəşdə

B) Barıtın partlamasında

C) Yanacaq maddəsinin partlayışında

D) Revolverdən atəşdə

E) “Həqiqi” partlayıcı maddələrin partlamasında


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
593) Odlu silah növünə hansı aid deyil?

A) Döyüş silahları

B) Əldə düzəltmə silahlar

C) Atipik silahlar

D) Pnevmatik silah

E) İdman silahları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
594) Hamar lüləli odlu silahların kalibri nəyə əsasən təyin edilir?

A) Bir funt qurğuşundan hazırlanmış cüt kürələrin sayına görə

B) Atəşin məsafəsinə görə

C) Patrondaşının diametirinə görə

D) Lülənin uzunluğuna görə

E) Qırmaların diametirinə görə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

595) Yivli lüləli silahların kalibri necə təyin edilir?

A) Güllənin diametrinə görə

B) Lülədəki əks yivlərarası sahədə məsafəyə (diametrə) görə

C) Lülənin uzunluğuna görə

D) Lülənin xarici diametrinə görə

E) Qırmaların diametrinə görə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

596) Bunlardan hansında enerji mənbəyi odlu silahdakı kimidir?

A) Tikinti-montaj tapançalarında

B) Sualtı ox - nizələrdə

C) Tullayıcı qurğularda

D) Drellərdə

E) Pnevmatik silahlarda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

597) Əldə düzəltmə odlu silaha hansı aiddir?

A) Döyüş tüfəngləri

B) Fitillər

C) Qumbaralar

D) Tapançalar

E) Perforatorlar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
598) Bunlardan hansı dəyişdirilmiş odlu silaha aiddir?

A) Pulemyotlar

B) Kəsik lüləlilər

C) Tapançalar

D) Döyüş tüfəngləri

E) Revolverlər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

599) Tüstüsüz barıtın yanması zamanı yaranan barıt qazlarının həcmi tüstülüdən neçə dəfə çoxdur?

A) 15 dəfə

B) 50 dəfə

C) 20 dəfə

D) 3 dəfə

E) 10 dəfə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

600) Odlu silah patronlarında hansı keyfiyyətlərə və səbəbə görə tüstüsüz barıtdan istifadə olunur?

A) Ucuz başa gəlir

B) Atıcıya ağır toksiki təsir edir

C) Daha çox barıt qazları əmələ gəlir, az tüstü və alov verir, gurultusu az olur,tam yanır

D) Beynəlxalq təşkilatların qadağası var

E) Qanunvericilik yol vermir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

601) Yüksək kinetik enerjiyə malik güllənin hədəfə hansı təsiri var?

A) Keyləşdirici

B) Kontuzion

C) Pazvarı

D) Uyuşdurucu

E) Dağıdıcı-parçalayıcı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
602) Orta kinetik enerjiyə malik güllə hədəfə necə təsir edir?

A) Çapıcı

B) Hidrodinamik

C) Pazvarı

D) Kəsici

E) Yandırıcı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
603) Kiçik kinetik enerjiyə malik güllə hədəfə necə təsir edir?

A) Partlayıcı

B) Hidrodinamik

C) Kontuzion

D) Çapıcı

E) Kəsici


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
604) Bunlardan hansı odlu silah yarasının elementi hesab olunmur?

A) Yara kanalının divarları

B) Yara kanalının giriş dəliyi

C) Çıxış dəliyi

D) Yara kanalının mənfəzi

E) Yaradan axan qanın miqdarı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

605) Yara kanalının elementlərinə hansı aid deyil?

A) Yara kanalın mərkəzi hissəsi

B) Kanal ətrafı toxumaların əzilmə zonası

C) Toxumaların molekulyar silkələnmə zonası

D) Yara kanalının divarları

E) Giriş dəliyi ətrafında çökmüş atəşin əlavə faktorları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

606) Başda hansı yara kanalı odlu silah zədələnmələri üçün xarakterik deyil?

A) Toxunan

B) Sirkulyar

C) Kor


D) Dəlib-keçən

E) Fasiləli


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
607) Məsafəsinə görə bunlardan hansı atəşin növünə aid deyil?

A) Atəşin əlavə faktorlarının təsiri hüdudundakı məsafədən açılmış atəş

B) Çox yaxın məsafədən atəş

C) Yaxın məsafədən atəş

D) Dirənmiş vəziyyətdən atəş

E) Uzaq məsafədən atəş


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

608) Bunlardan hansı odlu silahdan dirənmiş vəziyyətdə açılan atəş hesab olunmur?

