996) İş materialları üzrə məhkəmə-tibbi ekspertizanı kim təyin edə bilər?
A) Məhkəmə nəzarətcisi
B) Müstəntiq
C) Vəkil
D) Ekspert
E) Zərərçəkmişin nümayəndəsi
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
997) İş materialları üzrə təyin edilmiş ekseprtiza hansı hallarda icra edilmədən ekspertizanı təyin edən şəxsə qaytarıla bilməz?
A) Meyitin təkrari ekshumasiyasına zərurət yarandıqda
B) Ekspertizanın icrası üçün ekspert komissiyası tərəfindən sorğu edilmiş müvafiq iş sənədləri təqdim edilmədikdə
C) Məhkəmə-tibbi ekspertizanın hərtərəfli, dolğun və tam icrası üçün lazım olan müayinə obyektləri və zəruri olan digər araşdırma sənədlərinin əsli təqdim edildikdə
D) Məhkəmə-tibbi ekspertizanın təyin edilməsi haqqında sənədlər düzgün tərtib edilmədikdə
E) Müvafiq ixtisas üzrə mütəxəssisin olmaması ilə bağlı ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməsi mümkün olmadıqda
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
Dostları ilə paylaş: |