438) Kəllə-beyin travmalarına dair monoqrafiya hansı müəllifindir?
A) V.V.Tomilin
B) R.M.Yusifli
C) V.N.Kryukov
D) Ş.M.Musayev
E) V.L.Popov
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
439) Lokal sınıqların konstruksiyon sınıqlardan fərqi nədədir?
A) Fərqi yoxdur
B) Travmatik qüvvənin təsir etdiyi yerdən uzaqda və təsir etdiyi yerdə əmələ gəlir
C) Travmatik qüvvənin təsir etdiyi yerdən uzaqda əmələ gəlir
D) Travmatik qüvvənin təsir etdiyi yerdə əmələ gəlir
E) Travmatik qüvvənin təsir etdiyi yerə yaxın əmələ gəlir
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
440) Başın yandan sıxılması zamanı kəllə tağı və əsası sümüklərinin əsas meridianal xətləri hansı istiqamətdə olur?
A) Dəqiq olmur
B) Çəp
C) Köndələn
D) Diaqonal
E) Boylama
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
441) Başın ön-arxa istiqamətdə sıxılması zamanı kəllə tağı və əsası sümüklərinin əsas meridianal xətləri hansı istiqamətdə olur?
A) Diaqonal
B) Boylama
C) Çəp
D) Köndələn
E) Dəqiq olmur
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
442) Burulma deformasiyasından əmələ gələn borulu sümüklərin sınıqları hansı xarakterdə olur?
A) Dəlikşəkilli
B) Qarışıq
C) Qəlpəli
D) Köndələn
E) Vintşəkilli (spiralvari)
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
443) Əyilmə deformasiyası nəticəsində əmələ gələn borulu sümüklərin sınıqları hansı xarakterdə olur?
A) Spiralvari
B) Dəlikşəkilli
C) Köndələn-çəp qəlpəli
D) Boylama
E) Vintşəkilli
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
Dostları ilə paylaş: |