A) Silahın ağız kəsiyinin hədəfə toxunması

B) Lülənin ağız kəsiyinin dirəndiyi əlin hədəfə söykənməsi

C) Silahın qundağının hədəfə dirənməsi

D) Natamam dirənmiş vəziyyət

E) Silahın kompensatorunun hədəfə dirənməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

609) Bunlardan hansı atəşin əlavə faktoru deyil?

A) Barıt qazları

B) Barıt dənəcikləri

C) Atəşin hisi

D) Gülləönü hava

E) Mərmi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

610) Yaxın məsafədən atəş zamanı mexaniki təsir edən nədir?

A) Mərmi


B) Atəşin alovu

C) Barıt qazlarındakı karbon qazı

D) Atəşin hisi

E) Barıt qazlarındakı dəm qazı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
611) Dirənmiş vəziyyətdə atəş zamanı termiki təsirə səbəb nədir?

A) Mərmi


B) Atəşin alovu

C) Barıt qazlarındakı dəm qazı

D) Atəşin hisi

E) Barıt dənəcikləri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

612) Dirənmiş vəziyyətə yaxın atəş zamanı kimyəvi təsirə səbəb nədir?

A) Atəşin alovu

B) Mərmi

C) Barıt dənəcikləri

D) Metal tozları

E) Barıt qazları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
613) Odlu silah güllə yarasının giriş dəliyinin əsas əlamətləri hansıdır?

A) Yaranın dairəvi forması

B) Yaranın kənarlarının uyğun gəlməsi

C) Yara nayihəsində toxuma defekti, sıyrılma və silinmə halqalarının olması

D) Yaranın kənarlarının hamar olması

E) Yaranın mənfəzinin aralı olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

614) Odlu silah güllə yarasının çıxış dəliyinin əsas əlamətləri hansıdır?

A) Yaranın dairəvi formada olması

B) Yaranın kənarlarının daxilə yönəlməsi

C) Yarada toxuma defektinin olması

D) Yaranın yarıqşəkilli olması, kənarlarının bayıra doğru yönəlməsi

E) Yara ətrafında silinmə halqasının olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
615) Tam dirənmə vəziyyətində açılmış atəşin əsas əlamətlərinə hansı əlamət aid deyil?

A) Giriş dəliyi nahiyəsində toxumaların alqırmızı rənglənməsi

B) Giriş dəliyi nahiyəsində toxuma defektinin olması

C) Giriş dəliyi nahiyəsində dərinin cırılması

D) Yara kanalının girəcəyində hiss və çoxsaylı barıt dənəciklərinin çökməsi

E) Silah lüləsinin ağız kəsiyinin əksinin yara ətrafında olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
616) Natamam dirənmə vəziyyətində açılmış atəşin əsas əlaməti hansıdır?

A) Giriş dəliyi nahiyəsinin alqırmızı rənglənməməsi

B) Silahın lüləsinin ağız kəsiyinin əksinin aşkar edilməməsi

C) Giriş dəliyi nahiyəsində toxuma defektinin olması

D) Giriş dəliyi ətrafında dəridə atəşin hisinin, lülənin ağız kəsiyi əksinin və dəri cırılmalarının olması

E) Giriş dəliyi nahiyəsində dərinin cırılmaması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
617) Tam dirənmə vəziyyətində açılmış atəşdə hansı əlamət atəş açılmış silahın növünü, kalibrini təyin etməyə imkan verir?

A) Giriş dəliyi nahiyəsində dərinin cırılması

B) Giriş dəliyi sahəsində toxumaların al qırmızı rənglənməsi

C) Yara kanalında hisin çökməsi

D) Giriş dəliyi nahiyəsində toxuma defekti

E) Giriş yarası ətrafında silahın lüləsinin ağız kəsiyinin əksi-neqativ izi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
618) Hansı əlamət yaxın məsafədən açılan atəşin əlaməti hesab olunmur?

A) Giriş yarası ətrafında dəridə hisin çökməsi

B) Vinoqradov əlaməti – fenomeni

C) Giriş yarası ətrafında barıt dənəciklərinin çökməsi

D) Giriş yarası ətrafında tüklərin ütülməsi

E) Giriş yarası ətrafında dəridə termiki yanığın olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
619) Tam dirənmiş vəziyyətdə atəş zamanı dərinin tamlığını pozan atəşin hansı amilidir?

