986) Həkim sirrini təşkil edən məlumatların vətəndaşın razılığı olmadan açılmasına hansı hallarda yol verilmir?
A) İstintaq məhkəmə orqanlarının sorğusu olduqda
B) Səhhətinə görə öz iradəsini bildirmək imkanı olmadıqda
C) Müayinə və müalicəsi ilə bağlı səhhətinə görə öz iradəsini bildirmək qabiliyyətində olduqda
D) İnfeksion xəstəliklərin yayılması qorxusu olduqda
E) Kütləvi zəhərlənmə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
987) İstintaq işlərinin materialları üzrə məhkəmə-tibbi ekspertiza ekspertlər qrupu tərəfindən keçirildiyi zaman tərtib olunmuş rəyə görə kim məsuliyyət daşıyır?
A) Bütün ekspertlər
B) Rəhbərin müavini
C) Hər bir ekspert şəxsən ona aid olan hissəyə və nəticəyə
D) Hər bir mütəxəssis şəxsən
E) Rəhbər
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
988) Tibb işçilərinin peşə vəzifələrinin pozulmalarının təsnifatına hansı növ aid deyil?
A) Tibbi təcrübədə bədbəxt hadisələr
B) Tibb işçilərinin ehtiyatsız hərəkətləri
C) Həkim səhvləri
D) Tibbi fəaliyyətlə bağlı olmayan qəsdən cinayət törətmə
E) Həkimin məsuliyyətə cəlb olunmasına əsas verən hallar
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
989) Hansı hərəkət tibb işçilərinin ehtiyatsız davranışının səbəblərinə aid deyil?
A) Rüşvət tələb etmə
B) Ehtiyatsızlıq
C) Xəstəliyin atipik gedişi
D) Özünə güvənmə
E) Bilik səviyyəsinin aşağı olması
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
Dostları ilə paylaş: |