430) Hansı qansızma kəllədaxili qansızma hesab olunmur?
A) Subkonyuktival
B) Beyindaxili
C) Subdural
D) Subaraxnoidal
E) Epidural
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
431) Bunlardan hansı kəllə – beyin travmasına aid deyil?
A) Başın örtük toxumasının dərialtı hematoması
B) Travmatik subdural hematoma
C) Baş beyinin əzilməsi
D) Travmatik epidural hematoma
E) Baş beyin silkələnməsi
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
432) Spontan (öz-özünə) bazal subaraxnoidal qansızma hansı xəstəliklərdə baş verə bilər?
A) Ürəyin işemiya xəstəliyində
B) Kəskin pnevmoniyada
C) Kəllə-beyin travmasında
D) Qara ciyərin sirroz xəstəliyində
E) Xroniki alkoqolizmdə
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
433) Hansı forma kəllə-beyin travmasının kliniki gedişində «işıqlı dövr» qeyd edilir?
A) Beyin kötüyünün zədələnmələrində
B) Epidural və subdural hematomalarda
C) Baş beyinin ağır dərəcəli əzilmələrində
D) Beyindaxili hematomalarda
E) Subaraxnoidal qansızmalarda
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
Dostları ilə paylaş: |