A) Gülləönü hava

B) Hiss

C) Barıt qazları



D) Barıt dənəcikləri

E) Metal hissəcikləri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
620) Güllənin hidrodinamik təsiri hansı orqanda özünü göstərir?

A) Böyrəkdə

B) Qara ciyərdə

C) Sümükdə

D) Baş beyində

E) Ağ ciyərdə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
621) Yastı kəllə tağı sümüklərinin odlu silah güllə zədələnmələrində deşilmiş sınıq hansı görünüşdə olur?

A) Zirvəsi kəsilmiş konus şəklində

B) Qum saatına bənzər

C) Yarıq şəklində

D) Silindrik formasında

E) Tunel şəklində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


Elektrik cərəyanı təsirindən baş verən ölüm və sağlamlığın pozulması

622) Elektrikvurmanın məhkəmə-tibbi baxımdan əhəmiyyət kəsb edən mənşəyi hansıdır?

A) Statistik

B) Məişət

C) Texniki

D) İstehsalat

E) Küçə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


623) Elektrikvurmanın məhkəmə-tibbi baxımdan əhəmiyyət kəsb edən mənşəyi hansıdır?

A) Məişət

B) Statistik

C) Küçə


D) İstehsalat

E) Atmosfer


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
624) Texniki elektrikvurmanın səbəbi hansıdır?

A) Açıq havada gəzmək

B) Tibbi cihazlardan istifadə etmək

C) Yüksək gərginlikli elektrik naqilləri altından keçməsi

D) Bilərəkdən və ya ehtiyatsızlıq üzündən yüksək gərginlikli naqilə toxunmaq

E) Buludlu havada gəzmək


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
625) Texniki elektrikvurmanın səbəbi hansıdır?

A) Elektrik avadanlıqlarından istifadə etmək

B) Elektrik daşıyıcı naqillərin izolyasiyasının dağılması və onunla kontaktda olma

C) Buludlu havada gəzmək

D) Tibbi cihazlardan istifadə etmək

E) Aşağı gərginlikli elektrik cərəyanı altından keçmək


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
626) Tibb müəssisələrində elektrikvurma hansı halda baş verir?

A) Əlavə qızdırıcı cihazlardan istifadə etdikdə

B) Dəyişən cərəyanın artmasında

C) Sabit cərəyanın azalmasında

D) Elektrik cərəyanın verilməsinin kəsilməsində

E) İşıqlandırma, cihaz, açar və qoruyucuların izolyasiyasının pozulmasında


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
627) Elektrik cərəyanının məhkəmə-tibbi əhəmiyyət kəsb edən əsas xarakteristikası hansıdır?

A) Naqilin növü

B) Elektrik dirəyinin hündürlüyü

C) Yer səthinin relyefi

D) Elektrik cərəyanının gərginliyi

E) Hava şəraiti


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
628) Elektrik cərəyanının məhkəmə-tibbi əhəmiyyət kəsb edən əsas xarakteristikası hansıdır?

A) Yer səthinin relyefi

B) Hava şəraiti

C) Cərəyanın dəyişən və ya sabit olması

D) Naqilin en kəsiyi

E) Elektrik dirəyinin hündürlüyü


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
629) Elektrik cərəyanının məhkəmə-tibbi əhəmiyyət kəsb edən əsas xarakteristikası nədir?

A) Yer səthinin relyefi

B) Hava şəraiti

C) Elektrik dirəyinin hündürlüyü

D) Naqilin növü

E) Elektrik cərəyanının şiddəti


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
630) Elektrik cərəyanının “addım gərginliyi” adlanan vəziyyətində yer səthində orta hesabla hansı iki nöqtə arasındakı məsafə başa düşülür?

A) 2,0 m


B) 0,8 m

C) 1,5 m


D) 2,5 m

E) 1,3 m
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


631) İldırım vurmada diaqnozun qoyulması üçün hansı fiziki-texniki metoddan istifadə etmək olar?

A) Rəngli əksalma, spektral, stereomikroskopiya

B) Texniki

C) Bioloji

D) Kimyəvi

E) Trasoloji


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
632) İldırım vurma zamanı meyitdə hansı dəyişiklik yarana bilər?

A) Ağciyərlərin iltihabı

B) Dalağın hiperplaziyası

C) Epidermisin piy infiltrasiyası

D) Öd kisəsi divarının qalınlaşması

E) Daxili üzvlərin doluqanlılığı və seroz qişalar altına nöqtəvari qansızmalar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
1   ...   6   7   8   9   10   11   12   13   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə